Азярбайъан Республикасынын


Bütün türkl ərin tərcümanı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə2/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   2   3   4   5   6   7   8   9   ...   93

• Bütün türkl
ərin tərcümanı 

5
 ~ 
 
l
ənməsi məqsədi ilə kitabda qeyd etdiyi tədbirlərin reallaşacağı gün 
uzaqda deyil. 
Əsərdə  bir çox məqamlar diqqətimi çəkdi. Bildiyimə  görə
Abid  Tahirli  İ.Qaspiralı  ilə  bağlı  ötən  əsrin 90-cı  illərinin 
əvvəllərindən məşğuldur.  Mətbuatda A.Tahirlinin Ceyhun 
Hacıbəylinin  İ.Qaspiralı  ilə  bağlı  yazısını  da elə  həmin dövrdə 
oxuduğumu xatırlayıram. Bununla demək istəyirəm ki, A.Tahirli bu 
müdd
ət  ərzində  İ.Qaspiralı  ilə  bağlı  külli  miqdarda  mənbəyə, 
m
əxəzə  istinad  etmiş,  Krım,  Kazan,  Türkiyə, Rusiya, Azərbaycan 
aliml
ərinin  çox  sayda  araşdırmalarını  tədqiqat  müstəvisinə  cəlb 
etmiş,  onları  saf-çürük, təhlil, müqayisə  etmiş,  dəyərləndirmişdir, 

əyyən elmi-nəzəri qənaətlərə  gəlmişdir.  Diqqətimi müraciət 
olunan m
ənbələrin  çoxluğu,  rəngarəngliyi çəkdi.  Maraqlı  və 
t
əqdirəlayiqdir ki, A.Tahirli ilk dəfə  İ.Qaspiralının  irsini  –  onun 
publisistikasını  və  bədii  əsərlərini  qruplaşdırmış,  mövzu,  ideya 
baxımından təsnifatını aparmış, təhlil etmişdir. Əsərdə diqqətimi bir 
m
əqam da çəkdi.  A.Tahirli  İ.Qaspiralının  bütün  irsindən inciləri, 
k
əlamları seçmiş, toplamış, təqdim etmişdir. Tədqiqatçı İ.Qaspiralı 
irsin
ə  müraciət edən Azərbaycan və  xarici ölkə  tədqiqatçılarının 
siyahısını  tərtib  etmiş,  onların  bir  çoxunun  İ.Qaspiralı  ilə  bağlı 
əsərlərindən  Ən  dəyərli, təsirli  sitatları  da  oxucuların  diqqətinə 
çatdırmışdır.  Əlbəttə, bu əsərdən daha çox və  daha  əhatəli bəhs 
etm
ək  olardı.  Buna  lüzum  görmürəm.  Ən  əsası  odur  ki,  bu  əsəri 
oxuyan h
ər kəsin qəlbinə və hafizəsinə bir İ.Qaspiralı portreti həkk 
olacaq, hakim k
əsiləcək və hər kəs İ.Qaspiralı arzularını gerçəkləş-
dirm
ək üçün böyük ideoloqun «əgər xidmət etmək istəyirsənsə, 
bacardığın  işlə  başla»  tövsiyəsinə  riayət etməyə  çalışacaq.  Bu  isə 
«sözd
ə, fikirdə, işdə birliyə» aparan böyük yoldur. 


• Abid  Tahirli
 

6
 ~ 
 
….1914-cü ild
ə  63  yaşında  ikən vəfat edən  İsmayıl 
Qaspiralının  ölümünü  Rusiya  müsəlmanları,  onların  qabaqcıl 
ziyalıları  Milli  matəm kimi qeyd etdilər. Xalq xadimlərinin bu 
böyük itki il
ə  əlaqədar qəzetlərdə  dərc etdirdikləri  yazıların 
əksəriyyəti  İ.Qaspiralının  vəfatına  işarə  vuraraq «millətin  çırağı 
söndü» ifad
əsini işlədirdi.  Şübhəsiz ki, qaspiralısevərlər bu zaman 
onun yalnız cismən aralarından getdiyini nəzərdə tuturdular. Amma 
əslində  İ.Qaspiralı  çırağının  işığı  onun  ölümündən sonra da 
azalmamış,  əksinə,  əbədi məşələ  çevrilərək, böyük və  qüdrətli bir 
mill
ətin getməli olduğu yolu nura boyamışdır. 
Xalqımızı Türk dünyasının böyük fikir və qələm adamlarıyla 
daha yaxından tanış etmək vacib və şərəfli işdir. Bu baxımdan Abid 
Tahirlinin uzun ill
ərin zəhməti, axtarışları və tapıntıları zəminində 
araya-
ərsəyə  gətirdiyi  kitab  İsmayıl  Qaspiralı  xatirəsinə  dəyərli 
töhf
ə  olmaqla bərabər, Azərbaycan  oxucularına  ölümsüz  mütəfək-
kirin h
əyatı  və  yaradıcılığını  təqdim etməsilə  də  əhəmiyyətlidir. 
Türk düşüncə tarixinə həsr olunmuş əsərlər sırasında bu kitabın da 
layiqli yer tutacağına inanıram.  
 
 


• Bütün türkl
ərin tərcümanı 

7
 ~ 
 
 
İSMAYIL QASPİRALI DÜNYASI, 
İSMAYIL QASPİRALI DÜHASI 
 
İlk addımlar, ilk axtarışlar 
 
XIX 
əsrin  ikinci  yarısı  Rusiya  müsəlmanlarının  mənəvi-
milli-ideoloji lideri, maarifçi-
publisist, naşir, redaktor İsmayıl bəy 
Qaspiralı  (1851-1914) öz qəzetinə  «Tərcüman»  adını  verməklə 
s
əpələnmiş,  parçalanmış,  hüquqları  əlindən  alınmış  türkdilli 
xalqları  birləşdirmək,  onların  istəyini, iradəsini ifadə  etmək kimi 
tarixi missiyanı öz üzərinə götürmüş oldu və fəaliyyəti ilə türkdilli 
xalqların  gələcək taleyinin müəyyənləşməsinə, özünüdərkə  və 
özünüt
əsdiqə  təkan  verdi,  onların  həyat və  təfəkkür tərzinin 
d
əyişməsində, tərəqqisində  misilsiz  rol  oynadı.  «Tərcüman» 
türkdilli  xalqların  tərcümanı  İsmayıl  Qaspiralının  tribunasına 
çevrildi. Bu n
əşrin  tarixi  xidməti həm də  ondadır  ki,  türkdilli 
xalqlar  üçün h
əmişəyaşar  və  bütün dövrlər üçün keçərli,  yararlı 
ideya verdi: fikird
ə, dildə,  əməldə  birlik! XX əsrin  əvvəllərində 
formalaşmış  türkçülük  ideologiyasının  təməlində  də  məhz bu 
ideya durur… 
M
əşhur  Qaspiralılar  nəslinin  türk  dünyasına  bəxş  etdiyi 
İsmayıl  düz  160  il  bundan  əvvəl  mart  ayının  8-də  Krımın  Avçı 
k
əndində  dünyaya  göz  açmışdır.  Atası  –  keçmiş  çar  ordusunun 
zabiti Mustafa b
əy və  nüfuzlu mirzə  ailəsindən  olan  anası  Fatimə 
Sultan  İsmayılın  təlim-tərbiyəsinə  ciddi  yanaşır,  onun  təhsilinə 
qayğı göstərirdilər. Bir müddət müsəlman məktəbinə gedən İsmayılı 


• Abid  Tahirli
 

8
 ~ 
 
atası  –  Mustafa  Qaspiralı  xeyli çətinlikdən  sonra  Ağməsciddəki 
(Simferopol) gimnaziyaya düz
əltməyə nail olur və 2 il orada təhsil 
alır.  Gimnaziya  mühiti  İsmayılın  atası  Mustafa  kişini  qane  etmir. 
Odur 
ki,  o,  oğlunu  Voronejdəki hərbi məktəbə  qoyur.  İsmayıl 
burada bilir ki, ünvana düz g
əlməmişdir.  Tezliklə  İkinci  Moskva 
H
ərbi  Gimnaziyasına  düzəlir. Gənc  İsmayıl  Moskvadakı  üç  illik 
(1864-1867) gimnaziya h
əyatı  dövründə  dərk edir ki, seçdiyi yol 
onun ist
əklərinə,  arzularına  uyğun  deyil:  təhsilini  yarımçıq  qoyur, 
gimnaziyanı  tərk edir. Hərbi  gimnaziyadakı  tədris  yox,  oradakı 
mövcud 
əxlaqi, mənəvi mühit və  İsmayılın  dindaşlarına,  dildaş-
larına  alçaldıcı  münasibət onu növbəti dəfə  qərarını  dəyişməyə 
m
əcbur etmişdi. Gimnaziyada qeyri-ruslara, xüsusi ilə türk-tatarlara 
t
əhqiramiz,  şovinist  münasibət  İsmayılı  daha  dərindən  düşünməyə 
vadar  edirdi.  Əslində, elə  bu vaxtdan onun gələcək fəaliyyətinin 
konturları  cızılırdı.  Krit  adasındakı  yunanların  Osmanlı  dövlətinə 
q
arşı üsyan xəbəri İsmayıldakı milli təəssübkeşlik hissini o dərəcədə 
alovlandırmışdı  ki,  o,  üsyanın  yatırılması  üçün  türklərə  kömək 
etm
ək məqsədi ilə  cəbhəyə  getməyə  cəhd göstərir, lakin sərhədi 
keçm
əyə nail olmur. Doğma Krıma qayıdır, Yalta və Baxçasarayda 
1870-ci ild
ən ibtidai sinif müəllimi kimi fəaliyyətə  başlayır.  O, 
şagirdlərinə  rus dilini öyrədir, özü isə  rus  ədəbiyyatını  böyük 
ehtirasla mütali
ə edirdi. 
İ.Qaspiralı  dövrü  üçün  çox  xarakterik  olan  xalqçılıq, 
maarifçilik h
ərəkatının, digər müxtəlif ideya və cərəyanların intişar 
tapdığı,  inkişaf  etdiyi  bir  mühitdə  formalaşırdı.  O,  bir  tərəfdən 
M.N.Katkovun  (İ.Qaspiralının  müəllimi, «Moskovskiye vedo-
mosti», «Russkiy vestik» q
əzetlərinin redaktoru) millətçi  görüşləri 
il
ə tanış olur, digər tərəfdən M.N.Katkovun vasitəsi ilə tanıdığı tatar 
əsilli  yazıçı  İ.S.Turgenevin,  eləcə  də  rus ictimai-ədəbi-mədəni 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə