Azərbaycan respublikasi təHSİl problemləRİ İnstitutu mövzu 16



Yüklə 247,32 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix04.02.2018
ölçüsü247,32 Kb.
#24113
1   2   3   4   5   6   7   8   9

Təhsil  sistemində  təhsil  müəssisələrinin  bir  qismi  azkomplektli  kənd 

məktəbləridir.  Azərbaycan  Respublikasının  Təhsil  haqqında  Qanununun  14.7. 

bəndində göstərilir ki, ibtidai, ümumi və tam orta təhsil müəssisələri azkomplektli 

formada  da  fəaliyyət  göstərə  bilər.  Bu  gün  azkomplektli  məktəblərin 

mövcudluğunun  özünəməxsus  problemlərini  həll  etmək  məsələsi  meydana 

gəlmişdir.  Bu  problemlərin  həlli  yollarını  müəyyənləşdirmək,  məktəblərin 

fəaliyyətini  modernləşdirmək  üçün  xüsusi  tədqiqat  işləri  aparmaq  lazımdır.  Bu 

baxımdan  qeyd  olunan  aşağıdakı  istiqamətlərdə  araşdırılmalar  məqsədəuyğun 

bilinmişdir:  

1) azkomplektli məktəblərin xüsusi şəbəkə infrastrukturu; 

2) kadr hazırlığı; 

3) azkomplektli məktəblərin yenidən qurulması və prinsiplər sistemi; 

4) azkomplektli məktəblər haqqında tədqiqat işləri; 

5) azkomplektli məktəblərin respublika üzrə hazırkı vəziyyəti; 

6) tabelilik və maliyyələşdirilməsi məsələləri; 

7) dərsliklər, əyani vəsaitlər, metodik vəsaitlər yeni kontekstdə; 

8)  respublika  üzrə  azkomplektli  məktəblərin  coğrafi  baxımdan  (ərazi  üzrə) 

qruplaşdırılması və statistikası; 

9) azkomplektli məktəblərdə təlim prosesinin təşkili, xüsusiyyətləri; 

10)  azkomplektli  məktəblərdə  təşkilati,  tərbiyəvi  tədbirlərin  həyata 

keçirilməsi yolları; 

11) azkomplektli məktəblərin maddi-texniki təchizatı; 

12) azkomplektli məktəblərin hüquqi - normativ sənədləri; 

13) azkomplektli məktəblərin metodik xüsusiyyətləri; 

14) azkomplektli məktəblərin təlim - metodik təminatı; 

15) azkomplektli məktəblərin idarə edilməsi. 

Müşahidələr  göstərir  ki,  ayrı-ayrı  bölgələrdə,  xüsusən  də  dağlıq  ərazilərdə, 

əhalinin  az  məskunlaşdığı  yerlərdə  1336  azkomplektli  məktəb  fəaliyyət  göstərir. 

Kiçik kəndlərdə fəaliyyət göstərən məktəblərdə azkomplektlilik həmin əraziyə xas 

olan  xüsusiyyətlərdəndir.  Bu  tip  məktəblər  əsasən  əlverişsiz  coğrafi  mövqedə 




yerləşən, ucqar, miqrasiya axını çox, əhalinin artım səviyyəsi aşağı, ümumiyyətlə, 

əhalisinin sayı az olan kəndlərdə fəaliyyət göstərir. 

Tədqiqat prosesində respublikamızın Neftçala, Cəlilabad, Daşkəsən, Göygöl 

və  s.  rayonlarında  azkomplektli  məktəblərdə  təhsil  şöbələrinin  müdiri,  məktəb 

direktorları,  müəllimlər,  valideynlər  və  şagirdlərlə  müsahibə  aparılmış,  anket 

sorğuları  keçirilmişdir.  Sorğular  nəticəsində  müəyyən  edilmişdir  ki,  məktəb 

direktorları,  təhsil  şöbəsi  müdirlərinin  azkomplektli  məktəblərin  mərkəzləşməsinə 

münasibəti  birmənalı  deyildir.  Valideynlərin,  kənd  ağsaqqallarının  və 

tədqiqatçıların  müşahidələrinə  əsaslanaraq  azkomplektli  məktəbləri  üç  qrupa 

bölmək olar:  

1. Yuxarı dağ kəndlərində yolların qaneedici olmadığına, nəqliyyat vasitələri 

ilə  çətin  təmin  olunduğuna  görə  orada  azkomplektli  məktəblərin  maddi  -  texniki 

bazasını  gücləndirmək  və pedaqoji kadrlara olan ehtiyaclarını ödəməklə saxlamaq 

olar; 


2.  Dağətəyi  regionlarda  yerləşən,  əhatə  dairəsi  üç  kilometrdən  çox  olan 

məktəbləri yataqxanalarla təmin etməklə mərkəzləşdirilməsi mümkündür; 

3.  Aran  ərazilərdə  yerləşən  məktəblərin  mərkəzləşdirilməsi  nəqliyyat 

vasitələrindən istifadə etməklə asanlıqla  və az  maliyyə xərcləri sərf etməklə həll 

oluna bilər. 

Problemlə  bağlı  mövcud  ədəbiyyatı  araşdırarkən  aydın  oldu  ki,  bu 

istiqamətdə bəzi tədqiqatlar aparılsa da, bu gün ciddi tədqiqatların dərinləşdirlməsi 

vacibdir. 

Prof.  Y.Ş.Kərimovun  “Azkomplektli  məktəblərə  diqqəti  artıraq” 

məqaləsində  azkomplektli  məktəblərin  fəaliyyətindən  bəhs  edilir,  nöqsanlar 

aşkarlanır  və  bunların  aradan  qaldırılması  üçün  yollar  göstərilir.  Professor  qeyd 

edir ki,  “Nəzərdən qaçırmaq olmaz ki, kənddə təhsilin ən mürəkkəb və çətin sahəsi 

azkomplektli  məktəblər  olmuş  və  olaraq  qalmaqdadır.  Azkomplektli  məktəblərdə 

müəllim  iki,  üç,  hətta,  dörd  müxtəlif  siniflərdə  eyni  vaxtda  işləməli  olur. 

Azkomplektli  məktəblərdə  qarşıya  çıxan  çətinliklər  hamıya  məlumdur.  Bununla 



belə  azkomplektli  məktəblərdə  işləyən  yüzlərlə  müəllim  uşaqların  təlim 

tərbiyəsində yüksək nailiyyətlər də əldə edir” .  

S.H.Məmmədovun  tərtib  etdiyi  tövsiyədə  isə  təlimin  təşkili  məsələlərinəı 

toxunulmuşdur.  Müəllif  azkomplektli  məktəblərdə  təlim  prosesində  müstəqil 

işlərin  rolu  və  yerindən  bəhs  edir  ki,  bu  da  sözügedən  məktəblər  üçün 

xarakterikdir. 

S.H.Məmmədov  yazır:  “Hər  şeydən  əvvəl,  azkomplektli  məktəblərdə 

təlimdə  müstəqil  işlərin  təşkilinin  “xüsusi  çəkisi”  xeyli  artıqdır.  Bu  işləri  dərsin 

yalnız müəyyən hissəsində deyil, bütün dərs boyu təşkil etmək  mümkündür, lakin 

təlimdə  müstəqil  işlər  müəllimin  komplekt  tərkibli  siniflərlə  bilavasitə  işi  ilə 

uzlaşmalı,  biri digərinin  zəruri  ünsürünə  çevrilməli,  biri digərini  tamamlamalıdır. 

Bununla  yanaşı,  azkomplektli  məktəblərdə  şagirdlərin  müstəqil  işlərinə  müəllim 

nəzarəti zəif olur, işin icrasına az nüfuz edilir, onun yoxlanmasına diqqət azalır. Bu 

hal,  şagirdləri  müstəqil  işlərin  icrasına  daha  yaxşı  hazırlamağı,  onlarda 

müşahidəçilik 

qabiliyyəti 

yaratmağı, 

şagirdlərin 

özünənəzarətini 

və 


özünüyoxlamasını gücləndirməyi tələb edir”. 

İ.Hacıyev  “Xalq  maarifinin  iqtisadiyyatı,  planlaşdırılması,  təşkili  və  idarə 

edilməsi  məsələləri”  kitabında  kənd  məktəbləri  şəbəkəsinin  səmərələşdirilməsi 

yollarından  bəhs  edərkən  təşkilati-pedaqoji  məsələləri,  demoqrafik,  ictimai,  təbii-

coğrafi  faktorları  şərh  edir  və  bir  sıra  təkliflər  irəli  sürsə  də,  lakin  araşdırmalar 

göstərir ki, respublikamızda azkomplektli məktəblərin problemləri xüsusi tədqiqat 

obyekti olmamışdır.  

Q.Suvorova    “Azkomplektli    məktəblərdə    ekran    və    səs    vasitələri”

 

adlı 


məqaləsində  azkomplektli    məktəblərin    iş    şəraitinin  dərsdə    diafilmlərin    və  

qrammofon    yazılarının    zəngin    fondundan    tez-tez,  həm    də    yüksək    səviyyədə  

istifadə    edilməsinə    imkan    verməməsindən  bəhs  edir.    Bir    sinif    üçün    diafilm  

nümayiş    etdirilməsi,    o    biri    sinfin    işində    mütləq    fasilə    yaranmasına    səbəb  

olur.  Bəzən  siniflərdən  birisini  qonşu  otağa  keçirir,  bəzən  də  bu  işi  dərsdən  

sonra  görməyə  çalışırlar.  Ekran  və  səs  vasitələrindən  istifadə  edilməsi  bu  işi  

mahiyyət  etibarilə  tədris  prosesi  çərçivəsindən  kənara  çıxarır,  onların  köməyi  



Yüklə 247,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə