Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə22/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   18   19   20   21   22   23   24   25   ...   156

67

xəbərdarlıq etdi ki, hər kəs xəsislik edib öz sərvətini gizlətməsin,

çünki Albaniyanın müqəddəratı məsələsi həll olunur.Viro Xəzər

ordusunun bütün rütbə sahibləri və  əyanları üçün çoxlu hədiyyələri

arabalara yükləyib, Albaniyanın bütün adlı-sanlı adamlarını məcbur

etdi ki, onunla birlikdə düşmən düşərgəsinə getsinlər; habelə bildirdi

ki, belə hərəkət etməkdən "məqsəd sizinlə birlikdə bir təbəə sifətilə

onun [xaqanın] yanına gedişimiz ona inandırıcı görünsün"

1

 .

Viro alban əyanları ilə birlikdə  Şatın Partava yaxınlığında



ordugahına sağ-salamat çatdı. Burada Xəzər mənsəb sahibləri

"hədiyləri əllərinə alıb, təkcə katolikosu şahzadənin oturduğu içəri

çadıra apardılar"

2

.  Şahzadə  hədiyyələri  alıb,  Viroya  dedi  ki,  əmr



edəcək onun qoşunları öz düşərgələrinə qayıtsın və basqını

dayandırsınlar. Lakin katolikosdan tələb etdi ki, ölkənin bütün qaçqın

əhalisi öz yerlərinə qayıdıb öz işləri ilə məşğul olsun və vəd etdi ki,

bu gündən "xəzər xaqanının əbədi mülkü" sayılan ölkənin bundan

sonra dağıdılmasını dayandıracaqdır

3

.



Viro ölkəni dağılmaqdan xilas etmək xatirinə  Şatın bütün

tələblərini qəbul etməyə məcbur oldu və Albaniya əyanları adından

ona belə dedi: "Biz - mən və ölkənin bütün əhalisi - sənin atanın və

sənin bəndələrinik. Bizə öz nökərlərin kimi rəhm et və öz qılıncını

bizim üstümüzdən qaldır ki, biz Sasanilərə qulluq etdiyimiz kimi

sənin atana və sənə qulluq edək"

4

.

Şatın bu münasibətlə düzəltdiyi böyük qonaqlıqda katolikos



Viro ondan xahiş etdi, Albaniyanın bütün yaşayış məntəqələrinə

xəzər canişinləri göndərsin ki, xəzərlərin bundan sonrakı basqınlarına

mane olsunlar; bir də indi ki, Albaniya xəzərlərin tabeliyinə

keçmişdir, Şatdan belə bir sərəncam verməsini tələb etdi: "Sənin

qoşunların tərəfindən əsir alınıb çadırlarında saxlanan kişi və

1

История Агван, стр. 125/98; müqayisə et: Л.М.Меликсет-Бек. Хазары



по древнеапмянским источникам, стр. 116.

2

История Агван, стр. 126/100.



3

История Агван, стр. 126/100; müqayisə et: M.İ.Artamonov. Adı çəkilən

əsəri, səh. 63

4

 Yenə orada, səh. 127/100.




68

qadınlar, oğlan və qızlar buraxılsın ki, atalar öz oğullarından, analar

da öz qızlarından ayrı düşməsinlər"

1

.



Vironun bu xahişi yerinə yetirildi və albanlardan alınan bütün

əsirlər buraxıldı. Bundan əlavə Viro, Cebu xaqanın oğlu Şat Xəzərin

yanında Ermənistan və Gürcüstandan olan əsirləri də buraxdırdı

2

.



Beləliklə, Albaniya, "İran şahı Ərdəşir Qubad oğlunun ikinci

ilində, o öz iradəsi ilə şahlıq edərkən"

3

, yəni 629-cu ilin sentyabrı ilə



630-cu ilin apreli arasındakı dövrdə, xəzərlər tərəfındən istila edildi.

Xəzərlərin Albaniya üzərinə etdikləri dağıdıcı basqınları və

əhalini kütləvi surətdə sürüb aparmaları nəticəsində, ölkədə heç kəs

torpağı becərmirdi, buna görə də 630-cu ilin yazında "üç sərkərdə -

Aclıq, Qılınc və onların köməkçisi Ölüm Albaniyanı" tutdular

4

.



Ölkəni epidemiya bürüdü. Əzab çəkən xalqa kömək etmək üçün

katolikos Viro yenidən öz səy və bacarığını işlətməli oldu. O,

"xəstəliyə tutulanların acınacaqlı halına günlərlə göz yaşı axıdırdı"

 5

və görünür, özü də xəstəliyə tutuldu. Katolikos Vira 630-cu ildə



epidemiya zamanı öldü.

Orta əsr Albaniyasının görkəmli xadimlərindən biri olan və

Mxitar Qoş demişkən "xeyirxahlığı ilə parlayan pak insan" katolikos

Vironun həyatı bu cür sona çatdı

6

.

Ölkəyə üz vermiş dəhşətli fəlakətə baxmayaraq, xəzərlər



Albaniyadan bac almaqda davam edirdilər. Xəzər xaqanı - "şimal

əmiri" qızıl, gümüş, dəmir filizi və mis çıxarmaqda biliyi olan

müxtəlif peşə sahiblərini tapmaq üçün öz nəzarətçilərini göndərdi,

İran şahlarının kadastrına uyğun olaraq tacirlərdən, böyük Kür və

1

Yenə orada, səh. 128/100.



2

Yenə orada, səh. 281/229; Киракос Гандзакеци, стр. 101.

3

Истори  Агван, стр. 131/104. III Ərdəşirin hökmranlığının ikinci ili



629-cu il iyunun 17-də başladı və 630-cu il aprelin 27-də onun edamı ilə bitdi

(Табари-Нельдеке, стр. 386).

4

Yenə orada, səh. 130/103.



5

Yenə orada, səh. 129/103; Мхитар Айриванци, стр. 76.

6

Мхитар. Гош. Албанская хроника, стр. 9.




69

Araz çayları balıqçılarından alınan vergi və dirhəm (didrak, mayk)

məbləğini müəyyən etdi

1

.



629-630-cu ildə xaqan, yoxlama vaxtı ölkədəki ərzaq

ehtiyatından heç bir şeyin ondan gizlədilmədiyini yəqin edəndən

sonra, Ermənistana və onunla qonşu ölkələr üzərinə yeriməyə

hazırlaşdı və hücuma keçdi. Əvvəlcə Çorpan Tarxanın

2

 başçılığı ilə



üç min nəfərlik dəstə göndərdi ki, özü üçün təhlükəsiz bir yol

hazırlasın, sonra özü də qoşunla yürüşə başladı

3

. Xəzərlər Göyçə



gölü yaxınlığında "10 min nəfərlik İran qoşununu məğlub etdilər,

meyitlərin üzərindəki şeyləri qarət edib, atların bəzək şeylərini

topladılar, onların nizələrini və yunanlılar tərəfindən məharətlə

qayırılıb qızıla tutulmuş qılınc, qalxan və paltarlarını yığdılar,

bunların hamısını öz aralarında bölüşdürdülər

4

.



M İ.Artamonov belə hesab edir ki, xəzərlərin Albaniyadakı

üçillik hökmranlığı bununla başa çatır və A.Y.Krımski

5

 iddia etdiyi



kimi xəzərlərin bu ölkədə "yüzillik hökmranlığı barəsində heç söz ola

bilməz"


6

. O öz iddiasını  əsaslandırmaq üçün M.Kalankatukluya

istinad edir ki, o da belə yazır: xəzərlər 10 minlik İran ordusunu

darmadağın etdikdən sonra, yenidən "keçidlərlə üç dövlətə

Ermənistan, Gürcüstan və Albaniyaya tərəf üz qoydular"

7

, lakin



"məğlub edildilər"

8

.



M.İ.Artamonov xəzərlər tarixinə dair son tədqiqatında

xəzərlərin Albaniyada qalmaları müddətinin nə qədər uzun olduğu

barədə 

əvvəlki nöqteyi-nəzərini dəyişdirib belə deyir:



1

История Агван, стр. 131/104.

2

Türk termini "tarxan", "tarkan" haqqında bax: E.Chavannes. Documents,



p. 19, n. 2; D.M.Dunlop. Adı çəkilən əsəri, səh. 72.

3

 История Агван, стр. 132/104.



4

Yenə orada, səh. 133/105-106.

5

А.Е.Крымский. Страницы  из  истории  Северного  или  Кавказского



Азербайджана, стр. 298.

6

M.İ.Artamonov. Adı çəkilən əsəri, səh. 65; həmçinin onun: Древний



Дербент, стр. 137.

7

 История Агван, стр.134/106.



8

 M.İ.Artamonov. Adı çəkilən əsəri, səh. 64-65.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə