Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   19   20   21   22   23   24   25   26   ...   69

 
104 
Polisaxaridlər 
– 
çox 
böyük 
miqdarda 
monosaxaridlərin 
(heksozaların) 
kondensasiyası 
nəticəsində  müvafiq miqdarda su itirməklə əmələ gəlir. 
Onların  emprik  düsturu  (C
6
H
10
O
5
)
n
-dir.  Hidroliz  
zamanı    onlardan  sadə  şəkərlər    əmələ  gəlir.  Ən  çox 
bioloji    əhəmiyyət  kəsb  edən  polisaxarid  nişasta, 
qlikogen  və  sellülozadır.  Nişasta  və  qlikogen  bitki  və 
heyvan  hüceyrələrində  ehtiyat  qida  maddəsi  rolunu 
oynayırlar.  Sellüloza  isə  hüceyrə  qılafının  tərkibinə 
daxil olur. 
Nişasta  molekulası  2  uzun  polimerdən:  amilaza-
xətti  polimer,  amilopektin-şaxəli  polimerdən  təşkil 
olunmuşdur. Hər iki polimer  D qlükozadan əmələ gələn 
uzun zəncirdir. Qlikogen heyvan hüceyrəsində rast gəlir
monomeri qlükoza olub, orqanizmdə enerji mənbəyidir. 
Demək  olar  ki,  bütün  hüceyrə  və  toxumalarda  olur. 
Lakin ən çox qaraciyər hüceyrəsində və əzələ liflərində 
olur. 
 
QARIŞIQ POLİSAXARİDLƏR 
 
Heksoz 
monomerlərdən 
əmələ 
gələn 
polisaxaridlərdən  başqa  bir  sıra  daha  mürəkkəb 
polisaxaridlər var ki,  onların molekulunda  amin azotu 
(qlükozamin), asetil turşu qalığı - (asetilqlükozamin) və 
s.  olur.  Daha  mürəkkəb  polisaxaridlər  var  ki,  onların 
tərkibinə  fosfor  və  sulfat  turşusu  qalığı  da  birləşmiş 
olur.  Bütün    bu  polimerlər  canlının  molekulyar 
təşkilində əsas rol oynayırlar. Onlar ya sərbəst halda, ya 


 
105 
da  zülallarla  birləşmiş  halda  hüceyrədə    iştirak  edirlər. 
Onlardan ən başlıcaları aşağıdakılardır: 
Neytral  polisaxaridlər  –  tərkibində  təkcə 
asetilqlükozamin  saxlayırlar.  Bunların  ən  əsas 
nümayəndəsi  –  xitindir.  Xitin  həşəratların  və 
xərçəngkimilərin dayaq maddəsini təşkil edir. 
Neytral  polisaxaridlər-tərkibində  qalaktoza  və 
ramnoza  olan  daha  mürəkkəb  polisaxarid  olub, 
bakteriyaların  qılafı  tərkibinə,  eləcədə  qanın  spesifik 
antigenləri tərkibinə daxil olur. 
Turş polisaxaridlər – tərkibində sulfat turşusu və 
digər  turşu  qalıqları  olan  polisaxaridlərdir.  Tərkibində  
turşu  qalığı  olduğundan  bu  polisaxaridlər  qüvvətli 
bazofil xüssusiyyətinə malikdirlər (qələvi rəngləyicilərlə 
rənglənirlər).  Bu  qrupa  heparin  (antikoaqülə  edici 
maddə), asetilqalaktozamin, qlüküron turşusu - saxlayan 
xondriotin sulfat, hialurin turşusu və s. daxildir. 
Mukoproteidlər  (mukoidlər)  –  və  qlikoprototedlər 
asetil qlükozaminlərin və digər karbohidratların zülallarla  
kompleksindən  yaranır.  Ovalbumin  və  zərdab  albumini 
də  mukoproteidlərə  aiddir.  Mürəkkəb  polisaxaridlərdən 
sitoloji  cəhətdən  ən  əhəmiyyətlisi  turş  polisaxaridlərdir 
ki,  onlardan  hioluron,    xondriatin  sulfat  və 
mukotinsulfat  turşusu  birləşdirici  toxumanın  tərkibində 
tapılmış  və  çox  güman  ki,  müdafiə  funksiyasını  ifa 
edirlər.  Hialuron  turşusu  həmçinin  sinovial  məhlulda, 
şüşəvari cisimdə və hüceyrələri birləşdirən hüceyrəarası 
sementləşdirici   maddədə tapılmışdır ki, o hialüronidaz
 
fermenti  ilə  asanlıqla    hidroliz  olunur.  Digər 


 
106 
polisaxaridlər  kimi,  hilalüron  turşusu  da    hətta  aşağı 
temperaturda gel əmələ gətirə bilər. 
YAĞLAR 
 
Yağlar  (lipidlər)  –  bu  qrup  birləşmələr  onunla 
səciyyələnir  ki,    onlar  suda  həll  olmur,  lakin  benzol, 
petroleyn  efiri,  xloroformda  isə  yaxşı  həll  olurlar. 
Yağların  və  onlara  yaxın  olan  birləşmələrin    bu 
xüsusiyyəti 
onunla 
izah 
olunur 
ki, 
onların 
molekullarında uzun alifatik –CH-  zənciri və ya benzol 
həlqələri  yəni  polyar  və  hidrofob  qrupları  iştirak  edir. 
Lipidlər  öz  növbəsində  bir  neçə  qrupa  bölünür:  sadə 
lipidlər, steroidlər, mürəkkəb lipidlər. 
Sadə  lipidlər  –  yağ  turşularının  spirtli  efirləri 
olub,  nümayəndəsi  təbii  piy  və  mumdur.  Təbii  piy 
(qliseridlər)  çox  vaxt  triqliseridlər  adlanır.  Onlar  yağ 
turşuları və qliserinin 3 atomlu efirləridir. Onları bəzən 
öz  növbəsində  piy  və  yağlara  ayırırlar.  20
0
C-də  duru 
olanlara yağlar, bərk olanlara piylər deyilir. Adi piylərə 
mal piyi, donuz piyi, insan piyini, kakao yağını, yağlara-
balıq  yağı,  gənəgərçək  yağı,  günəbaxan  yağı  və  s. 
göstərmək olar. 
Mumun  isə  ərimə  dərəcəsi    təbii  yağlara  nisbətən 
daha  yüksəkdir,  mum  yağ  turşularının  və  qliserindən 
başqa bütün - spirtlərin efirləridir. Məsələn, arı mumu. 
Steroidlər – Bu lipidlərin tərkibində tsiklopentan-
perhidrofenantren  nüvəsi  olur.  Onlar  alifatik  həlqəvi 
strukturda  olub,  bir  və  ya  bir  neçə    doymamış  ikiqat  
rabitəsi  və  müxtəlif  yan  zəncirə  malik  olur.  Orqanizm 
üçün xüsusi əhəmiyyəti olan bir sıra  maddələr  steroid 


 
107 
təbiətlidir.  Məsələn, cinsi adrenokortikotrop hormonlar, 
D  vitamini,  öd  turşularını  steroidlərə  misal  göstərmək 
olar. Tərkibində OH qrupu saxlayan steroidlərə sterinlər 
deyilir.  Onlardan  ən  geniş  yayılanı  xolestrindir. 
Xolestrin-xolestrinpalmitat  şəklində  lanolin  tərkibinə 
(yunun  piyi)  daxil  olur,    həmçinin  beyində,  öddə, 
böyrəküstü vəzində də tapılmışdır. 
Mürəkkəb lipidlər  -  hidroliz olunduqda spirt və 
efirlərdən başqa digər birləşmələr də ayrılır. Sterinlərlə 
birlikdə  mürəkkəb  lipidlər  lipoidlər  adlanır.  Lipoidlər 
əsasən  hüceyrə  komponentlərinin,  xüsusilə  hüceyrə 
membranı tərkibinə daxil olurlar. Hüceyrədə ən çox rast 
gələn 
lipoidlərdən 
fosfotidləri, 
qlikolipidləri, 
korotinoidləri və s. göstərmək olar. 
Fosfatidlər  (fosfolipidlər)  -  fosfor  turşularının 
diefirləri  olub,  qliserin,    sfinqozin,  xolin,  etanol  amin, 
serin,  inozitlə  birləşmələr  əmələ  gətirə   bilir.  Bu qrupa 
lesitinlər,  kefalinlər,  inozitidlər,    plazmologenlər 
(asetilfosfatidlər) daxildir. 
Qlikolipid və sfinqolipidlər onunla səciyyələnir ki, 
onların  tərkibində  qliserin  amin  spirti  sfinqozinlə  əvəz 
edilmişdir. Bu qrupa  sinirlərin mielin qılafı  tərkibində 
olan sfinqomielin, tərkibində qalaktoza və ramnoza olan 
serobrozidlər,  sulfat  turşusu  olan  sulfatidlər  və 
qanqliozidlər 
aiddir. 
Qanqliozidlər 
hüceyrə  
membranasında  iştirak  etməsinə    görə  daha  çox 
əhəmiyyət kəsb  edir. Güman edilir ki, onlar viruslarda 
reseptor  rolunu  oynayır  və    eyni  zamanda  ionların 
membrandan keçməsində iştirak  edirlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə