Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   20   21   22   23   24   25   26   27   ...   69

 
108 
Karotinoidlər  -  heyvan və bitki piqmentləri olub 
(C
40
H
56
)  iki  alifatik  həlqəyə  malik  zəncirdən  ibarətdir. 
Yerkökünə  karotinlər  narıncı  rəng  verir  və  yerkökündə 
karotinoidlər  arasında  β-karotin  daha  üstünlik  təşkil 
edir.  Heyvan  orqanizmində  karotinlər  çox  vaxt    dəridə 
toplanır  və  ona  tünd  rəng  verir.  Karotinlər  bitkilər 
aləmində daha geniş yayılmışdır və 

-, 

- və γ- karotin 
formalarında  rast  gəlinir.  Həmin  karotinlərdən  xüsusilə 

  karotindən  heyvanlar  A  vitamini  sintez  edirlər.  A  
vitamininə  çox  yaxın  birləşmə  retinendir.  A 
vitaminindən retinen təkcə onunla fərqlənir ki, retinendə 
A  vitaminində  olan  spirt  qrupu  aldehidlə    əvəz 
olunmuşdur.  Retinen  zülal  kompanenti    ilə  birlikdə 
görmə purpurunu əmələ gətirir (tor qişada). 
Karotinoidlərə 
xas  digər  piqment-likopindir. 
Likopin  yetişmiş  pomidora  qırmızı  rəng  verir. 
Karotinoidlərə 
kimyəvi 
cəhətdən 
qohum 
olan 
piqmentlərdən 
biri 
ksantofillərdir.  Nümayəndəsi  
lyütein-xloroplastlarda  olur,  lakin  xlorofil  çox  güclü 
piqment    olduğundan    onun  görünməsinə  mane  olur. 
Payızda  havaların soyuması ilə əlaqədar olaraq xlorofil  
parçalanıb, azaldıqda lyütein  biruzə çıxır. 
Karotinoid    və  porfirinlərdən    (xlorofil, 
hemoqlobin) 
başqa, 
bioloji 
cəhətdən 
qiymətli 
piqmentlərdən flavinləri göstərmək olar. Onlar sarı rəng 
verir  və    sarımtıl-yaşıl  flüoressensiyaya  malikdirlər. 
Flavinlərə südün tərkibindəki laktoflavin və  riboflavin 
(vitamin  B
2
)  aiddir.  Onlar  flavoproteidlər  şəklində  
suksinatdehidrogenaza, 
alkoholdehidrogenaza, 


 
109 
kzantinoksidaza və  amin turşularının oksidazaları kimi 
çox əhəmiyyətli fermentlərin tərkibinə daxil olurlar. 
Digər yağa bənzər maddələrə ksantosianinlər, bəzi 
melaninə    bənzər  fenol  polimerləri  aiddirlər  ki, 
onlarında  nümayəndələri  tokoferol  (vitamin  E), 
filloxinonlar -Vitamin K, ubixinon (koferment Q) və s.-
dir.  Bioloji  cəhətdən  lipidlərin  -  hüceyrədə  rolu    çox 
müxtəlifdir:  qliseridlər  enerji  mənbəyidirlər,  suitində, 
balinalarda  dəri  altı  piy  həmçinin  soyuqdan  qorunmaq 
rolunu    oynayır.  Fosfolipidlər  və  serebrozidlər  əsasən 
sinir toxumasında  rast gəlinir və mielin qılafı tərkibinə 
daxil  olurlar.  Steroidlərdən  öd  turşuları  zülalların 
emülqatoru  rolunu  oynayır,  xolestrin  epidermis  və 
saçların  mexaniki  funksiyasını,  steroid  hormonlar 
maddələr  mübadiləsi  və  çoxalmanı  tənzim  edir. 
Lipoproteidlər  hüceyrə  membranında,  nüvədə,  qanda 
xüsusi vəzifələr yeriən  yetirirlər. 
 
