Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix20.09.2018
ölçüsü1,4 Mb.
#69412
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

 

39 

 

istehlak  әmtәә  vә xidmәtlәri sәbәtindәki qiymәt dәyişikliklәri 



konkret vaxt әrzindә müşahidә edilir. 

 

Çexiya Respublikasında 10 000 mәntәqә üzrә qiymәtlәrin 



müşahidәsi aparılır. Siyahıya yeni әmtәәlәrin  әlavә edilmәsi 

ildә bir dәfә baş verә bilәr. Mövsümi amillәr ilә bağlı olaraq 

sövdәlәşmә qiymәtlәrindәn istifadә edilir.  

 

Slovakıyada qiymәtlәrin müşahidәsi 8350 mәntәqә üzrә 



aparılır. Bu zaman mәntәqәlәrә satış, xidmәt obyektlәri, 

restoranlar aid edilir. 

 

 

Qiymәtlәrin hәdәf sayı 

 

Bolqarıstanda hәr ay 31 153 adda әmtәә  vә xidmәtlәr 

müşahidә edilir vә onlar 4 әsas qrupda ümumillәşdirilir: 

•  Әrzaq- 13 646;  

•  Qeyri-әrzaq - 12 256;  

•  Xidmәt- 3 034;  

•  Tәdarük mәntәqәlәri- 2 217.  

 

Polşada tәxminәn 90 000 qiymәt müşahidә edilir. Bu 



zaman qiymәtlәrin müşahidәsi istehlak sәbәtinin tәrkibinә 

uyğun olaraq aparılır. 

Çexiya Respublikasında 70 000 qiymәt müşahidә edilir. 

Qiymәt müşahidәsi tәxminәn 10 

000 ticarәt obyektindә 

aparılır. 

Slovakiyada 90 000 qiymәt müşahidә edilir. Bu zaman 

qiymәtlәrin müşahidәsi 836 seçilmiş  әmtәә  vә xidmәtlәr üzrә 

aparılır.  

Bır sıra ölkәlәrdә olduğu kimi, Macarıstanda da 90 000 

qiymәtin müşahidәsi aparılır. 

 



40 

 

 



Qiymәt müşahidәsinin tәşkili 

 

Bolqarıstanda istehlak sәbәtindәki  әmtәә  vә xidmәtlәrin 

qiymәtinin müşahidә edildiyi mәntәqәlәrin sayı  dәyişkәn 

deyildir. Qiymәtlәrin müşahidәsi hәr ayın 5-dәn 25-dәk aparılır 

vә konkret vaxt regional statistika idarәsinin direktoru 

tәrәfindәn tәsdiq edilir. Qiymәti müşahidә edәnlәr isә ixtisaslı 

kadrlar vә regional statistika idarәsinin  әmәkdaşları olurlar. 

Qiymәtlәr xüsusi dәftәrlәrdә qeyd edilir.  

Rumıniyada qiymәtlәrin müşahidәsi zamanı  әnәnәvi 

istehlak qiymәtlәri metodundan istifadә edilir. Bu zaman üç 

әsas müqayisәli qiymәt dәyişikliyinә diqqәt yetirilir; (i) istehlak 

әvәzlәyicilәri; (ii) keyfiyyәt dәyişikliklәri (hәtta gündәlik 

istehlak mallarında da) vә (iii) yeni, az xәrcli bölgü kanallarının 

çevik proliferasiyası. Rumıniyada da qiymәtlәrin müşahidәsi 

hәr ayın 5-dәn 25-dәk aparılır vә xüsusi dәftәrlәrdә qeyd 

olunur. 


Polşada qiymәtlәrin müşahidәsi hәr ayın 1-i vә 26-sı 

arasında aparılır.  Әrzaq, alkoqollu içkilәrin vә tütün 

mәmulatlarının qiymәtlәri ayda 3 dәfә qeydiyyata alınır. 



 

41 

 

BÖLMӘ 3. POSTSOVET ÖLKӘLӘRİNİN 



TӘCRÜBӘSİ 

 

İstehlak Qiymәtlәri  İndeksi postsovet mәkanında 

inflyasiya proseslәrini sәciyyәlәndirәn  әn vacib göstәricidir. 

Lakin bәzi ölkәlәrin istehlak bazarındakı  vәziyyәti daha 

tәfәrrüatlı  tәhlil etmәk üçün İQİ ilә birlikdә  әlavә qiymәt 

indekslәri işlәnib hazırlanmaqdadır. Belә ki, Rusiyada qiymәt vә 

tariflәrin bütöv istehlak zәnbilinә ümumi tәsirini 

sәciyyәlәndirәn göstәricilәrdәn biri hәyatın dәyәri indeksi ola 

bilәr. Ermәnistan vә  Qırğızıstanda  İQİ ilә yanaşı, ahәngdar 

qiymәt indeksinin hesablanması da gündәmdәdir. 

 

Postsovet ölkәlәrinin bir çoxunda İstehlak Qiymәtlәri 



İndeksinin beynәlxalq standartlara cavab verәn tәrzdә tәrtib vә 

tәtbiq edilmәsi mәsәlәlәri üzrә beynәlxalq tәşkilatlarla ilk 

tәmas milli statistikanın ilkin mәrhәlәdә formalaşması zamanı 

yaradılmışdır ki, bu da Sovetlәr Birliyinin dağılması  vә 

sözügedәn ölkәlәrin özünü müstәqil dövlәt statusunda bәyan 

etmәsindәn dәrhal sonra baş vermişdir. 

 

Bu gün keçmiş Sovet respublikalarının ümumilikdә  hәr 



birindә inflyasiyanın hesablanması (bu vә digәr dәrәcәdә) 

beynәlxalq standartlara cavab verir vә eyni prinsiplәrә 

әsaslanır. Bununla belә, ayrı-ayrılıqda hәr ölkәdә inflyasiyanın 

hesablanması metodologiyası tәkrarolunmazdır vә tәfәrrüatları 

ilә fәrqlәnir. 

 

Coğrafi miqyas vә әhalinin sayı 

Postsovet ölkәlәrindә  İQİ-nin hesablanması  şәhәr vә 

rayon mәrkәzlәrindә qiymәtlәrdәki dinamika әsasında aparılır; 

kәnd  әrazilәrindә qiymәtlәrin dәyişmәsi ilә bağlı heç bir 

statistik tәdqiqatlar (sorğular) aparılmır. Burada qeyd etmәk 

olar ki, Beynәlxalq  Әmәk Tәşkilatının (BӘT) metodik 

tәlimatlarında tәsbit olunduğu kimi, qiymәtlәrin kәnd 

әrazilәrindә qeydiyyata alınması daha çox xәrc tәlәb etdiyi 

halda kәnd vә  şәhәrdәki qiymәtlәrdә  dәyişiklik (qiymәt 




42 

 

 



sәviyyәsindәki dәyişikliyin heç dә mütlәq olmadığı  tәqdirdә) 

oxşardır. Bu yöndә xüsusilә Ukraynanı misal göstәrmәk olar. 

Baxmayaraq ki, bu ölkәdә  әhalinin tәqribәn 1/3-i kәndlәrdә 

yaşayır,  İQİ hesablandıqda kәnd  әhalisi, ümumiyyәtlә, nәzәrә 

alınmır. Bu kimi mәhdudlaşdırmanın  әsas sәbәblәri 

aşağıdakılardır: 1) kәnd  әrazilәrindә qiymәtlәrdәki dәyişiklik 

dövrü olaraq qeydiyyata alınmır; 2) kәnd әrazilәrindә xәrclәrin 

strukturuna dair mәlumat mövcud deyil. Yeri gәlmişkәn, 

ölkәdәki kәnd әhalisinin әksәriyyәti hәyәtyanı torpaq sahәsinә 

malikdir vә bir çox kәnd tәsәrrüfatı  mәhsulları üzrә  fәrdi 

istehlakını bu mәnbәdәn tәmin edir. Bu isә o demәkdir ki, 

hәmin istehlak malları üzrә ödәniş aparılmır. Belәliklә, kәnd vә 

şәhәr sakinlәrinin istehlak xәrclәrinin strukturu xeyli fәrqlidir. 

 

İstehlak qiymәtlәrinin müşahidәsi zamanı ümumi prinsip 



ondan ibarәtdir ki, bu iş yalnız iri yaşayış  mәntәqәlәrindә 

istehsal olunan mәhsul vә xidmәtlәri  әhatә edir. Misal üçün, 

Gürcüstanda monitorinq 5 şәhәrdә aparıldığı halda, 

Ermәnistanda 12 şәhәr, Ukraynada isә 550 yaşayış 

mәntәqәsini (rayon mәrkәzlәri dә daxil olmaqla) әhatә edir. 

 

Rusiya Federasiyasındakı  şәrait isә  tәbii olaraq seçim 



moduluna dair hökumәt tәrәfindәn  әlavә qaydaların 

hazırlanması  zәrurәtini üzә  çıxardı. Belә ki, Rusiyanın hәr 

regionunda aşağıdakı meyarlara cavab verәn 2-4 şәhәr vә ya 

yaşayış mәntәqәsi seçilir:  

•  Regionun coğrafi xüsusiyyәtlәrinin  әksi; regionun 

müxtәlif qütblәrindә yerlәşmә; 

•  Qiymәtlәrin sәviyyәsi vә dinamikası ciddi qaydada 

fәrqlәnmәdiyi tәqdirdә әrazi mәrkәzinә vә ya bir-birinә 

yaxın yerlәşәn 

şәhәrlәr seçim moduluna 

salınmamalıdır; 

•  Monitorinq obyektinә çevrilmiş  mәhsul vә xidmәtlәrin 

davamlı tәminatı; 

•  Ümumi әhalinin regiondakı şәhәr әhalisinin әn azı 35%-

ni tәşkil etmәsi. 

 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə