Azərbaycanın görkəmli şəxsiyyətləri



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə10/83
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50651
1   ...   6   7   8   9   10   11   12   13   ...   83

 
 
 47
Áèáëèîãðàôèéà
şəkildə əks etdirməyinə, sənətkarlıq səviyyəsinin yüksəkliyinə
ifadə səmimiliyinə görə həmişə (və hər yerdə) diqqəti çəkəcək, 
maraq doğuracaqdır. 
   Nizami Cəfərov, 
AMEA-nın müxbir üzvü, professor 
 
Mən Hidayət haqqında düşünəndə fikirləşdim ki, onu necə 
adlandırım?  Şair Hidayət, nasir Hidayət, dramaturq Hidayət, 
publisist Hidayət, diplomat Hidayət, siyasətçi Hidayət, böyük 
vətəndaş Hidayət. Bütün dediklərimin doğruluğuna dərindən 
inanmaqla mən Hidayəti böyük ziyalı adlandırmağa daha çox 
üstünlük verdim. 
Yüksək yaradıcılıq qabiliyyətinə, hərtərəfli dünyagörüşü-
nə, intellektual və  mədəni səviyyəsinə, ensiklopedik biliyinə, 
zəngin mənəvi və insani keyfiyyətlərinə görə  fərqlənən 
Hidayət sözün əsl mənasında xalqımız, millətimiz, müstəqil 
dövlətimiz uğrunda alovlanıb yanan böyük ziyalıdır. 
Hidayətin həyat və yaradıcılığı, ədəbi-bədii, publisistik və 
ictimai-siyasi fəaliyyəti ilə tanış olduqda inanmaq olmur ki, 
kiçik bir zaman kəsiyində adi bir insan bu qədər böyük iş görə 
bilər. Mədəniyyətimizin, ədəbiyyatımızın elə bir sahəsi yoxdur 
ki, Hidayətin orada izi olmasın. O hansı sahədən keçibsə, orada 
özünəməxsus iz qoyub. İz salmaq, iz qoyub getmək isə  hər 
adama nəsib olmur. Bu iş ancaq yaradıcı şəxsiyyətlərin payına 
düşür.  Şeirdə, nəsrdə, dramaturgiyada, publisistikada, teatrşü-
naslıqda, incəsənətdə böyük xidmətləri olan Hidayət həmçinin 
respublikamızda kitab nəşrinin təşkilatçısı, Azərbaycan kitab 
mədəniyyətinin görkəmli təbliğatçısı kimi ad-san sahibidir. 
Qədim oğuz eli olan Qərbi Azərbaycanda – indiki Ermə-
nistanda işləyərkən Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, 
incəsənətinin inkişafında və təbliğində onun xidmətləri əvəzsizdir.  
Abuzər Xələfov, 
professor 
 
 
 
48 
Ùèäàéÿò
Hidayət müəllim hansı  işi aparmasından asılı olmayaraq, 
ona bütün canı, enerjisi ilə maksimum münasibət bəsləyir. İşi-
nə sadiq olduğu kimi, həm də ona rəhbərlik etmiş Ümummilli 
Liderimiz Heydər Əliyevə çox sadiq olub. Ölkədə sabitlik bər-
qərar olandan sonra bir dəfə bu sahəyə  məsul olduğuna görə 
mən ona öz dost təşəkkürümü bildirdim. O mənə cavab verdi 
ki, “yox, bu mənim deyil, məhz hörmətli Prezidentimiz Heydər 
Əliyevin xidmətidir. Sabitlik və respublikamızın bütün nailiy-
yətləri Heydər Əliyevin zəhmətinin bəhrəsidir. Onun bilmədiyi 
sahə yoxdur. O hansı kənddə, hansı rayonda kimin nə işlə məş-
ğul olacağını belə qabaqcadan bilir.” 
 Hidayət müəllimin şeirləri arasında “Yol gedirəm” adlı bir 
şeiri var. Müəllif həmişə yol gedir. Vətənimizin, dövlətimizin, 
ədəbiyyatımızın, incəsənətimizin çiçəklənməsinə doğru yol 
gedir. Uğur olsun! 
Ağakişi Kazımov,  
Xalq artisti, professor 
 
Altmışıncı illərdən Ermənistanda yenidən başlanan millət-
çilik hərəkatı, Azərbaycana qarşı irəli sürülən  əsassız iddialar 
və düşmən mövqeyi bir çox başqa sahələrdə olduğu kimi, Cab-
barlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında başlanan 
böyük yaradıcılıq işlərinə  də  əngəllər törədirdi. Azərbaycan 
teatrının uğurları, onun getdikcə daha geniş tamaşaçı audito-
riyasını  əhatə etməsi təbii ki, ermənilərin ürəyindən deyildi. 
Teatrı dağıtmaq üçün əllərindən gələni əsirgəmirdilər. 
Məhz belə bir vaxtda 24 yaşı tamam olmamış gənc Hida-
yət  İrəvan teatrına direktor təyin olundu. Teatrın problemləri-
nin dərindən öyrənilməsi, truppanın formalaşdırılması, sanballı 
repertuar tərtib edilməsi üçün çox çalışdı və istəyinə çatdı. İrə-
van Azərbaycan Teatrının tarixi nailiyyətlərini bərpa etdi, bu 
qocaman sənət ocağı o illərdə Azərbaycanın və Ermənistanın ən 
maraqlı teatrlarından birinə çevrildi. 
Kollektivin fəaliyyətini məhdudlaşdırmaq istiqamətində 
görülən tədbirlərə etiraz səsini ucaldan, yüksək təşkilatçılıq 


 
 
 49
Áèáëèîãðàôèéà
qabiliyyətinə malik direktor uzun illər teatrda səmərəli fəaliy-
yət göstərdi və  nəhəng imperiyada təcrübəli teatr rəhbərlərin-
dən biri kimi tanındı. 
Azad Nəbiyev, 
AMEA-nın müxbir üzvü, professor 
Hidayət Orucov ulu öndərimiz, ümummilli liderimiz, feno-
menal  şəxsiyyət kimi tarixdə yaşayan Heydər  Əliyev məktə-
binin layiqli yetirməsidir. O, ulu öndərimizin və onun siyasi 
kursunun layiqli davamçısı, indiki Prezidentimiz İlham 
Əliyevin milli siyasətlə bağlı proqramlarının həyata keçirilmə-
sində  xüsusi bacarıq və qabiliyyətlə çalışır. Respublikamızda 
yaşayan milli azlıqların problemlərinin həllinə xüsusi səy 
göstərir. Bu, onun təkcə  vəzifə borcu deyil, eyni zamanda, 
Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideyasının 
həyata keçirilməsinə çalışan vətəndaşlıq qayəsidir. 
Bəhlul Ağayev,  
professor 
 
Hidayət hansı mövzuda, hansı janrda, hansı üslubda yazır-
sa-yazsın elə Hidayət səmimiyyəti ilə seçilir, “Heydər  Əliyev 
və Azərbaycanda milli siyasət” monoqrafiyasında nə  qədər 
elmilik, obyektə yanaşma reallığı varsa, bir o qədər də Hidayət 
qəlbinin döyüntüsü var, Hidayət ağlının görücülüyü var. 
Hidayət könlü-gözü tox, abır və  ləyaqətini həmişə üstün 
tutan vətəndaş, dövlət adamı, sənətkardır. Ona verilmiş 
“Əməkdar incəsənət xadimi” fəxri adı, Gürcüstanın “Şərəf”, 
Azərbaycan Respublikasının “Şöhrət” ordenləri ona verilmiş 
əsl qiymətdir.  
Əjdər Ağayev, 
professor 
 
Bəziləri böyüdükcə mürəkkəbləşdiyi halda, Hidayət Oru-
cov böyüdükcə sadələşmiş və sadələşdikcə də böyümüşdür. 
 
 
50 
Ùèäàéÿò
O, Prezidentin, həm də dünya şöhrətli Heydər Əliyev kimi 
Prezidentin müşaviri olduğu dövrdə məni ilk dəfə yanına dəvət 
etdi. O, əvvəlki Hidayətlərdən də sadə idi. Məni otağın qapısı 
ağzında qarşıladıqdan, səmimi söhbətlərdən sonra sürücüsünü 
yanına dəvət etdi: “Mənim ağsaqqalımı evlərinə çatdır” - 
dedikdə nəzərimdə bir az da böyüdü. 
Əksər  şairlər elə ilk yaradıcılığa başladığı gündən özünə 
təxəllüs qəbul etdiyi halda, o, bu böyüklüyü də sadəliklə ifadə 
edir: onun yazılarının sonunda təkcə bir söz – Hidayət yazılır. 
Bu sadəlik həm onun özünü, həm də adını böyüdür. 
Həsən Balıyev, 
professor 
 
Mən Hidayət müəllimi həssas qəlbli, lirik duyğulu, roman-
tik təbiətli bir şair kimi tanımışam, müxtəlif illərdə nəşr olun-
muş  şeir kitablarında toplanmış  zərif  şeirlərini rəğbətlə oxu-
muşam, yeri gəldikcə onları poeziyasevərlərə  təbliğ etmişəm. 
Şairin poetik yaradıcılığının məziyyətlərini insana məhəbbət, 
təbiətə sevgi, Vətənə  sədaqət hissləri təşkil edir. Bu şeirlər 
oxucuların mənəvi-estetik ideallarının formalaşmasında mü-
hüm rol oynayır. 
Hidayət Orucov xalqına, vətəninə, el-obaya çox bağlı bir 
vətəndaşdır. Onun boy-buxunu, qədd-qaməti əsl Oğuz soyları-
nın gözəl nümunəsidir. Hidayət müəllim həmişə xeyirdə-şərdə 
görünən, xalqın içərisində olan bir insandır. Hidayət müəllimlə 
hər bir insan həmsöhbət ola bilər, onun dinləmək qabiliyyəti, 
hər kəslə öz dilində danışmaq bacarığı vardır. Məhz onu 
sevdirən də elə bunlardır. Hidayət müəllim püxtələşmiş və çox 
yetkin dövlət xadimi, şair-publisist, sadə  və gözəl insandır. 
Onun haqqında məmnuniyyətlə yazmağa dəyər.  
Xəlil İsmayılov,  
professor 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə