Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə3/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   2   3   4   5   6   7   8   9   ...   93

• Bütün türkl
ərin tərcümanı 

9
 ~ 
 
mühitinin  formalaşmasında  əvəzsiz  rol  oynamış  N.Tolstoyun, 
B.Belinskinin,  N.Çernışevskinin,  N.Dobrolyubovun  fikir  və 
ideyalarının əhatəsində yetişirdi. O, qabaqcıl rus ziyalılarına mehr-
m
əhəbbət saldığı qədər, şovinist, anti-türk xarakterli rus ziyalılarını 
t
əmsil edən təbəqəyə  qarşı  barışmaz  mövqedə  dururdu. Bir sözlə
obrazlı ifadə ilə desək, qaynayan rus mühiti İ.Qaspiralının gələcək 
taleyini mü
əyyənləşdirirdi. 
Pedaqoji f
əaliyyətlə  iddialarını  və  ideyalarını  gerçəkləşdirə 
bilm
əyəcəyi qənaətinə  gələn  İsmayıl  Qaspiralı  əvvəlcə  Avropaya, 
sonra  Şərq ölkələrinə  üz  tutur  (1872).  İstanbul,  Vyana,  Münhen, 
Şturtqarddan  keçərək Fransaya gələn  İ.Qaspiralının  təzadlar, 
t
ərəddüdlərlə  dolu  dünyagörüşündə, həyatında  yeni  dövr  başlayır. 
H
ələ  Moskvada təhsil  aldığı  illərdə  əxz  etdiyi,  meyl  saldığı 
maarifçilik duyğuları Paris mühitində onda milli intibah ideyalarını 
alovlandırır.  Uzaqdan  –Parisdən  Rus  imperiyasının  əsarəti  altında 
inl
əyən  əsir  türk  xalqlarının  acı  mənzərəsi,  qaranlıq  dünyası  daha 
aydın  görünürdü.  İ.Qaspiralının  qəlbində  bütün  türk  dünyasını 
nurlandıracaq ideyalar cücərirdi. 
İki  il  –  1874-cü ilədək Parisdə  yaşayan  və  tanınmış  rus 
yazıçısı  İvan  Turgenevin  yanında  çalışan  İ.Qaspiralının  Osmanlı 
zabiti  olmaq  arzusu  onu  İstanbula  gətirir.  Lakin  23  yaşlı  gənc bu 
arzusuna yetişmir: Rusiyanın Osmanlıdakı səfiri İqnatyev ona mane 
olur v
ə İsmayıl yenidən Krıma qayıdır (1875). 
İsmayıl  bəy  doğma  diyarda  fəaliyyət dairəsini genişləndirir 
v
ə  həmşəhərlilərinin  etimadını  qazanaraq,  Baxçasaray  bələdiy-
y
əsinin sədri seçilir (1875-1884). Lakin xəyallarındakıları  gerçək-
l
əşdirmək üçün bu post kifayət etmirdi. O, bir qəzet çıxarmaq üçün 
çar hökum
ətinə  müraciət edir (1877), cavab müsbət olmur. Rədd 
cavabı  İ.Qaspiralını  məyus etsə  də, o, yolundan dönmür. 


• Abid  Tahirli
 

10
 ~ 
 
Simferopolda rus dilind
ə  buraxılan  «Tavrida»  adlı  qəzetlə  sıx 
əməkdaşlıq  etməyə  başlayır,  Simferopolda  «Tonğuç»,  Tiflisdə 
Ünsizad
ə  qardaşlarının  mətbəəsində  «Şəfəq və  Lətaif», «Ay», 
«Ulduz» v
ə  «Günəş»  adlı  kitabçalar  nəşr  etdirir.  1882-ci ildə 
«Tavrida» q
əzetinin bir neçə nömrəsində dərc olunan məqalələrini 
toplayaraq «Rusiya müs
əlmanları»  adı  ilə  54 səhifəlik kitab 
şəklində  türk dilində  buraxır.  Əsərdə  müəllif  özünü  Rusiyanın 
s
ədaqətli təbəəsi kimi təqdim etsə  də, türk-tatar  toplumunu  açıq-
aşkar  birliyə, Avropa mədəniyyətinə  yiyələnməyə  çağırırdı.  Rus 
hökum
ətinə  xitabən  yazılan  bu  əsərdə  İ.Qaspiralı  eyni  zamanda 
rusların  da  müsəlmanların  maariflənməsinə  əngəl  olmamaları 
fikrini, Rusiyanın həm də, bir müsəlman dövləti sayılması ideyasını 
ir
əli sürürdü. 

əllif həyəcanla bəyan  edirdi  ki,  Krımdakı  türklər də 
daxil olmaqla, Rusiya müs
əlmanlarının  milli  kimliklərinin 
itirilm
əsi təhlükəsi  vardır.  İ.Qaspiralıya  görə,  ən  əvvəl, Rusiya 
müs
əlmanları, türk dilində  danışan  toplumlar  cəhalət və  iqtisadi 
t
ənəzzül bəlasından  xilas  edilməli, etno-dini  əsaslara dayanaraq 
bütöv v
ə  müasir millət  kimi  formalaşmalıdırlar.  Bu  çətin, tarixi 
v
əzifənin öhdəsindən  yalnız  bir  yolla  gəlmək olar: 
maarifl
ənməklə. Türk təhsil sistemi bu dildə  danışan  xalqları 
yaxınlaşdırmalı,  nəticə  etibarı  ilə  ortaq türk ədəbi dilinin 
t
əşəkkülünə təkan verməli idi. Türk dilindəki mətbu orqan isə bu 
v
əzifənin həyata keçirilməsində  mühüm vasitə  ola bilərdi. Bu 
əsərlə  bağlı  bir  qədər sonra daha  ətraflı  bəhs edəcəyimiz üçün 
h
ələlik bunlarla kifayətlənirik. 
 
 
 


• Bütün türkl
ərin tərcümanı 

11
 ~ 
 
 
İ.Qaspiralının şah əsəri – «Tərcüman» 
 
Doğma  dildə  qəzet nəşr  etmək üçün ilk təşəbbüsünün 
n
əticəsiz qaldığını görən İ.Qaspiralı qəzet buraxmadan ideyalarının 
reallaşmayacağını  aydın  dərk edirdi. Odur ki, müəyyən  hazır-
lıqlardan,  o  cümlədən gələcək qəzet üçün xeyli sayda abunəçilər 
topladıqdan  sonra  qəzet buraxmaq üçün növbəti dəfə  hökumətə 
müraci
ət etdi. 
İ.Qaspiralıya, nəhayət ki, ruscası ilə birlikdə buraxmaq şərti 
il
ə «Tərcüman» qəzetinin nəşrinə icazə verildi. Beləliklə, 1883-cü il 
aprel ayının 10-da Rusiya imperiyasında yaşayan 14 milyonluq türk 
dilind
ə  danışan  xalqların  tarixləri  ərzində  «Əkinçi»  (1875-1877), 
«Ziya» («Ziyayi-Qafqasiyy
ə» (1879-1884) və «Kəşkül»dən (1883-
1891) sonra sayca dördüncü q
əzet işıq üzü gördü. 
İlk  vaxtlardan  ciddi  maliyyə  problemləri ilə  üzləşməsinə 
r
əğmən «Tərcüman»ın  tirajı  artır,  səsi-sorağı  sürətlə  yayılırdı,  onu 
Rusiyadan uzaqlarda da – 
Misir,  Əlcəzair,  Çin,  İran,  Hindistan, 
Türkistan,  Rumıniya,  Bolqarıstan və  s. kimi ölkələrdə  alır, 
oxuyurdular.  İlk  nömrəsi cəmi 320 nüsxə  çıxan  «Tərcüman»ın 
sonrakı  illərdə  tirajı  20  minə  qədər  artmışdı.  Nəşrə  başlayandan 
1905-ci il
ədək iki dildə  buraxılan  «Tərcüman» 1905-ci ildən 
etibar
ən  bağlananadək  –  10 fevral 1918-ci ilə  kimi  yalnız  türk 
dilind
ə  nəşr  olunmuşdu.  1912-ci ildən qəzet «Dildə, fikirdə,  işdə 
birlik»  şüarı  ilə  buraxılmışdır.  1906-cı  ildən 1910-cu ilədək 
«T
ərcüman»ın  mətbəəsində  İ.Qaspiralının  qızı  Şəfiqə  xanım 
(Az
ərbaycan Xalq Cümhuriyyətinin  Baş  naziri  Nəsib  bəy 
Yusifb
əylinin həyat  yoldaşı)  tərəfindən  qadınlar  üçün  Rusiya 
müs
əlmanlarının  ilk  jurnalı  on  beş  gündən bir səkkiz səhifəlik, 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə