Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə7/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   2   3   4   5   6   7   8   9   10   ...   93

• Bütün türkl
ərin tərcümanı 

21
 ~ 
 
«Moskovskiye vedomosti»y
ə, «Novoye vremya»ya, eləcə  də 
«i
slamçı  professorlar»  Smirnov  və  Çerevanskiyə  layiqli cavab 
verdiyini xatırlayır və yazır ki, müsəlmanlar qəzetin adını redaktor-
naşirin  adı  ilə  sinonim kimi qəbul edir və  bilirdilər  ki,  onların 
t
ərcümanı  öz  «Tərcüman»ında  mütləq  haqsız  və  doğru  olmayan 
söz
ə  lazımi  cavabı  verəcək.  Ə.M.Topçubaşov  İ.Qaspiralının  bir 
islahatçı  kimi  məktəb və  ortaq dillə  bağlı  fikirlərinə  yüksək dəyər 
verir, bu sah
ədə mühüm işlər həyata keçirdiyini göstərir. Müəllifin 
fikrinc
ə, müsəlman əhalisinin yaşadığı elə bir yer yox idi ki, İsmayıl 
b
əy ora getməsin. Hara qədəm  qoyurdusa,  orada  izi  qalırdı:  yeni 
m
əktəbin, maarif müəssisəsinin, xeyriyyə  cəmiyyətinin,  ədəbi 
m
əclisin…  əsası  qoyulurdu.  İ.Qaspiralı  H.Zərdabini həmişə 
minn
ətdarlıq  hissi  ilə  xatırlayır,  onu  müsəlman ictimai və  maarif 
işlərində ilk pioner sayırdı. Müsəlman həyatının bütün sahələrində 
müşahidə edilən canlanmaları unudulmaz İ.Qaspiralının məhsuldar 
f
əaliyyətinin nəticəsi hesab edən Ə.M.Topçubaşov məqaləsini belə 
bitirir:  «İsmayıl  bəy  Qaspiralı  kimi  bir  insanın  itkisi  müsəlmanlar 
üçün böyükdür, onların kədərini anlamaq olar. Ancaq təsəlli verən 
odur ki, onun xidm
ət etdiyi müsəlmanların hər biri mərhumun təzə 
m
əzarı üzərində söyləyirlər: «Sağ ol, İsmayıl bəy, sən öz xalqının 
maraqları keşiyində dayanaraq bacardığın hər şeyi elədin! Sən insan 
kimi doğuldun, insan kimi yaşadın, insan kimi öldün!» 
Xalqımızın  böyük  oğlu  Nəriman Nərimanov da uzun illər 
boyu  İ.Qaspiralı  ilə  əlaqə  saxlamış,  əməkdaşlıq  etmişdir.  O, 
«T
ərcüman»ın  10  illik  yubileyi  münasibəti ilə  İsmayıl  bəyə  təbrik 
m
əktubu göndərmiş, 1903-cü ildə tələbə ikən Baxçasaraya gələrək 
İ.Qaspiralını  ziyarət  etmişdir.  İ.Qaspiralı  vəfat edəndə  –  1914-cü 
ild
ə  «Bəsirət» qəzetində  N.Nərimanov «Baxçasarayda imtahan 
meydanı» adlı məqalə ilə çıxış etmişdir. Müəllif millətə ağır itki üz 


• Abid  Tahirli
 

22
 ~ 
 
verdiyini k
ədərlə  bildirərək  yazırdı  ki,  İ.Qaspiralının  adı 
əbədiləşdirilməli,  onun  haqqında  kitab  yazılmalı,  xatirəsinə  abidə 
ucaldılmalıdır.  N.Nərimanov  yazırdı:  «…səndə  millət hissi 
oyanıbsa, öz hüququnu düşünmüsənsə, bismillah, imtahan meydanı 
açıqdır.  Sənin yolunda bütün ömrünü sərf edən,  axır  nəfəsinədək 
s
əni nicat yoluna dəvət edən  şəxsin qəbri səndən  ancaq  bir  daş 
gözl
əyir. Elə  bir  daş  ki,  çox  təəssüf,  Sabirimiz,  Tukayımız  ümum 
mill
ətdən bu daşı almadılar…». 
Türk  dünyasının  böyük  ideoloqu  Ə.Ağaoğlu  ilə  İ.Qaspiralı 
münasib
ətləri ayrıca mövzudur. Onlar bir sıra problemlər ətrafında 
fikir mübadil
əsi  aparmış,  Peterburq  və  İstanbulda  dəfələrlə 
görüşmüş, «Türk ocağı» cəmiyyəti və  «Türk  yurdu»  jurnalı  ilə  də 
əməkdaşlıq etmişlər. Təbii ki, İ.Qaspiralının vəfatı Əhməd bəyi də 
b
ərk  sarsıtmışdı  və  bu  duyğularını  o,  «Türk  yurdu»nda  dərc 
etdirdiyi (1914-
cü  il,  №  12)  nekroloqda  oxucularla  bölüşmüşdür. 
Ə.Ağaoğlu  İ.Qaspiralının  vəfatından  söz  açmağın  çox  ağır 
olduğunu  etiraf  edir  və  yazır:  «Mən  İsmayıl  bəyin vəfat etdiyinə 
h
ələ  də  alışa  bilmirəm! Çünki o, o qədər diri və  zirək,  canlı  idi, 
h
əyat onda o qədər daşqın idi ki, mənim xəyalımda İsmayıl bəydə 
h
əyat  əbədi,  daimidir.  İsmayıl  bəyə  əcəlin  yaxınlaşacağına  əsla 
inanmıram! Hətta İstanbula bir neçə ay əvvəl son gəldiyi zaman o 
möht
ərəm  ustadı  25  il  əvvəlki  kimi  görmüşdüm.  Nə  o sevimli 
çöhr
əsində, nə  o yüksək ruhunda əsla dəyişiklik  görmədim. 
Dostlardan b
əziləri xəstə  olduğunu  söylədilər: fəqət, mən inana 
bilm
ədim.  Çünki  İsmayıl  bəy həmin  o  tanıdığım,  hörmət etdiyim, 
sevdiyim… 
əvvəlki İsmayıl bəy idi». Ə.Ağaoğlunun dərin hüzn və 
k
ədərlə  qələmə  aldığı,  göz  yaşları  içərisində  yazdığı  «artıq  əsilli-
n
əcabətli çöhrədən  əbədiyyən məhrum olduq» sözləri  adamın 
yadına  istər-istəməz tatar teoloqu Musa Bikiyevin 1914-cü ildə 


• Bütün türkl
ərin tərcümanı 

23
 ~ 
 
q
ələmə aldığı «Mülahizə» adlı əsərdəki sətirləri salır: «Mən, əlbəttə, 
heç n
ə  fikirləşmədən həyatımı  onun  yerinə  qurban verər və  onun 
yerin
ə  qəbirə  uzanardım.  Əgər mənim bu böyük hörmət etdiyim 

əllimimi  ayağa  qaldırmaq  mümkün  olsa  idi,  mən ondan heç 
olmazsa, h
ələ 15-20 il də millətə xidmət etməyi xahiş edərdim». 
Qayıdaq  Ə.Ağaoğlunun  yazdıqlarına.  O,  qeyd  edir  ki, 
İ.Qaspiralının fikir, dil, iş birliyi düsturuna əməl edən hər bir qövm, 
əslində,  milli  şüur  və  mənəvi vəhdətini  duymuş  olur.  Bu  qayeyə 
çatmaq üçü
n İsmayıl bəy ən əvvəl türkləri hər yerdə boğan, birliyini 
pozan, milli şüurdan mərhum edən cəhalətlə mübarizəyə girişdi və 
bunun üçün 
ən müəssir-təsirli amil kimi mətbuatla məktəbə 
müraci
ət etdi. Məktəb və  mətbuat: budur türklüyü qurtaracaq iki 
silah! M
ərhum bütün həyatını türkləri silahla təmin etməyə sərf etdi. 
B
əy ailəsi ilə  həm mühərrir, həm mürəttib, həm də  müvəzirlik-
poçtolyonluq v
əzifələrini ifa edirdi. Qəzetini oxutdurmaq üçün 
İsmayıl  bəy dəfələrlə  Krımdan  Qafqaza,  Türkistana,  Buxaraya, 
Kazana, Orenburqa s
əfər edərək  qapı-qapı  dolaşmaq 
m
əcburiyyətində  idi. «Tərcüman» damla-damla  axırdı  və  hər 
damlası  hər yerdə  yavaş-yavaş  təzə, gözəl çiçəklər  yetişdirirdi. 
«T
ərcüman»ın lisanı Kazandan Qafqaza, Krımdan Türkistana qədər 
anlaşılırdı. Bu böyük bir məharətdir. Bununla mərhum, düsturunun 
birinci b
əndini  icra  etmiş  olurdu.  Türklər hər yerdə  bir-birini 
anlamağa başlayırdı. 
«İqbal»  qəzetinin 28 sentyabr 1914-cü il tarixli 749-cu 
nömr
əsində  Firudin bəy Köçərlinin  «İsmayıl  bəy  Qaspiralı»  adlı 
yazısı da eyni hisslərlə qələmə alınmış və o dərəcədə də təsirlidir. 
İ.Qaspiralını  «Diriliyimizin  mayası  və  millətimizin ruh mənzili» 
adlandıran F.Köçərli onun ölümünə heç cür inanmır:      «İsmayıl 
b
əy  Qaspiralınin ölmək xəbəri bizə  də  yetişdi.  Bu  dəhşətli xəbər 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə