Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   15   16   17   18   19   20   21   22   ...   69

 
88 
hüceyrədə  azaldıqda  maddələr  mübadiləsi    zəifləyir, 
hüceyrənin  fiziki  xüsusiyyətlərində    dəyişiklik  yaranır,  
hüceyrə  kiçilir,  elastiklik  azalır  və  s.  lakin  hüceyrə 
ölmür,  onda həyat prosesləri davam edir. 
    
       
    
 
           Şəkil 28. Suyun müxtəlif konformasiyaları 
Birləşmiş  su    hidratlaşmış  və    immobil  şəkildə 
olur. Hidrotasion su zülal  molekulları ilə, kationlar və 
anionlarla  birləşmiş  halda  olur.  Zülal  molekullarındakı 
birləşmə halında  olan su hidrogen rabitələrinin köməyi 
ilə  saxlanılır.  Bundan  başqa  hidrotasion    su  kolloid 


 
89 
hissəciklərinin  solvat  qılafını  əmələ  gətirən    dipolun 
tərkibinə  daxil  olur.  Suyun  bu  forması  hüceyrə  daxili  
suyun  təqribən  15  faizini  təşkil  edir.  Onun  itkisi 
hüceyrədə  dönməyən    proseslərə  gətirib  çıxara  bilər. 
Buna  görə  də  həmin  suyu  həyat  üçün    zəruri  su 
adlandırılar.  İmmobil  su  hüceyrədaxili  suyun    təqribən  
30  faizini  təşkil  edir  və  zülal  mitselləri,  membranlar,  
liflər  və  s.  arasında  olur.  Hüceyrəni    zədələdikdə, 
kəsdikdə  immobil su kənara axmır. Hidrotasiyalı sudan 
fərqli olaraq immobil su, suda həll olan maddələr üçün 
həlledicidir. O, 0
⁰ C-də  donur. 
Hüceyrədə  birləşmiş  suyun  hətta  azacıq  hissəsi 
çıxarıldıqda    biopolimerlərin  quruluşu  pozulur  və 
hüceyrənin məhvinə səbəb  olur. 
 
QEYRİ   ÜZVİ   MADDƏLƏR 
 
Hüceyrə  tərkibinə  daxil  olan  elementlərdən 
hidrogen,  oksigen,  azot  və  karbon  üzvi  maddələrin  – 
zülalların, 
yağların, 
karbohidratların, 
nuklein 
turşularının  və  s.  tərkibinə  daxil  olurlar.  Digər    qeyri- 
üzvi  elementlərdən  kükürd bir çox    zülalların  tərkibinə 
daxil olur, fosfor-nuklein turşularnın, ATF-in əsas tərkib 
hissəsini  təşkil edir. 
Maqnezium-xlorofilin,  dəmir-hemoqlobinin,  mis 
bir  çox  oksidləşdirici  fermentlərin,  yod-tiroksinin 
(qalxanvari vəzin hormonu), kobalt- B
12
 – vitaminin və 
s. tərkibinə daxil olur. 
Hüceyrədəki  digər  elementlər  qeyri-üzvi  duzların, 
bəzi üzvi maddələrin tərkibinə daxil olurlar. Hüceyrədə 


 
90 
ən geniş yayılmış kation K
+
,  Na
+
,  Ca
++
, Mg
++
,  anionlar 
isə  HPO 
2-
,  H
2
PO
4
-
,  HCO
3
-
dir. 
Hüceyrədə  və  hüceyrənin  xarici  mühitində  kation 
və anionların miqdarı adətən bir-birindən fərqlidir. Belə 
ki,  K
+
-un  miqdarı    hüceyrədə  çox  Na
+
    isə  az  olur. 
Əksinə  hüceyrəni  əhatə    edən  mühitdə  (qanda,  dəniz 
suyunda) K
+
  az,  Na
+
 çox olur. 
Əzələ hüceyrəsində   K
+
  qandakından  30  dəfə  çox 
olur.  Na
+
  isə    10  dəfə  xarici  mühitdəkindən  az  olur. 
Məməlilərin  hüceyrələrində  K
+
  ionu  50-dən  çox 
fermentin  fəallığı  üçün  tələb  olunur,  Na
+
  fizioloji  rolu 
isə orqanizmdə ancaq izotonik mühiti yaratmağa kömək 
etmək  və  ion  kanalları  vasitəsi  ilə  membran 
potensialının  tənzimlənməsində  iştirak  etməkdir.  K
+
  və 
Na
+
  ionlarının    qatılığındakı  fərq  hüceyrə  yaşadığı 
müddətdə həmişə saxlanır. Hüceyrə öləndən sonra K

və 
Na
+
-un  hüceyrədə  və  interstisial  mühitdəki  qatılığı 
bərabərləşir.  Odur  ki,  hüceyrədə  və  xarici  mühitdə 
qeyri-üzvi ionların miqdarının hüceyrənin normal həyat  
fəaliyyəti üçün böyük əhəmiyyəti vardır. 
Hüceyrələrdə  mineral  duzlar  adətən  suda  həll 
olmuş  vəziyyətdə  mövcud  olurlar.  Lakin  bəzi 
hüceyrələrdə  duzlar həll olmayan  birləşmələr şəklində  
də  mövcud  olurlar.  Məsələn,  sümük  toxumasının, 
ilbizlərin  çanağının  möhkəmliyinin  səbəbi    onların 
tərkibində    həll  olmayan  kalsium  fosfat  duzunun 
olmasıdır.  Əgər  insan  və  heyvanların  qidasında 
bitkilərin  tərkibində  qeyd  edilən  elementlər  (P,  K,  Na, 
Ca, Cu, Y, Co, Mn və s)  kifayət qədər  olmasa sümük 
toxumasının  yaranması  prosesi  pozular,  nuklein 


 
91 
turşuları, hemoqlobin, xlorofil, tiroksin və s.  həyat üçün 
zəruri  olan  birləşmələrin  sintezi  pozular  və  nəticədə 
müxtəlif    xəstəliklər  baş  verər,  böyümə  və  inkişaf 
gecikər və s. 
 
 
HÜCEYRƏNİN  ÜZVİ  TƏRKİBİ 
 
Zülallar.  Hüceyrə  tərkibindəki  suyu  çıxardıqdan 
sonra onun quru qalığında miqdar və əhəmiyyətinə görə 
zülallar birinci yer tutur. Zülal hüceyrənin yaş çəkisinin 
10-20  faizini,  quru  çəkisinin  50-80  faizini  təşkil  edir. 
Elə  zülalların    proteinlər  (əsas,  ilk)  adlandırılması  da  
onların  hüceyrə  həyatında  birinci  dərəcəli    əhəmiyyətə 
malik olmasını göstərir. 
Zülallar  digər  kimyəvi  birləşmələrdən  bir  sıra 
fərqli xüsusiyyətlərə   malikdir.  Hər  şeydən  əvvəl  onlar 
yüksək  molekul  çəkisinə    malikdir.  Məsələn,  yumurta 
zülalı  albuminin  molekul  çəkisi  36000  Da,  əzələ  zülalı 
aktomiozinki  1500000  Da,  məməlilərin  əzələ  zülalı 
titininki  (buna bəzən konnektin də deyilir) isə 3400000 
Da-dan  çoxdur. Üzvi    maddələrdən    spirt,  sirkə turşusu 
və  s.  ilə  müqayisədə  zülallar  nəhəng  molekullardır. 
Onun qurulmasında minlərlə atomlar iştirak edir. 
 
Cədvəl 4 
Bəzi zülalların molekul çəkisi 
Sitoxrom J 
13000 

 
qlobolin 
(insanda) 
156000 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə