Müəyyən daimi müstəviyə görə su səthinin yüksəkliyinə su səviyyəsi deyilir



Yüklə 17,76 Kb.
tarix04.02.2018
ölçüsü17,76 Kb.
#23453


SUYUN SƏVİYYƏSİNİN ÖLÇÜLMƏSİ

Səviyyənin ölçülməsin olan maraq hələ eramızdan əvvəl, çayların daşqın nəticəsində törətdikləri fəlakətlə əlqədar əmələ gəlmişdir.



Müəyyən daimi müstəviyə görə su səthinin yüksəkliyinə su səviyyəsi deyilir.

İqlim, təbii amillərin təsirindən və istifadə ardıcıllığından asılı olaraq su mənbələrində və ayrı-ayrı kanallarda axımın dəyişməsi ilə əlaqədar səviyyə də dəyişir.

Hidrologiya və hidrotexnika sahəsində su səviyyəsi çox mütləq yüksəkliklə ifadə edilir. Lakin, çaylarda, kanallarda, su anbarlarında su səviyyəsini nisbi yüksəkliklə ifadə etmək daha mqsədə uyğundur.

Səviyyənin ölçülməsi üçün istifadə olunan yerə su ölçmə məntəqəsi deyilir. Su olçmə məntəqələri gəmiçiliklə əlaqədar olaraq, böyük kanallarda çaylarda, bəndlərdə, su elektrik stansiyalarında, şlüzlərdə, limanlarad, körpülərdə, su götürən baş qurğularda, suvarma kanallarında və s. yerlərdə qurulur.


Çaylarda və suvarma kanallarında səviyyənin ölçülməsi xüsusi əhəmiyyət kəsb edir. Belə hallararda səviyyənin ölçülməsi məlumatlarına görə sərflə səviyyə arasında Q=f(H) a sılılıq qrafikləri qurulur. Bu qrafiklərə əsasən müşahidə olunmuş istənilən səviyyəyə görə axının sərfi daha asan təyin olunur.
Suyun səviyyəsi vaxtaşırı reyka ilə arasıkəsilmədən isə özüyazan cihazlarla qeyd olunur. Hidrometriya işlərində sadə su ölçmə məntəqələrindən geniş istifadə olunur. Sadə su ölçmə məntəqələri, ölçmə avadanlıqlarının müxtəlifliyinə görə təmasalı, payalı və qarışıq növlərə böiünür.



Təmasalı məntəqələr (maili və şaquli). Quruluşuna və ölçmə əməliyyatlarının aparılmasına görə ən sadə məntəqə hesab olunur və məcrlarda su səviyyəsi əsasən 2-3 metr arasında dəyişən hallar üçün tətbiq olunur.Tamasa HTQ-ın və körpülərin yan divarlarında quraşdirildiqda isə daha kəskin dəyişən su səviyələrini ölçmək mümkün olur.
--Şaquli tamasalı məntəqələrdə tamasa şaquli vəziyyətdə sərt yamaclara, müxtəlif hidrotexniki qurğuların sahil divarlarına bərkidilir. Ölçmə məntəqəsində hidrotexniki qurğu olmadıqda isə tamasa məcranın yatağına basdırılmış paya üzərinə bərkidilir. Belə halda tamasanı suda axan buz və digər əşyalardan qorunmaq üçün onun ön hissəsində xüsusi qoruyucu düzəldilir.


--Maili tamasalı məntəqələrdə tamasa məcranın yamacında maili vəziyyətdə xüsusi payalara bərkidilir. Bu məntəqələr əvvəlkinə nisbətən əlverişli hesab olunur, çünki burada tamasa suda axan buz və digər əşyaların zərbəsindən daha yaxşı qorunur, digər tərəfdən isə bunlarda ölçmə əməliyyatı xüsusilə iti axan çaylarda asan və səhvsiz olur.

Payalı məntəqələr. Bu məntəqələr düzən və su səviyyəsi kəskim dəyişən çaylarda və kanallarda geniş tətbiq olunur.Məntəqə, çayların və kanalların en kəsiklərinə normao olmaqla onların yamacları boyunca bir-birində müəyyən məsafədə basdırılmış payalardan ibarətdir.










Qarışıq məntəqələr. Belə məntəqələrdə təmasalı və payalı məntəqələr birlikdə istifadə olunur.Qarışıq məntəqələrdə çayın az sulu səviyyələri paya ilə,yüksək səviyyələr isə təmasa ilə ölçülür.Yüksək səviyyələri ölçmək üçün təmasalar çox vaxt qurğuların yan divarlarına vurulur.

Gün ərzində səviyyənin tez-tez dəyişməsi hallarında özüyazan məntəqələrdən isifadə olunur.Özüyazan cihazlar suyun səviyyəsinin dəyişməsini avtomatik olaraq arasıkəsilmədən lentə cızır.(məsələn, “Valday”,Qr-38).


Ötürücü məntəqələr yamacları çox sərt olan və ölçmə zamanı su səthinə yaxınlaşmaq mümkün olmayan çaylarda tətbiq olunur. Qış vaxtı suyun səthi donarsa, belə şəraitdə ölçmə əməliyyatını aparmaq üçün ötürücü məntəqələrlə yanaşı tamasalı və ya payalı məntəqələrdən də istifadə edilir.Yerli şəraitindən asılı olaraq ötürücü məntəqələrin aşağıdakı növləri tətbiq olunur.

--Körpülü məntəqə. Səviyyənin ölçülməsi əməliyyatı aparılan yerdə mövcud olan körpü və ya başqa hidrotexniki qurğudan istifadə edilir. bunun üçün körpü üzərində müəyyən nöqtə qeyd olunur. Həmin nöqtə ölçmənin başlanğıcı və ya sıfrı qəbul edilir. sonra onun geodezik yüksəkliyi nivelirləmə yolu ilə təyin olunur. Ölçmədə əsas məqsəd sıfır nöqtəsindən su səviyyəsinə qədər olan şaquli məsafəni təyin etməkdən ibarətdir. Ölçmə üçün su səthinə salınan, ucundan yük asılmış bölgülü trosdan və ya polad lentdən istifadə edilir.

--Troslu məntəqə. Bu məntəqələrdən sərt yamaclı dağ çaylarında istifadə olunur. Məntəqənin əsas hissəsi, sahildə torpağa basdırılmış dayaqlar üzərinə bərkidilmiş çayın su səthinə tərəf çıxıntılı vəziyyətdə olan 1 ağac parçasından ibarətdir. Uzunluğu 1 m olan bölgülü 2 səviyyəölçən tamasa ağac parçasının sahil qurtaracağına üfüqi vəziyyətdə bərkidilir.

Yuxarıdakı üsularla suyun səviyyəsinin dəyişmə qiymətləri statistik üsullarla hesablanır.Həmin səviyyələrin cari qiymətlərinə əsasən sutkalıq.aylıq orta səviyyə (Hor),ölçülərin sayından (n) və həmin səviyyələrin cəbri cəmindən (∑H) asılı olaraq belə hesablanır:



Hor =(∑H)/n

Məcranın canlı en kəsiyi ( trapesiya,düzbucaq və yarımdirəvi ) həndəsi formaya tabe olmadıqda cari səviyyə H1, H2, H3....Hn dərinliklərinin cəbri cəminin orta qiymətlərinə əsasən götürülür.
Yüklə 17,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə