Azərbaycan ssri elmlər akademiyasi tariX İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/131
tarix17.10.2017
ölçüsü5,01 Kb.
#5159
1   ...   8   9   10   11   12   13   14   15   ...   131

 
36 
Ə.Ə.Əlizadə  “Şirvan  haqqında  bəzi  məlumat”  adlı  məqaləsində  ilk 
mənbələrə  əsasən  bir  sıra  qiymətli  fikirlər  irəli  sürür.
71
 Müəllif  əsas  etibarilə 
Şirvanın  sərhədlərindən,  şəhərlərdən,  ticarət  və  mədəniyyət  məsələlərindən 
geniş surətdə bəhs edir.
72
 
Z.M.Bünyadovun əsərin
73
 və  C.M.İbrahimovun  məqaləsində
74
 Şirvanşahlar 
haqqında bəzi məlumatlara rast gəlirik. Bu sətirlərin müəllifi “Azərbaycan IX-X 
əsrlərdə”  adlı  məqalədə  Şirvanşah  Məzyədilər  dövləti,  “Şamaxı  şəhərinin 
tarixindən” adlı yazılarında isə Şamaxı ilə əlaqədar olaraq Şirvan və Məzyədilər 
haqqında  bəzi  məlumatlar  verir.
75
Lakin  bu  əsər  və  məqalələrdə  Şirvanşah 
Məzyədilər dövləti haqqında geniş surətdə bəhs edilmir.  
Yuxarıda  qeyd  edilənlərdən  aydın  olduğu  kimi,  Şirvanşah  Məzyədilərin 
hakimiyyət  dövrü  tarix  ədəbiyyatı  səhifələrində  ayrıca  işıqlandırılmamışdır. 
Qeyd etmək lazımdır ki, Şirvan, xüsusilə Şirvanşah Məzyədilər haqqında IX-XI 
əsr tarixçiləri kifayət qədər məlumat vermədikləri üçün Şirvan tarixi ilə məşğul 
olan  tədqiqatçılar  haqlı  olaraq  tələb  olunan  materialın  azlığından  və  ya  da  heç 
olmamasından narazı qaldıqlarını bildirmişlər.
76
 
Sacilər  sülaləsinin  tarixi  də  bəzi  şərqşünasların  əsərlərində  mükəmməl 
surətdə  olmasa  da,  hər  halda  müəyyən  dərəcədə  öz  əksini  tapmışdır.  1823-cü 
ildə M.Freytaq  adlı bir nəfər alman Sacilər haqqında ərəb dilində olan bir neçə 
məlumatı  toplayaraq,  Bonn  şəhərində  nəşr  etdirmişdir.
77
 1847-ci  ildə  isə 
M.Defremerinin    “Journal  Aziatique”də  Sacilər  haqqında  fransız  dilində  iki 
məqaləsi  çap  olunmuşdur. 
78
1934-cü  ildə  K.Hyuardın  Sacilər  haqqındakı 
məqaləsi  “İslam  ensiklopediyası”nda  çap  edilmişdir.
79
  
M.Freytaqın  Sacilər 
haqqında  ərəb  mənbələrində  olan  bəzi  məlumatlar  nəşr  etdirməsi,  bu  sülalənin 
                                                 
71
 А.А.Ализаде. Некоторые сведения о Ширване. “Azərbaycan SSR EA Xəbərləri”, 1947, №12, səh. 3-32. 
72
 А.А.Ализаде. Некоторые сведения о Ширване. “Azərbaycan SSR EA Xəbərləri”, 1947, №12, səh. 14, 15, 16, 17. 
73
 З.M.Буниятов. Азербайджан в VII- IX вв.. Баку, 1965, səh.195. 
74
 C.İbrahimov.  Azərbaycanın  Şirvanşahlar  dövlətinə  dair.  Azərbaycan  Dövlət  Universitetinin  “Elmi  əsərləri”.  Bakı,  1964, 
№4, səh.17. 
75
 M.X.Şərifli. Azərbaycan IX-XII əsrlərdə. Azərbaycan SSR EA Tarix İnstitutunun əsərləri, 1957, XII cild, səh. 31-94. 
“Azərbaycan SSR EA Xəbərləri”, 1944, №8, səh. 37-49. 
76
 B.Dorn. Göstərilən əsəri, səh. 5; P.K.Juze. TİEA, inv. № 647, səh. 1, 49; Ə.Ə.Əlizadə. Göstərilən əsəri. səh. 13, 17. 
77
 З.М.Буниятов. Новый арабский источник по истории Азербайджана IX - X вв.. Изв. АН Азерб ССР, №2, 1968. 
78
 M.Defremery. Memoire sur la famille des Sadjides. “Journal Asiatique”, mai  - 1847, pp. 409-446, november-decembre -
1847, pp. 396-436. 
79
 C.Huart. Sadjides. The Encyclopaedia of Islam, vol. IV, pp.49-50.  


 
37 
tarixinin öyrənilməsində yalnız başlanğıc hesab edilə bilər. Bunun müsbət cəhəti 
yalnız Sacilər haqqında ərəb mənbələrində olan pərakəndə haldakı məlumatları 
bir  yerə  toplamaqdan  ibarətdir.  M.Defremeri  və  K.Hyuardın  məqalələrində  isə 
əsasən  Sacilər  sülaləsinə  mənsub  olan  hakimlərin  Xilafətdə  tutduqları  mövqe, 
onların  hərbi  və  sair  fəaliyyətindən  bəhs  edilir.  Sxematik  şəkildə  olan  bu 
məqalələrin heç biri Azərbaycan tarixi nöqteyi-nəzərindən yazılmamışdır. 
 Sacilər  sülaləsinə  mənsub  hakimlərin,  habelə  onların  davamçıları  olan 
Azərbaycan  hakimlərinin  zərb  etdirdikləri  sikkə  pullar  haqqında  R.R.Fasmerin 
“Sacilərin  sikkələri  haqqında”  adlı  məqaləsi  diqqəti  cəlb  edir.
80
 R.R.Fasmer 
Sacilərin  nümayəndələri  və  onların  zərb  etdirdikləri  sikkə  pullar  haqqında  bir 
sıra qiymətli məlumat versə də, Sacilərin yaratdığı dövlətin mahiyyəti və müasir 
tarix elmini maraqlandıran məsələlər barədə bəhs edə bilməmişdir. R.R.Fasmer 
Sacilər  haqqında  verdiyi  məlumatı  əsasən  M.Defremerinin  məqalələrindən 
götürmüşdür.  Sacilər  dövləti  haqqında  bu  sətirlərin  müəllifinin  də  bir  neçə 
məqaləsi nəşr edilmişdir.
81
 
Əhməd  ibn  Lütfullah  Münəccimbaşı  öz  əsərində  Salarilər  sülaləsinin 
üzvləri və Salarilər dövlətinin paytaxtı Ərdəbil şəhəri haqqında müxtəsər surətdə 
bəhs edir.
82
 Münəccimbaşı Salarilər sülaləsinin 330 (1029)-cu ildə süqut etdiyini 
göstərir.  Şübhə  yoxdur  ki,  Münəccimbaşı  səhv  olaraq  Rəvvadiləri  Salarilərin 
davamı  hesab  etmiş  və  onların  hakimiyyət  dövrünün  1029-cu  ilə  qədər  davam 
etdiyini göstərmişdir.
83
 
İngilis  şərqşünası  Stenli  Len-Pul  “Müsəlman  sülalələri”  adlı  əsərində
84
 
Sacilər
85
sülaləsinin  şəcərə  cədvəli,  habelə  bu  sülalə  haqqında  qısa  məlumat 
versə  də,  Salarilər  dövlətindən  bəhs  etməmişdir.  Bundan  əlavə  A.Müller
86
 və 
başqaları  bu  dövlətin  adını  belə  çəkməmişlər.  V.V.Batrold  kimi  görkəmli 
                                                 
80
 Р.Р.Фасмер. О монетах Саджидов. “Azərbaycanı öyrənən cəmiyyətin xəbərləri”, №5, 1927, Bakı, səh. 22-48.  
81
 M.X.Şərifli.  “Azərbaycan  IX-XII  əsrlərdə”.  Azərbaycan  SSR  EA  Tarix  İnstitutunun  əsərləri,  XI  cild,  1959,  səh  46-53. 
Yenə  onun:  «Государство  Саджидов».  Изд.  восточной  литературы.  Москва,  1960;  Yenə  onun,  ingiliscə:  “The  State  of 
the Sajids”. Moskow, 1960. 
82
 Bax: Münəccimbaşı. Səh`ayif əl-Əxbar, səh. 505-506. 
83
 Münəccimbaşı. Cami əd-düvəl, səh 505. 
84
 Стенли Лен-Пуль. Мусульманские династии. СПб, 1899. 
85
 Стенли Лен-Пуль. Мусульманские династии. СПб, 1899. 
86
 A.Müller. Göstərilən əsəri. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə