- Təhsilin informasiyalaşdırılması baxımından azkomplektli məktəblərdə
fəaliyyət göstərəcək müəllimlər üçün vacib kompetensiyalar müəyyənləşdiril-
məlidir və proqramlar hazırlanmalıdır. Müəllimlərin İKT üzrə hazırlığı təhsilin
bütün pillələrində həyata keçirilməlidir.
Azkomplektli məktəblər üçün kadr hazırlayarkən ilk növbədə məktəbin
yerləşdiyi ərazidə yaşayan, orada doğulan və ya həmin ərazidə yaşamaq arzusu
olan gənclər seçilməlidir. Bu gənclərin xüsusi qabiliyyət və ustalıq bacarığı
olmalıdır. Belə müəllimləri hazırlayarkən metodik hazırlıq, öz fənnini və ona yaxın
fənləri bilməsi, yüksək kommunikasiya qabiliyyəti, müxtəlif yaşlı məktəblilərlə
ünsiyyət və əməkdaşlıq, müvafiq layihələr hazırlamaq və reallaşdırmaq, pedaqoji
eksperiment planlaşdırmaq və yerinə yetirmək, bacarıqları, inkişaf etmiş
təşkilatçılıq qabiliyyəti və liderlik keyfiyyətləri, psixoloji hazırlıq səviyyəsi,
analitik və refleksiv keyfiyyətləri nəzərə alınmalıdır.
Azkomplektli məktəblər üçün kadr hazırlayarkən ümumtəhsil məktəblərində iki və
daha çox fənni tədris etmək imkanı və səlahiyyəti olan müəllim hazırlanmalıdır.
Belə kadrları Respublikamızda özünəməxsus xüsusiyyətləri ilə fərqlənən
AMİ və filialları hazırlaya bilər. Misal üçün ibtidai təhsil üzrə bakalavr
hazırlanarkən bu kadr tədris palanına uyğun ibtidai savad təlimi, informatika,
xarici dil, texnologiya, fiziki tərbiyə, nəğmə və musiqi tədris etmək bacarığına
malik olmalıdır.
Humanitar elmlər üzrə bakalavr – tədris planına uyğun ana dili, xarici
dillərdən biri, ədəbiyyat fənlərini tədris etmək bacarığına malik olmalıdır.
İctimai elmlər üzrə bakalavr – tarix, Azərbaycan tarixi, insan və cəmiyyət,
iqtisadi-sosial coğrafiya, konstitusiya, iqtisadiyyatın əsasları fənlərini tədris etmək
bacarığına malik olmalıdır.
Təbiət elmləri üzrə bakalavr – təbiətşünaslıq, fizika, kimya, riyaziyyat,
biologiya, fiziki coğrafiya fənlərini tədris etmək bacarığına malik olmalıdır.
Hər bir normal, öz gələcəyini düşünən cəmiyyət var gücünü ona yönəldir ki,
bütün insanların təhsil almaq imkanları maksimum dərəcədə təmin edilsin. Təhsil
sistemi şagirdlərə şəxsi uğur əldə etmək, öz bacarıq və səyləri əsasında cəmiyyətdə
layiqli yer tutmaq üçün eyni şanslar verməlidir.
Hazırda ölkəmizdə real sosial mexanizm yaradılıb və uğurla fəaliyyət
göstərməkdədir. Təhsilmizin məqsədi şagirdlərin şifahi nitq və yazı
mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün
inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya
sivilizasiyasının
inkişafı
haqqında
müvafiq
bilik
və
təsəvvürlərinin
formalaşdırılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə
etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət
istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir.
Azkomplektli məktəblərdə mövcud vəziyyətin öyrənilməsi bir sıra sualların
cavablandırılmasını tələb edir. Azkomplektli məktəblər lazımdırmı? Şagirdlərin ən
yaxın məktəblərə gündəlik daşınmasını təşkil etmək daha münasib sayıla
bilməzmi? Bu məktəblərdə kadr çatışmazlığının aradan qaldırılması üçün buraya
müəllimlərin göndərilməsi iqtisadi cəhətdən səmərəlidirmi? Təcrübə göstərir ki,
kənddə əhalinin sıxlığının aşağı olması, müvafiq tələblərə uyğun şəraitin, paralel
siniflərin olmaması səbəbindən məktəblərdə, əsasən, yüksəkixtisaslı fənn
müəlliminə ehtiyac yaranır. Bu boşluğu aradan qaldırmaq üçün bir çox hallarda
qeyri - ixtisas müəliminin fənlər üzrə saatlarının miqdarı həftəlik tələb olunan
yükündən artıq olur, beləliklə, "yüklənmə " məcburiyyəti yaranır . Dərs saatlarının
azlığı, metodik birləşmələrin olmaması nəticəsində nəzəri hazırlığı nisbətən aşağı
səviyyəli olan müəllimlər də qeyri- ixtisas fənlərini tədris etməyə yönəldilir. Bu
gun belə məktəblərdə təkcə diplоmlu mütəхəssislərə dеyil, eyni zamanda
bilavasitə öz işinin əsl ustаsı оlаn, оnu dərindən bilən pеşəkаrlara, səriştəli
mütəxəssis kadrlara еhtiyаc duyulur. Оnlаrın hаzırlаnmаsı isə kadr hazırlığı işini
yеni məzmundа, fоrmа və istiqаmətlərdə аpаrmаğı tələb еdir. Ona görə də, kənd
məktəblərinin azkomplektliyi, şagird yetərsizliyi faktı, xüsuilə təlimin
modernləşdirilməsi müəllim kadrlarının hazırlanması və ixtisaslarının artırılması
məsələsini xeyli aktuallaşdırır. Optimallaşdırılma adı ilə bütün kiçikyaşlı
məktəbləri böyük məktəblərə birləşdirmək, yalnız "iqtisadi məqsədəuyğunluq "
şərtini əsas götürmək həmişə müsbət nəticələrə gətirib cıxarmaz. İlk növbədə,
məktəblərin bağlanması həmin kəndləri təhsil və mədəniyyət ocağından məhrum
etmək deməkdir. Məhz məktəblər kənd yerlərində bu rolu oynayır və fəal
miqrasiya proseslərinin yaradıcısına çevrilir. İkinci növbədə, bu məktəblərin
bağlanması prosesi və rayon mərkəzlərində yerləşən internat məktəblərinə
şagirdlərin köçürülməsi onları ailələrindən, vərdiş etdiyi həyatdan ayıra bilər.
Üçüncüsü, yaşayış məntəqələrinin bir-birindən, məktəbdən uzaq məsafədə olması,
uşaqların nəqliyyatla daşınması, yerləşdirilməsi, saxlanılması və s. ilə bağlı,
məsələlərin həlli maliyyə xərclərinin artmasına gətirib çıxarar.
Hazırkı şəraitdə respublikamızda aparılan məqsədyönlü təhsil islahatları
pedaqoji kadr hazırlığının daha ciddi tələblər əsasında təşkili məsələlərini irəli
sürür.Bu gün innovasiyalardan və yeni kompüter texnologiyalarından istifadə edə
bilən kənd müəllimlərinin hazırlanması mühüm əhəmiyyət kəsb edir. Etiraf edək
ki, uzun illər pedaqoji kadr hazırlığında nəzəri biliklərin öyrədilməsi kifayət hesab
edilmişdir. Azkomplektli kənd məktəblərimizin böyük qismində müəllimlərin
əksəriyyətinin peşəkarlıq səviyyəsinin aşağı olması və tədris prosesində yeni təlim
metodları və texnologiyalarından istifadə edə bilməməsi təlimin keyfiyyətinin
yüksəldilməsinə mənfi təsir göstərir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib
olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının
artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin
yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji - metodik bilik və
bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır. Tədqiqatlar
göstərir ki, ali pedaqoji məktəblərdə fənlərin məzmununun müəllimin məktəbdəki
fəaliyyəti ilə əlaqəliliyinin gücləndirilməsi, təhsil pillələri üzrə varisliyin daha
ciddi şəkildə nəzərə alınması vacibdir.
Azkomplektli kənd məktəblərində işləyən müəllimlər öz siniflərində
mövcud vəziyyəti: maddi-texniki bazanı, şagirdlərin idrak imkanlarını, sosial,
mənəvi-psixoloji, fiziki-fizioloji vəziyyətini, eləcə də valideynlərin intellektual
səviyyəsi, sosial, mənəvi-psixoloji vəziyyətini araşdıraraq qarşıya çıxa biləcək
problemləri proqnozlaşdırmağın yollarını öyrənməli və özünün pedaqoji-peşə
Dostları ilə paylaş: |