 
NUKLEİN  TURŞULARI 
 
Hüceyrənin    kimyəvi    tərkibi  içərisində  birinci 
dərəcəli  bioloji  əhəmiyyət  kəsb  edən  maddə  nuklein 
turşularıdır.  İlk  dəfə  nuklein  turşuları  1869-cu  ildə 
Mişer  tərəfindən    kəşf  edilmişdir.  Lakin  o  vaxt  Mişerə 
məlum  olan  təkcə    o  idi  ki,  bu  maddə    turşu  
xüsusiyyətinə malikdir. Belə ki, o qələvi rəngləyicilərlə  
rənglənir.  Bu  turşunu  Mişer  nüvədə  kəşf  etdiyindən 
(nukleus – latınca  nüvə deməkdir) ona nuklein  turşusu 
adı verdi. 


 
110 
Hazırda  2  cür  nuklein  turşusu    məlumdur: 
dezoksiribonuklein  (DNT)  turşusu    və  ribonuklein 
turşusu (RNT). Hər bir nuklein turşusu polinukleotiddir. 
İlk  dəfə  1953-cü  ildə  Uotson  və  Krik  DNT 
molekulu    quruluşunun  modelini  vermişlər.  Onlar 
müəyyən    etmişlər  ki,  DNT  bir-birinə  sarılıb    spiral 
əmələ  gətirən  iki  polinukleotid  zəncirindən  ibarətdir 
DNT-nin  tərkibi  dezoksriboza  şəkəri,  fosfor  turşusu  və 
nitrit  əsaslarından  ibarətdir.  Nitrit    əsasları  4  tipdir,  iki 
purin əsası – adenin, quanin və pirimidin əsası – sitozin, 
timin, urasil . 
Bir-birinə  spiral  şəklində  sarılmış  polinukleotidlər 
zəncirindən  ibarət  olan  DNT  molekulunda  fosfor-şəkər 
qalıqları  iki  zəncirin  kənarında;  purin  və  pirimidin 
əsasları isə ortalığa düşür (şəkil 30). Bu zaman həmişə 
adenin-timinlə,  quanin  isə  sitozinlə  qoşa  vəziyyətdə 
hidrogen  rabitəsi  vasitəsilə  birləşmiş  olur.  Heç  vaxt 
normada  adenin-quaninlə  sitozin  isə  timinlə  birləşə 
bilməz.  A

T  ikiqat  hidrogen  rabitəsi  S

Q-lə  üçqat 
hidrogen  rabitəsi  ilə    birləşmiş  olur.  Beləliklə  Q


rabitəsi,  A=T    rabitəsinə  nisbətən  daha  möhkəmdir. 
Beləliklə A

T, S

Q rabitəsində  
A

T-ni,  Q

S-ni    tamamlayır.  Buna  komplementarlıq 
prinsipi  və  ya  tamamlama  prinsipi  deyilir.  DNT-nin 
tərkibindəki  müxtəlif  tipli  nukleotidlər  öz  aralarında 
yalnız  nitrit  əsasının  quruluşuna  görə  fərqlənir. 
Molekulun  qalan  hissəsi  bütün  nukleotidlərdə  eynidir. 
Buna  görə  də  nukleotidləri  onlardakı  nitrit  əsaslarının 
adına  görə  adlandırırlar.  Nukleotidlər  DNT  zəncirinə 


 
111 
birləşən zaman aralarındakı ilişmələr, fosfat  turşusu və 
dezoksiriboza vasitəsilə olur (Şəkil 31). 
 
                                                                   
 
 
                      Şəkil  31.  a. DNT- nin ikiqat spiralı ( B model ),       
b. DNT-nin         ikiqat zəncirində
 
atomlararası rabitələrin
 
mövqeyi, c. DNT-nin fəza konfiqurasiyası      ( Saenger 1983).
 
 
Bir  nukleotidin  fosfat  turşusundakı  hidroksili  və 
qonşu  nukleotidin    dezoksiribozasının  hidroksili  ilə 
birləşərək  bir  molekul  su    ayrılır  və  nukleotidlərin 
qalıqları    möhkəm  kovalent  rabitə  ilə  birləşirlər.  İki 
nukleotiddən-dinukleotid,  üç  nukleotiddən-trinukleotid, 
çox  nukleotiddən-polinukleotid  alınır.  Beləliklə,  DNT-
nin  hər  bir  zənciri  uzun  bir  polinukleotid  zəncirindən 
ibratə  olur.  Hər  bir    DNT-də  müəyyən,  daimi  və  eyni 
ardıcıllıqla  düzülmüş  nukleotidlər  olur.  DNT-nin 
qurulmasında    cəmi  4  nukleotid  iştirak  etməsinə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə