Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix29.10.2017
ölçüsü0,75 Mb.
#7175
1   ...   24   25   26   27   28   29   30   31   32

62

36.6  faizi  uğursuzluq  əmsalı  yüksək  olan  yarımçıq  cinsi  əlaqə  kimi  ənənəvi  üsullardan 

istifadə edir.  Ən geniş istifadə olunan müasir kontraseptiv üsul uşaqlıqdaxili vasitədir (UDV) 

(yalnız 9 faiz). 

Azərbaycanda kontraseptiv üsullardan istifadənin aşağı səviyyəsi ilə nəsilvermədə müşahidə 

olunan aşağı səviyyə bir-birinə ziddir, buna səbəb isə kontraseptivlərin əvəzinə təcrübədə  

abortların  geniş  vüsət  almasıdır.  Bu  tədqiqat  zamanı  aparılmış  və  məsələnin  keyfiyyət 

cəhətdən araşdırılmasına yönəldilmiş intervyular nəticəsində məlum olmuşdur ki, müsahibə 

verənlərin hamısı kontraseptivlərin istifadəsinə müsbət yanaşırlar, buna baxmayaraq, onlar 

həm də müasir üsulların yan təsirləri və sağlamlıq məsələləri barədə narahatlıqlarını qeyd 

etmişlər.  Kontraseptiv üsulların, xüsusən də müasir üsulların belə məhdud olması faktının  

abort xidmətlərinin asan əldə ediməsi ilə əlaqəsi ola bilər. 

Keyfiyyət  üsulları  ilə  aparılan  intervyular  zamanı  aşkar  edilmişdir  ki,  nəsilvermə 

göstəricilərinin  aşağı  səviyyədə  olmasına  digər  səbəb  gəlirin  azlığı  və  yaşam  xərclərini 

ödəməkdə  çətinliklərdir.  Maliyyə  çətinliklərinin  artması  nikah  və  uşaq  doğumunu  təxirə 

salmağa gətirib çıxara bilər. İntervyular zamanı müxtəlif sosial-iqtisadi mənşəli respondentlər 

məvaciblərin  aşağı  səviyyədə  olmasını,  yaşam  xərclərinin  yüksək  olmasını  və  uşaqların, 

xüsusən də qızların böyüdülməsində maddi çətinlikləri qeyd etmiş və bunları ailələrini əksər 

hallarda iki uşaqla məhdudlaşdırmağın əsas səbəbləri kimi vurğulamışlar. Yaşlı iştirakçılkar 

sovet sistemi üçün nostalgiya hissi keçirir və belə təklif edirlər ki, nəsilvermə səviyyəsini 

qaldırmaq üçün ailə və uşaq imtiyazları və sosial yardımın digər formaları geri qaytarılsın.  

Azərbaycanda  oğlan  uşaqlarına  güclü  üstünlük  verilməsi  faktına  zəmin  yaradan  amil 

azalmaqda  olan  nəsilvermə  əmsalının  yaratdığı  ixtisar  effektidir.  İntervyular  zamanı  yaşlı 

iştirakçılar qeyd etmişlər ki, ailə dəstək sistemləri onlara daha böyük ailələrə (4-5 uşaq) sahib 

olmağa imkan vermişdir və onların həmin zamanlarda uşaqların cinsi barədə narahtlıqları 

yox idi. Baxmayaraq ki, oğlan uşaqlarına üstünlük verilməsi mövcud idi, uşaqların cinsinə 

görə nisbətində heç bir problem də yox idi, belə ki, ailələr təbii proseslər nəticəsində 4-5 

uşağın içərisində 1-2 oğlan uşağına sahib ola bilirdi. Bu tədqiqatda iştirak etmiş daha gənc 

iştirakçılar qeyd etmişlər ki, sosial-iqtisadi şərtlərə görə onlar daha az sayda, əsas etibarilə 

iki  uşqlarının  olmasını  və  onlardan  birinin  oğlan  olmasını  istəyirlər.  AzDSS-2011  sorğusu 

göstərir  ki,  20-24  yaş  həddində  gənc  nəsil  üçün  uşaqların  ideal  sayı  orta  hesabla  ikidən 

bir qədər çoxdur. Daha kiçik ailələrin planlaşdırılması və oğlan uşaqlarına güclü üstünlük 

verilməsi  birlikdə  uşaqların  cinsini  təyin  edən  reproduktiv  texnologiyaların  və  abortların 

istifadəsinə gətirib çıxara bilər.

İlk hamiləliklərdə edilən abortların əmsalı yalnız 1 faizdir, lakin bu əmsal ikinci hamiləlkilər 

üçün 17 faizə, üçüncü hamiləliklər üçün 55 faizə və sonrakı hamiləliklər üçün 70 faizdən 

yuxarı  qalxır.  Bu  verilənlər  onu  göstərir  ki,  qadınlar  arzu  olunan  sayda  və  arzu  olunan 

cinsdə uşaqlara nail olmaq vasitəsi kimi abortlara etibar edirlər və ailələrini kiçik saxlamağa 

üstünlük  verirlər.  Bu  məlumatlar  keyfiyyət  üsulları  illə  aparılan  intervyuların  tapıntıları/

nəticələri ilə uyğun gəlir, belə ki, qadınlar birinci hamiləlikdə dölün cinsindən asılı olmayaraq 



6-cı fəsil


63

onu dünyaya gətirmək istəyir. Müsahibə verən qadınlar onu da qeyd etmişlər ki, birinci uşaq 

oğlan  olduğu  təqdirdə  ikinci  uşağın  cinsinin  fərqi  yoxdur,  lakin  əgər  birinci  uşaq  qızdırsa 

onlar ikinci uşağın cinsini müəyyən etmək üçün ultrasəs müayinəsindən istifadə edirlər və 

çox hallarda bu, yenə qızdırsa abort etdirirlər. Bu tapıntılar nəsilvermə əmsalının düşməsi ilə 

dölün cinsinə görə selektiv abortların mümkünlüyü arasında sıx əlaqəni göstərir.

Bu  problemləri  həll  etmək  üçün  üç  siyasət  prioriteti  tövsiyə  olunur.  Birincisi  müasir 

kontraseptiv  üsulların  istifadəsini  artırmaqdır.  Bu  sahədə  məlumatlandırma  səviyyəsi, 

xüsusən  də  gənc  nəsil  arasında  artıq  yüksəkdir  və  bu  tədqiqat  zamanı  müsahibə  verən 

həkimlərin  vurğuladığı  kimi,  uşaqlıqdaxili  vasitələr  (UDV),  həblər  və  kondomlar  kimi 

kontraseptivlər  Azərbaycanda  mövcuddur  və  əldə  edilməsi  asandır.  Həmçinin  müsahibə 

vermiş  gənc  kişi  və  qadınların  heç  biri  müasir  kontraseptiv  üsullardan  istifadə  etmək 

istəmədiyini qeyd etməmişdir. Bəs onda kontraseptiv üsulların istifadəsinin üstünlük təşkil 

etməsinin  qarşısını  alan  nədir?  Azərbaycanda  reproduktiv  sağlamlıq  siyasətinin  “tələbat 

əsaslı” olmaqdan daha çox “təminata yönəlmiş” olması xarakterikdir. Təminata yönəlmiş 

siyasət  kontraseptiv  üsul  və  vasitələrin  “mövcudluğunu  və  asan  əldə  edilməsini”  təmin 

etməyi  nəzərdə  tutur,  tələbat  əsaslı  siyasət  isə  bundan  daha  irəli  gedərək  cütlükləri 

müasir  kontraseptiv  üsullardan  istifadə  etməyə  həvəsləndirmək  məqsədi  daşıyır,  bunun 

üçün “məlumatlılığı artırmaq” və kontraseptiv üsullara tələbat yaratmaq məqsədilə qeyri-

rəsmi və rəsmi təlim proseslərindən və mediadan istifadə olunur. Tələbat əsaslı siyasətin 

başlıca  vəzifəsi  müxtəlif  növ  kontraseptiv  vasitələrin  əldə  edilməsinə  şərait  yaradaraq 

cütlüklərin onlara ən çox uyğun olan kontraseptiv üsulu məlumatlı olaraq seçdiklərini yəqin 

etməkdir. Bu baxımdan tələbat əsaslı siyasətin ən vacib aspekti cütlüklərə onlara ən çox 

münasib olan üsulun seçilməsində kömək etmək məqsədilə milli ailə planlaşdırılması üzrə 

məsləhət sisteminin həyata keçirilməsi və irəli çəkilməsidir. Kontraseptiv vasitələr və onların 

əldə  edilməsinə  şərait  yaradan  təminata  yönəlmiş  siyasətə  əlavə  olaraq  seçim  zamanı 

məlumatlandırma  vasitəsilə  onların  istifadəsini  dəstəkləmək  məqsədilə  tələbat  əsaslı 

qaydaların həyata keçirilməsi də zəruri siyasət prioritetidir. 

İkinci siyasət tədbiri nəsilvermə səviyyəsini artırmaq və ya onu saxlamaq üçün stimul vermək 

ola bilər. Ailə imtiyazları, uşaq imtiyazları, habelə sosial imtiyazlar sistemi cütlükləri daha çox 

uşaqları olmağa həvəsləndirə  və ya oğlan uşaqlarına üstünlük verilməsini zəiflədə bilər. 

Demoqrafik göstəricilərdən aydın olur ki, 15-49 yaş həddində həm kişi həm də qadınlar üçün 

ailədə uşaqların ideal sayı iki və ya üçdür. Stimullaşdırıcı mexanizmlər nəsilverməni artıra 

bilər və beləliklə də dölün cinsinə görə selektiv abortların sayını və oğlan uşağına üstünlük 

verilməsini azalda bilər. Yüksək nəsilvermə ilə uşaq qayğı mexanizmlərini (uşaq, analıq və 

ailə  imtiyazları,  gündəlik  uşaq  xərclərinin  ödənilməsi,  analıq  və  atalıq  məzuniyyətlərinin 

uzadılması və s.) təklif etmək faydalı ola bilər. Belə mexanizmlər valideynləri uşağa qayğının 

ən azı bəzi ağırlıqlarından azad edə bilər və uşaq böyütməkdə rast gəlinən və daha çox oğlan 

uşaqlarına üstünlük  verilməsinə  stimul verən  problemləri  həll  edə  bilər  (“qız  uşaqlarının 

qayğısına qalmaq və onları böyütmək həddən artıq çətindir”).

Azərbaycan Respublikasının Konstitusiyasına görə (Maddə 41) hər vətəndaşın sağlamlığını 

Müvafiq siyasətin tənzimlənməsi



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə