Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə6/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   2   3   4   5   6   7   8   9   ...   93

• Abid  Tahirli
 

18
 ~ 
 
S
ən də  həkim idin və  lakin ümumi millətin ruhunu müalicə 
edirdin». 
Şəfiqə  xanım  Əfəndizadə  «İqbal»  qəzetində  dərc etdirdiyi 
«R
əhbərimiz  İsmayıl  bəy və  qadınlarımız»  adlı  məqaləsində  (29 
sentyabr 1914, № 750) hamının üzərində böyük haqqı olan İsmayıl 
b
əyin ölümü ilə  bağlı  hər kəsin  ağladığını,  sızladığını  yazır  və 
İsmayıl Qaspiralını «möhtərəm ata» adlandıraraq qadınların təhsili, 
hüquqları  uğrunda  onun  böyük  fədakarlıq  etdiyini göstərir. 
Ş.Əfəndizadə yazırdı: «İsmayıl bəyin qəzetinin hər səhifəsində biz 
qadınlar  barəsində  məqalələrə  təsadüf edilirdi. Buna da qane 
olmayıb «Aləmi-nişvan» adında bir məcmuə nəşrinə başladı… Bu 
t
əşviqlər sayəsində hər tərəfdə qız məktəbləri açdırmağa müvəffəq 
oldu». 
«S
ədayi-həqq» qəzeti, 14 sentyabr tarixli 211-ci nömrəsində 
Haşım bəy Vəzirovun «İsmayıl bəy Qaspiralı» adlı məqaləsini dərc 
etmişdi.  H.Vəzirov  İ.Qaspiralının  vəfatını  bütün  millətin böyük 
itkisi adlandırır, onun keçdiyi şərəfli yola qısa nəzər salır və sonda 
yazır:  «İndi  növbə  həmin millətindir ki, onu təqdir etməklə 
mill
ətimizin  ən  çox  möhtac  olduğu  təzə  İsmayıl  bəylər  yaratsın. 
Bizc
ə,  İsmayıl  bəy millətimiz üçün o qədər  nişangahlar,  abidələr 
qoyub ki, h
ər nə  qədər məktəblər və  məktəblilərə  təqaüdlər təsis 
ets
ək də, onun zəhmətinin  əvəzini ödəməmiş  olacağıq.  Lakin 
İsmayıl  bəyin  əsl  əvəzinin daima yolunda mücahidat etdiyi 
islamiyy
ətdən çatacağına əminiz». 
«Dirilik»  jurnalı  1914-cü il 14 sentyabr tarixli nömrəsində 
Əliabbas Müznibin «Sevgili atamız İsmayıl bəy» adlı qəzəlini dərc 
etmişdir. 
«M
ətanət, mərhəmət, himmət təcəssüm etsə, ey dahi, 
  
Çıxar zatın kibi bir qəhrəman dünyayə, vallahi»  


• Bütün türkl
ərin tərcümanı 

19
 ~ 
 
misraları ilə  başlayan  əsərdə  Ə.Müznib  İ.Qaspiralının  xidmətlərini 
layiqinc
ə dəyərləndirir və yazır: 
«S
ən ey pərvaz edən ruhi-müqəddəs! Bimisal idin, 
N
ə növ yanmasın hicrində bu ümmət sənin zira». 
Ə.Müznib  İ.Qaspiralıya  «sevimli  pədər» deyə  xitab edir
«yatmış, düşkün və talesiz millətə» səadət və qüvvət verdiyini dilə 
g
ətirir:  
«Əsiri-qəhr olub dilsiz qalan biçarələr, yeksər, 
 
Dil açdı tərcüman oldu, o canlı «Tərcüman»ından. 
Arabir «T
ərcüman»nın  da  «bostanına  daş  atan»  və 
ümumiyy
ətlə, öz səhifələrində nadir hallarda nekroloq verən «Molla 
N
əsrəddin»  jurnalı  da  böyük  İ.Qaspiralının  vəfatı  ilə  bağlı 
başsağlığı dərc etmişdir. 
İstedadlı  publisist,  ictimai-siyasi xadim, istiqlal mücahidi 
Ceyhun  Hacıbəyli «Kaspi» qəzetində  (13  sentyabr  1914,  №  204) 
İsmayıl  Qaspiralının  vəfatı  ilə  bağlı  irihəcmli məqalə  dərc 
etdirmişdir (ətraflı bax: Abid Tahirli. Ceyhun Hacıbəyli İsmayıl bəy 
Qaspiralı  haqqında.  «Azərbaycan» qəzeti», 18 yanvar 1995). 
Ceyhun b
əyin fikrincə, bütün həyatı  boyu  müsəlmanları 
birl
əşdirməyə  çalışan  İ.Qaspiralı,  sirli  ölümündən  qabaq  da  onları 
birl
əşdirdi.  C.Hacıbəyli  İsmayıl  bəyin vəfatı  xəbərindən sonra 
müs
əlman cəmiyyətlərində  və  mətbuatdakı  həyəcanı,  dua 
m
ərasimlərini müsəlmanların  öz  liderlərinə  böyük dəyər 
verdiyind
ən irəli gəldiyini qeyd edir və  yazır  ki,  həqiqətən də 
müs
əlman  olub  İ.Qaspiralı  kimi  bir  xadimi  dəyərləndirməmək 
olmaz. 
M
əqalədə  İ.Qaspiralını  «böyük  idealist»  adlandıran 
C.Hacıbəyli yazır: «Mən mərhum İsmayıl bəylə Petroqrada, bu ilin 
əvvəlində  yerli müsəlman cəmiyyətinin  yaranması  münasibəti ilə 


• Abid  Tahirli
 

20
 ~ 
 
veril
ən ziyafətdə görüşmüşəm. Onun işləmək ehtirası ilə nəfəs alan 
simasına, canlı, ağıllı gözlərinə baxdıqca qocalıqdan uzaq, qüdrətli, 
güclü s
əsinə qulaq asdıqca, mən öz-özümə demişdim: bax, bu insan 
öz z
əhmətinin bəhrəsini görəcəkdir və  mən o zaman 
yanılmamışdım».  C.Hacıbəyli  İ.Qaspiralının  malik  olduğu 
erudisiyaya h
ər  bir  avropalının  da  həsəd  apara biləcəyini,  Şərq 
dünyası ilə məşğul olan Avropa mətbuatında onun hər bir sözü və 
fikrinin böyük ç
əkiyə  sahib  olduğunu,  onun  səsinin bütün dünya 
müs
əlmanlarının  eşitdiyini,  mühazirələrinin Hindistanda, Misirdə, 
Türkiy
ədə böyük maraqla dinlənildiyini vurğulayır və İ.Qaspiralının 
bütün türkl
ər üçün ümumi dil uğrunda mücadiləsini təqdir edir. 
«Kaspi»nin h
əmin nömrəsində  İ.Qaspiralının  adını  həmişə 
hörm
ət və  ehtiramla çəkdiyi,  əməllərini təqdir  etdiyi  Əli  Mərdan 
b
əy  Topçubaşovun  «İsmayıl  bəy  Qaspiralınin  xatirəsi»  adlı  yazısı 
da d
ərc  edilmişdir.  Milli  liderin  itkisinə  işarə  vuraraq, 
Ə.M.Topçubaşov yazırdı:  «Bu kədər bir də ona görə böyükdür ki
müs
əlmanlar hələ  öz  xalqına  sədaqətlə  xidmət edən ictimai 
xadiml
ərdən yoxsuldurlar. İndi unudulmaz İsmayıl bəy Qaspiralının 
yerini heç kim vermir».  Ağırdır, acıdır, kədərlidir, lakin həqiqətdir. 
Bu, XX 
əsrin əvvəllərində – Azərbaycanın intibahı dövründə, böyük 
tarixi şəxsiyyətlərimizin olduğu bir vaxtda olan səmimi bir etirafdır. 
Ə.M.Topçubaşov  da  daxil  olmaqla,  onlar  da  sıradan  çıxandan 
sonrakı  mənzərənin nə  qədər dəhşətli və  faciəvi  olduğunu 
söyl
əməyə,  İ.Qaspiralının  təbirincə  desək, nə  hacət?! Nə  isə… 
Ə.M.Topçubaşov  İ.Qaspiralının  həyat yolundan bəzi məqamları 
qeyd etm
əklə, bu böyük fədainin  hansı  inanca,  əqidəyə, enerjiyə 
sahib olduğuna diqqəti yönəldir. «Tərcüman»ın işıq üzü görməsini 
müs
əlmanlar üçün tarixi gün adlandıran müəllif bu «balaca həftəlik 
q
əzetin» müsəlmanlar  əleyhinə  sarsıdıcı  məqalələr yazan 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə