64
qorumaq və tibbi yardım almaq hüququ vardır, həmçinin hər qadının doğuşla əlaqədar
sağlamlığını qorumaq hüququ vardır. Əhalinin sağlamlığının qorunması haqqında qanunun 17-
ci Maddəsində deyilir ki, hamiləlik zamanı, doğuşdan əvvəl və doğuşdan sonra hər bir hamilə
qadına dövlət səhiyyə obyektlərində pulsuz tibbi xidmətlər göstərilməlidir. Bu qanun əsasında
hər vətəndaşa pulsuz tibbi xidmət təmin etmək məqsədilə uşaqlar və qadınlar üçün nəzərdə
tutulmuş səhiyyə obyektləri də daxil olmaqla xəstəxanalar və tibbi kliniki mərkəzlər yaradılmışdır.
Bu tədqiqat vasitəsilə aşkar edilmişdir ki, Azərbaycanda səhiyyə xidmətlərini əldə etməkdə
ciddi problemlər yaşanır. İctimai iaşə və ya özəl sektorda çalışan yaxud təqaüddə olan bir
çox iştirakçılar heç bir sağlamlıq sığorta sisteminə daxil edilməmişlər. Bundan əlavə, səhiyyə
işçilərinin səhiyyə xidmətlərinin pulsuz olduğunu söylədiklərinə baxmayaraq bu xidmətlərdən
istifadə etməli olmuş şəxslər pul ödəməli olmuşlar. Səhiyyə xidmətlərinin əldə edilməsində
çətiniklərlə üzləşən əhali qrupları üçün reproduktiv sağlamlıq xidmətlərinin əldə edilməsi də
çətin olacaq. Səhiyyə sektorunda bu cür neqativ təcrübələr insanların kontraseptiv üsulların
istifadəsini, doğuşdan əvvəl və sonra sağlamlıq xidmətlərini, habelə ailə planlaşdırılması və
hamiləlik-doğuşla bağlı məsləhət xidmətlərini istəməyəcəyinə gətirib çıxara bilər. Bunun ana
və uşaq ölümünün artması, uşaqların immunizasiya proqramlarında iştirak etməməsi və
ictimai sağlamlığın tənəzzülə uğraması kimi ciddi nəticələri ola bilər. Sağlamlıq sığortasının
əhatəsini genişləndirməyə və bu sahədə çətinliklə üzləşən əhali təbəqələrinin səhiyyə
xidmətlərini əldə etdiklərini yəqin etməyə ehtiyac var. Daha qənaətbəxş ictimai sağlamlıq
xidmətləri oğlan uşaqlarına üstünlük verilməsi məqamının zəifləməsinə də gətirib çıxara
bilər, bu əsasla ki, müsahibə verənlərin də təsvir etdiyi kimi daha ahıl yaşda xəstəlik və
ya qocalıq baxımından valideynlərin narahatlığına son qoyula bilər “biz qocalanda və ya
xəstələnəndə oğlanlarımız bizim qayğımıza qalacaq”.
6.3. Gender rolları və oğlan uşaqlarına üstünlük verilməsi
Tələbat yönümlü siayasət vasitəsilə ailə planlaşdırılması və müasir kontraseptiv üsulların
istifadəsi abort əmsalının azaldılması üçün zəruri alətdir. Lakin nəsilvermə əmsalının
əvəzedilmə səviyyəsində olduğu və oğlan uşaqlarına güclü üstünlük verildiyi Azərbaycan
kimi ölkədə ailə planlaşdırılması üsullarının daha geniş istifadəsi gender ayrıseçkiliyi
əsasında aparılan abortlar da daxil olmaqla abortların azalmasına zəmanət vermir. Mövcud
olan patriarxal mentaliteti nəzərdən keçirmək və başa düşmək, həmçinin onun ləğv edilməsi
üçün siyasət prioritetləri hazırlamaq zəruridir.
Keyfiyyət üsulları ilə aparılmış intervyular göstərir ki, kişilərin dominantlıq təşkil etdiyi sosial
struktur uşağın təhsili və tərbiyəsində fundamental ünsür kimi ailədaxili təcrübələrdən
başlayır. Gender rollarına əsasən ailələrdə kəskin əmək bölgüsü var, “kişilər ‘çörək pulu’
üçün evdən kənarda işləyirlər, qadınlar isə ev işləri ilə məşğul olurlar.” İştirakçılar ailədə
qız uşaqlarının analarına kömək etdikləri, oğlanların evin kənarındakı işlərdə atalarına
yardım etdiyi və ailənin yaşlı kişi üzvlərinin ailə ilə bağlı qərarların qəbulunda dominantlıq
təşkil etdiyi xarakterik ailə strukturunu təsvir etmişlər. Azərbaycanda oğlanlara nisbətən
böyüdülməsi daha çətin hesab edilən qız uşaqlarına aid edilən rol “ananın köməkçisi” və ya
“ailə qurana qədər valideynlərin və işlərinin qayğısına qalan” roludur.
6-cı fəsil
65
Keyfiyyət üsulları ilə aparılan intervyular zamanı bir çox respondentlər qız uşağını
böyütməyin çətinlilyi haqda danışarkən “qız yükü, duz yükü” atalar sözünü qeyd etmişlər.
Oğlan uşaqlarına daha çox “ailəni saxlayan”, “ailəsinə şərəf verən”, “ailəsinin mülkiyyətini və
şərəfini qoruyan”, “əsgər kimi ölkəsini və onun sərhədlərini qoruyan”, “işləyib pul qazanan”,
“valideynləri qocaldıqda onalrın qayğısına qalmaq”, “atasının cənazəsini çiyinində daşımaq”
və s. kimi rollar aid edilir. Kişilərə aid edilən bu dəyərlər uşaqlıqdan başlayır və ömür boyu
davam edir. Partnyorun seçilməsi, ailə qurmaq, işləmək, uşaqları olmaq, hərbi qulluqda
olmaq kimi həyat hadisələrində adət halını almış kişi və qadın rolları Azərbaycanda patriarxal
mentaliteti əbədiləşdirməyə xidmət edir.
Bu mentalitet oğlan və qız uşaqlarının gələcək reproduktiv davranışlarını formalaşdırır. Bu
tədqiqat vasitəsilə təkcə kişilərin deyil, qadınların da oğlan uşaqlarına üstünlük verməkləri
aşkar edilmişdir. Bəzi qadınlar bu təzyiqə etiraz etmiş və bildirmişdir ki, dünyaya gələcək
uşağın cinsi vacib deyil. Lakin onlar həm də qeyd etmişlər ki, ərləri və ya qaynanalarının təzyiqi
ilə onlar dölün qadın cinsində olduğu təyin olunan zaman ikinci və üçüncü uşaqlarını süni
abort etdirmişlər. Oğlan uşaqlarına güclü üstünlük verilməsi nəticəsində bəzi kişilər həyat
yoldaşlarına boşanma ilə hədə-qorxu gəlmiş və oğlan uşağı olana qədər hamiləliklərini süni
abortla dayandırmağa məcbur etmişlər. Qadınların əksəriyyəti iqtisadi cəhətdən ərlərindən
asılı olduqlarına görə boşanma hədə-qorxusu təhlükəlidir və bir çoxlarını öz hüquqlarından
əl çəkməyə və abort etdirmələrinə səbəb olmuşdur.
Oğlan uşaqlarına üstünlük verilməsini nəzərdə tutan bu mentaliteti dəstəkləyən əsas amillər
aşağı nəsilvermə səviyyəsindən irəli gəlmiş “ixtisaredici təsir”, habelə dölün cinsinə görə
selektiv abortları mümkün edən reproduktiv texnologiyalardır. Qərbi Avropa ölkələrində
nəsilvermənin Azərbaycana oxşar səviyyədə olmasına və dölün cinsinin təyin edilməsi
üçün eyni texnologiyaların əldə edilmə şəraitinə baxmayaraq orada dölün cinsinə görə
selektiv abortlar problemi yaranmamışdır, yalnız ona görə ki, bu ölkələrdə oğlan uşaqlarına
üstünlük verilməsinə təkan verən heç bir menatlitet yoxdur. Aydındır ki, Azərbaycanda
oğlan uşaqlarına üstünlük verilməsinə təkan verən patriarxal sosial strukturdan gender
bərabərliyinə əsaslanan başqa bir struktura tədricən baş verən transformasiyasını yəqin
etmək siyasətinin priotiteti olmalıdır.
Azərbaycan cəmiyyətini daha eqalitar (bərabərhüquqlu) birinə çevirmək üçün mövcud
patriarxal sistemi əbədiləşdirən prosesə müdaxilə etməyə ehtiyac var. Məktəbə hazırlıq
səviyyəsindən başlayaraq rəsmi təhsil sisteminin bütün səviyyələrində gender tədrisi və
təlimini təqdim etmək faydalı ola bilərdi. Həmçinin çap edilmiş, səsyazma və ya görüntü
olaraq lentə alınmış materiallardan istifadə edərək böyüklər, kişilər və qadınlar arasında
gender bərabərliyi haqda məlumatlandırma üzrə geniş proqramlar təqdim etmək olar.
Qadınları daha yüksək təhsil və ödənişli məşğulluq əldə etməyə cəlb edən pozitiv ayrıseçkilik
kimi müvəqqəti xüsusi tədbirlərə ehtiyac var. Azərbaycanda reproduktiv yaş həddində olan
qadınların 97 faizinin 5 il və daha çox təhsili vardır və 80 faizi isə 10 il və daha çox təhsil
almışdır. Buna baxmayaraq, bu qadınların əksəriyyəti (79 faiz) son 12 ay ərzində heç bir
Müvafiq siyasətin tənzimlənməsi