Azərbaycan respublikasinin qanunlari



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə5/117
tarix19.10.2018
ölçüsü3,12 Mb.
#74634
1   2   3   4   5   6   7   8   9   ...   117

16.2.8.
 
inzibati  vəzifdlərin  səkkizinci  təsnifatı  üzrə  -  2-ci  dərəcə  dövlət 
qulluqçusu, 3-cii dərəcə dövlət qulluqçımı və kiçik dövlət qulluqçusu (7); 
16.2.9.
 
inzibati  vəzifələrin  doqquzuncu  təsnifatı  üzrə  -  3-cü  dərəcə  dövlət 
qulluqçusu, kiçik dövlət qulluqçusu. 
16.3.
 
Yardımçı vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri 
verilir: 
16.3.1.
 
yardımçı  vəzifələrin  birinci  təsnifatı  üzrə  -  dövlət  qulluğunun  baş 
referenti, dövlət qulluğunun böyük referenti; 
16.3.2.
 
yardımçı  vəzifələrin  ikinci  təsnifatı  üzrə  -  dövlət  qulluğunun  böyük 
referenti, dövlət qulluğunun 1-ci dərəcə referenti; 
16.3.3.
 
yardımçı  vəzifələrin  üçüncü  təsnifatı  üzrə  -  dövlət  qulluğunun  1-ci 
dərəcə referenti, dövlət qulluğunun 2-ci dərəcə referenti; 
16.3.4.
 
yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə  - dövlət qulluğunun 2-ci 
dərəcə referenti, dövlət qulluğunun 3-cü dərəcə referenti; 
16.3.5.
 
yardımçı  vəzfələrin  beşinci  təsnifatı  üzrə  -  dövlət  qulluğunun  3-cü 
dərəcə referenti, dövlət qulluğunun kiçik referenti; 
16.3.6.
 
yardımçı  vəzifələrin  altıncı  təsnifatı  üzrə  -  dövlət  qulluğunun  kiçik 
referenti. (2) 
Maddə 17. İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi (34) 
17.1.
 
ixtisas  dərəcələri  bu  qanunun  16-cı  maddəsinə  müvafiq  olaraq  dövlət 
qulluqçusunun  tutduğu  vəzifəyə,  qulluq  stajına  və  ixtisas  dərəcəsində  qulluq 
müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla 
ardıcıl  verilir.  Dövlət  qulluqçusunun  qulluq  stajına  1991-ci  il  oktyabrın  18-dək 
dövlət, sovet və partiya orqanlarında iş müd- d.^ti də daxil edilir. 
İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati 
təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. 
17.2.
 
3-cü  dərəcə  dövlət  müşaviri  və  ondan  yuxarı  olan  ixtisas  dərəcələri 
Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  24-cü  və  32-ci 
bəndlərində  nəzərdə  tutulmuş  qaydada  verilir.  Bu  ixtisas  dərəcələri  alan  dövlət 
qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə verilir. 
Dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri müvafiq 
dövlət orqanının rəhbəri tərəfindən verilir. 
15 


17.3.
 
inzibati  vəzifələrin  birinci  təsnifatı  istisna  olmaqla,  ikinci-üçüncü 
təsnifat  inzibati  vəzifələri  tutan  dövlət  qulluqçusunun  həmin  təsnifat  üzrə  daha 
yüksək  (növbəti)  ixtisas  dərəcəsi  alması  üçün  həmin  təsnifatlara  daxil  olan 
vəzifələrdə azı 7 il qulluq stajı, eyni zamanda müvafiq vəzifədə azı 3 il qulluq stajı 
olmalıdır. Üçüncü təsnifat inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçusunun 
yalnız  müvafiq  vəzifədə  azı  5  illik  qulluq  stajının  olması,  həmin  dövlət 
qulluqçusunun 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi alınası üçün əsasdır. 
İnzibati  vəzifələrin  dördüncü-yeddinci  təsnifat  vəzifələri  tutan  dövlət 
qulluqçusunun həmin təsnifat üzrə  daha yüksək  (növbəti) ixtisas dərəcəsi alınası 
üçün müvafiq vəzifə də daxil olmaqla, həmin təsnifata daxil olan vəzifələrdə azı 4 il 
qulluq stajı olmalıdır. 
Bu maddənin birinci və ikinci hissələrində müəyyən edilmiş hər hansı tələbə 
cavab  verməyən  dövlət  qulluqçusuna  tutduğu  vəzifənin  inzibati  təsnifatı  üçün 
müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. 
İxtisas  dərəcəsi  verilərkən  dövlət  qulluqçusunun  peşəkarlığı  və  idarəçilik 
təcrübəsi nəzərə alınır. 
Bu qanunun 17.3-cü maddəsinin birinci və ikinci hissələrində "müvafiq vəzifə" 
və "müvafiq vəzifədə" dedikdə, dövlət qulluqçusunun hazırda dövlət qulluğu keçdiyi 
dövlət orqanında tutduğu dövlət qulluğu vəzifəsi nəzərdə tutulur. 
17.4.
 
Müvafiq  inzibati  vəzifələr  üçün  müəyyən  edilmiş  ixtisas  dərəcələri 
çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir: 
dördüncü-altıncı təsnifat vəzifələri üçün - ixtisas dərəcəsində qulluq müddəti 3 
il təşkil etməlidir
yeddinci-doqquzuncu  təsnifat  vəzifələri  üçün  -  ixtisas  dərəcəsində  qulluq 
müddəti 2 il təşkil etməlidir. 
Müvafiq  yardımçı  vəzifələr  üçün  müəyyən  edilmiş  ixtisas  dərəcələri 
çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir: 
birinci-üçüncü  təsnifat  vəzifələri  üçün  -  ixtisas  dərəcəsində  qulluq  müddəti 
ardıcıl olaraq 2 il təşkil etməlidir
dördüncü-altıncı təsnifat vəzifələri üçün  - ixtisas dərəcəsində qulluq müddəti 
ardıcıl olaraq 1 il təşkil etməlidir. 
17.5.
 
Dövlət  orqanlarında  dövlət  qulluqçularına  ixtisas  dərəcələrinin 
verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfimdən müəyyən edilir. 
16 


17.6.
 
Bu  qanunun  33.1.7-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  dövlət 
qulluqçusu ona  verilmiş  ixtisas  dərəcəsindən  məhrum  edilir  və  bu  barədə  şəxsin 
əmək kitabçasında müvafiq qeyd aparılır. (34) 
Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri 
18.0.
 
Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 
18.0.
 
1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ 
hüquqi aktları həyata keçirməli; 
18.0.
 
2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları 
və göstərişləri yerinə yetirməli; 
18.0.
 
3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 
18.0.
 
4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi 
(34) dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 
18.0.
 
5. vətəndaşlann, müəssisə, idarə və təşkilatlann müraciətlərinə vaxtında 
baxmalı və öz səlahiyyətləri hüdudunda onlan qərəzsiz həll etməli; 
18.0.
 
6.  lazım  gəldikdə  öz  ixtisası  hüdudunda  rəhbərin  göstərişi  ilə  əlavə  iş 
görməli; 
18.0.
 
7.  dövlət  sirrini  və  qanunla  mühafizə  edilən  digər  sirri  həmişə,  o 
cümlədən dövlət qulluğuna xitam verildikdən (34) sonra da saxlamalı; 
18.0.
 
8.  vəzifə  borcunun  yerinə  yetirilməsi  vaxtı  daxil  olan  və  vətəndaşların 
şəxsi və ailə (17) həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və 
qanunla  nəzərdə  tutulmuş  hallar  istisna  edilməklə,  belə  məlumatların  verilməsini 
tələb etməməli; 
18.0.
 
9.  qulluq  keçdiyi  (34)  orqanın  rəhbərinə  hər  il  öz  gəlirləri  və  əmlak 
vəziyyəti  haqqında  maliyyə  hesabatı  verməli,  orada  əlavə  gəlirlərin  mənbəyini, 
növünü və məbləğini göstərməli
18.0.
 
10.  qanunvericilikdə  müəyyən  edilmiş  hallarda  və  qaydada  müvəqqəti 
olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli (34) və ya başqa 
vəzifələri icra etməli
18.0.
 
11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada  öz fiziki və 
əqli qabiliyyətinin və ya'tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən 
edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli
18.0.
 
12. etik davranış qaydalarına (26) əməl etməlidir. 
17 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə