Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə29/32
tarix29.10.2017
ölçüsü0,75 Mb.
#7175
1   ...   24   25   26   27   28   29   30   31   32

66

həftə də işləməmişdir.  Bu, xüsusən də, gənc qadınları nəzərdə tutan məşğulluq qanunlarına 

ehtiyac olduğunu göstərir. Qadınların təhsil səviyyəsi ilə onların işçi qüvvəsində məhdud 

iştirakı arasındakı bu ziddiyyət təhsilin məzmunu ilə əmək bazarının xüsusiyyətləri arasında 

uyğunsuzluğa görə ola bilər. Buna görə də hazırda əmək bazarında lazım olan bacarıqlarla 

təmin  etməklə  qadınların  işlə  təminatına  zəmanət  verən  sertifikasiya  proqramlarının 

başlanması faydalı ola bilərdi. 

2005-ci ildə nəşr edilmiş Azərbaycanda Gender Qiymətləndirməsi Hesabatında qadınların 

evdən  kənara  çıxmalarını  məhdudlaşdıran  amil  kimi  azərbaycanlı  ailələrində  üstünlük 

təşkil edən “ailə şərəfi” nəzəriyyəsi qeyd olunur. Bu baxımdan ailələr ailə şərəfini qorumaq 

məqsədilə  qızlarının  evdən  kənarda  işləməyinə  icazə  verməyərək  onların  işlə  təmin 

olunma  imkanlarını  məhdudlaşdırırlar  (Asiya  İnkişaf  Bankı,  2005).  Bu  və  digər  səbəblərə 

görə Azərbaycanda gender bərabərliynə nail olmağın digər vacib aspekti qanunvericiliyin 

Qadınlara qarşı Ayrıseçkiliyin Bütün Formalarının Ləğvinə dair Konvensiyaya uyğun olduğunu 

yəqin  etmək  üçün  bütün  qanunvericiliyi  nəzərdən  keçirmək  və  dəyişikliklər  etmək  ola 

bilərdi. Bu fəaliyyətlər və tədbirlər vasitəsilə qadınların sosial, iqtisadi və siyasi mövqeyini, 

habelə onların iqtisadi və siyasi həyatda səlahiyyətləndirilməsini qanuni şəkildə müdafiə 

etmək mümkün olmalıdır. 



6-cı fəsil


67

7-ci FƏSİL

Nəticə və Tövsiyələr

L

ivan  mənşəli  fransız  yazıçısı  Amin  Maalouf  (1992)  “Beatrisdən  sonra  ilk  əsr”  adlı 



romanında  Şərq  cəmiyyətlərinə  xas  olduğu  hesab  edilən  oğlan  uşaqlarına  üstünlük 

verilməsinin  mümkün  nəticələrini  təsvir  etmişdir.  Roman  baş  qəhrəmanın  Qahirə 

şəhərinə  səfəri  ilə  başlanır  ki,  o,  orada  satışda  oğlan  uşağının  mayalanacağına  zəmanət 

verən dərmanların olduğunu görür. Dərman qablamasının üzərində aşağıdakı ifadə yazılmış 

yarlıq var idi: “Qoy sənin adın qərinələr boyu yaşasın və bir oğul övladın dünaya gəlsin”. Baş 

qəhrəman  sonra  jurnalist  olan  partnyoru  ilə  birlikdə  məsələni  tədqiq  etməyə  başlayır  və 

müəyyən edir ki, bu dərmanın istehsalı, paylanması və istifadəsi Misir və ya şərq cəmiyyətləri 

üçün məhdudlaşdırılmamışdır. Tədqiqatını daha da dərinləşdirərək baş qəhrəman aydınlaşdırır 

ki,  dünyaya  gələn  uşaqların  cinsə  görə  nisbəti  təhrif  edilmişdir  və  ümumilikdə  dünyada 

demoqrafik maskulinizasiya (kişiləşmə) artmaqdadır, şərq cəmiyyətlərində isə xüsusi olaraq 

oğlan uşaqlarına üstünlük verilməsi nümayiş etdirilir. Baş qəhrəman daha sonra aşkar edir 

ki,  bu  hal  həm  də  böyük  farmokoloji  problemləri  və  reproduktiv  sağlamlıq  texnologiyaları 

hazırlayan şirkətləri cəlb edir. Nəticədə dünyaya gələn qız uşaqlarının sayı sürətlə aşağı düşür 

və dünyaya gələn uşaqların cinsə görə nisbəti anadan olan 100 nəfər qız uşağına 150 nəfər 

oğlan uşağı göstəricisi qədər artır. Bu arada baş qəhrəmanla onun partnyorunun qız övladı 

Beatris anadan olur.  Onlar qızın doğuşundan sonrakı əsri birinci əsr hsab edirlər və dostları 

ilə bir araya gələrək uşaqların cinsinə görə seleksiya faktının qarşısını almaq üçün mübarizə 

aparırlar. Onlar intensiv məlumatlandırma kampaniyalarına başlayırlar və Birləşmiş Millətlər 

Təşkilatının dəstəyi ilə oğlan uşağının dünyaya gələcəyinə zəmanət verən dərmanın təsirini 

aradan qaldıran məhlul hazırlatmaq üçün bir neçə şirkətlə razılaşmalar əldə edirlər. Bundan 

başqa, baş qəhrəmanlar bütün üzv hökumətlər qarşısında öhdəlik qoyacaq BMT-ni müəyyən 

qərarlar verməyə istiqamətləndirirlər. Bu tədbirlərdən sonra dünyaya gələn uşaqların cinsə 

görə nisbət əmsalı Beatrisin birinci əsrinin ilk üç onilliyi ərzində tədricən enməyə başlayır. 

Romanda nəql edildiyi kimi, demoqrafik tarazlığı təhrif etmək çox asandır, lakin bərpa daha 

uzun müddətli dövr ərzində yalnız gərgin cəhdlərdən sonra yəqin edilə bilərdi. 



68

Maaloufun elmi əsər tipli romanında bütün dünyanı fəlakət qarşısında qoyan oğlan uşaqlarına 

üstünlük  verilməsinin  dərəcəsi,  əlbəttə  ki,  indi  Azərbaycanda  müşahidə  olunan  oğlan 

uşaqlarına  üstünlük  verilməsi  dərəcəsi  ilə  eyni  deyil.  Bununla  belə,  əsərdə  təsvir  olunan 

mentalitetlə Azərbaycanda indi mövcud olan kişilərin dominantlıq təşkil etdiyi dünyagörüşü 

arasında valehedici oxşarlıqlar var. Təəccüblüdür ki, romanda şərh olunan oğlan uşaqlarına 

üstünlük  verilməsinin  “Qoy  sənin  adın  qərinələr  boyu  yaşasın  və  bir  oğul  övladın  dünaya 

gəlsin” ifadəsi Azərbaycanda da oxşar məqamı ifadə etmək üçün istifadə olunur. 

Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, oğlan uşaqlarına üstünlük verilməsi Azərbaycanda 

davamlı məsələdir və kiçik ailələrdə oğlan uşaqlarının olduğunu yəqin etmək məqsədilə dölün 

cinsinə görə abortlar aparılır. İntervyular və qrup müzakirələri vasitəsilə toplanan keyfiyyət 

əsaslı  məlumatlar  kəmiyyət  əsaslı  verilənlərin  təhlilindən  alınan  tapıntıları  tamamlayır. 

Bunlar  isə  dünyaya  gələn  uşaqların  cinsə  görə  nisbətinin  pozulması  və  bununla  bağlı  olan 

nəsilvermədə  oğlan  uşağının  cinsinə  verilən  üstünlük,  abortlar  və  kontraseptiv  üsullardan 

istifadə kimi əlaqəli amillərin təsir dərəcəsini göstərir. 

Bundan  əvvəlki  fəsildə  qeyd  edilmiş  siyasət  prioritetlərinə  uyğun  olaraq  aşağıda  ciddi 

monitorinq  və  qiymətləndirmə  sistemi  ilə  birlikdə  həyata  keçirilməsi  zəruri  olan  tədbirlər 

tövsiyə olunmuşdur:

 

§

Oğlan  uşaqlarına  verilən  üstünlüyün  reallaşmasının  başlıca  mexanizminin 



hamiləliyin daha gec mərhələlərində edilən selektiv abortların təşkil etdiyini nəzərə 

alaraq, bu cür abortların qarşısını alan tədbirlərin həyata keçirilməsi zəruridir. Bunun 

üçün  kommersiya  məqsədli  abortlarla  məşğul  olan  səhiyyə  işçilərinə  müvafiq 

sanksiya qoyan qanunvericilik tədbirlərinə əlavə olaraq, gender bərabərliyi və ana 

sağlamlığı  üzrə  məlumatlandırma  kampaniyalarının  başlanmasına  etiyac  var.  Bu 

kontekstdə 2008-ci ildə təklif edilmiş Reproduktiv sağlamlığın qorunması və ailə 

planlaşdırılması haqqında qanunun ilkin variantı dərhal qəbul edilməlidir.

 

§



Kontraseptiv  vasitələrdən  istifadənin  aşağı  səviyyədə  olmasını  nəzərə  alaraq, 

müasir ailə planlaşdırılması üsullarının abortla müqayisədə üstünlükləri haqqında 

məlumatlandırma  artırılmalıdır.  Xüsusilə  daha  bir  uşağının  olmasını  istəməyən 

qadınların  ehtiyaclarını  qarşılayacaq  ailə  planlaşdırılması  üzrə  konsultasiya 

xidmətləri prioritet təşkil etməlidir.  

 

§



Azərbaycanda  əhalinin  sosial-iqtisadi  vəziyyəti  ilə  nəsilvermə  tərcihləri  arasında 

əlaqələrin  olduğunu  nəzərə  alaraq,  ailə-uşaq  imtiyazları  və  sosial  yardım 

proqramlarının hazırlanması faydalı olardı.

  

 



§

Əhalinin  böyük  hissəsinin  sağlamlıq  sığortası  ilə  əhatə  olunmaması  nəticəsində  

ümumi  səhiyyə,  reproduktiv,  habelə  analıq  və  uşaq  sağlamlığı  xidmətlərindən 

yararlanma  göstəriciləri  aşağı  səviyyədədir.  Bunu  nəzərə  alaraq,  sağlamlıq 

sığortasının əhatə dairəsini genişləndirmək tövsiyə olunur. Bu yanaşma, həmçinin 

7-ci fəsil



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə