Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   23   24   25   26   27   28   29   30   ...   99

 
80
insan təfəkküründə öz əksini tapmış dialektik vəhdətindən 
ibarətdir.  
2. Fəlsəfi modallıqda obyektiv reallıq, təfəkkür və dilin 
qarşılıqlı əlaqə və münasibətləri araşdırılır.  
3. Linqvistik modallıqda dilin bütün səviyyələrinə xas 
əlamət və xüsusiyyətlər - qrammatik, sintaktik, semantik 
əlaqələr toplusu cəmləşmişdir.  
4. Məntiqi modallıq hökmün ən mühüm əlaməti hesab 
olunur. Obyektiv əlaqələr məntiqi hökmün məzmununda 
müxtəlif forma və dərəcələrdə əks olunur. Linqvistik reallıq, 
yaxud qeyri-reallıq məntiqi həqiqilik və yalanla üst-üstə 
düşür.  
5. Deyilmiş fikrə münasibət  (onun reallığı / qeyri-reallığı, 
həqiqiliyi, yalan olması, vacibliyi, zəruriliyi, mühümlüyü, 
ehtimalı olması) danışan tərəfindən bildirilir və bu münasibət 
subyektiv və ya obyektiv səciyyə daşıya bilər.  
6. Modallıtğın iki aspekti - obyektiv və subyektiv modallıq 
- bir-birini tamamlayaraq bütövlükdə cümlənin ümumi 
modallıq məzmununu yaradırlar. Hər iki aspekt məna 
yüklərinə görə eyni qiymətlidirlər.  
7. Modallığı çox vaxt cümlə səviyyəsinə aid edirlər. Lakin, 
cümlənin özü də izahını kontekstdə tapır. Beləliklə, modallıq 
kateqoriyası getdikcə genişlənərək söz səviyyəsindən 
cümləyə, cümlədən isə kontekstə keçmişdir.  
8. Modallıq kateqoriyası real və irreal kimi iki növə ayrılır. 
Belə hesab olunur ki, reallıq həqiqətə uyğunluq, irreallıq 
qeyri müvafiqlikdir.  
9. Modallığın məntiqi-linqvistik mahiyyəti mürəkkəb 
olduğu kimi onun ifadə vasitələri də  rəngarəndir. Bəzən 
modallığın ifadə vasitələrini leksik-qrammatik sahə fonunda 
izah edirlər.  
10.  İngilis dilində modallıq felin şəkilləri, ara cümlələr, 
modal fel+infinitiv konstruksiyaları, modal sözlər və s. ilə 
ifadə olunur. Modallığın yaranmasında intonasiya, vurğu, 
müxtəlif cestlər və s. də mühüm rol oynayır.  
11. Azərbaycan dilində  də modallıq  əsasən morfoloci, 
leksik, leksik-sintaktik, leksik frazeoloci, prosodik vasitələrlə 
əmələ  gəlir. Fərq bu vasitələrin məzmununda və struktur 
tiplərinin müxtəlifliyindədir.  


 
81
12. Modallığın müxtəlifsistemli german və türk dillərində 
tədqiqi eyni sxem üzrə aparılmamışdır. Konkret dil 
materialından, modallığın ayrı-ayrı dillərdə funksiyaları  və 
ifadə vasitələrindən asılı olaraq bu araşdırmaların da 
istiqaməti müxtəlif olmuşdur.  
13. German dillərində daha çox modallığın funksional-
semantik sahə anlayışı, modal sözlərin 
mətnəmələgətirmədə rolu, modallığın ifadəsinin analitik və 
sintetik üsulları, modal ədatların semantik təbiəti, modal 
aktuallaşma məsələləri tədqiqat obyekti olmuşdur.  
14. Türkoloci ədəbiyyatda fel formalarının və şəkillərinin, 
modal sözlərin, sintaktik təkrarların və intonasiya növlərinin 
modallıq anlayışının yaranmasında və ifadəsindəki rolu 
geniş təhlil olunmuşdur.  
15. Germanşünaslıqda modallıq kateqoriyası V.Admoni, 
Ş.Balli, V.Qak, M.Qrepa, E.Qulıqa, E.Şendels, L.Yermo-
laeva, E.Zveryeva, K.Kruşelntiskaya, O.Moskolskaya, 
V.Panfilov, N.Petrov, A.Smirnitski, M.Blox, H.Zandvoorf, 
C.Kats, C.Fodor, K.Zommerfeldt, İ.Brinkmann, 
V.Bondarenko, V.Qureviç, D.Ştellinq, Y.Erben, S.Borkaçev, 
R.Qrobe, C.Lyons, L.Kanner və b. tərəfindən müxtəlif 
aspektlərdən tədqiq olunmuşdur.  
16. Türkologiyada modallıq bir məntiqi,fəlsəfi və qram-
matik kateqoriya kimi hərtərəfli  şəkildə öyrənilmiş  və bu 
sahədə A.N.Kononovun, N.A.Baskakovun, A.N.Baskako-
vun, K.V.Musayevin, F.R.Zeynalovun, Z.Əlizadənin, A.Asla-
novun, M.Rəhimovun, N.Dırenkovanın, F.A.Aqaevanın və 
başqalarının böyük xidmətləri olmuşdur.  
17. Türkologiyanın aparıcı qollarından olan Azərbaycan 
dilçiliyində modallıq XX əsrin 50-ci illərindən tədqiq olun-
mağa başlanmışdır. A.N.Kononovun türk və özbək dillərinin 
qrammatikalarına həsr olunmuş kitablarında modallıq kate-
qoriyasının tədqiqi ilə  əlaqədar Azərbaycan dilçilərinin 
əsərlərinə istinadlar edilmişdir. Azərbaycan dilçilərindən 
A.Ə.Aslanov,  Ə.M.Cavadov, F.R.Zeynalov, N.H.Ağazadə, 
S.Cəfərov, M.Hüseynzadə, Z.Əlizadə, M.Rəhimov, Z.Buda-
qova və b. öz əsərlərində modallıq kateqoriyasını  hərtərəfli 
tədqiq etmişlər. 
FƏSİL 2.  


 
82
 
İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ  
MODALLIĞIN STRUKTUR TƏHLİLİ 
 
2.1.  İngilis və Azərbaycan dillərində modallığın 
fonetik (prosodik) ifadə vasitələri.  
2.1.1. Ümumi qeydlər.  
Dilçilik  ədəbiyyatında prosodiya termini çox vaxt 
intonasiyanın tərkib hissələrindən biri kimi izah olunur. 
Ağamusa Axundov “Azərbaycan dilinin fonetikası” kitabında 
intonasiyanın tərkib hissələrini aövqəlxətti fonetik vahidlərin, 
başqa sözlə, prosodik ünsürlərin (melodika, ritm, intensivlik, 
vurğu, temp, tembr, fasilə və s.) kompleksindən ibarət olub, 
müxtəlif sintaktik məna və kateqoriyalar, ekspressiv və 
emosional münasibətlər ifadə etməyə xidmət göstərən fono-
qrammatik vasitə kimi səciyyələndirir [5, s.292].  
“İzahlı dilçilik terminləri” sorğu lüğətində prosodiyanın iki 
mənası göstərilir: 1. Nitqin seqmentüstü (superseqment) 
xüsusiyyətlərinin - tonun ucalığı, uzunluq, yüksəklik və vurğu 
kimi xüsusiyyətlərinin ümumi adı. 2. Nitqin üzvlənməsi 
(üzvlərə bölünməsi) və üzvlənmiş hissələrin birləşməsinin 
üsul və vasitələri. Bura a) ahəng-əsas tonun yüksəlməsi və 
alçalması; b) dinamika - az, ya çox güclü vurğunun düzümü, 
sıralanması; c) temp - nitqin nisbətən sürətli və ya yavaş 
tələffüzü; ç) fasilə - tələffüzün arada kəsilməsi kimi fonetik 
vahidlər daxil edildir. Prosodik ifadə vasitələri dedikdə isə, 
vurğu, ton, uzunluq və s. hadisələrlə  əlaqədar olan, onlara 
aid olan ifadə vasitələri başa düşülür [7, s.221].  
İndiyə  qədər dilçilik ədəbiyyatında modallıq leksik-
qrammatik kateqoriya kimi şərh olunmuş, onun intonasiya 
cəhətinə, prosodik ifadə vasitələrinə diqqət yetirilməmişdir.  
1980-cı ildə çap olunmuş “Müasir Azərbaycan dili” 
kitabında modallıq kateqoriyası dar çərçivədə götürülür və 
yalnız felin şəkilləri ilə əlaqələndirilir. Modallığı sırf morfoloci 
kateqoriya hesab edən müəllif (həmin kitabda “Modal 
sözlər” bəhsinin müəllifi Ə.M.Cavadov olmuşdur) yazır: “Hər 
bir morfoloci kateqoriyanın dildə müəyyən vəzifəsi vardır. 
Felin zaman formaları geniş mənada zaman kateqoriyasının 
ifadə vasitəsidir. Növ subyekt və obyekt münasibətini, hal 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə