bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət
mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların
dövlət ehtiyacları üçün alınması
; (
16
,
22
)
xüsusi mülkiyyətdə olan torpaq sahələrinin bu Məcəllədə və digər qanunvericilik
aktlarında müəyyən edilmiş qaydada
özgəninkiləşdirilməsi
; (
13
)
dövlət qeydiyyatına alına bilən torpaq sahələrinin minimum hədlərinin müəyyən
edilməsi qaydalarının müəyyənləşdirilməsi
;
torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsi
;
yay və qış otlaq sahələrinin inzibati-ərazi vahidlərinə istifadəyə verilməsi
;
vergitutma məqsədi ilə kadastr qiymət rayonları və ora daxil olan inzibati
rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və
keyfiyyəti nəzərə alınmaqla, şərti balların müəyyənləşdirilməsi; (
13
)
torpaqlardan səmərəli istifadəyə, torpaqların münbitliyinin artırılmasına, torpaq
ehtiyatlarının qorunmasına dair və digər təbiəti mühafizə tədbirlərinin dövlət
proqramlarının hazırlanması və yerinə yetirilməsi
;
dövlət mülkiyyətində olan torpaqların istifadəsi ilə bağlı fəaliyyətin
dövlət ekoloji
ekspertizasının keçirilməsi və dövlət ekoloji ekspertizasının müsbət rəy vermədiyi
obyektlərin tikintisinin və ya onların yenidən qurulmasının dayandırılması
haqqında qərar qəbul edilməsi
;
torpaqlardan qanunvericiliyə uyğun istifadə olunmasına və onların mühafizəsinə
dövlət nəzarətinin təşkil edilməsi və həyata keçirilməsi
;
dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yerquruluşunun
aparılmasının təşkil edilməsi
;
bu Məcəllədə göstərilən və məhkəmədən kənar qaydada həll olunmalı torpaq
mübahisələrinin həll edilməsi
;
qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi.
Maddə 7. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində Naxçıvan
Muxtar Respublikasının səlahiyyətləri
Torpaq münasibətlərinin tənzimlənməsində Naxçıvan Muxtar Respublikasının
səlahiyyətlərinə muxtar respublikanın hüdudları daxilində bu Məcəllənin 6-cı maddəsinin
5-ci—16-cı abzaslarında göstərilənlər aiddir.
Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində
bələdiyyələrin səlahiyyətləri
Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri
daxilində səlahiyyətləri aşağıdakılardır:
qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan
torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam
verilməsi;
qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq
sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;
yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin,
yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil
edilməsi;
bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq
alınması;
ictimai ehtiyaclar tələb etdikdə, bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə
əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə
məhkəmədə iddia qaldırılması;
öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və
icarəçilərinin hüquqlarının müdafiə edilməsi;
bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların
hazırlanması və həyata keçirilməsi;
hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan)
torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi;
öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların
mühafizəsinə nəzarət edilməsi;
öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada
həll olunmalı mübahisələrin həll edilməsi;
qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. (
13
,
20
)
II fəsil. Azərbaycan Respublikasının vahid torpaq
fondu
Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun
tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid
torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının
torpaqları aşağıdakı kateqoriyalara bölünür:
kənd təsərrüfatı təyinatlı torpaqlar;
yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin)
torpaqları;
sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;
xüsusi qorunan ərazilərin torpaqları;
meşə fondu torpaqları;
su fondu torpaqları;
ehtiyat fondu torpaqları.
3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsi müəyyən edilmiş qaydada
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata
keçirilir.
Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi
1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret
məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən
edilmiş qaydaları, şərtləri və həddidir.
2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və
monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və
təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların