Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə26/32
tarix29.10.2017
ölçüsü0,75 Mb.
#7175
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

60

dayandırılması  (abort)  doğuşa  nəzarətin  əsas  alətlərindəndir.  Abort  ilk  dəfə  1920-ci  ildə 

Sovet  İttifaqında  qanuniləşdirilmişdir,  lakin  1936-cı  ildə  doğumun  artırılması  siyasəti 

nəticəsində aborta qadağa qoyulmuşdur və 1955-ci ildən ona yenidən icazə verilmişdir.  

Azərbaycan bu gün hamiləliyin 12-ci həftəsinədək aparılmasına icazə verilən abortla bağlı 

ən liberal siyasəti olan ölkələrdən biridir. Bu müddət müəyyən şərtlərlə 22-ci həftəyədək 

və abortun aparılması tibbi səbələr olduğu təqdirdə istənilən digər mərhələdə aparıla bilər 

(Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının qanunu, Maddə 

30).  Sovet dövründə əsası qoyulmuş təcrübə, həmçinin hazırda mövcud olan liberal siyasətin 

təsiri ilə 15-49 yaş həddində qadınların 40 faizi həyatlarında ən azı bir abort etdirmişlər.  

Faktiki  olaraq,  bir  nəfər  qadına  düşən  abortların  orta  hesabla  sayı  (2.3)  doğuşların  orta 

sayından (2.0) yüksək olan bir ölkədə 100 hamiləlikdən yalnız 46 –sı diri doğuşla nəticələnir, 

49-u isə abortla dayandırılır.

Bu tədqiqata cəlb olunmuş iştirakçılar (yaşlı kişilər, yaşlı qadınlar, gənc kişilər, gənc qadınlar və 

səhiyyə işçiləri) hamiləliyin süni şəkildə dayandırılmasının İslam dinində “günah” olduğunu 

və onun qadın sağlamlığına mənfi təsir göstərdiyini vurğulamışlar. Buna baxmayaraq, abort 

arzu olunan sayda və arzu olunan cinsə aid uşaqların olması yolu kimi geniş formada istifadə 

olunur.  Bu  üsul  yaşlı  nəsil  arasında  məhdud  idi  və  son  zamanlar  dölün  cinsini  müəyyən 

etməyə  imkan  verən  geniş  yayılmış  ultrasəs  aparatlarının  əldə  edilmə  şəraitinin  olması 

və  istifadəsi ilə əlaqədar meydana gəlmişdir.  Bu  tədqiqat  zamanı intervyu alınmış bütün 

qadınlar və kişilər istisnasız olaraq hər biri qeyd etmişdir ki, ultrasəs müayinəsindən sonra 

abort  arzu  olunan  sayda  və  arzu  olunan  cinsdə  uşaqlara  sahib  olma  vasitəsi  kimi  geniş 

istifadə olunur. Bu prosesdə “arzuolunmaz” qız uşaqları abort edilir, “arzu olunan” oğlan 

uşaqlarına isə toxunulmur.  

Hamiləliyin daha gec dövrlərində edilən abortlar selektiv abortların çoxluq təşkil etməsi ilə 

əlaqədardır. Məsələ öz başlanğıcını reproduktiv sağlamlıq texnologiyalarının dölün cinsini 

hamiləliyin  yalnız  13-cü  həftəsindən  sonra  müəyyən  edilməsi  faktından  alır,  bu  dövr  isə  

abortun təhlükəsiz şəkildə yerinə yetirilməsi üçün göstəriş verilmiş zaman çərçivəsindən və 

12 həftəlik qanuni məhdudiyyətdən kənardır.  Buna baxmayaraq, dölün 12-ci həftəliyindən 

sonra  - hamiləliyin sonrakı dövrlərində  abort heç bir tibbi göstəriş olmadan həyata keçirilir. 

2005-ci  ildə  nəşr  edilmiş  Qadınlara  qarşı  Ayrıseçkiliyin  Bütün  Formalarının  Ləğvinə  dair 

Konvensiya üzrə Alternativ Hesabatda problemin yayılmasına dair bəzi dəlillər verilmişdir. 

Bu  hesabata  görə,  dölün  cinsinə  görə  selektiv  abortların  əksəriyyətinin  səbəbi  tibbi  rəy 

sənədlərində  “dölün  defektləri”  (çatışmazlığı)  kimi  qeydə  alınmışdır  və  hamiləliklərin  10 

faizə qədəri hamiləliyin üçüncü trimestrində süni şəkildə dayandırılır (CWMW və SRI, 2013). 

2001-ci  ildə  aparılmış  Reproduktiv  Sağlamlıq  Sorğusunda  (RSS)  Azərbaycanda  abortların 

hamiləliyin hansı mərhələsində aparıldığına dair dəlillər göstərilmişdir. RSS-ə görə, abortların 

demək olar ki, hamısı (90 faizi) dölün inkişafının birinci trimestrində həyata keçirilmişdir. 

Lakin bu məsələ haqqında respondentlərin verdiyi məlumatlar bir qədər qərəzli olmuşdur, 

belə  ki,  qeyri-müntəzəm  aybaşı,  hadisənin  necə  baş  verdiyini  xatırlama  çətinlikləri  və 

dölün inkişafının qanuni vaxt limitindən kənar edilmiş  abortlar haqda danışmaq niyyətinin 

6-cı fəsil



61

olmaması. RSS-na görə, abortların, demək olar ki, yarısı (46 faizi) hamiləliyin 7-12-ci həftələri 

arasında, 43 faizi 7-ci həftədən əvvəl və 11 faizi hamiləliyin sonrakı dövrlərində (13-cü həftə 

və daha sonra) edilmişdir. Hamiləliyin sonrakı dövrlərində edilən abortlar haqda daha çox 

kənd  ərazilərində  yaşayan  qadınlar,  orta  ümumi  təhsildən  aşağı  təhsili  olan  qadınlar  və 

yoxsul ailələrdən olan qadınlar məlumat vermişdir. Belə hallara əvvəllər bir və ya bundan 

çox  abort  keçirmiş  qadınlardan  fərqli  olaraq  əsasən  əvvəllər  heç  bir  abort  keçirməmiş 

qadınlar arasında rast gəlinmişdir. (Serbanescu et al, 2003).

Dünyaya gələn uşaqların cinsə görə nisbətində qeyri-tarazlığı ləğv etmək üçün nə edilməli 

olduğu  haqda  soruşduqda  iştirakçıların  təklifləri  arasında  ultrasəs  müayinəsinin  dölün 

cinsinin  müəyyən  edilməsində  istifadəsinə  qadağa  qoyulması  və  hətta  abortlara  qadağa 

qoyulması  fikirləri  olmuşdur.  Lakin  bu  texnologiyaların  ana  və  uşaqların  sağlamlığı  üçün 

vacibliyini  nəzərə  alaraq  onlara  qadağa  qoymaq  üçün  güclü  əsas  yoxdur.  Abort  siyasəti 

və  proqramlarına  dəyişikliklər  edilməsi  baxımından  prioritet  məsələ  hamiləliyin  sonrakı 

dövrlərində  abortlar  ana  və  ya  uşaq  sağlamlığı  üçün  tələb  olunmadığı  təqdirdə  belə  

abortların qarşısının alınması məsələsi olmalıdır. Hamiləliyin daha gec dövrlərində abortları 

azaltmaq cəhdləri kimi oğlan uşaqlarına üstünlük verilməsinin ləğvinə olan ehtiyac haqqında 

məlumatlandırma işlərinin aparılması ola bilər

5

. Bu tədqiqat nəticəsində aşkar edilmişdir ki, 



gəlir artırmaq məqsədilə “kommersiya” tipli abort həyata keçirməklə məşğul olan səhiyyə 

içiləri var. Hamiləliyin daha gec dövrlərində abortların həyata keçirilməsi ilə məşğul olan 

səhiyyə  işçilərinə  sanksiyaların  tətbiqi  dölün  cinsinə  görə  selektiv  abortların  qarşısının 

alınmasında səmərəli siyasət ola bilər.



6.2. Nəsilvermə və kontraseptiv üsullardan istifadə 

1970-ci  illərdə  Azərbaycanda  ümumi  nəsilvermə  əmsalı  hər  qadına  5  uşaq  civarında  idi. 

1980-ci  illərdə  bu  göstərici  4-ə,  1990-cı  illərdə  isə  3-ə  enmişdir.    1990-cı  illərdən  sonra 

hər qadına düşən uşaqların sayı 2.1-dən aşağı enmişdir ki, bu da əvəzolunma səviyyəsini 

təşkil edir. Əhali qeydiyyat sistemindən məlumatlar göstərir ki, nəsilvermə son zamanlar 

qalxan xəttlə inkişaf etmişdir. Buna baxmayaraq, ümumi nəsilvermə əmsalı ümumi abort 

əmsalından daha aşağı olaraq qalmaqdadır ki, bu problem həm də Şərqi Avropa ölkələrində 

və keçmiş sovet respublikalarında mövcuddur. 

Kontraseptiv üsullar haqda biliklərin geniş yayılmasına baxmayaraq kontraseptiv vasitələr 

Azərbaycanda  ümumi  şəkildə  istifadə  olunmur.  2011-cı  ilin  DSS  sorğusu  zamanı  aşkar 

edilmişdir ki, hazırda ailəli  qadınların (97.2 faizi), demək olar ki, hamısı ən azı bir müasir 

kontraseptiv üsul barədə xəbərdardır. Buna baxmayaraq, ailəli qadınların yarısı (54.9 faizi) 

hər-hansı  bir  kontraseptiv  üsuldan  istifadə  edir  və  yalnız  13.9  faizi  müasir  kontraseptiv 

üsuldan istifadə edir. Kontraseptiv üsulların hər-hansı növündən istifadə edən qadınların 



5

Nəzərə alına bilən digər siyasət prioriteti abortlarn əvəzinə kontraseptiv vasitələrdən istifadənin irəli çəkilməsi 

ola bilərdi. Bu məsələ tədqiqatın bu hissəsinin növbəti bəndində nəzərdən keçirilmişdir. 

Müvafiq siyasətin tənzimlənməsi


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə