Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə23/32
tarix29.10.2017
ölçüsü0,75 Mb.
#7175
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

53

Hal-hazırda Azərbaycanda abort siyasəti dünyada ən liberal siyasətlərdən biridir. Hamiləliyin 

ilk 12 həftəliyində abort etdirmək imkanı var. Bundan başqa, abort dölün 22 həftəliyinədək 

istənilən sosial-iqtisadi göstərişlərlə etdirilə bilər (FWFP, 2011). Hamiləliyin bu dövründə 

abort  etdirmək  üçün  şəxsi  səbəblərə  hamiləlik  zamanı  ərin  vəfatı,  hamilə  qadının  və  ya 

onun ərinin həbsi, analıq hüquqlarından məhrum edilmə, çoxuşaqlılıq (uşaqların sayı 5-dən 

çoxdur), hamiləlik zamanı boşanma, zorlanma nəticəsində hamiləlik və ailədə əlil uşağın 

olması  daxildir.  Hamiləliyin  22-ci  həftəliyindən  sonra  abort  yalnız  tibbi  əsaslarla  həyata 

keçirilə bilər. 

Dölün cinsinə görə selektiv abortların aparılması probleminin qarşısını almaq cəhdi olaraq 

2008-ci  ildə  təklif  edilmiş  və  təsdiqi  gözlənilən  Reproduktiv  sağlamlığın  qorunması  və 

ailə  planlşdırılması  haqqında  qanun  layihəsinə  müvafiq  qadağanın  daxil  edilməsi  təklif 

edilmişdir. Lakin hamiləliyin daha gec müddətində süni şəkildə pozulmasına şərait yaradan 

çoxlu sayda amillərə görə, habelə ultrasəs texnologiyalarının ümumbəşəri istifadəsinə görə 

dölün cinsinin müəyyən edilməsi intensiv olaraq davam etməkdədir və bir çox hallarda süni 

abort qərarlarının verilməsinə gətirib çıxarır. 

Təcrübədə  abortun  üç  növü  var:  ikisi  əməliyyat  tipli  və  biri  tibbi  prosedur  tipli.  Birincisi 

hamiləliyi  dayandırmağın  köhnə  növü  olan  küretajdır  (dölü  uşaqlıqdan  sıyırmaqla 

təmizləmə).  Küretaj  üsulu  hamiləliyin  erkən  dövründə  vakuum  sorulma  ilə  əvəz  edilir, 

amma  hələ  də  hamiləliyin  daha  sonrakı  dövrlərində,  habelə  selektiv  abortlarda  istifadə 

olunur. İkinci əməliyyat tipli üsul hamiləliyin ilk trimestrində (ilk üç ayında) ən çox istifadə 

olunan  (həmçinin  mini  abort  da  adlandırılan)  vakuum  sorulmadır.  Bu,  nisbətən  daha 

müasir süni abort üsuludur və əməliyyatdan sonrakı çətinliklərin riskini aradan qaldırmaq 

məqsədi daşıyır. Üçüncü ən yeni üsul tibbi abortdur (abort həbləri), bu, abort hamiləliyin ilk 

trimestrinin erkən dövründən dölün inkişafının 7-9-cu həftəliyinə qədər istifadə oluna bilən 

dərmanların birləşməsindən ibarətdir.  

Sözügedən  tədqiqatda  iştirak  edən  həkimlər  və  qadın  iştirakçılar  öz  təcrübələrində 

Azərbaycanda  abort  üsulları haqqında məlumatauyğun  olaraq  mini  abortla  rastlaşmışlar. 

Onlar küretajın hamiləliyin daha sonrakı dövrlərində edildiyini qeyd etmişlər. Tibbi abortun 

istifadəsi Azərbaycanda qəbul edilmir, buna baxmayaraq bəzi qadın iştirakçılar və həkimlər 

təcrübələrində abort həblərindən istifadə etdiklərini qeyd etmişlər. Bir nəfər ginekoloqun 

müşahidə etdiyi kimi arzuolunmaz hamiləliklərini dayandırmaq məqsədiə lisenziyasız abort 

həbləri qəbul edən qadınlar nəticədə ağırlaşmalarla üzləşdikləri üçün səhiyyə obyektlərinə 

müraciət etdikləri məlumdur. 



“Qanaxma  və  ya  qismən  edilmiş  abortlarla  xəstəxanaya  daxil  olan  pasientlər 

orada müalicə olunurlar. Belə halların çoxu qismən edilmiş abortlara görə baş 

verir. Qadınlar ola bilsin yaşayış imkanlarına görə qeyd etdiyim abort həblərini 

qəbul edirlər və sonra nəticədə üzləşdikləri ağırlaşmalardan əziyyət çəkirlər. Belə 

xəstələr xəstəxanaya ciddi qanaxmalarla daxil olurlar”. 

Keyfiyyət əsaslı məlumatların təhlili


54

İştirakçıların  dölün  cinsinin  müəyyən  edilməsinə  dair  hüquqi  çərçivə  haqqında  bilikləri 

qeyri-müəyyəndir. Onlar açıqlamışlar ki, həkimlərin və ya digər səhiyyə işçilərinin abortun 

pulsuz olduğunu qeyd etdikləri hallarda, xidmət əldə edən insanlar həkimə pul ödəyə və 

ya  bəzilərinə  hər-hansı  dəyərli  hədiyyə  verə  bilər.  İntervyu  verən  həkimlərdən  bir  nəfər 

düz  cavablar  verdiyini  və  yalan  danışmaq  istəmədiyini  buna  görə  də  bu  suala  cavab 

verməyəcəyini deyərək abort xidmətlərinin qiyməti haqda verilən suala cavab verməkdən 

imtina etmişdir. Həkimlər dölün cinsinin diaqnostikasından sui-istifadə və selektiv abortlar 

probleminin qarşısının alınmasında hökumətin rolunu və yeni qanunların qəbul edilməsinə 

ehtiyac olduğunu vurğulamışlar. 



 “İstərdim ki, hökumətimiz elə bir qərar versin ki, valdeynlər dölün cinsi haqqında 

məlumatlandırılmasınlar.  Onlara  bu  məlumat  verilməsə  abortların  sayı  belə 

yüksək  olmaz.  Cüzi  sayda  süni  abortlar  qalacaq,  lakin  əksər  abortların  sayı 

azalacaq”. 

“Son  zamanlar  Səhiyyə  Nazirliyi  ultrasəs  müayinələri  zamanı  dölün  cinsinin 

gizlədilməsini göstəriş vermişdir. Təəssüf ki, ultrasəs müayinəsi aparan həkimlərin 

hamısı bu göstərişə əməl etmirlər.”  

5.3.2. Cəmiyyətin selektiv abortlara münasibəti

Bu tədqiqat tərəfindən müəyyən olunmuşdur ki, Azərbaycanda abort cəmiyyət tərəfindən 

qəbul edilir. Baxmayaraq ki, həkimlər də daxil olmaqla iştirakçıların əksəriyyəti süni abortla 

bağlı sağlamlıq, etik və dini məsələlərdən xəbərdardırlar, bu, heç də o demək deyil ki, onlar 

abortu qəbul etmirlər və ailə planlaşdırılması məqsədlərilə istifadə etmirlər. Müxtəlif yaş 

həddlərindən olan iştirakçılar bildirmişlər ki, onlar abort seçimi etdiklərinə görə özlərində 

narahatçılıq keçirsələr də abort etdiriblər. 

“Mən söylədim ki, dini nöqteyi-nəzərdən abortları qəbul etmirəm, çünki İslam 

əməllərini  yerinə  yetirirəm  və  Allaha  inanıram,  lakin  mənim  özüm  abort 

etdirmişəm. Ancaq özümə söz vermişəm ki, bir daha bunu etməyəcəyəm.”

(Ayla, ali təhsilli, 33 yaş, bir oğlu, bir qızı var, Abşeron)

Həkimlər  də  öz  arzuolunmaz  hamiləlikləri  və  abortlar  haqqında  buna  oxşar  ziddiyyət 

yaşadıqlarını söyləmişlər:

  “Mən  tamamilə  bunun  əksinəyəm.  Müxtəlif  kontraseptiv  üsulların  istifadəsi 

daha yaxşı ola bilər. Mən iki abort keçirmişəm. Abort etdirən zaman elə bir hiss 

keçirtdim ki, elə bil cinayət etmişəm.” (Həkim, 63 yaş, iki qızı, iki oğlu var) 

“Mən  iki  uşağımı  çətinliklə  böyüdürəm.  Əslində  mən  dörd  uşağa  sahib  olmaq 

istəyirəm  –  iki  oğlan  və  iki  qız,  lakin  bu  arzumu  həyata  keçirə  bilmirəm. 

Baxmayaraq ki, mən həkiməm, mən abort etdirirəm və ya müxtəlif vasitələrdən 

istifadə edirəm.” (həkim, 33 yaş, bir qızı, bir oğlu var)

5-ci fəsil



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə