Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

6. Yerquruluşu işlərinin aparılması qaydaları Azərbaycan Respublikasının müvafiq 

qanunvericiliyi ilə tənzimlənir.(

12



X fəsil. Torpaqlardan istifadəyə və onların 



mühafizəsinə dövlət nəzarəti 

Maddə 44. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət 

nəzarətinin vəzifələri  

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri 

torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq 

qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki 

şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. 

Maddə 45. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət 

nəzarətini həyata keçirən orqanlar  

1. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini 

müvafiq icra 

hakimiyyəti orqanları

 həyata keçirirlər. 

2. Bu orqanların torpaqlardan istifadə və onların mühafizəsi üzrə səlahiyyətləri dairəsində 

göstərişləri bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir. 

3. Torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi 

qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. 

XI fəsil. Dövlətin və bələdiyyənin torpaq üzərində 

mülkiyyət hüququ 

Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ 

 

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: 



 

dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar;  



 

dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı 



yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, 

rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya 

və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;  

 



yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları;  

 



meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil 

olmaqla);  

 

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin 



su fondu torpaqları;  

 



Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin 

sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar;  

 



təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-

mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan 

edilmiş qanunla qorunan digər ərazilərin torpaqları;  



 

dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-



sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq 

təsərrüfatlarının torpaqları;  

 

dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət 



obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar;  

 



dövlət ehtiyat fondu torpaqları.  

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu 

məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və 

icarəyə verilə bilər. 



2-1. Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin 

sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində 

qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız dövlət məqsədləri üçün 

müvafiq icra 

hakimiyyəti orqanının

 qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci 

cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş 

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 

20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının 

icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma 

yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik 

mənafelərinin təmin edilməsi ilə əlaqədar 

müvafiq icra hakimiyyəti orqanının

 qərarı ilə 

həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Göstərilən sahilboyu zolağın 

qrafiki təsviri 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən təsdiq edilir. Sahilboyu zolaq 

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su 

səthinin quru ilə bu qanun qüvvəyə mindikdən sonra mövcud olan təmas xəttindən 

hesablanır 

3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi 

qanunla müəyyən edilir. 

4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət 

idarəetməsini öz səlahiyyətləri daxilində 

müvafiq icra hakimiyyəti orqanları

 həyata 

keçirirlər. (

7



18



21



Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ  

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti «

Torpaq islahatı haqqında

» Azərbaycan 

Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, 

habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən 

bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: 

 

ümumi istifadədə olan torpaqlara;  



 

hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara;  



 

ehtiyat fondu torpaqlarına ayrılır.  



3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd 

yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və 

təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman 

meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli 

əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə