Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

2. Torpaqların zonalaşdırılması ərazinin inkişaf planına uyğun olaraq həyata keçirilir. 

Torpaqların zonalaşdırılmasının ümumi əsaslarını və prinsiplərini Azərbaycan 

Respublikasının 

müvafiq icra hakimiyyəti orqanı

 müəyyən edir. 

3. Torpaqların zonalaşdırılması planları 

müvafiq icra hakimiyyəti orqanlarının

 və 


bələdiyyələrin qərarları ilə təsdiq edilir. 

4. Şəhərlərin və digər yaşayış məntəqələrinin torpaqlarının zonalaşdırılmasına dair 

qərarlarda aşağıdakılara dair tələblər müəyyən edilir: 

 



tikintinin sıxlığına;  

 



mühəndis-nəqliyyat kommunikasiyalarının, yaşıllıqların, piyada yollarının, 

sanitariya-qoruyucu arakəsmələrin və daşınmaz əmlakın şəhərsalmada nəzərə 

alınan digər struktur elementlərinin əsas parametrlərinə;  

 



əhaliyə xidmət edən sosial-məişət və mədəniyyət obyektlərinin yerləşdirilməsinə;  

 



müasir ekzogen geoloji proseslərin yayılma dərəcəsinə və intensivliyinə 

(fəallığına);  

 

yaşayış məntəqələrində torpaqdan istifadənin başqa sahələrinə.  



Torpaqların zonalaşdırılmasına dair tələblərin icrası mülkiyyət formasından və torpaq 

sahələrinə digər hüquqlardan asılı olmayaraq icra üçün mütləqdir. 



Maddə 41. Dövlət torpaq kadastrı  

1. Dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların 

kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə zəruri 

və etibarlı məlumatların məcmusudur. 

2. Dövlət torpaq kadastrının məlumatları torpaqların istifadəsinin və mühafizəsinin 

planlaşdırılması, torpaqların verilməsi və geri alınması, torpaqların normativ qiymətinin, 

onlara görə haqların müəyyən edilməsi, yerquruluşu işlərinin aparılması, 

özgəninkiləşdirilmə zonalarının müəyyən edilməsi, torpaqların istifadəsi ilə bağlı 

təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi, eləcə də torpaqların istifadəsi və mühafizəsi 

ilə əlaqədar digər müvafiq tədbirlərin həyata keçirilməsi zamanı mütləq tətbiq 

edilməlidir. 

3. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, 

torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərinin 

həyata keçirilməsi ilə təmin edilir. 

4. Dövlət torpaq kadastrının aparılması qaydaları Azərbaycan Respublikasının müvafiq 

qanunvericiliyi ilə tənzimlənir. 



Maddə 42. Torpaqların monitorinqi  

1. Torpaqların monitorinqi — torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı 

göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi 

proseslərin qarşısının alınması və onların təsiri nəticələrinin aradan qaldırılması üçün 

torpaq fondunun vəziyyətinə uzunmüddətli müşahidə-nəzarət sistemindən ibarətdir. 

2. Torpaqların monitorinqinin aparılması qaydaları Azərbaycan Respublikasının müvafiq 

qanunvericiliyi ilə tənzimlənir. 



Maddə 43. Yerquruluşu  

1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli 

istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki 

tədbirlər sistemidir. 

2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin 

təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və 

qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və 

antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də 

torpaqların mühafizəsinə yönəldilir. 

3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: 

 

mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq, torpaqların səmərəli 



istifadəsinin və mühafizəsinin planlaşdırılmasının təşkili;  

 



ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla 

torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və 

regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin 

hazırlanması;  

 

torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan 



qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması 

layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən 



edilmiş formada sənədlərin tərtibi;  

 



kompleks və təsərrüfatdaxili yerquruluşu layihələrinin hazırlanması;  

 



torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu 

sənədlərinin rəsmiləşdirilməsi;  

 

xüsusi təbiəti mühafizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və 



sərhədlərinin müəyyən edilməsinin əsaslandırılması;  

 



şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudlarının müəyyən edilməsi və 

dəyişdirilməsinə dair sənədlərin rəsmiləşdirilməsi;  

 

xüsusi təyinatlı geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin, torpaq, 



geobotanika, digər tədqiqatların və axtarışların aparılması;  

 



torpaqların inventarlaşdırılmasının aparılması, istifadəsiz, habelə səmərəli və ya 

məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq 

aşkar edilməsi;  

 



torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi müvafiq 

iqtisadi və texniki tədbirlərin aparılması;  

 

torpaqların qiymətləndirilməsi üzrə müvafiq iqtisadi və texniki tədbirlərin 



aparılması;  

 



təbii və antropogen proseslər nəticəsində korlanmış torpaqların rekultivasiyasına 

dair işçi layihə-smeta sənədlərinin hazırlanması;  

 

torpaq münasibətlərinin nizama salınması və torpaqların səmərəli istifadəsi və 



mühafizəsi üzrə digər tədbirlər.  

4. Yerquruluşu 

müvafiq icra hakimiyyəti orqanlarının

 qərarı, bələdiyyələrin təşəbbüsü və 

ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. 

5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu 

layihələri 

müvafiq icra hakimiyyəti orqanı

 və ya bələdiyyələr, xüsusi mülkiyyətdə olan 

torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə torpaq mülkiyyətçiləri tərəfindən 

təsdiq edilir. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə