Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə12/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   8   9   10   11   12   13   14   15   ...   87

 
36 
rişli bir vasitə olur. Kitabda tankların, sualtı qayıqların və nüvə raket-
lərinin  xalqa  nəyin  bahasına  başa  gəldiyi  şagirdlərin  anlaya  biləcəyi 
və  uzun  müddət  yadda  saxlaya  biləcəyi  səviyyədə  onlara  çatdırılır. 
Biz burada prof. N.M.Kazımovun məqsədə çatma prinsipinə, məsələ-
ləri təhliletmə metoduna yüksək qiymət verir və tədqiqatımızın lazı-
mi mərhələlərində ondan faydalanmağı məqsədəuyğun sayırıq. 
Gənclərin çağırışaqədərki hazırlığı məşğələlərində hərbi anla-
yışlar ilə fizika, riyazi və s. anlayışların müqayisəsi təlim materialla-
rının yaxşı anlaşılmasına və konkretləşdirilməsinə imkan verir, hər-
bi  biliklərin  ümumiləşdirilməsini  asanlaşdırır,  müxtəlif  döyüş  pri-
yomlarının əyani şəkildə göstərilməsinə imkan yaradır. Hərbi bilik-
lərin  fizika,  riyazi  və  s.  fənlərlə  müqayisə  aparılaraq  mənimsədil-
məsi  şagirdlərin  yadında  möhkəm  qalır,  onlarda  belə  inam  yaranır 
ki,  müqayisə  müxtəlif  hərbi  anlayışlardakı  oxşarlığı,  oxşar  döyüş 
priyomlarından isə fərqli cəhətləri müəyyənləşdirməklə əlaqədardır. 
Ümumiyyətlə,  müqayisə  real  varlığın  qanunauyğun-luqlarına,  fizi-
oloji, psixoloji və məntiqi hadisələrin qanunlarına uyğundur. 
Gənclərin çağırışaqədərki hazırlığı təlimində fənlərarası əlaqə 
yaratmaq  məqsədilə  müqayisə  priyomuna  müraciət  edərkən  aşağı-
dakı  ümumpedaqoji  istiqaməti  də  əsas  götürmək  lazımdır:  təlimdə 
müqayisə  priyomundən  istifadə  etmək  imkanları  obyektiv  aləmin 
özündə, mərkəzi sinir sistemi fəaliyyətinin qanunauyğunluqlarında, 
psixi  proseslərdə,  təfəkkür  əməliyyatlarında  vardır.  Təbiət  və 
cəmiyyət  hadisələrinin  müqayisəsi  ona  görə  mümkündür  ki,  həmin 
cisim və ya hadisələr oxşar və fərqli əlamətlər, insanın hiss orqanla-
rına  onların  təsiri  ali  sinir  sisteminin  təhlil  və  tərkib  fəaliyyətini, 
fərqləndirmə vəzifəsini şərtləndirir. 
Hərbi məşğələlərin gedişində şagirdlərin keçdiyi psixi proses-
lərdə  (duyğu,  qavrayış,  təfəkkür  və  s.)  hərbi  texnikanın  və  döyüş 
priyomlarının oxşar və fərqli əlamətlərinin əks edilməsi, bu əlamət-
lərin məktəblilərin məntiqi mühakimələrində ifadə olunması müqa-
yisə priyomunu zərurətə  çevirir. Burada hərbi rəhbərin müqayisəyə 
dair  nəzəri  biliyə-müqayisənin  xüsusiyyətləri,  növləri,  formaları, 
variantları  və  başqa  məsələlərinə  dair  biliyə  və  praktik  bacarığa 


 
37 
yiyələnməsi  zəruridir.  Hərbi  rəhbər  fizikaya,  riyaziyyata,  coğrafi-
yaya və s. həmçinin müqayisə priyomuna dair lazımi biliklərə malik 
olduqda, bu priyomun tətbiqi üzrə əvvəlcədən hazırlıq işi apardıqda, 
şagirdlərini  fizika,  riyaziyyat  və  s  anlayışlarla  hərbi  anlayışları 
müqayisə edə bilmək üçün lazımi  bilik  və bacarıqlarla silahlandır-
dıqda bu anlayışların müqayisəsi yüksək səviyyədə keçir və maksi-
mum dərəcədə səmərə verir. Əks halda isə müqayisə aşağı səviyyə-
də  olur.  Buna  görə  də  hərbi  rəhbər  ümumtəhsil  fənlərinə  dair  bir 
qrup zəruri biliyə malik olmalı və müqayisə priyomunu müxtəlif şə-
raitlərdə  tətbiq  etməyi  yaxşı  bacarmalıdır.  Prof  N.M.Kazımov  gös-
tərir  ki,  anlayışlarla  ilk  tanışlıq  zamanı  müqayisə  əsasən  qavrayış 
səviyyəsində  getməlidir,  anlayışlar  şagirdlər  üçün  tanış  olduqda 
müqayisə təsəvvür səviyyəsində aparıla bilər. 
Bu fikrin tamamilə hərbi hazırlıq dərslərinə də şamil olunması 
mümkündür. Ona görə də konkret hərbi faktlar öyrənildikdən sonra 
müqayisəni riyazi (və yaxud fizika) və hərbi anlayışların qarşılaşdı-
rılması səviyyəsinə qaldırmaq lazımdır. Buna görə müqayisə fizika, 
riyaziyyat və s. fənlər üzrə əvvəlcədən keçilmiş materialların təkrarı 
ilə yeni hərbi anlayışların öyrənilməsinin üzvi şəkildə əlaqələndiril-
məsi üçün tutarlı priyom kimi işlədilə bilər. Əvvəlcədən fizika, riya-
ziyyat və s. fənlərdən öyrənilən materialların təkrarı, həmçinin onla-
rın  yeni  hərbi  biliklərlə  müqayisəli  tədrisi  fizika,  riyaziyyat  və  s. 
biliklərin  möhkəmlik  dərəcəsini  müəyyənləşdirməyə,  şagirdlərin 
hərbi  hazırlıq  üzrə  biliklərindəki  çatışmazlıqları  aşkara  çıxarmağa, 
həmin nöqsanların aradan qaldırılmasına, təkrar olunan fizika, riyazi 
və s. biliyin yeni əsasda-öyrənilən hərbi bilik üzərində möhkəmlən-
dirilməsinə, yeni hərbi biliyin möhkəm və şüurlu surətdə mənimsə-
nilməsinə imkan verir. Məktəblilərin əvvəlcədən ümumtəhsil fənləri 
üzrə  yiyələndikləri  bilikləri  ilə  yeni  əldə  etdikləri  hərbi  biliklərin 
üzvi əlaqəsi onlar arasındakı oxşar və fərqli cəhətləri üzə çıxarmaq 
əsasında  yaradılır.  Fizika,  riyaziyyat  və  s.  fənlərdən  alınan  biliklər 
də müqayisə  yolu ilə müvəffəqiyyətlə sistemə salınır və ümumiləş-
dirilir. Şagirdlərin diqqəti məzmunca yaxın hərbi və riyazi, hərbi və 
fizika  və  s.  anlayışların  müqayisəsinə  tez-tez  cəlb  olunursa,  onda 


 
38 
hər  bir  fənnə  dair  daha  çox  bilik  əldə  edilir,  bu  üzvi  əlaqəyə  dair 
qeyri-müəyyənlik  aradan  qalxır.  Məktəblilər  hərbi  biliklərlə  fizika, 
riyazi  və  s.  biliklərin  müqayisəsi  işində  müntəzəm  çalışdıqda  fikri 
əməliyyata tez alışır, bilikləri müqayisə edə bilmək bacarığı müvəf-
fəqiyyətlə yaranır və inkişaf edir. 
Gənclərin çağırışaqədərki hazırlığı məşğələlərində şagirdlərin 
fikri  fəaliyyətinə  geniş  yer  verilir,  onlara  digər  ümumtəhsil  fənləri 
üzrə biliklərə istinadən hərbi anlayışları öz aralarında müqayisə et-
mək bacarığı aşılanır, bu bilik və bacarığın mənimsənilməsi prosesi-
nə  nəzarət  həyata  keçirilir,  nöqsanlar  müəyyənləşdirilib  aradan 
qaldırılır. Müqayisə üzərindəki  iş  zamanı möhkəm  hərbi bilik  əldə 
edən şagirdlər müvafiq hərbi anlayışları həm öz aralarında, həm də 
onları digər fənlərdə öyrədilən anlayışlarla müstəqil şəkildə müqayi-
sə etmək bacarığına yiyələnirlər. 
Müqayisə əməliyyatına qoşulmuş məktəblilər, hətta fərqin üs-
tünlük təşkil etdiyi hərbi və ümumtəhsil fənləri üzrə anlayışlar ara-
sındakı  oxşarlığı  və  yaxud  oxşarlığın  üstünlük  təşkil  etdiyi  anla-
yışlardakı fərqi tez və asan görürlər. 
X-XI  siniflərdə  gənclərin  çağırışaqədərki  hazırlığı  üzrə  məş-
ğələlərdə haqqında danışılan məsələlərin nəzərə alınması, hərbi ma-
terialların  məzmununa  və  xüsusiyyətlərinə  müvafiq  olaraq  əsas  di-
daktik  prinsiplərin  gözlənilməsi  ümumtəhsil  məktəblərinin  qarşı-
sında duran əsas vəzifələri həyata keçirməkdə, o cümlədən, şagird-
ləri həyata və müstəqil respublikamızın silahlı qüvvələrində xidmə-
tə hazırlamaqda böyük əhəmiyyət daşıyır. 
Hərbi rəhbərin məşğələlərdə diqqət yetirməsi vacib olan peda-
qoji şərtlərdən biri də fizika, riyaziyyat, coğrafiya və s. fənlər üzrə 
biliklərin  hərbi  məşğələlərdə  tətbiqi  metodikasının  ümumi  məsə-
lələridir. Əslində gənclərin çağırışaqədərki hazırlığı kursunun tədrisi 
zamanı fənlərarası əlaqədən istifadə bu əlaqəyə hazırlıq işi ilə baş-
lanmalıdır. Şagirdlərin fizika, riyazi və s. biliklərindən müntəzəm və 
səmərəli  istifadə  etmələri  üçün  hazırlıq  işi  elə  ilk  məşğələlərdən 
etibarən  həyata  keçirilə  bilər.  Doğrudur,  gənclərin  çağırışaqədərki 
hazırlığı  kursunun  sistematik  mənimsənilməsinə  qədər  məktəblilər 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə