Azərbaycanda



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə24/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

49

4



4.

 

Möhbalıyev Emil Nurəddin oğlu

Saxlanma

15 ya var 2007‐ci il



tarixi:

n

İttiham:

CM‐nin  218.2  (cinayətkar  birlikdə  (təşkilatda),  habelə  mütəşəkkil  dəstələrin

təşkilatçılarının,  rəhbərlərinin  və  ya  sair  nümayəndələrinin  birliyində  iştirak  etmə)  və  278‐ci

(Azərbaycan  Respublikasının  Konstitusiyasına  zidd  olaraq  hakimiyyətin  zorla  ələ  keçirilməsinə,

yaxud  hakimiyyətin

lə  dövlətin  konstitusiya  quruluşunun  zorla

əyişdirilməsinə yön

 zorla  saxlanılmasına,  habe

ələn hərəkətlər) maddələri



axlandığı yer:

15 saylı Cəzaçəkmə Müəssisəsi



d

S

b.

 

Azərbaycan  İslam  Partiyasının  sədri  və  onunla  birlikdə  tutulan

şəxslərin işi



1991‐ci  ildə  Bakıda  təsis  edilən  Azərbaycan  İslam  Partiyası  1992‐ci  ildə  dövlət  qeydiyyatına

alınıb.  1995‐ci  ildə  qeydiyyatı  Ali  Məhkəmə  tərəfindən  ləğv  edilən  partiyanın  fəaliyyəti  faktiki

olaraq qadağan edilməyib və qeydiyyat olmadan hazırda da fəaliyyət göstərir. Partiyanın 2007‐ci

ildə  keçirilən  qurultayında  Hacı  Mövsüm  Səmədov  partiyanın  sədri  seçilib  və  qeydiyyat  üçün

Ədliyyə Nazirliyinə müraciət edilib (partiya qeydiyyata alınmayıb).

Partiya  və  cənab  Səmədov  Azərbaycanda  islam  dininin  tələblərinə  riayət  edilməli  olduğunu,

Azərbaycan  hakimiyyətinin  islama  qarşı  yönələn  siyasət  apardığını,  ABŞ  və  İsraili  işğalçı  ölkə

kimi  tanıdığını  bəyan  edib.  Cənab  Səmədov  2009‐cu  ilin  dekabrında  İran  radiosuna  verdiyi

müsahibəsində Azərbaycanda bir neçə məscidin sökülməsi ilə bağlı qərara etirazını bildirmiş və

dini sahəni tənzim edən bəzi qanunlara edilən dəyişiklikləri pisləmişdir. 2010‐cu ilin aprelində

cənab Səmədov Prezident İlham Əliyevə müraciət göndərmiş və ona prezident seçildikdən sonra

Konstitusiya  ilə  yanaşı  “Qurani‐Kərim”ə  də  and  içdiyini,  lakin  bəzi  əməllərinin  həm

Konstitusiyaya,  həm  də  “Quran”a  zidd  olduğunu  bildirmişdir.  Cənab  Səmədov  həmin  il

Beynəlxalq  Qüds  Günündə  İsrail  səfirliyinin  qarşısında  keçirilən  dinc  aksiyada  iştirak  edib  və

saxlanılıb,  sonradan  sərbəst  buraxılıb.  Partiya  2010‐cu  ilin  noyabrında  “Alma”  qəzetində

Məhəmməd  Peyğəmbərlə  bağlı  yazılara  etiraz  olaraq  Qafqaz  Müsəlmanları  İdarəsi  ilə  birgə

Mətbuat  Şurasına  müraciət  edir,  partiya  sonradan  Milli  Televiziya  və  Radio  Şurasına  da

telekanallarda açıq‐saçıq verilişlərin yığışdırılmasının zəruriliyi ilə bağlı müraciət edir. Partiya və

cənab  Səmədov  2010‐cu  ilin  noyabrında  keçirilmiş  parlament  seçkilərində  iştirak  etsə  də,

mandat qazana bilmir. 2010‐cu ilin dekabrında Təhsil Nazirliyi tərəfindən məktəblərdə hicabın

qadağan  edilməsi  ilə  bağlı  qərarın  əleyhinə  təşkil  edilmiş  ilk  dinc  etiraz  aksiyasında  partiya

fəalları iştirak ediblər.

2011‐ci il yanvarın 2‐də Partiyanın Baş Məclisində cənab Səmədov çıxış edərək hicaba qadağa ilə

bağlı təhsil naziri Misir Mərdanovu, ölkədəki ictimai və sosial vəziyyətə görə isə prezident İlham



“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

Əliyevi  sərt  tənqid  edib

50

cür ifadələr verdiklərini bildirmiş



çıxarılar

nar  şə


32

.  Çıxışı  zamanı  cənab  Səmədov  Dubayda  prezident  İlham  Əliyevə  və

oğluna  məxsus  olan  villalar  barədə  bir  müddət  əvvəl  Washington  Post  və  New  York  Times

qəzetlərində  dərc  edilən  məqalələrə  istinad  edərək,  Azərbaycan  xalqının  və  dövlətinin

sərvətlərinin oğurlandığını, bu qədər sərvətlərin olmasına baxmayaraq Azərbaycan gənci üçün iş

yerinin  olmadığını,  ölkədə  ədalətsizlik  və  rüşvətin  tüğyan  etdiyini,  keçmiş  prezident  Heydər

Əliyevin  doğum  günü  keçirilən  Gül  bayramına  xərclənən  pulların  xalqdan  oğurlandığını  və

Heydər Əliyevə sitayiş etməklə ölkədə bütpərəstliliyin təbliğ edildiyini bildirib. Cənab Səmədov

çıxışında  bildirib  ki,  Azərbaycan  xalqı  bu  məsələdə  ayıq  olmalı  və  ayağa  qalxmalı,  hakimiyyəti

dəyişməli  və  bu  zülmün  qarşısında  durmalıdır.  Cənab  Səmədovun  bu  çıxışı  sosial  şəbəkələrdə,

xüsusən Youtube portalında geniş şəkildə yayılıb və geniş müzakirələr yaradıb.

Cənab  Səmədov  bu  çıxışından  cəmi  5  gün  sonra,  yanvarın  7‐də  öz  müavini  Vaqif  Abdullayev,

partiya  üzvü  Elçin  Həsənov  və  sürücüsü  Mirhüseyn  Kazımovla  birgə  həbs  edilir.  Adları  çəkilən

şəxslərin  olduğu  maşın  Dövlət  Yol  Polisi  əməkdaşları  tərəfindən  saxlanılır,  polis  sürücüdən

sürücülük  vəsiqəsini  aldıqdan  sonra  yol  polisi  maşınının  qarşısındakı  qara  rəngli  maşından

düşən  bir  neçə  mülkigeyimli  şəxs  cənab  Səmədovu  və  onunla  birgə  olanları  polisə  müqavimət

göstərməkdə  ittiham  edərək  saxlayıblar.  Nərimanov  rayonu  19‐cu  polis  bölməsinə  gətirilən

cənab  Səmədov  və  onunla  birgə  olan  şəxslər  orada  izahat  verdikdən  sonra  Binəqədi  rayon

Məhkəməsinə aparılıblar və məhkəmə polisə müqavimət ittihamı ilə onların barəsində 10‐15 gün

inzibati həbs qərarı verib (cənab Səmədov 14 gün inzibati həbs alıb). Cənab Səmədovdan başqa

saxlanılanlar Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına aparılıblar, cənab Səmədovun harada

a

ə



m

saxlanması  ilə  b ğlı  bir  neçə  gün  ərzində  heç  bir  m lumat veril əyib  (sonradan  onun  Milli

Təhlükəsizlik Nazirliyində saxlandığı məlum olub).

Cənab  Səmədov  inzibati  qaydada  həbs  edildiyi  gün  Daxili  İşlər  Nazirliyi  cənab  Səmədovun

Qubada  yaşayan  əmisi oğlu  Dəyanət  Səmədovla  birgə  iğtişaşlar törətmək,  ictimai  təhlükəsizliyi

pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı nazirliyə daxil olmuş

məlumatlar  əsasında  Baş  Mütəşəkkil  Cinayətkarlıqla  Mübarizə  İdarəsi  tərəfindən  əməliyyat‐

axtarış  tədbirlərinin  həyata  keçirildiyini  və  Dəyanət  Səmədovun  işlədiyi  elektrik  malları

dükanından 3 ədəd əl qumbarası və yaşadığı evdən 7 avtomat patronun tapıldığını və faktla bağlı

cinayət işinin açıldığını bəyan etmişdir. Partiyanın daha bir fəalı cənab Axundzadə, o cümlədən

cənab Səmədovun əmisi oğlu Dəyanət Səmədov və qaynı Firdovsi Məmmədrzayev, yanvarın 2‐də

keçirilmiş  Baş  Məclisdə  iştirak  etmiş  ruhanilər  Fəramiz  Abbasov  və  Zülfüqar  Mikayılzadə

saxlanılmış,  onların  evindən  silah‐sursatın  tapıldığı  bildirilmişdir.  Cənab  Səmədova  və  onunla

birgə  həbs  edilmiş  şəxslərə  qarşı  cənab  Səmədovun  məhz  yanvarın  2‐də  etdiyi  çıxışı  zamanı

hakimiyyətin  zorla  ələ  keçirilməsinə  çağırış  edilməsi  ilə  bağlı  ittiham  və  digər  ittihamlar  irəli

vun


c

sürülmüşdür.  İnzibati  həbs  müddəti  bitdikdən  sonra  cənab  Səmədo

barəsində,  o  ümlədən

digər həbs edilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  07  oktyabr  2011‐ci  il  tarixli  qərarı  ilə  cənab  Səmədov

Mövsüm 12 il, cənab Axundzadə 11 il 6 ay, cənab Abdullayev 11 il, cənab Abbasov 11 il, cənab

Məmmədrzayev  10  il,  cənab  Səmədov  Dəyanət  10  il  müddətinə  azadlıqdan  məhrumetmə

cəzasına məhkum  ediliblər.  Cənab  Mikayılzadə  isə  5 il sınaq müddəti tətbiq olunmaqla 11 il

şərti azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bakı Apellyasiya Məhkəməsi 17 may

t

2012‐ci il  arixdə, Ali Məhkəmə isə 21 fevral 2013‐cü il tarixdə bu qərarı olduğu kimi qüvvədə



saxlayıb.

Məhkəmə  proseslərinin  müşahidəsi  və  yekun  hökmün  tədqiqi  zamanı  məlum  olur  ki,  cənab

Səmədov  onunla  birgə  həbs  edilən şəxslərlə  əvvəlcədən  heç  bir cinayət  əlaqəsinə  girməmişdir,

yanvarın  2‐də  etdiyi  çıxışı  özü  hazırlamış  və  keçirilən  tədbirdə  iştirak  edən  partiyanın  sədr

müavini  cənab  Abdullayev,  partiyanın  Astara  rayon  şöbəsinin  sədri  cənab  Axundzadə,  tədbirə

tanınmış  ruhanilər  olaraq  qonaq  kimi  dəvət  edilmiş  cənab  Abbasov  və  cənab  Mikayılzadə  bu

çıxışı orada eşitmişlər. Cənab Səmədov çıxışı zamanı istintaqın iddia etdiyi kimi “cihad” sözünü

ümumiyyətlə işlətmədiyini, xalqı digər müxalif siyasətçilər etdiyi kimi inandığı dəyərlər uğrunda

mübarizəyə  çağırdığını  və  hakimiyyəti  sərt  tənqid  etdiyini  bildirmişdir.  Məhkəmənin  istinad

etdiyi  bütün  sübutlar  hüquq‐mühafizə  orqanları  tərəfindən  təqdim  edilən  sənədlərə  və  ya

ifadələrə  əsaslanıb.  İstintaq  zamanı  təqsirləndirilən  şəxslərin  əleyhinə  ifadə  vermiş  şahidlərin

əksəriyyəti məhkəmədə bu ifadələrindən imtina etmiş, istintaqda basqı altında olduqları üçün bu

lər. Məhkəmə isə bu şəxslərin ifadələrini dəyişmələrini hökm

xslərin  təsir  göstərmələrinin  nəticəsi  kimi  qiymətləndirib.

kən  şahidlərə  kə

32

http://bit.ly/1mb5txL






Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə