Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix29.10.2017
ölçüsü0,75 Mb.
#7175
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

55

Cinsindən,  yaşından  və  təhsilindən  asılı  olmayaraq  bütün  iştirakçılar  dölün  cinsinin 

müəyyən  ediməsi  texnologiyasından  və  cinsə  görə  selektiv  abortlar  məsələsindən 

xəbərdardırlar.  Hamiləlik  zamanı  dölün  cinsini  təyin  etməyin  qəbul  eilmiş  üç  elmi  üsulu 

vardır: ananın qan nümuməsi əsasında hüceyrəsiz döl DNK testi (dölün inkişaf dövrünün 

7-ci həftəsindən sonra); amniosentesis (dölün inkişaf dövrünün 8-ci həftəsindən sonra); və 

ginekoloji ultrasonoqrafiya (dölün inkişaf dövrünün 11-12-ci həftəsindən sonra). Birinci iki 

üsul Azərbaycanda istifadə olunmur, əsasən ona görə ki, onlar bahadır və amniosentesisin 

birinci trimestrdə uşaqsalma təhlükəsi var. Ultrasonoqrafiya və ya ultrasəs müayinəsi dölün 

cinsini təyin etməkdə ən çox istifadə olunan və ümumi qəbul olunmuş alətdir, belə ki,  bu 

qiymətinə görə ən az bahalı olan üsuldur və doğuşa qədər aparılan müayinə tədbirlərinin 

bir hissəsi kimi istifadə olunur.



“Ultrasəs müayinəsi geniş yayılmış üsuldur və bu gün onsuz xəstələri müayinə 

etmək mümkün deyil. Əvvəllər ultrasəs müayinəsinin yan təsirləri çox idi. Onlar 

səhv  diaqnoz  qoyurdular,  lakin  bu  gün  dölün  cinsini,  inkişafını,  quruluşunu, 

böyüməsini,  ürək  döyüntüsünü,  nəfəsalmasını  və  qidalanmasını  daha  dəqiq 

yoxlamaq mümkündür”. (Həkim)

Bir çox cütlüklər üçün ultrasəs müayinəsinin nəticəsi kimi dölün cinsinin müəyyən edilməsi 

sağlamlıq baxımından yoxlanışdan daha vacib ola bilər:

“Onlar dölün sağlamlıq durumundan daha çox onun cinsini öyrənmək istəyirlər. 

Qoy dünyaya gələcək uşağın cinsi haqda məlumat verməyə qadağa qoysunlar. 

Qoy  aborta  gətirib  çıxaracaq  o  məqamı  yoxlamaqdansa  yalnız  sağlamlıq 

durumunu, körpənin inkişafını yoxlasınlar. …Əgər ana körpəsinin cinsini öyrənmək 

istəyirsə hazırda heç kim onun qarşısını ala bilməz.”

“Belə  qadınlar  (dölün  cinsini  öyrənmək  istəyən)  ultrasəs  müayinəsinə  gələn 

qadınların dörddə bir, hətta üçdə bir hissəsini təşkil edir.” 

Azərbaycan  kontraseptiv  vasitələrin  aşağı  səviyyədə  istifadəsinə  görə  ən  çox  qeyd 

olunan  ölkədir.  Yuxarıdakı  hissələrdə  təfərrüatlı  şəkildə  yazıldığı  kimi,  bu,  doğuşları 

məhdudlaşdırmaq  və  ya  təxirə  salmaq  üsulu  kimi  abortların  daha  tez-tez  etdirilməsi  ilə 

nəticələnmişdir.  Kontraseptiv  vasitələrin  istifadəsi  aşağı  səviyyədə  qalmaqdadır,  lakin 

onlardan istifadəyə meyllilik getdikcə artır. Bu tədricən baş verən transformasiya abortların 

sayına öz təsirini göstərməlidir. Tədqiqat zamanı bəzi həkimlər qeyd etmişlər ki, kontraseptiv 

vasitələrin istifadəsinin artması və doğuşdan əvvəl dölün cinsini müəyyən etməyə daha çox 

istək  selektiv  abortların sayının  artmasına və  abortun  doğuşları  məhdudlaşdırmaq və  ya 

təxirə salmaq məqsədilə istifadə olunması ilə  nəticələnmişdir. 



“Onlar kontraseptiv üsullar haqda indi daha çox bilirlər. Buna görə də abortların 

sayı  son  illər  azalmışdır.  Yalnız  dölün  cinsinə  görə  edilən  abortlar  hələ  də 

problemdir”.

Keyfiyyət əsaslı məlumatların təhlili


56

“qadınlar abortları əsasən dölün cinsinə görə etdirirlər. Əgər qızları varsa istəyirlər 

ki,  növbəti  uşaqları  oğlan  olsun  və  ya  əksinə  oğlu  varsa  növbəti  uşağın  qız 

olmasını istəyirlər. Seçim etdikdə abort etdirirlər…Bu gün gözlənilməz hamiləliyə 

görə aborta gələnlər çox azdır” (Aytən, 64 yaş, ali təhsilli, iki qızı bir oğlu var, 

Abşeron).

“Səbəb ondadır ki, o qadınlar növbəti uşaqlarının cinsini müəyyən etmək istəyirlər. 

Əvvəllər  qadınların  6,  8,  9  və  ya  bəzən  10  uşağı  olurdu.  Onların  arasında, 

əlbəttə, həm qızlar, həm də oğlanlar olurdu. Beləliklə, o zaman heç bir problem 

yaranmamışdı. İndi qadınlar adətən iki və ya üç uşaq dünyaya gətirirlər. Və onlar 

hər iki cinsdən uşaqlarının olmasını yəqin etmək məqsədilə ultrasəs müayinəsinə 

gedirlər” (həkim).

“Sosial rifah sistemi növbəti uşağın olmasına şərait yaratmır və belə olanda cins 

əsasında seleksiya edilir. Deyirlər ki, qız uşaqlarının abort edilməsi indi üstünlük 

təşkil edir” (həkim).

Dölün cinsinə görə selektiv süni abortların cəmiyyət tərəfindən qəbul edilməsi süni abortdan 

daha həssas məsələdir. Qrup müzakirələri iştirakçıların fikirlərini və müşahidələrini müəyyən 

etməkdə başlıca rol oynamışdır. Bu əməl qeyri-qanuni olduğuna görə insanlar bu mövzunu 

açıq  müzakirə  etməkdən  çəkinirdilər.  Onlar  bu  mövzuda  dostlarının  və  ya  qohumlarının 

təcrübələri haqda danışaraq, öz təcrübələrini açıqlamırdılar:



“Gəlin üçüncü uşağına hamilə olanda o, ultrasəs müayinəsinə getdi. Döl dörd 

aylıq qız idi və əllərini, ayaqlarını tərpətməyə başlamışdı. Onun əri ona dedi: ‘Sən 

bu körpəni dünyaya gətirmək istəyirsənsə belə də et. Ancaq mən qızım olmasını 

istəmirəm’.  Qadın  süni  abort  etdirdi.”  (qrup  müzakirələrinin  iştirakçısı,  gənc 

qadın, Bakı) 

Həkimlər selektiv abortlarla bağlı prosedurların başlıca iştirakçılarıdır. Bu tədqiqatda iştirak 

edən  həkimlərin  intervyularında  qadınlarla  həkim  arasında  baş  verə  bilən  münaqişələr 

vurğulanmışdır.  Oğlan  uşaqlarına  güclü  üstünlük  verilməsi  meyli  və  hamiləliyin  süni 

dayandırılması  (abort)  üçün  təmin  edilmiş  şərait/imkan  təkcə  ayrı-ayrı  qadınları  deyil, 

həkimləri də çətin vəziyyətdə qoyur. 

“Məsələn, birisi gəlir və deyir ki, üç qızı var. O, deyir ki, əgər dördüncünü dünyaya gətirsə 

həyat yoldaşı ondan boşanacaq və ya onun qaynanası ona əmr edib ki, əgər yenə qızı  olsa 

geri dönməsin. Belə bir qadın dölü üç ay bətnində saxlamalıldır, çünki biz dölün cinsini yalnız 

üçüncü ayında təyin edə bilərik. Lakin bu, qadının sağlamlığı üçün təhlükəlidir”.

Həkimlər dölün cinsinin müəyyən edilməsi vaxtı və abortun edilə biləcəyi müddət barədə 

qərar  verə  bilərlər.  Bəzi  həkimlər  dölün  cinsinə  görə  selektiv  abortların  tövsiyə  olunan 

müddət ərzində olmadığı üçün abortların əksinə idilər, digərləri isə belə düşünürdü ki, cinsin 

təyin edilməsi müəyyən vaxt çərçivəsində mümkündür. Onlardan biri fikrini belə ifadə edir: 



5-ci fəsil


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə