çox da asan çıxış yolu deyil. Belə ki, kənd məktəblərinə yüksək səviyyəli
mütəxəssislərin gəlməsi, sinifdənxaric məşğələ və dərsdənkənar tərbiyə işinin
planlaşdırılması ciddi vəzifələr kimi nəzərdə tutulur.
“Səyahətçi müəllim” konsepsiyasını tətbiq etmək. Bu zaman
mütəxəssis-müəllim azkomplektli məktəblərdə işləyən müəllimə bəzi dərslərdə
kömək edir. Bu təcrübə ABŞ-nın bir çox kənd məktəblərində tətbiq olunur.
Finlandiya. Finlandiya orta hesabla hər kilometrdə 16-17 nəfərin yaşadığı
bir ölkədir. Doğum səviyyəsinin azalması və bələdiyyələrin maliyyə problemləri
azkomplektli məktəblərin vəziyyətinə kəskin təsir göstərir. Bu məktəblərin 25%-i
1996-cı ildən bağlanmışdır. Azkomplektli məktəblərdə şagirdlərin sayı təqribən
50-60 arasındadır.
Finlandiyada kənd məktəblərinin xilası üçün “kənd hərəkatı”
təşkilatı fəaliyyət göstərir. Belə ki, Finlandiyada –yerli xalqın – saamların
yaşadıqları ərazidə çoxlu azkomplektli məktəblər fəaliyyət göstərir. Onların
problemləri müvafiq formada həll olunur. Belə ki, Finlandiyada azkomplektli
məktəblərə çox diqqətlə yanaşırlar. 100 kmlik məsafədən uşaqların məktəbə
gətirilmələrinə şərait yaradılır. Bu, xüsusi taksilər vasitəsilə təşkil olunur və taksi
pulunu bələdiyyə ödəyir. Onlarda internat məktəbləri yoxdur. Finlandiyada da
ibtidai təhsil 6-cı sinfə qədərdir. 9-cu sinifdən sonra şagirdlərin çoxu peşə təhsilini
seçir, arzulayanlar peşə üzrə təhsillərini ali məktəblərdə davam etdirirlər.
Finlandiyanın ərazisində 2 dövlət dili – fin və isveç dilindən istifadə olunur.
Bundan əlavə təhsili ingilis və saam dilində də davam etdirməyə icazə verilir .
Amerika Birləşmiş Ştatları. ABŞ-ın kənd məktəbləri, əsasən, Rusiyanın
kənd məktəblərini xatırladır. ABŞ-da əhalisi çox az olan ərazilərdə kənd
məktəbləri sosial mədəni mərkəzlərə çevrilir. Onların qarşısında duran problemlər
də oxşardır, lakin məsələnin həllinə yanaşma müxtəlifdir. Təhsil sahəsində ABŞ-ın
siyasəti çox fərqlidir, belə ki, ABŞ-da hər bir kiçik kənd məktəbini saxlamağa
çalışırlar. Hətta ərazidə az uşaq qalsa da, orada birotaqlı məktəblər təşkil edilir. Bir
otaqlı amerikan məktəblərində 1 müəllim bir neçə müxtəlif yaşlı şagirdlərlə məşğul
olur. O, bir neçə fənni tədris edir. Hər bir şagirdlə fərdi proqram əsasında məşğul
olmaq nəzərdə tutulur. Bu məktəblərin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki,
ABŞ-ın belə məktəblərində müəllimlər şəhər məktəblərindən iki dəfə artıq əmək
haqqı alırlar. ABŞ-da böyük məktəblərin kiçik məktəblərə bölünməsi proqramı
geniş tətbiq olunur və bu yolla yeniyetmələrin aqressiyasının qarşısını almağa
çalışırlar .
Təcrübə və araşdırmalar göstərir ki, müasir təhsil sistemində azkomplektli
məktəblərin problemləri bir-birindən fərqlidir və onların saxlanma prinsipləri,
tədris təcrübəsi də müxtəlifdir. Belə tədris müəssisələrinin fəaliyyətinə bu və ya
digər hallarda, xüsusilə demoqrafik vəziyyətin əsasən stabilliyi şəraitində sosial
institutların təsiri çox böyükdür. Ümumiyyətlə, mövcud vəziyyəti nəzərə alsaq,
həm də digər ölkələrin təcrübəsinə əsasən azkomplektli məktəblərin saxlanmasının
çox böyük üstünlüyü var. Tədris texnologiyaları və metodikası azkomplektli
məktəblərin didaktik bazasına uyğun müəyyənləşdirilir və tətbiq edilir. Hesab
edirik ki, Azərbaycanda da azkomplektli məktəblərin saxlanılması, fəaliyyəti və
inkişafı məqsədəuyğundur.
Azkomplektli məktəblər üçün kadr hazırlığı problemləri. Təhsil
müəssisələri üçün kadr hazırlığı işi böyük strateji əhəmiyyət kəsb edir. Məlumdur
ki, istənilən cəmiyyətin mövcudluğunu və inkişafını onun təhsil sistemi təmin edir.
Bu da ilk növbədə təhsilin məzmununun, onun səviyyəsinin yüksəldilməsini tələb
edir. Yeni, səmərəli və yaradıcı işləmək qabiliyyətinə malik kadrların hazırlanması
ali təhsil qarşısında əsas vəzifə kimi qoyulur.
Son illərdə inkişaf etmiş aparıcı ölkələrin ali təhsil sistemində artıq
kompetensiyalı tədris-təlim prosesinin qurulması və səriştəli yanaşma modeli geniş
tətbiqinə başlamışdır. Səriştəlilik praktik təfəkkürün yüksək inkişaf səviyyəsini
nəzarətdə saxlamasına baxmayaraq, hazırda tədris-təlim prosesi müxtəlif ali təhsil
müəssisələrində,
ənənəvi
yanaşmalardan
istifadə
olunaraq,
müəyyən
informasiyanın hələ də sadəcə yadda saxlanılmasına yönəldilir.
Aparılmış təhlillər göstərir ki, ali təhsil sistemində kadr hazırlığının
səviyyəsi təhsil xidmətlərindən istifadə edənlərin tələblərini ödəmir.
Yüksəkixtisaslı, müasir tələblərə cavab verən, rəqabətəqabil, geniş profilli
mütəxəssislərin hazırlanması üçün ali təhsil sisteminin metodoloji problemləri
zamanın tələbi kimi həll edilməli və bu sahədə təhsil sistemində aparılan səmərəli
fəaliyyətlər sürətlədirilməlidir.
Azkomplektli məktəblər pedaqoji kadr təminatı baxımından, madii – texniki
bazanın səviyyəsindən, dərsin keçirilməsinin metodikasından asılı olaraq ənənəvi
məktəblərdən fərqlənir. Kənddə əhalinin sıxlığının aşağı olması, müvafiq tələblərə
uyğun şəraitin olmaması üzündən məktəblərdə əsasən yüksək ixtisaslı fənn
müəlliminə ehtiyac yaranır. Dərs saatlarının azlığı, metodik birləşmələrin
olmaması nəticəsində nəzəri hazırlığı nisbətən aşağı səviyyəli olan müəllimlər də
qeyri – ixtisas fənlərini tədris edirlər. Belə məktəblərdə təkcə diplomlu
mütəxəssislərə deyil, eyni zamanda bilavasitə öz işinin əsl ustası olan, onu
dərindən bilən peşəkarlara, səriştəli mütəxəssis kadrlara ehtiyac duyulur.Onların
hazırlanması isə kadr hazırlığı işini yeni
məzmunda, forma
və
istiqamətdə
aparmağı tələb edir. Ona görə də, kənd məktəblərinin azkomplektliyi, şagird
yetərsizliyi faktı, xüsusilə təlimin modernləşdirilməsi müəllim kadrlarının
hazırlanması və ixtisaslarının artırılması məsələsini xeyli aktuallaşdırır.
Müasir dövrdə respublikamızda aparılan məqsədyönlü təhsil islahatları
pedaqoji kadr hazırlığının daha ciddi tələblər əsasında təşkili məsələlərini irəli
sürür. Bu gün innovasiyalardan və yeni kompüter texnologiyalarından istifadə edə
bilən azkomplektli kənd məktəbləri üçün müəllimlərin hazırlanması mühüm
əhəmiyyət kəsb edir. Uzun illər pedaqoji kadr hazırlığında nəzəri biliklərin
öyrədilməsi kifayət hesab edilmişdir. Azkomplektli kənd məktəblərimizin böyük
qismində müəllimlərin əksəriyyətinin peşəkarlıq səviyyəsinin aşağı olması və
tədris prosesində yeni təlim metodları və texnologiyalarından istifadə edə
bilməməsi təlimin keyfiyyətinin yüksəldilməsinə mənfi təsir göstərir. Ona görə də
bu sahədə həyata keçirilməsi vacib hesab edilən digər tədbirlərlə yanaşı, ali təhsil
müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi
müəllimlərin ixtisasınım artırılması, onlara lazımi pedaqoji – metodik bilik və
bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır.Ali pedaqoji
məktəblərdə fənlərin məzmununun müəllimin məktəbdəki fəaliyyəti ilə
Dostları ilə paylaş: |