kartoçkalar və cədvəllər yerinə yetirir. Dərsin sonuncu mərhələsi nəticələrin
düzgünlüyünü yoxlamaq üçün kollektiv yoxlama ilə başa çatır.
Müasir dövrdə azkomplektli məktəblər üçün məktəb şəbəkəsi xüsusi
infrastruktura uyğun tərtib edilir. Bu zaman aşağıdakı prinsiplər nəzərdə tutulur:
a) məktəbyaşlı uşaqların ümumi icbari təhsilə bütünlüklə cəlb edilməsi;
b) sosioloji faktorların nəzərə alınması;
c) məktəbin bütün şagirdlər üçün əlverişli olmasının təmin edilməsi, təlimin
məzmununun, standartın yaş xüsusiyyətlərinə uyğunluğu;
d) məktəbin müasir texniki təchizatlarla (elektronlaşdırma) təmin edilməsi;
e) məktəbin bir növbəli dərs rejiminə keçirilməsi və s.
Bu prinsiplərin həyata keçirilməsindən məqsəd bütün məktəbyaşlı uşaqları
təhsilə cəlb etməklə modernləşdirilmiş azkomplektli məktəb sistemi yaratmaqdır.
Rayon ərazisində xüsusilə kənd yerlərində azkomplektli məktəblərin məktəbin
tipini müəyyənləşdirərək fəaliyyətini təşkil edərkən əhalinin sayı, milli və yaş
tərkibi, yaşayış məntəqələri arasındakı məsafələr, yerli relyef, nəqliyyat
məsələlərini nəzərə almaq lazımdır.
Beynəlxalq təcrübə göstərir ki, bu tip məktəblər, əsasən, əlverişsiz coğrafi
mövqedə yerləşən, ucqar, miqrasiya axını çox, doğum səviyyəsi aşağı,
ümumiyyətlə, əhalisinin sayı az olan kəndlərdə fəaliyyət göstərir.
Azkomplektli məktəblərin idarə olunması üçün operativ və ixtisaslaşmış
idarəetmə yaradılmalıdır. Bu məktəblərdə kollegial idarəetmə çox zəifdir. Bütün
rəhbərlik işini, əsasən, bir nəfər görür. O,ümumi rəhbərlikdən əlavə bütün fənlərin
tədrisinin təşkili ilə, sinifdənxaric və məktəbdənkənar işlərlə, müəllimlərin metodik
məşğələlərinə rəhbərliklə, təlim-tərbiyə prosesinə nəzarətlə, valideynlərlə aparılan
işlərlə, maddi-təsərrüfat işləri ilə də məşğul olur. Belə məktəblərin idarə
edilməsində üstünlük, fikrimizcə, müəllim, şagird, valideyn assosiasiyalarına
verilərsə daha yaxşı olar. Bu assosiasiyanın məktəbin bütün işlərinə cəlb
olunmasını təmin etmək məqsədəmüvafiq olar.
Araşdırmalar göstərir ki, müasir məktəb təhsilində azkomplektli kənd
məktəbləri önəmli yer tutur. Bu məktəblərin azkomplektliliyi onun spesifik
cəhətlərindəndir. Bununla əlaqədar kənd məktəbinin səmərəli iş üslubuna ciddi
diqqət yetirilməlidir.
Azkomplektli məktəblərdə:
-
təhsil başqa məktəblərə nisbətən dövlətə baha başa gəlir.
-
paralel siniflər olmur, dərs saatları azlıq təşkil edir, metodik birləşmələr
yaradılmır, beləliklə, müəllimlərin böyük əksəriyyəti nəzəri bilikləri
olmayan fənləri tədris etməyə yönəldilir.
Azkomplektli məktəblərin ibtidai siniflərində eyni vaxtda iki, üç, dörd
sinifdə işləyən müəllim komplekt tərkibli siniflərin biri ilə bilavasitə məşğul olur,
digərlərinə isə müstəqil iş verir. Təcrübə göstərir ki, eyni vaxtda iki, üç, hətta dörd
siniflə işləyən müəllimlər dərs boyu bir neçə dəfə bir sinifdən digərinə keçmə və
müstəqil iş təşkiletmə məsələsində səhvlərə yol verirlər. I, II sinif şagirdlərini
uzun müddət eyni məzmunlu müstəqil işə cəlb etmək məqsədəuyğun deyil. Belə
ki, müstəqil işlər maraqlı, rəngarəng, cəlbedici olmadıqda şagirdlər tez yorulur,
onlarda təlim materiallarına maraq azalır, uşaqların diqqəti yayınır və işin
keyfiyyəti aşağı düşür.
Azkomplektlilik şaquli istiqamətdə II, III, IV sinfin şagirdlərinin bir sinifdə
birləşməsini nəzərdə tutur. Bu, azkomplektli məktəblərdə spesifik təlim-tərbiyə
prosesinin təşkili formasını müəyyənləşdirən ən əsas keyfiyyətlərdən biridir.
Azkomplektli siniflərdə təhsilin texnologiyası müxtəlif yaşlılıq, fərdilik və
müstəqillik prinsipləri üzərində qurulur.
Azkomplektli, xüsusilə birkomplektli məktəblərdə müəllim bir sıra
çətinliklərlə qarşılaşır. Belə məktəblərdə müstəqil işin təşkili, komplektdə siniflərin
düzgün birləşdirilməsi, tədris prosesinin müasir yanaşmalar əsasında bacarıqla
planlaşdırılması, hər bir dərsin tədris avadanlığı (xüsusilə əyani vəsait və didaktik
material) ilə təmin olunması və onlardan səmərəli istifadə edilməsi və s.
müəllimdən xüsusi peşə səriştəliliyi, pedaqoji ustalıq tələb edir.
Müstəqil işlərin təşkili zamanı bir sıra tələblərin nəzərə alınması vacibdir.
Həmin tələbləri aşağıdakı şəkildə göstərmək olar:
müstəqil işlərin təşkilində məqsədyönlülük;
dərsin bütün mərhələlərində müstəqil işlərin təşkili;
dərs prosesində şagirdlərin fəallığının təmin edilməsi;
müstəqil işlərin şagirdləri bilik və yaş səviyyəsinə uyğunluğu və s.
Bu siniflərdə dərs deyən ibtidai sinif müəllimlərindən nəzəri materiallara,
həmçinin bəzi metodik priyomlara yiyələnmək tələb olunur. Müəllimlərin nəzəri
hazırlığı dərsin keyfiyyətinin yüksəldilməsində mühüm rol aynayır.
Araşdırmalardan məlum olur ki, ilk növbədə hər bir ölkənin demoqrafik şəraiti
azkomplektli məktəblərin fəaliyyətinə müəyyən təsir göstərir. Bununla belə
azkomplektli məktəblərdə işin məqsədyönlü, sistemli təşkili, elmi-pedaqoji
tələblərin nəzərə alınması, yeni təlim texnologiyalarının tətbiqi, keyfiyyətin idarə
olunmasına müasir yanaşmalar səmərəlilik göstəricilərinin də yüksəlməsinə və
bütövlükdə azkomplektli məktəbin problemlərinin həllinə imkan yaradır. Bununla
əlaqədar xarici ölkələrin azkomplektli məktəblərinin təcrübəsi maraq doğurur.
Belə məktəblər öz təyinatını, təhsil təcrübəsini və siyasətini müvafiq ölkənin
təhsil qanunvericiliyinə uyğun tənzimləyir. Araşdırmalar göstərir ki, fransızlar 1
sinif olan məktəbi “respublika idealı” adlandırıblar. Norveçdə kənd məktəblərinin
yarısı birləşmiş siniflər sistemi ilə işləyir.
Rusiyada azkomplektli məktəblər çox mühim sosial faktora çevrilib və adi
məktəblərə nisbətən bir sıra üstünlükləri var:
-
Bir sıra kənd məktəblərinin müəllimlərinin öz torpaq sahələri (təcrübə
sahələri) var. Onlar bu sahələri becərir və özlərini təmin edirlər.
-
Müəllimin kənd ərazisində yaşayan uşaqların hər birini yaxşı tanıması,
təbiətin yaxınlığı, əmək tərbiyəsi üçün əlverişli şəraitin olması – bu
xüsusiyyətlər təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkilinə imkan
yaradır.
-
Ümumiyyətlə, kənd məktəbini, uşaq bağçasını və digər mədəniyyət
ocaqlarını kəndin mədəni həyatının vahid mərkəzi kimi qəbul etmək olar.
Müxtəlif xarici ölkələrdə azkomplektli məktəblərin roluna və problemlərinə
nəzər salaq.
Dostları ilə paylaş: |