59
Áèáëèîãðàôèéà
köçüb gəlməsi - bir insanın,
konkret desək, bir qələm sahibinin
təzə ömür, təzə həyat və yaradıcılıq səhifələrinin açılması de-
məkdir. Bəlkə də tale ayağının altına daş qoyub boylanaraq
onun qulağına pıçıldamışdı ki: Ey dili qafil, köç Bakıya...
Hidayət təvazökar olduğu qədər də müdrik, təmkinlidir.
Ona şəxsi həyatında və yaradıcılığında da, vəzifə pillələrində
də İstanbula uçan və neçə-neçə səfərlərə uçacaq təyyarəmizin
vüsəti kimi vüsət arzulayıram.
Qabil,
Xalq şairi
Bu əsər (“Bu dünyanın adamları” komediyası) yaxın keçmi-
şimizə həsr olunub. Bu, həmin vaxt idi ki, balaca bir mənzil
məsələsini min yerdə həll edirdilər.
Elə gələ bilər ki, bu bir
qədər gecikib, əslində isə gecikməyib. Çünki biz indi həmin
adamlarla birgəyik. Əsər həmin adamları bizə bir daha göstərir.
Mənə elə gəlir ki, tamaşaçılar sevdilər bu əsəri. Aktyorun
oyununu da həmçinin. Aktyor oyunu burda xarakterlər üstündə
qurulub və aktyorlar bunu çox gözəl yerinə yetirirlər. Hidayət
özü teatrda, teatrın tərbiyəsi ilə böyümüş adamdır. Bir drama-
turqdur, bir şairdir, duyğulu bir insandır. Bu onun Akademik
Milli Dram Teatrında ilk işidir. Mənə elə gəlir ki,
gələcəkdə də
teatrımıza gözəl əsərlər təqdim edəcək.
Mikayıl Mirzə,
Xalq artisti
Bu sətirləri yaza-yaza masanın üstündə üst-üstə yığılmış
irili-xırdalı yeddi kitabını gözdən keçirəndə çətin, məsuliyyətli
bir işinə baxmayaraq, qələmi yerə qoymadığına, hər kitabında
istedadının yeni bir çalarıyla görüşdüyümə sevinirəm.
Bu kitablar arasında Hidayətin yaradıcılıq həyatını işıqlan-
dıran biblioqrafiya da var. Təkcə bu kitabı vərəqləmək kifayət-
dir ki, mürəkkəb, çətin bir ömür yolunda rastlaşdığı əngəllərə,
60
Ùèäàéÿò
hətta yurd itkisi qədər faciəli itkiyə baxmayaraq, nə qədər sə-
mərəli, ardıcıl bir ədəbi yol keçdiyini görə biləsən. Bu kitabda
oxucular Hidayətin İrəvan Teatrındakı –
mənim ötəri toxundu-
ğum – 16 illik direktorluğundan əlavə, o vaxtlar Ermənistan
Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik
etməsi, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsindəki
müəllimliyi, orda Azərbaycan türkcəsində kitabların nəşri
sahəsindəki uğurlu və səmərəli fəaliyyəti barədə də məlumat
alırlar.
Sabir Rüstəmxanlı,
Xalq şairi
Biz – Hidayətin nəsli, şairlər, yazıçılar xoş üzlü Bakının
doğma küçələrində kəkilimizi yan darayıb, qafiyələr quraşdı-
randa, Hidayət uydurma tarixləriylə üfürülüb şişmiş ermənilər-
lə milli mənlik qovğaları aparırdı, döyüşürdü, çarpışırdı və sö-
zünü deyirdi. İrəvan Dövlət Azərbaycan Dram Teatrının kol-
lektiviylə Ermənistanın Azərbaycan türkləri yaşayan kəndlərini
dolaşır, tamaşalar göstərir, çıxışlar edirdi.
Mən həmişə kəndə gedəndə hamı Hidayətdən sevinc
içində danışardı ki,
bizə gəlmişdi, çıxış etdi. Uzun müddət
onun sözü-söhbəti kəsilməzdi...
Hidayət hələ cavanlığından təmkinliydi, ağırtaxtalığı, ağa-
yanalığıyla yadda qalandı. Hər şeyə gendən baxmağı, dəqiq
nəticəyə gəlməyi vardı. Bütün bu xüsusiyyətlərinə görə dola-
şıq-bulaşıq, yalan və böhtanlarla dolu erməni mühitində baş çı-
xara bildi və onun İrəvandakı evi oralı-buralı bizim hamımızın
mədəni mərkəzinə çevrildi...
Ona görə də Hidayət ən kiçik yazılarında belə dərin
kökləri olan milli problemlərə toxunur. Bizi sağlam ruhla o
yurdlara səsləyir.
Mövlud Süleymanlı,
Xalq yazıçısı
61
Áèáëèîãðàôèéà
Hidayətin daxilindən və taleyindən qopan qeyri-adilik
onun gözlərindən, alın qırışlarından boylanarkən şair onları
şeir şəklinə salır, odlu poetik nəğmələrə çevirir, budur
Hidayətlə digər şairlərin fərqi. Onun üçün də o,
tale şairidir
Hidayətin özünəməxsus yaradıcılığındakı şeirlər və mis-
ralar gah dolu yumruq nidaları olur, gah həzin nəğmələr, gah
ümid, gah ayrılıq nəğmələri... O, bəziləri kimi öz şəxsi məna-
feyi üçün ora-bura dırmaşan, onu-bunu üzdən salan şair deyil.
O, bəzən də həyatda deyə bilmədiklərini şeirlərlə deyir, poezi-
yanı bir səngər hesab edir. Mən də bəzən onun alovlu və həzin
misralarını uzun qara kirpiklərindən asılan görmüşəm... Onda
Azərbaycan ictimaiyyəti istedadlı balamız Xəzər Hidayət oğlu-
nu son mənzilə yola salırdı. Hidayət ağlamırdı, ancaq iki ağır,
dolu göz yaşı kirpiklərindən sallanaraq oğlunun çiyinlər üstün-
də gedən tabutu kimi yırğalanırdı. Hidayət poeziyasının tale
misralarıydı.
Söhrab Tahir (Azər-Azər),
Xalq şairi
Hidayətin şeirlərində təbiətə, insanlara hədsiz məhəbbət
var, onun müxtəlif ölkələri və xalqları, bu xalqların mənəvi
sərvətlərini, ən böyük oğullarını tanımaq, öyrənmək ehtirası
güclüdür. “Bir az gözləyin məni” kitabının bədii coğrafiyası,
şeir xəritəsi geniş və zəngindir. Şair sanki öz oxucusunun əlin-
dən
tutub Zəngəzur, Ələngəz dağlarına aparır, Araz qırağını
gəzdirir, Avropanın bütün zirvələrinə meydan oxuyan Elbrusu
bizə yenidən göstərir. Lermontovun xatirəsini qoruyub yaşadan
Məşuq dağını, Dəmirdağı bizim üçün yenidən kəşf edir.
Hidayət dünyaya şair heyrəti, sənətkar məhəbbəti ilə baxdığı
üçün bu yerləri bizə sevdirir, tanıdır. “Qışda gedin şimala”
şeirində şairin təbiəti tanımaq, mənimsəmək uğrunda inadkar-
lığı, romantika gücü heyrət doğura bilir. “Təyyarə, qatar yolları
bağlı olsa da nə qəm?! - Xizək minib şimala gedərəm”. Bu
bədii mübaliğə lirik qəhrəmanın böyük həyat sevgisini aşkara
çıxarır. “Deyirlər ki, Martınov da şair imiş!” misrası ilə baş-
62
Ùèäàéÿò
lanan şeirində Hidayət sözün əsl mənasında polemikaya girişir:
“Ola bilməz! Büllur sənət duyğuları sənətkara güllə atan bir
ürəyə dola bilməz!”. “Lermontovun duel yerində” şeiri böyük
rus şairinin surəti təbiətinin qüdrəti, ilkinliyi,
zənginliyi ilə
həmahəng verilir.
...Hidayətin xalqlar dostluğundan, sülhdən, vətən və insan
taleyindən, məhəbbətdən danışan bir sıra orijinal, qüvvətli şeir-
ləri belə düşünməyə əsas verir ki, o, bu çətin vəzifəni yerinə
yetirə bilən sənətkarlar sırasında öz yerini tuta bilər. Kitabının
adı da bunu vəd edir: “Bir az gözləyin məni.”
Xəlil Rza Ulutürk,
Xalq şairi
Hidayət müəllimin “Burdan min atlı keçdi” kitabında Qər-
bi Azərbaycanın yetişdirdiyi görkəmli şəxsiyyətlərin bir neçəsi
haqda geniş məlumat verilib. Mən qələm dostumun kitabında
adı çəkilən, öz xalqına, millətinə, dilinə, dininə baş ucalığı gə-
tirən insanların, Qəşəm Aslanovdan və İsmixan
Məmmədov-
dan başqa (Allah hər ikisinə rəhmət eləsin), heç birini görmə-
mişəm, tanımıram. Hidayət müəllimin kitablarını oxuyandan
sonra onlardan hər birini tanıdım, sevdim. Elə bil onların hər
biri ilə dəfələrlə ünsiyyətdə olub, unudulmuş anlar yaşamışam.
Müəllif bu şəxsiyyətləri oxuculara elə böyük məhəbbətlə təq-
dim edir ki, istər-istəməz qürur hissi keçirirsən ki, xalqımızın
belə kişiləri olub və yenə olacaq.
Müəllifin özünün xalqı qarşısında ən böyük xidməti ondan
ibarətdir ki, qələminin, istedadının, zəhmətinin, qəm və torpaq
həsrəti üstündə köklənən poeziyasının gücü hesabına unudul-
maq təhlükəsi qarşısında qalan çox adları, ünvanları,
bir çox
maraqlı hadisələri itməyə-batmağa qoymadı. Bu yaradıcılıq
yolu böyük vətəndaşlıq və qeyrət işi deməkdir. Bir anlığa tə-
səvvürünüzə gətirin ki, bu kitablar yazılmayıb. Onda görün biz
kimləri və nələri itirərdik. Hidayət müəllim təkbaşına bir elmi
araşdırma ocağının işini görüb. Ziyalı üçün bundan böyük nə
xidmət ola bilər?..