Azərbaycan respublikasi təHSİl problemləRİ İnstitutu mövzu 16



Yüklə 247,32 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix04.02.2018
ölçüsü247,32 Kb.
#24113
1   2   3   4   5   6   7   8   9

fəaliyyətini  layihələşdirmək,  həyata  keçirmək  və  təkmilləşdirmək  üçün 

qabiliyyətlərini  inkişaf  etdirməlidirlər.  Bu  baxımdan  ilk  növbədə  pedaqoji  kadr 

hazırlığı  prosesində  bu  məsələlər  diqqətdə  saxlanılmalı,  tələbələr  –  gələcək  

müəllimlər  əməkdaşlıq şəraitində  sinfin düzgün idarə edilməsinə xidmət göstərən 

real,  işlək  plan  qurmaq,    onları  mərhələ-mərhələ  həyata  keçirmək,  eləcə  də  əldə 

edilən  nəticələri  qiymətləndirmək  və  növbəti  mərhələdə  görüləcək  işlərlə  bağlı 

qərarlar  qəbul  etmək  kimi  mühüm  bacarıqlara  yiyələnməlidirlər.  Gələcək 

müəllimlər,  həmçinin,  yaxşı  təşkilatçılığın,  liderliyin  iqtisadi  rifahın  

yüksəlməsində rolunu dərk etməli, fəaliyyət prosesində bunu nəzərə almalıdırlar.    

Müəllim  pedaqoji  fəaliyyətdən  baş  çıxarmalı,  onun  məqsədini,  vasitələrini, 

obyektini, subyektini yaxşı bilməli, bu işə yaradıcı yanaşmalı, şagirdin maraqlarına 

diqqət yetirməlidır. Araşdırmalardan aydın olur ki,  müəllimin şəxsiyyəti, bilik və 

bacarıqları  şagirdlərin  tərbiyəsinə  ciddi  təsir  göstərir.  Əgər  şagird  müəllimin 

şəxsiyyətini  qəbul  etmirsə,  onun  biliklərinə,  hərəkətlərinə  tənqidi  yanaşacaq,  ona 

qarşı inamı getdikcə zəifləyəcəkdir. Əsil tərbiyəçi odur ki, o,  şagirdə bir şəxsiyyət 

kimi yalnız düzgün əxlaqi təsir göstərsin, öz fəaliyyəti ilə şagirdini inandıra bilsin.  

Bu isə pedaqoqun mütəmadi olaraq özünütəkmilləşdirməsi şərti ilə mümkündür. 

Azkomplektli  məktəblərdə işləyən  müəllimlər buraya sadəcə  yalnız iş yeri 

kimi deyil,  həm də  özünün müəyyən mənada yaşayış yeri,   evi kimi yanaşmalı, 

öz ailəsi kimi şagirdlərinin  həyatı ilə birgə yaşamalıdırlar. Bu amil bəzi şagirdlərin  

ailəsində  vəziyyət  yaxşı olmayanda, onların sosial  müdafiəsi, rifahı, əqli  və  fiziki 

sağlamlığı  üçün  mühüm  əhəmiyyət  daşıyır.  Azkomplektli  kənd  məktəblərində 

müəllimin  uşaqların  yaşayış  şəraitini,  şəxsi  xüsusiyyətlərini,    ailə  münasibətlərini 

bilməsi,  şagirdlərin  təlim  -  tərbiyə    fəaliyyətinin  təşkilində  fərdi  yanaşmadan, 

müxtəlif  yollardan  istifadə  etməyə  imkan  verir.  Uşaqları  dərindən  sevən  usta 

müəllim  həmişə  ən  mühüm  məsələlər,  eyni  zamanda  həyati  məsələlər  barədə 

şagirdlərə  danışmalı,    düzgün  istiqamət  verməli,  çətin  situasiyalardan  çıxmaqla, 

düzgün  yol  seçməklə  onlara  yaxından  kömək  etməli,  hər  vaxt  Vətənin,  millətin 

gələcəyini düşünməlidir.  



Qarşıda duran konkret vəzifələrdən asılı olaraq burada pedaqoji  fəaliyyətin 

müxtəlif istiqamətlərini (öyrətmə,tərbiyə,təşkilatçılıq,özünütəhsil və s.) qeyd etmək 

olar. Belə məktəblərdə 

müəllim  və  şagird  arasında  qarşılıqlı  münasibət  intensivliyi  ilə  fərqlənir.    Bu  da   

şagirdlərin    yüksək  səviyyədə  bilik  qazanmalarına,    fənlərin  tədrisi  prosesində 

müvafiq  nəticələrə  nail  olmağa  zəmin  yaradır.  Onların  təhsil  fəaliyyəti  zamanı 

sosial  təcrübənin    müəyyən  elementlərinin  mənimsənilməsi  təmin  olunur.  

Şagirdlər  ayrı-ayrı    fənlər  üzrə  lazım  olan  bilik,  bacarıq  və  qabiliyyətləri    əldə 

etmiş olurlar.  

Bu  məktəblərdə  tərbiyə  işinin  potensialı  böyükdür.  Belə  məktəblərin 

müəllimləri  üçün  dərslərin  nizam-intizam  problemlərini    həll  etmək  asandır. 

Şagirdlərin  təlim  və  tərbiyəsində    əsasən  icmanın      xarakterik  cəhətləri  özünü 

göstərir, ilkin olaraq kənd həyatına xas olan etik dəyərlər və normalar  qazanılmış 

olur.  Azkomplektli    məktəblərdə  işləyən    müəllimlərin  ən  vacib  sosial-pedaqoji 

vəzifəsi  –  uşaqlarda  milli  və  bəşəri  dəyərləri,  o  cümlədən  kənd  həyatına  olan 

dəyərləri  mənimsəməsinə  şərait  yaratmalıdır. 

 

  Araşdırmalardan  məlum  olur  ki,  



ucqar kəndlərdə məktəb bir çox uşaqlar üçün  uzun müddətdir ki, psixoloji rahatlıq, 

ünsiyyət,  asudə  vaxtlarını  kecirdikləri,  əməyə,  incəsənətə  və  idmana  cəlb  etmək 

üçün  yer  olub.  Burada  şagird  sevgi  və  qayğı  ilə  əhatə  oluna  bilir,  onların  

ehtiyaclarına, narahatlığına lazımi   diqqət yetirilir. Belə  məktəblərdə  müəllimin 

ən  başlıca  keyfiyyətlərindən  biri  onun  formalaşan  şəxsiyyətə  qarşı    həssaslığıdir. 

Beləliklə,  nəticə ehtibarilə   müəllimin ustalığı təkmilləşir,  inkişaf edir. Müəllim 

unutmamalıdır  ki,  onun  fəaliyyəti  təkcə  şagirdlərinin  təlim-tərbiyəsi  ilə  məşğul 

olmaqla  qurtarmır.    O,  tərbiyə  məsələləri  ilə  məşğul  olan  professional  bir  şəxs 

kimi, həm də bütöv bir cəmiyyətin tərbiyəçisidir. 

Təcrübə  göstərir  ki.  azkomplektli  məktəblərdə  iki  və  ya  üç  sinfin 

birləşdirilərək  dərslərin  təşkili  daha  mədsədəuyğundur.  İşin  belə  təşkilinin  həm 

müsbət  həm  də  mənfi  tərəfləri  vardır.  Müsbət  tərəfi  aşağıdakı    məzmunda  şərh 

etmək olar:  



 

Azkomplektli kənd məktəbinin şagirdləri bir neçə sinfin birləşdirildiyi halda  

özlərini daha rahat hiss edirlər. Burada dərsin pedaqoji tələblər çərçivəsində təşkili 

və  şagirdlərin özünütəsdiq üçün əlavə imkanlar yaranır. Xüsusən də şagird yaşca 

böyük olanda, müəllim bəzi məsələləri həyata keçirməklə  hörmət qazanır. Belə ki, 

təlim zamanı böyüklərin  kiçiklərə kömək etməsi diqqətdə saxlanılır, böyük – kiçik 

(nisbətən  yaşı  çox  və  az  olanlar)  münasibətləri  sistemli  tənzimlənir.  Bu  da 

müəllimin bütövlükdə sosial təcrübəsini zənginləşdirməsinə kömək edir. Beləliklə, 

müəllim  şagird  şəxsiyyətinin  ictimai  istiqamətliliyini  müəyyənləşdirərək  onu 

tərbiyə  edir,  şagird  kollektivinin  xüsusiyyətlərini,  onun  əxlaqi  –  estetik  gücünü 

nəzərə alır və şagirdi  cəmiyyətin  bir üzvü, öz kollektivinin müstəqil sahibi kimi 

formalaşdırır.  Şagirdlərin  həyata,  əmək  kollektivi  ilə  işgüzar  əməkdaşlığa  cəlb 

olunması,  onların  fəaliyyətinin  sosial  əhəmiyyətinin  başa  düşülməsi  uşaqların 

müstəqilliyini, yaradıcılıq fəallığının  yüksəlməsini təmin edir. 

Müxtəlif  yaşlı  şagirdlərin  birləşdikləri  olduqları  dərslərdə    qarşılıqlı 

münasibət  rəngarəng  və  dinamik  olur  .      Belə  dərslər  müxtəlif  səbəblərdən      öz 

qrupunda  və  həmyaşıdları  arasında  özünü  reallaşdıra    bilməyən  şagirdlər  üçün 

dəstək  olur.  Qarışıq  yaş  qrupunda  dərslərdə  yaranan  vəziyyət  birləşmənin  faydalı 

olduğunu  dərk  etməyə  zəmin  yaradır.  Bəzi  hallarda  nisbətən  yaşlılar  kiçikyaşlı 

uşaqlarla  işin  təşkilində müəllimin  köməkçisi rolunda çıxış edirlər. Yaşca böyük 

olan  şagirdlər  böyük  rolunda  çıxış  etməklə  məsuliyyət  daşıdıqlarını  hiss  edirlər.  

Şagirdlər  elə  münasibətlər  sisteminə  daxil  edilir  ki,  orada  uşaqlar  böyüklərin 

təcrübəsini  əldə  etməyi,    müstəqil  və  məsuliyyətli  qərarlar  qəbul  etməyi  öyrənir,  

bu  da  xüsusilə  mühüm  əhəmiyyət  kəsb  edir.  Müxtəlif    yaş  qruplarına  uyğun 

birləşdirilərək  dərslərin təşkili   uşaqlara   təkcə  öz  həmyaşıdları    içərisində deyil, 

eyni  zamanda    müxtəlif  yaşlı  uşaqlarla    birgə  fəaliyyət  prosesində    fərdi 

keyfiyyətlərini aşkarlayır,  aktuallaşdırır, beləliklə, təşkilatçı,  lider kimi formalaşa 

bilirlər. 

 

Azkomplektli  məktəblərin  sinfində  uşaqların  sayının  azlığı      ünsiyyəti  



məhdudlaşdırır,  beləliklə,  onların    sosiallaşması  müəyyən  qədər  çətinləşir.  

Müxtəlif  yaş  qrupları  üzrə  şagirdlərin  bir  sinifdə  birləşdirilməsi  ilə    əlaqələrin  

genişlənməsi  təmin  edilir.  İşin  belə  təşkili  həm  də  uşaqların  qarşılıqlı 



zənginləşməsinə  öz  töhfəsini  verir,  onların  unsiyyətini  intensivləşdirir, 

emosionallığı      artırır,    psixoloji  stressin  aradan  qaldırılmasına  kömək  edir.    İşin 

belə təşkili həm də təhsil prosesində monotonluğun qarşısının alınmasına,   uşağın 

psixoloji depressiyaya düşməməsinə  şərait yaradır.   

Araşdırmalar  göstərir  ki,  azkomplektli  məktəblərdə

 

ən  mühüm  pedaqoji 



vəzifələrdən  biri        müxtəlif  yaşlı  şagirdlərdə  bilik  və  bacarıqların  qazanılmasına   

stimul,  həvəs  və  maraqoyadıcı  amillərin  yaradılmasıdır.  Müxtəlifyaşlı  uşaqlar  

birgə  təhsil  sayəsində  aktivləşə  bilir

 

və  onlarda  şəxsi  keyfiyyətlər:    məsuliyyət, 



təşəbbüskarlıq hissi formalaşır, əks halda birləşdirilməmiş sinif şagirdlərində isə bu 

keyfiyyətləri  formalaşdırmaq  çətinləşir.    Müxtəlifyaşlı  siniflərin  stimullaşdırıcı 

vəzifəsi  böyük yaşlı şagirdlərin 

 

müsbət keyfiyyətlərini  inkişaf etdirməklə  yanaşı  



kiçiklərdə  də  maraq  və  aktivliyi  artırır. 

 

Araşdırmalar  göstərir  ki,  ənənəvi



 

siniflərdən  fərqli olaraq  daha çox qarışıqyaşlı siniflərdə  şagirdlərin təhsilə  marağı 

inkişaf edir, onların şəxsiyyət kimi formalaşması imkanları genişlənir.

  

  



 

Azkomplektli  məktəblərin  fəaliyyətində  narahatlıq  doğuran  məsələlərə 

gəldikdə,  qeyd  etməliyik  ki,  burada  şagirdlərin  keyfiyyətli  təhsil  almaları  üçün 

innovasion metodika, yeni təlim texnoloqiyaları lazımi səviyyədə tətbiq olunmur.

 

Müxtəlif    siniflərdə  oxuyan  şagirdlərin    birgə  işini,    fəaliyyətiini    tənzimləmək 



xeyli  mürəkkəbdir.  Müxtəlif    yaşlarda  olan  uşaqların  tərbiyə  işində  çətinliklər 

meydana çıxır. Qeyd etməliyik ki, azkomplektli məktəblərdə dərs saatlarının azlığı, 

metodik  birləşmələrin  olmaması  bir  müəllimin  bir  neçə  fəndən  dərs  aparmaq 

məcburiyyətində  qalması  və  bunun  bəzən  təlimin  keyfiyyətinin  dinamik 

yüksəldilməsinə  müəyyən  dərəcədə  ləngidici  təsir  etməsi  belə  məktəblərin 

tamamilə ləğv edilməsinə əsas vermir. Belə məktəblərdə işləyən müəllimlərin daim 

özünütəhsillə  məşğul  olmaları,  ixtisasartırma  kurslarından    keçmələri, 

innovasiyalarla tanış olmaları və onlardan məqsədyönlü faydalanmaları vacibdir.  

 

Müasir  şəraitdə  azkomplektli  məktəblərdə  təlimin  keyfiyyətini  yüksəltmək, 



şagirdlərin şəxsiyyətini formalaşdırmaq üçün  müəllimin pedaqoji ustalığının, peşə 

səriştəliliyinin artırılması,  innovasiya texnologiyalarının tətbiqi vaçibdir.  Təcrübə 

göstərir ki,  istedadlı müəllim və şagirdlərə dəstək məqsədilə  qrantların  verilməsi, 



azkomplektli  bütün  təhsil  müəssisələrnin  kompüterləşməsi  və  onların  internet 

şəbəkəsinə qoşulması təlimin keyfiyyətini xeyli yüksəldir.  

Hər  şeydən  əvvəl,    pedaqoji təmayüllü  ali  və  orta  ixtisas  məktəb  tələbələri  

təlim  prosesində  yüksək  professional  səviyyə  əldə  etməyə  istiqamətləndiril-

məlidirlər. Müəllim kadrları hazırlığının yeni mexanizminin məqsədəuyğun həyata 

keçirilməsi azkomplektli məktəblərdə təlim – tərbiyə işinin daha yüksək səviyyədə 

reallaşdırılmasına geniş imkanlar açır.  

    Tədqiqatlarla  bağlı  nəticələri  aşağıdakı  müddəalar  şəklində  ümumiləş-

dirmək olar:



 

1. 


Azkomplektli 

məktəblərin 

xüsusi 

şəbəkə 


infrastrukturunun 

formalaşdırlması  ən  mühüm  məsələlərdən  biridir.  Bu  baxımdan  hazırda  mövcud 

olan  1336  məktəbin  təqribən  30-40%-nin  birləşdirmə  yolu  ilə  azaldılması 

məqsədəuyğundur.  (Bu  zaman  coğrafi  şərait  nəzərə  alınmaqla  mərkəzləşdirmə, 

nəqliyyat, yataqxana, filiallardan istifadə edilməklə). 

2. Azkomplektli məktəblər üçün kadr hazırlığında təkmilləşdirmə aparılması 

vacibdir.  Belə  ki,  bakalavr  təhsili  səviyyəsində  humanitar  elmlər  üzrə,  təbiət 

elmləri üzrə, dillər ixtisası üzrə kadr hazırlanmasına ehtiyac var. 

3.  Dərsliklər,  əyani  və  texniki  vəsaitlər,  metodik  vəsaitlər  müasir  elmi 

tələblərə uyğun hazırlanmalıdır. 

4.  Respublika  üzrə  azkomplektli  məktəblərin  coğrafi  baxımdan 

qruplaşdırılması və mərkəzləşdirilməsi məqsədəuyğun sayılır. 

5.  Azkomplektli  məktəblərin  müasir  dövr  üçün  idarəertmə  sistemi 

modernləşdirilməli, kollegial idarəetmə tətbiq 

 edilməlidir. 

6. Azkomplektli məktəblərin müasir modelinin tətbiqi məqsədəuyğundur. 

7.  Azərbaycan  Respublikasında  azkomplektli  ibtidai  məktəblərinin 

saxlanılması vacibdir. 

8.  Bəzi  kənd  məktəblərində  ümumi  orta  və  tam  orta  məktəblərin 

birləşdirilməsi məqsədəuyğundur. 

9.  Bir-birinə  yaxın  məktəblərin  birləşdirilməsi  və  şagirdlərin    daşınması 

üçün nəqliyyat ayrılması məqsədəuyğundur. 




10.  Gələcək  müəllimlərin  ənənəvi  məktəblərə  yolunu  bağlamamaq  üçün 

azkomplektli məktəblər üçün kadr hazırlığı əlavə təhsil vasitəsilə də aparıla bilər. 

11. Azkomplektli  məktəblərin tələbatının  ödənilməsi  məqsədilə  ibtidai sinif 

müəllimlərinin  hazırlığı  kurikulumuna  çoxsinifli  tədris  elementlərinin  daxil 

edilməsi məqsədəuyğundur. 

12.  Azkomplektli  məktəb  müəllimləri  daim  özünütəhsillə  məşğul  olmaları, 

ixtisasartırma  kurslarından  keçmələri,  innovasiyalarla  tanış  olmaları  və  onlardan 

məqsədyönlü faydalanmaları vacibdir. 

13.  Azkomplektli  məktəblərin  maddi-texniki  təchizatına  diqqət  artırılması 

vacibdir. 

14.  Azkomplektli  məktəblərin  təlim-metodik  təminatının  gücləndirilməsi 

vacibdir. 

15.  Azkomplektli  məktəblərdə  işləyən  müəllimlərin  fəaliyyətinin 

səmərəliliyini  artırmaq  üçün  stimullaşdırıcı  tədbirlərin  mütəmadi,ardıcıl    həyata 

keçirilməsi məqsədəuyğundur.  

 

İstifadə olunmuş ədəbiyyat 

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, “Qanun”, 2008. 

2.  Azərbaycan  Respublikasında  ümumi  təhsilin  Konsepsiyası  (Milli 

Kurikulum) // Kurikulum. 2008, №1. 

3. Azərbaycan məktəbi // 1983, №8, s. 45-48 

4. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı: 2009. 

5. Hacıyev İ. Xalq maarifinin iqtisadiyyatı, planlaşdırılması, təşkili və idarə 

edilməsi məsələləri. “Maarif”, Bakı, 1973, səh. 25-28. 

6. // İbtidai məktəb və məktəbəqədər tərbiyə, 1972, №2, səh. 21-27 

7. // İbtidai məktəb və məktəbəqədər tərbiyə, 1972, №5, səh. 21-27 

8. // İbtidai məktəb və məktəbəqədər tərbiyə, 1988, №3, səh. 27-28 

9. // İbtidai məktəb və məktəbəqədər tərbiyə, 1985, №1,  səh. 12-17 

10.  Mərdanov  M.C.  (müsahibə)  “Son  illərdə  Azərbaycanda  ümumtəhsil 

sahəsində əhəmiyyəyli irəliləyişlər baş verib” 525-ci qəzet, 26 noyabr, 2011 



11. Mehrabov A.O. Müasir təhsilin konseptual problemləri. Bakı: Mütərcim, 

2010, 516 s.  

12.

 

 Mehrabov 



A.O. 

Pedaqoji 

kadr 

hazırlığında 



keyfiyyətin 

idarəolunmasına yeni yanaşma.// Məktəbəqədər və ibtidai təhsil. 2010, № 4. 

13.

 

 Kərimov  Y.Ş.  Azkomplektli  məktəblərə  diqqəti  artırmaq.  //  İbtidai 



məktəb və məktəbəqədər tərbiyə. 1975, № 6, səh. 25-28. 

14.


 

Kərimov Y.Ş. Təlim prosesində  yüklənmə.// Məktəbəqədər  və  ibtidai 

təhsil. 2011, № 2. 

15.


 

Vahidova  V.H.  Kənd  məktəblərinin  sosial  problemləri.//ARTPİ-nin 

Elmı əsərləri.2009,  №3-4. 

16.


 

 Байбородова 

Л.В.  Воспитание  и  обучение  в  сельской 

малочисленной школе. Учебное пособие. – Ярославль, 2001. 

17.

 

Бабяж М. Сельская школа в  Польше:  история и современность»: 



монография.  Перевод  с  польского:  Бюро  переводов  «Inter-Text».  Брест: 

Академия, 2006. 104 с 

18.

 

Зайцева  Л.А  и  др.  Подготовка  будущих  учителей  начальных 



классов к работе в сельской школе // Сельская школа: проблемы организации 

образовательного  процесса:  сб.  статей  //  М.:  Исследовательский  центр 

проблем качества подготовки специалистов, 2008. С. 27–33. 

19.


 

Малочисленная  сельская  школа:  проблемы,  поиски,  решения  / 

Под  ред.  Л.В.Байбородовой,  А.П.  Чернявской,  И.Г.Харисовой.  –  Ярославль, 

2000. 


20.

 

Малокомплектная  школа:  в  России  и  США  //  Рязанские 



ведомости // 2006 – 

http://rv.ryazan.ru/old/cgi-bin/main-n=2633-2634&m=6.htm

 

21.


 

Меньшикова  С.  Школа  первоклассника  Лени  Долина  // 

Тюменская область сегодня // 2007 

http://www.tumentoday.ru

 

22.


 

Михайличенко 

А.Ю. 

Профессиональная 



переподготовка 

учителей малокомплектных школ. // Вестник ТГПУ. 2009. №12 

23.

 

Наумов  Н.Г.  Особенности  развития  образования  в  сельской 



местности. Москва:  2000, 262 ст. 


24.

 

Надрага  А.  В  Украине  закрыто  740  сельских  школ  //  Вечерние 



вести // 2008. – 

http://vv.com.ua/article.aspx

 

25.


 

Обучение в разновозрастных группах учащихся сельской школы. 

Из опыта учителей географии / Под ред. Л.В.Байбородовой, А.В.Матвеева. – 

Ярославль: Изд-во ЯГПУ им. К.Д.Ушинского, 2003. 

26.

 

Обухов В.В. Концепция развития малокоплетных школ России // 



Вестник Т.ГПУ. № 11 

27.


 

Гаева  Г.В  Лапландии  тоже  есть  малокомплектные  школы  // 

Республика // 2008 – 

http://www.gazeta-respublika.ru

 

28.


 

Зыков  М.Б.  Прошлое,  настоящее  и  будущее  однокомнатной 

сельской  школы  США  //  Образование  в  сельских  регионах  России  и  США 

как  часть  мирового  образовательного  процесса  /  отв.  ред.  О.  И.  Пузырева. 

Рязань: РГПУ им. С. А. Есенина. 

29.


 

Сартакова  Е.Е.  Разновозрастные  формы  обучения  в  условиях 

малокомплектной школы: учеб. пособие. Томск: изд-во ТГПУ, 2007. 68 с.  

30.


 

Станникова  И.Г.  Тьюторство  как  ведущая  модель  подготовки 

специалиста для малокомплектной школы. // Вестник ТГПУ-2010. № 11 

31.


 

Февдяев  Д.М.  Подготовка  учителя  малокомплектной  школы: 

социально-культурный контекст. // Вестник ОТПУ 2007. www.отск.еdu  

32.


 

Харьковской  В.  области  закроют  6  малокомплектных  школ  // 

Главред-Медиа // 2008 – 

http://glavred.info/archiv



 

Yüklə 247,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə