Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

4. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə 

müvafiq icra hakimiyyəti orqanları

 və bələdiyyələr tərəfindən verilir. 

Torpaqdan istifadə müddətləri həmin torpaq sahələrini müvəqqəti istifadəyə vermiş 

orqanlar tərəfindən uzadıla bilər. 

4-1. Bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan 

müəssisə, idarə və təşkilatlara verilə bilər. 

5. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin 

mülkiyyətçiləri ilə istifadəçilər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada 

bağlanan müqavilə əsasında həyata keçirilə bilər. 

Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin müvəqqəti istifadə müddətinin uzadılması 

həmin sahələrin mülkiyyətçiləri ilə yeni müqavilənin bağlanması əsasında həyata 

keçirilir. 

6. Torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının 

torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. 

7. Torpaq istifadəçiləri istifadə hüquqlarını başqalarına vermək (satmaq) səlahiyyətlərini 

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirə bilərlər. (

20



Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ  

1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan 

müddətli istifadə etməkdir. 

2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi 

şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, 

beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. 

3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə 

müvafiq icra hakimiyyəti 

orqanları

, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə 

olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 

4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar 

arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 

5. Mülkiyyətçi olan icarəyəverənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini 

başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. 

6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən 

hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə 

əsasında verilir. 

Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi 

onu icarəyə verə bilər. 

7. İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ 

onun vərəsələrinə keçir. 




8. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq 

qanunvericiliyi ilə tənzimlənir. (

3



16



20



Maddə 52. Torpaq sahəsi üzərində birgə hüquqlar  

1. Torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, 

istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi 

arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara 

məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. 

2. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi 

həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola 

bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə 

sərəncam verilməsi 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

 birgə mülkiyyət 

hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. 



Maddə 53. Torpaq sahəsi ilə bağlı öhdəliklər və məhdudiyyətlər  

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri istifadəyə və icarəyə 

verilərkən (satılarkən), onlara dair aşağıdakı öhdəliklər və məhdudiyyətlər qoyula bilər: 

 



torpaq sahəsi istifadəyə verildikdə, onun icarəyə (və ya subicarəyə) verilməsinin 

qadağan edilməsi;  

 

torpaq sahəsində müəyyən edilmiş qaydada razılaşdırılmış layihələr üzrə tikinti 



işlərinin və ya torpaq sahəsinin mənimsənilməsinin müəyyən edilmiş müddətlərdə 

başlanması və qurtarması;  

 

təbiətqoruyucu tələblərə əməl edilməsi, torpaq sahəsində heyvanlar aləminin 



qorunması, torpağın münbit qatının, nadir bitkilərin, təbiət, geoloji, tarix-

mədəniyyət abidələrinin, arxeoloji obyektlərin saxlanması;  

 

verilmiş (satılmış) torpaq sahəsindən ovçuluq, balıqçılıq və ya cır meyvələrin 



toplanması məqsədləri üçün müəyyən edilmiş qaydada və müddətdə istifadəsinə 

icazə verilməsi;  

 

vəhşi heyvanların təbii məskunlaşma mühitinin və miqrasiya yollarının 



saxlanması;  

 



qanunvericiliyə zidd olmayan digər öhdəliklər və məhdudiyyətlər.  

2. İstifadəyə və icarəyə verilmiş, habelə xüsusi mülkiyyətə satılmış torpaq sahəsinə dair 

qoyulan öhdəliklər və məhdudiyyətlər müvafiq müqavilə və ya məhkəmənin qərarı ilə 

müəyyən edilir. 

3. Torpaq sahəsinə qoyulan öhdəliklər və məhdudiyyətlər onun hüquqi statusuna daxil 

edilməklə, dövlət qeydiyyatından keçirilir. Torpaq sahəsi üzərində mülkiyyət, istifadə və 

icarə hüquqları başqa şəxsə keçdikdə həmin öhdəliklər və məhdudiyyətlər saxlanılır. 

Maddə 54. Torpaq sahəsi üzərində servitutlar  

1. Servitut — bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə 

hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və 

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

 ilə nizama salınır. 

2. Servitut — torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, 

yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə