Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə4/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   2   3   4   5   6   7   8   9   ...   93

• Abid  Tahirli
 

12
 ~ 
 
illüstrasiyalı  «Aləmi-nişvan»  nəşr  olunmuşdur.  Yeri  gəlmişkən 
qeyd ed
ək ki, «Tərcüman»a qədər  İsmayıl  bəy 10-dək dövri nəşr 
çap 
etmişdir  («Tonguç»,  «Şəfəq», «Kəmər», «Ay», «Ulduz», 
«Gün
əş», «Həqiqət», «Tərəqqi» və s.). 
«T
ərcüman» İsmayıl Qaspiralının taleyi, tərcümeyi-halı, şah 
əsəridir,  başqa  sözlə, «Tərcüman»  İsmayıl  Qaspiralı,  İsmayıl 
Qaspiralı «Tərcüman»dır. 
Fikrimizc
ə, «Tərcüman»  Rusiyada  baş  verən ictimai-siyasi 
prosesl
ərə, islahatlara, islam aləmində  baş  verən dəyişikliklərə 
uyğun  olaraq  3  mərhələdə  araşdırılmalıdır:  1883-1905-ci illər, 
1905-1914-cü ill
ər və  1914-1918-ci illər.  Həmin mərhələlər 
İ.Qaspiralının  dünyagörüşündə, mücadilə  taktikasında  baş  verən 
d
əyişiklikləri də parlaq əks etdirir. 
 
C
əhalətə zərbə – yeni məktəb 
 
Böyük  xalq  xadimi  İ.Qaspiralının  fəaliyyəti  çoxşaxəli 
olduğu qədər də faydalı və zəngin olmuşdur. Məktəbi millətin nicat 
yolu kimi q
əbul edən  Qaspiralı  1884-cü  ilin  yanvarında  ənənəvi 
m
əktəblərdən fərqlənən təhsil  ocağı  açdı.  Yeni  üsulla  fəaliyyət 
göst
ərən bu məktəbdə  tətbiq olunan təcrübə  özünü  doğrultdu  – 
şagirdlər qısa müddət ərzində oxuma və yazmağa müvəffəq oldular. 
İ.Qaspiralının təhsildəki islahatı tədricən sistem kimi formalaşdı və 
«üsuli-c
ədid»  -  yəni  «yeni  üsul»  adını  aldı.  Bu  sistem  Rusiya 
müs
əlmanları  arasında  savadsızlığın  hakim  kəsildiyi bir cəmiyyət 
üçün 
ən səmərəli üsul sayılırdı. 2 illik məktəblərdə 9 aylıq tədris ili, 
6 günlük t
ədris həftəsi olurdu. Bir dərs günündə 5 dərs, hər bir dərs 
d
ə 45 dəqiqə keçirilirdi. 


• Bütün türkl
ərin tərcümanı 

13
 ~ 
 
İlk  baxışda  sadə  və  aydın  görünən bu sistem və  onun 
g
ətirdiyi yeniliklər əslində cəmiyyətdə mədəni bir inqilaba bərabər 
idi.  Ən  əvvəl, bu köhnənin alt-üst edilməsi,  inkarı  idi.  Dövrünün 
böyük t
əhsil islahatçısı bu qənaətdə idi ki, ilin 6 ayının, hər günün 3 
saatının nəzarətsiz, imtahansız, nizam-intizamsız olan köhnə təhsil 
sistemi 15-20 il ömür ist
əyir və nəticədə nə ərəb dili xeyir verir, nə 
d
ə  türk dili bir kamillik. Biliklərin imtahanlarda  yoxlanılmaması, 
t
əhsilə  yiyələnmənin dərəcəsinin müəyyənləşdirilməməsi təhsilin 
ərəb dilinin, islam qanunlarının öyrənilməsi ilə məhdudlaşdırılması, 
t
ədris ilinin 6 aydan ibarət olması, şagirdlərin məişət problemləri ilə 
ziyad
ə  məşğulluğu,  onların  zəkat və  sədəqəyə  alışdırılması, 

əllimlərin  maaşının  azlığı  «mədrəsə  təhsilinin  lazımi  səviyyədə 
olmaması»na dəlalət edir ki, bu da nəticə etibarı ilə «islam əhlinin 
geril
əməsinə» səbəb olurdu. Maarif fədaisi  İ.Qaspiralı  «Bəs çarə 
n
ədir?» - deyə sual edir və bu çətin, həlli müşkül məsələyə də özü 
əlac tapırdı: islahatların keçirilməsi. Yuxarıda da gördüyümüz kimi, 
o, n
əzərdə  tutduğu  islahatları  dilə  gətirməklə  kifayətlənmir, 
ideyalarını praktik olaraq həyata keçirirdi. Tarixə «cədizm» adı ilə 
düşən təhsil islahatı, ictimai-siyasi hərəkat XIX əsrin sonlarında çox 
populyarlıq  qazanmış  və  Krımdan  Volqaboyuna,  Urala,  Qafqaza 
sür
ətlə yayılmış, Orta Asiyada, hətta Hindistanda özünə tərəfdarlar 
tapmışdı. 1913-cü il 12 sentyabra qədər belə məktəblərin sayı təkcə 
Rusiyada 700-
ə yaxın idi. 
 
Birlik – ideyadan 
əmələ 
 
M
əktəb islahatını uğurla həyata keçirən «Tərcüman»ın nəşri 
il
ə  Rusiya müsəlmanlarının  –  türklərin təfəkkür tərzində  bir 
d
əyişiklik yaradan, cəmiyyəti bürümüş qaranlığa, cəhalətə işıq salan 


• Abid  Tahirli
 

14
 ~ 
 
İ.Qaspiralı  din və  dil  qardaşlarını  birləşdirmək,  onların  problem-
l
ərini birgə müzakirə etmək, çarəsini birgə axtarmaq üçün əvvəlcə 
Rusiya müs
əlmanlarının,  daha  sonra  dünya  müsəlmanlarının 
qurultayını  keçirmək təşəbbüsünü irəli  sürdü,  bu  ideyaları  inadla, 
israrla, f
ədakarlıqla reallaşdıra bildi. 1905-ci ildə Nijni-Novqorodda 
keçiril
ən Rusiya müsəlmanlarının  I  qurultayında  sədrlik edən 
İ.Qaspiralı  millətin birləşməsi, maddi-mənəvi tərəqqisi üçün bu 
toplantıdan sonra bu işin davamlı təşkili üçün də səy göstərmişdir. 
Rusiya müs
əlmanlarının  II  (12-23 yanvar, Sankt-Peterburq) və  III 
(29 avqust – 3 sentyabr 1903, Nijni-
Novqorod) qurultayından sonra 
İ.Qaspiralı Misirdə Dünya müsəlmanlarının da məclisini keçirməyə 
nail olmuşdur (1907). 
 
Mücahid Qaspiralı 
 
İ.Qaspiralını  təqdir edənlər də, tənqidçiləri də  onun 
f
əaliyyəti  haqqında  rəy  formalaşdırmaq  üçün  dilin  imkanlarından 
gen-bol istifad
ə  etməyə  çalışmışlar.  Bu  vaxta  kimi  İ.Qaspiralı 
aşiqləri  onun  ünvanına  «millətin  atası»,  «müsəlman  ədəbiyyatının 
ruhi-piranisi», «böyük ustad», «müh
ərriri-əzəm», «dahi», «Turanın 
əmsalsız  mədəni qəhrəmanı»,  «müsəlman  ziyalılarının  başçısı», 
«t
ərəqqi ordusunun ələmdarı»,  «millət  karvanının  rəhnüması», 
«rühül-mill
ət», «Rusiya müsəlmanlarının  ən  böyük  adamı»,  «türk 
yurdunun  yolbaşçısı»,  «Rusiya  müsəlmanlarının  çırağı»,  «təkcə 
Rusiyada deyil, xaricd
ə də müsəlmanlar arasında hamıdan məşhur», 
«mill
ətin fəxri», «böyük və  sevgili adam», «hünər sahibi», «ustad 
publisist», «qüdr
ətli fikir və  ideya rəhbəri»,  «xalqın  maddi  və 
m
ənəvi keşiyində dayanan bir insan», «istənilən avropalının həsəd 
apara bil
əcəyi erudisiyaya sahib dünya müsəlmanları arasında nadir 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə