Azərbaycan respublikasi təHSİl problemləRİ İnstitutu mövzu 16



Yüklə 247,32 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix04.02.2018
ölçüsü247,32 Kb.
#24113
1   2   3   4   5   6   7   8   9

Ukrayna.  Ukraynada  demoqrafik  vəziyyət  region  dövlətlərlə  müqayisədə 

eynidir  və  demək  olar  ki,  azkomplektli  məktəblərdə  analoji  iş  tətbiq  olunur. 

Məktəblərin 

2

/



-

 



nin 

 

bağlanması  barədə  qərar  qəbul  edilmişdir.  Ukrayna  Təhsil 



Nazirliyinin məlumatına əsasən ölkədə 951 məktəb, o cümlədən 740 kənd məktəbi 

(məktəblərin  78%  -i  kənd  məktəbləridir)  bağlanmışdır.    2000-ci  ildən  kənd 

məktəblərində  təhsil  alan  uşaqların  sayı  25,6%  azalmışdır.  2001-ci  ildən  kənd 

ərazisində genişmiqyaslı “məktəb avtobusu” proqramının icrasına başlanmışdır. Bu 

baxımdan  ilk  növbədə  54  azkomplektli  məktəbi  olan  Sumskoy  vilayətində 

müəyyən işlər görülmüş, proqrama uyğun tələblər həyata keçirilmişdir. 

2005-ci  ilə  kimi  Ukraynada  2000  şagirdin  təhsil  aldığı  70  məktəb 

bağlanmışdır.  2006-cı  ildə  Ukraynada  azkomplektli  məktəblərin  bağlanmasına 

valideynlərin  razılığından  sonra  başladılar,    lakin  ölkədə  belə  təkliflər  irəli 

sürülürdü  ki,  bu  məktəbləri  saxlamaq  məqsədəuyğundur.  Burada  bir  müəllim  I-V  

sinif  şagirlərinə  dərs  verir  və  ikiqat  maaş  alır.  2006-cı  ildən  2009-cu  ilə  kimi 

ümumtəhsil  müəssisələrinin  işinin  optimallaşdırılması  istiqamətində  Ukraynanın 

bir  neçə  vilayətində  də  azkomplektli  məktəblər  ixtisara  salınmışdır  (Poltava, 

Luqansk  ,  Xarkov  və  digər  vilayətlərdə).  Kiyevdə  də  vəziyyət  bir  az  fərqlidir. 

Ukrayna  mətbuatında  qeyd  edilir  ki,  azkomplektli  məktəblər  maliyyə  məsələsi 

cəhətdən  problemlidir.  Burada  hər  bir  şagirdin  təhsil  haqqı  normativdən  5-6  dəfə 

artıqdır. Beləliklə, Ukraynada hər 5-ci məktəb azkompleklidir və belə məktəblərdə 

40-50  şagird  təhsil  alır.  Bu  məsələ  ilə  geniş  ictimaiyyət  maraqlanır  və  hazırda 

Ukraynada belə çıxış yolları təklif olunur: 

 



azkomplektli  məktəblərdə  şagirdlərin  sayını  3  nəfərə  kimi  azaltmaq  (Bu 

vaxtadək sinifdə şagirdlərin sayı 5-dən az olmurdu); 

 

müəyyən  fənlərin  daha  sistemli  tədrisi  məqsədilə  şagirdlərin  sayı  16  və  ya 



çox olduqda sinfi qruplara bölmək; 

 



1  stavka  dərs  yükünü  şəhər  məktəblərindən  fərqli  olaraq  kənd  müəllimləri 

üçün korreksiya etmək; 

 

birinci  dərəcəli  “ailə-məktəb”,    azşagirdli  məktəblər  təşkil  etmək:  (  Bu 



zaman  yaşayış  yerinin  demoqrafik  vəziyyəti  və  yaşayış  məntəqəsinin 


xüsusiyyətləri  nəzərə  alınmalıdır.  Bu  halda  kiçikyaşlı  məktəblilərin 

keyfiyyətli  tədris  almaları  üçün  şərait  yaradılır.  Layihə  aprobasiya,  həyata 

keçirilmə mərhələsindədir). 

Polşa.  Araşdırmalar  göstərir  ki,  Polşada  kənd  məktəbləri  bir  çox  hallarda 

dövlətin  qayğısından  kənarda  qalmışdır.    Hazırda  bu  ölkədə  aşağıdakı  vəziyyət 

mövcuddur: 

-

 



zəif texniki baza və uzun müddət təmirin olmaması; 

-

 



kənd  müəllimləri  üçün  ixtisasartırma  kursları,  peşə  təkmilləşdirməsi  və 

müvafiq metodik materialların olmaması; 

-

 

müəllimlərin  heç  bir  dərsdənkənar  və  ya  əlavə  təhsil  formalarını  tətbiq 



etməmələri.:  (Uşaqlar  məktəbdən çox  uzaq  məsafədə  yaşayırlar.  Buna  görə 

də valideynlər onların dərsdən sonrakı məşğələlərinə etiraz edirlər). 

-

 

xarici  dilin  öyrənilməsi  üçün  imkanların  çox  məhdudluğu:  (hazırlıqlı 



müəllimlərin olmaması üzündən) və əsasən, kənd məktəbində xarici dil kimi 

rus dili, şəhər məktəbində, əsasən, ingilis dili tədris olunur). 

-

 

texniki  fənlərin  tədrisi  və  informatikanın  lazımi  səviyyədə  tədris 



olunmaması;  (Polşada  azkomplektli  məktəblərdəki  belə  problemlər  bir  çox 

Avropa  dövlətlərindən  çoxdur.  Belə  məktəblərin  kompüterləşməsi  də  aşağı 

səviyyədədir). 

-

 



müasir  ümumtexniki  təhsil  modelinin  bir  çox  kənd  məktəblərində  tətbiq 

olunmaması:  (Bu,  tətbiq  edilsəydi  təhsilin  bir  çox  sahələrində  yaranmış 

çatışmazlıqlar aradan qalxardı). 

Respublikamızda  olduğu  kimi  Polşada  da  kənd  məktəblərində  tədrisin 

keyfiyyətinin  yüksəldilməsi  üçün  layihə  və  proqramların  həyata  keçirilməsi 

dövlətin  diqqətindədir.  Bir  çox  mütəxəssilərin  tələbi  budur  ki,  kənd  məktəblərinə 

əhəmiyyətli  investisiyalar  qoyulsun.  Peşə  ixtisas  məktəblərinə  kənd 

məktəblərindən  məzun  axını  artırılmalı,  bunun  üçün  kənd  məktəblərində  ibtidai 

təhsilin  keyfiyyətini  və  səviyyəsini  yüksəltmək  lazımdır.  Polşa  təhsil  sistemində 

olan təşəbbüslər Rusiyada da mövcuddur: 




1.

 

"  Bahalı  kiçik  və  zəif  məktəbləri  –  ləğv  etmək"    prinsipi  Polşa  və 



Rusiyada  tətbiq  olunur,  lakin  hazırda  nə  Polşa,  nə  də  Rusiyada  birinci  dərəcəli 

məsələ kimi qiymətləndirilmir. Perspektivi olmayan kənd məktəbləri ilə yanaşı, elə 

məktəblər  də  mövcuddur  ki,  onlara  müəyyən  kömək  edilsə,  müasir 

texnologiyalardan istifadə olunsa, qarşılarındakı vəzifələri lazımi səviyyədə yerinə 

yetirərlər.  

2.

 



Polşada  təhsili  idarəedən  və  maliyyələşdirən  orqanlara  uşaqların  və 

bölmələrin  sayından  asılı  olaraq  maaş    normalarını  müəyyən  etmək  təklif  olunur. 

Normadan artıq müəllim qəbul olunduğu zaman bələdiyyə öz maliyyə hesabından 

onlara əmək haqqı kerir.  

3.

 

Polşada  müəllimləri  azkomplektli  məktəblərdə  (birləşmiş  siniflərdə) 



dərs  aparmaq  üçün  hazırlayırlar.  Bununla  əlaqədəar  Polşa  Respublikasının  Milli 

Təhsil Nazırliyinin xüsusi qərarı qəbul olunub, lakin hazırda bu məsələ ilə heç bir 

təhsil müəssisəsi məşğul olmur. Diplomdan sonra kursların da proqramları yoxdur. 

Rusiyada  tədris  müəssisələrində  birləşmiş  siniflərdə  dərs  aparmağı    bacaran 

müəllimlərin hazırlanmasında analoji vəziyyətdir, lakin bu istiqamətdə tədqiqatlar 

aparılır.  

4.

 

Rusiyada  da  Polşadakı  kimi  kənd  məktəbləri  müəllimlərinin  iki  peşə 



ixtisasına  yiyələnmələri    tədris  prosesinin  mühim  bir  hissəsidir.  Geri  qalmış 

regionlarda  belə  mütəxəssislər  tədrisin  keyfiyyətini  yüksəldə  bilərlər,  lakin 

Rusiyada da  ikili peşə ixtisası  üzrə  müəllim  hazırlığı  istiqamətində aparılan  işlərə 

maddi təminat verilməsini vacib sayırar.  

5.

 

Hər  iki  ölkədə  distant  təhsil  üçün  televiziya  şəbəkəsindən,  radio  və 



internetdən, yeni köməkçi texnologiyalardan geniş istifadə təklif olunur. 

Polşada  problemin  həllini  texniki  və  peşə  təhsili  mütəxəssislərinin  inkişafında 

görürlər. Bu ölkədə məsələ ilə bağlı aşağıdakı təkliflər irəli sürülür:  

 



Qmin  (gimnaziaylar  şəbəkəsini  təşkil  etmək.  Bu  hal  altı  illik  ibtidai  məktəb 

bazasında  təşkil  edilmiş  üç  illik  məktəb  təhsili  imkanlarını  genişləndirərdi. 

Təhsil  müəssisələrinə  isə  yeni  tədris  proqramlarını  reallaşdırmasına  və 

didaktik, tərbiyəvi funksiyalarını yerinə yetirməsinə şərait yaradardı. Bu təklif 




Yüklə 247,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə