Azərbaycan respublikasinda regional ümumi daxiLİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix01.04.2018
ölçüsü0,58 Mb.
#35601
1   2   3   4   5   6   7   8   9   10   ...   23

19 

 

edilir  və  bura  aralıq  məhsullar  daxil  edilmir.  Axı  aralıq  məhsullar  bir  neçə  dəfə 



istehsal  prosesinə  daxil  olur  və  təkrar  hesablanır.  ÜDM  və  ÜMM  hesablanarkən 

təkrar  hesablanmaya  yol  verməmək  üçün  hər  aralıq  emal  mərhələsindən  sonra 

yaradılmış  əlavə  dəyər  nəzərə  alınır.  Son  məhsul  istehlakçıların  təkrar  satış  üçün 

deyil,  öz  istifadələri  üçün  aldıqları  əmtəə  və  xidmətlərin  dəyərinə  deyilir.  Aralıq 

məhsul  isə  gələcəkdə  emal  olunacaq  və  yaxud  gələcəkdə  bir  neçə  dəfə  təkrar 

satılacaq əmtəə və xidmətlərin dəyərinə deyilir.  

ÜDM əsasən 3 metodla hesablanır: məsrəflər üzrə; gəlirlər üzrə; əlavə edilmiş 

dəyər üzrə. 

I.ÜDM-un məsrəflər üzrə hesablanması: 

1.  əhalinin istehlak xərcləri - (C), 

2.  ümumi xüsusi investisiyalar - (I), 

3.  əmtəə və xidmətlərin dövlət alışı - (G), 

4.  xalis ixracat (idxal və ixracın fərqi) - (X

n

). 

Deməli,                                

ÜDM = C + I + G + 

 X





II.ÜDM-un gəlirlər üzrə hesablanması: 

1.  əmək haqqı - (W), 

2.   faiz – (r), 

3.   renta – (R), 

4.  mənfəət – (m). 

Bu  gəlirlərin  cəminə  amortizasiya  ayırmaları  (d),  dolayı  vergilər  (T)  və 

mülkiyyətdən vergi (T

1

) də əlavə edilir. Onda 



ÜDM = W + r + R + m + d + T + T

Ölkədə  fəaliyyət  göstərən  daxili  və  xarici  vətəndaşların  gəlirləri  ÜDM-a  daxil 

edilir. 

III.ÜDM-un əlavə dəyər üzrə hesablanması: 

Bu  metod  istehsal  metodu  adlanır  və  ÜDM-un  bir  il  ərzində  istehsal  olunmuş 

son  məhsulun  hər  bir  mərhələsində  əlavə  edilmiş  dəyərlərin  məcmusudur.  Əlavə 



20 

 

edilmiş  dəyər  firmaların  istehsal  etdiyi  məhsulun  dəyəri  ilə  başqa  firmaların 



xammalın,  materialın,  yəni  aralıq  məhsulların  alınmasına  sərf  etdiyi  məbləğ 

arasındakı  fərqdir.  Bu  halda  ÜDM-un  kəmiyyəti  bütün  istehsalçı  firmaların  əlavə 

etdikıəri dəyərlərin cəminə bərabərdir. 

Makroiqtisadi  göstəricilər  əksər  hallarda  MHS-nə  aid  olan  göstəricilərlə  eyni 

məzmun daşıyır. Lakin makroiqtisadiyyat təhlil prosesində həmin göstəricilərinin bir 

qismini ümumiləşdirə bilər: əgər ölkədə ÜDM hesablanirsa, bu zaman aralıq istehlak 

müəyyən  edilmir,  çünki  həmin  istehlak  yeni  yaranan  dəyərdə  qiymətlə  ifadə  olunur. 

Əgər  aralıq  istehlak  da  nəzərə  alınardısa,  onda  ÜDM-un  qiyməti  şişirilmiş  olardı. 

Makroiqtisadiyyat  etibarilə  ÜDM  il  ərzində  ölkədə  istehsal  edilən  son  məhsul  və 

xidmətlərin  bazar  dəyərindən  ibarətdir.  Burada  son  məhsul  dedikdə  ÜDM-un  o 

hissələri  nəzərdə  tutulur  ki,  həmin  hissə  cari  istehsaldan  kənarlaşdırılır  və  istehlakın 

ödənilməsi  üçün  istifadə  edilir.  Bəzi  hallarda  bu  göstəricilər  altında  xalis  ixrac  və 

fondların  amortizasiyası  da  əks  etdirilir.  Ümumilikdə  son  məhsul  cəmiyyətin 

ehtiyacları  üçün,  habelə  şəxsi  istehlakın  ödənilməsi  baxımından  istifadə  edilən 

məhsul və ya xidmətdir. Bundan fərqli olaraq aralıq istehlak ÜDM-dan çıxılır. 

Makroiqtisadi  göstərici  olan  qiymətin  ümumi  səviyyəsi  üzrə  əldə  olunan 

qiymət  indeksi  ölkədə  yeni  yaranan  dəyərin  real  artımını  müəyyən  etməyə  imkan 

verir.  Başqa  sözlə,  qiymət  indeksi  vasitəsilə  ÜDM-un  artımında  inflyasiyanın  təsiri 

aradan  qaldırılır.  Əgər  qiymət  indeksi  cari  il  üçün  müəyyən  edilirsə,  bu  zaman  cari 

ilin  qiymət  indeksi  baza  ilindəki  qiymətə  bölünməklə  əldə  olunur  və  “%”  

formasında ifadə olunur. 

Makroiqtisadi 

baxımdan 

iqtisadiyyatın 

mövcud 

vəziyyətinin 



müəəyyənləşdirilməsi üçün müvafiq göstəricilərin qiymətləndirilməsi həyata keçirilir. 

Bu  baxımdan  ümumi  iqtisadiyyatda  baş  verən  dəyişikliyi  ÜDM  özündə  əks  etdirir. 

Başqa sözlə, ÜDM-un tərkib elementlərində baş verən bu  və  ya  digər dəyişiklik son 

nəticədə  onun  kəmiyyətcə  dəyişməsinə  səbəb  olur.  Qəbul  olunmuş  qaydaya  əsasən 

ÜDM-un  strukturunda  istehlak,  investisiya,  dövlət  xərcləri,  xalis  ixrac  kimi 



21 

 

fərqləndirilən  elementlər  daxil  edilir.  Həmin  göstəricilər  arasında  olan  münasibətlər 



istənilən halda ÜDM-un ümumi həcminə bərabər olmalıdır. 

Ölkədə  milli  hesablar  sisteminin  işlənməsi    üçün    əsasən    Avropa    İttifaqında 

istifadə olunan  və  “ Birləşmiş  iqtisadi   hesabların  Avropa sistemi ”  kimi   məşhur 

olan  BMT MHS variantından istifadə edilir. Bu variantdan istifadə etməklə , 1990 – 

1998-ci  illər  üçün  respublika  səviyyəsində  milli  hesablar  yaradılmışdır.    Ümumi 

daxili  məhsul    göstəricisinin  milli  hesablar  sistemində  əsas  makroiqtisadi  göstərici 

hesab  edildiyini  nəzərə  alaraq,  BMT  –  nin    mövcud  metodologiyasına  uyğun  olaraq 

Dövlət  Statistika  Komitəsi  cari  və  müqayisəli  qiymətlərlə  sahə  və  bölmələr  üzrə 

ÜDM-un  illik,  rüblük  və  aylıq  hesablamalarını  həyata  keçirir.  1993  –  cü    ildən 

başlayaraq,  müqayisəli  qiymətlərlə  ÜDM-un  aylıq  qiymətləndirilməsi  Dövlət 

Statistika Komitəsi tərəfindən təhlil edilir və müxtəlif nəşrlərdə dərc etdirilir. Bu işlər 

Beynəlxalq  Valyuta  Fondunun  (BVF),  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatının 

(İƏİT)  və  Dünya  Bankının  metodoloji  köməyi  və  məsləhətləri  ilə  həyata 

keçirilmişdir.  

Milli hesаblаr sistemi istehsаl, ilkin və təkrаr bölgü və sоn istifаdə prоseslərini 

bir-biri  ilə  qаrşılıqlı  əlаqəsi  оlаn  аyrı-аyrı  hesаblаrdа  (sаhələr  və  institusiоnаl 

bölmələr üzrə) qruplаşdırır. 

Tоplu MHS-ə аşаğıdаkı hesаblаr dахildir: 

    - Məhsul və хidmətlər hesаbı 

    - İstehsаl hesаbı 

    - İlkin gəlirlərin yаrаnmаsı hesаbı 

    - İlkin gəlirlərin bölüşdürülməsi hesаbı 

    - Gəlirlərin təkrаr bölüşdürülməsi hesаbı 

    - Sərəncamda qalan gəlirlərin istifаdəsi hesаbı 

    - Kаpitаllа əməliyyаtlаr hesаbı. 

Milli  hesаblаr  sistemində  funksiyаlаrı  və  mаliyyələşmə  mənbələri  eyni  оlаn 

iqtisаdi vаhidlər aşağıdakı sektorlar (bölmələr) üzrə qruplаşdırılır: 

    - Qeyri-mаliyyə korporasiyaları sektoru 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə