Azərbaycan respublikasi təHSİl problemləRİ İnstitutu mövzu 16



Yüklə 247,32 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix04.02.2018
ölçüsü247,32 Kb.
#24113
1   2   3   4   5   6   7   8   9

ilə  lazımi  nəticələr  əldə  edilməsinə  imkan  vermir.  Bu  vəziyyətdən  çıxmağın  

yolu  həmin məqalədə  öz  əksini  tapmışdır. 

     A.Quliyev  “Azkomplektli    siniflərdə    təlim-tərbiyə    işlərinin    təşkilinə  

dair” adlı məqaləsində  müsbət  təcrübə  ilə  yanaşı,  nöqsanları  da  göstərmişdir.  

Bu,    siniflərin    komplektləşdirilməsində,    dərs    cədvəlinin    tərtibində,    dərslərin  

təşkilində,  şagirdlərin  bilik  keyfiyyətində,  məktəblərdə  maddi-tədris  bazasının  

yaradılmasında,    bu    sahəyə    rəhbərlik    və    nəzarətin    təşkilində,    müəllimlərin  

metodik    hazırlığının    artırılmasında    daha    çox    özünü    göstərir.  Müəllif  bu 

məsələləri təhlil edərək,müvafiq göstərişlər vermişdir. 

     T.Bəşirov  “Azkomplektli  siniflərdə  təlimin  təşkilinin  bəzi  məsələləri” 

məqaləsində  müəllimləri  düşündürən  bir  neçə  məsələyə  aydınlıq  gətirmişdir:  

1) siniflərin  komplektləşdirilməsi;  2) müstəqil  işlərin  təşkili;  3) dərs  cədvəlinin  

tərtibi;  4) proqram  materiallarının  planlaşdırılması.  Azkomplektli  məktəblərdə  

ekskursiya   və  sinifdənxaric   qiraətin   təşkili.  Məqalədə  bu  problemlərin   həlli  

yollarına da diqqət yetirilmişdir . 

    Diqqəti  çəkən  məqalələrdən  biri  də    Ə.Əmirovun  “Azkomplektli  

məktəblərdə  yazı  təlimi  təcrübəsindən  istifadə” adlı məqaləsidir. Məqalədə qeyd 

olunur  ki,    bu    sahədə    müvəffəqiyyət    əldə    etmək    üçün    tədris    ilinin    ilk  

günündən    başlayaraq    şagirdlərin    yazılarına    düzgün    istiqamət    verilir.    Hər  

sinfin   şagirdlərinə    müvafiq   tapşırıqlar    verilir.    Yazı    aparılan    siniflə    məşğul  

olduqda,  digər  sinif  şagirdlərinə  düşündürücü  yaradıcılıq  tələb  edən  iş  verilir  

ki,  onlar  bu  işi  digər  sinifdə  yoxlama  yazının  aparıldığı  müddətə  qurtarmış  

olsun: məsələn:  III sinifdə   Azərbaycan   dilindən   yoxlama   imla   aparıldıqda   I 

sinif  şagirdlərindən  aşağıdakı  plan  üzrə  işləməyi  tələb  edir: 

1.  Mək...əb,    Azə...bay...an,    aza...lıq    və    s.    sözlərində    buraxılan    hərfi  

yazın. 


 2. Anaya  həsr  olunmuş  sevdiyin  şeirlərdən  bir  bənd  yaz. 

 3. Payız  fəslində  təbiət  dəyişikliklərini  qeyd edirsinizmi,  hansılardır?  




 A.M.Rəhimovun  “I-III  siniflərdə  obrazların  xarakteristikasının    müqayisəli  

tərtibinin  məzmunun  şüurlu  mənimsənilməsinə  təsiri” adlı məqaləsi bu gün təlim  

məsələlərinə verilən  tələblərə cavab verir. 

 Müəllif  qeyd  edir  ki,  oxunmuş  material  özünüdərketmənin,  tərbiyə  

prosesinin, nitq və təfəkkür inkişafının mühüm vasitəsi olmaqla təsirli  informasiya  

mənbəyidir.  Müşahidələr göstərir ki, obrazlara sadə  xarakteristikanın tərtibi  I-II  

siniflərdə  müəllimin  rəhbərliyi  altında, III  sinifdən  isə  materialın  xarakterindən  

asılı  olaraq  bəzən  müstəqil  və  sərbəst  də  ola  bilər.  Bu  prosesdə  şagirdlər  

mürəkkəb  daxili  hissetmə  və  dərketmənin  köməyi  ilə  tədricən  intellektual  və  

emosional    qüvvələrini    birləşdirir,    obrazların    fəaliyyəti    üzərində    müşahidə  

aparır, onları qiymətləndirməyə çalışırlar. Nəticədə şagirdlərin yaradıcılıq  meylləri 

artır,  idraklarının potensial imkanları genişlənir. Öyrəndiklərini  praktikaya tətbiq  

etməyi, real varlıqla,  özlərinin  şəxsi  təcrübələri  ilə  əlaqələndirməyi  bacarırlar. 

Məqalədə  məktəb  təcrübəsinə  istinad  edilir  və  I-III  siniflərdə  şagirdlərin 

müşahidəçilik,  dərslik  üzərində  müstəqil  işləmək,  mühakimə  yürütmək,  əqli  

nəticələrə gəlmək, təhlil-tərkib aparmaq kimi qabiliyyət və bacarıqlarının  mövcud 

səviyyəsini  nəzərə  almağın  vacibliyi,  ayrı-ayrı  obrazlara  xarakteristikaların 

müqayisəli  tərtibi  üzrə  işlərin  ardıcıllıqla  aparılmasının  istiqamətləri  

göstərilmişdir. 

Qeyd  etmək  lazımdır    ki,  azkomplektli  məktəblərdə  proqram  materialının 

planlaşdırılması 1976-cı ildə “İbtidai  məktəb  və  məktəbəqədər tərbiyə” jurnalının 

5-cı və 6-cı nömrələrində nəşr edilmişdir.   

Azkomplektli  məktəblərin  yenidən  qurulması,  modernləşdirilməsi  üçün 

məsələyə xüsusi şəbəkə infrastrukturu baxımından yanaşılmalıdır. Bir qayda olaraq 

məktəb şəbəkəsinə daxil olan  müxtəlif tip məktəblər (ibtidai məktəb, ümumi orta 

məktəb,  tam  orta  məktəb)  müəyyən  ərazilərdə  -  şəhərlərdə,  rayonlarda, 

qəsəbələrdə,  kəndlərdə  yerləşdirilir.  Məktəb  şəbəkəsi  dedikdə  hər  bir  yaşayış 

məntəqəsində  bütün  məktəbyaşlı  uşaqların  düzgün  qeydiyyatının  aparılması, 

ərazinin demoqrafiq, topoqrafiq və nəqliyyat xarakteristikasının müəyyən edilməsi; 

ibtidai, ümumi orta və tam orta məktəblərin məqsədəuyğun yerləşdirilməsi, onların 




təşkilati  quruluşlarının  müəyyənləşdirilməsi,  sinif  komplektlərinin  gözlənilən 

sıxlığının dəqiqləşdirilməsi, müxtəlif tip məktəblər arasında əlaqələrin yaradılması, 

şəbəkələrin  inkişaf  etdirilməsinə  dair  perspektivlərin  hazırlanması,  məktəblərin 

müasirləşdirilməsinə nail olunması və s. məsələlər nəzərdə tutulur. 

Azkomplektli kənd məktəblərində dərsin strukturu, başqa məktəblərdə keçi-

rilən dərslərin strukturundan fərqlənir. Kompleks siniflərdə dərsin ən mühüm xüsu-

siyyəti  şagirdlərlə  müstəqil  işin  aparılmasından  ibarətdir.  Azkomplektli  məktəb 

müəllimlərinin  bundan  başqa  seçimi  yoxdur.  Tapşırıqlar  hər  sinif  üçün  dərsin 

bütün mərhələlərində verilir. 

İkinci  xüsusiyyəti  şagirdlərin  müstəqil  işinin  və  başqa  siniflə  aparılan  işin 

həcminin  nisbətindən  ibarətdir.  Belə  şəraitdə  müstəqil  fəaliyyət  mahiyyətcə 

idarəolunma  xarakteri  daşıyır,  çünki  tapşırıqların  yerinə  yetirilməsinə  müəllim 

tərəfindən  kömək  göstərilmir.  Bu  səbəbdən  azkomplektli  məktəblərdə  dərs  iki 

dəqiq komponentin əvəz olunmasından ibarətdir. 

Şagirdlərin işi ilə müəllimin onlara rəhbərliyinin əvəzlənməsi zəruriliyi təlim 

vaxtının dəqiq reqlamentini tələb edir. 

Azkomplektli məktəblərdə paylama didaktik materialların bütün növlərindən 

geniş  istifadə  edirlər.  Bu  xüsusuiyyət  də  müstəqil  işin  aparılması  zərurətindən 

yaranır. 

Yuxarıda dediklərimizdən fərqli olaraq bu məktəblərdə aparılan dərslərin ən 

mürəkkəb  və  əsas  xüsusiyyəti  ondan  ibarətdir  ki,  burada  şəraitlə  bağlı  müəllim 

metodik priyomları dəyişməli, modifikasiya etməlidir. 

Bir  neçə sinif  ilə  işləmə şəraitində  müəllimin  funksiyası ondan  ibarətdir ki, 

tapşırıqların  məqsədini,  yerinə  yetirilmə  priyomlarını  aydınlaşdırsın,  müstəqil 

işlərdən  sonra  nəticələri  ümumiləşdirsin.  Daha  doğrusu  müəllimin  fəaliyyəti  iki 

mərhələyə  bölünür  –  giriş  və  ümumiləşdirmə.  Bu  mərhələlərin  nəticəsi  tapşırığın 

xarakterindən asılıdır. 

Azkomplektli  məktəblərdə şagirdlərə yeni biliklərdən istifadə priyomlarının 

izahından  sonra  müstəqil  yazı  işi  verilir.  Bu  halda  müəllimin  funksiyasını  testlər, 



Yüklə 247,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə