Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 41,54 Kb.
səhifə23/24
tarix31.12.2021
ölçüsü41,54 Kb.
#81198
1   ...   16   17   18   19   20   21   22   23   24
referat 6255-1

3.Sistemli yanaşma

Sistemli yanaşmanın bir proqnoz metodu kimi mahiyyətini açmaq üçün “sistem” anlayışını nəzərdən keçirmək lazımdır. Sistem anlayışından bir çox beynəlxalq münasibətlər nəzəriyyələrində istifadə edilir. Bu məfhumun əsas üstünlüyü ondadır ki, o, tədqiqat obyektini onun birliyi və bütövlüyündə təqdim etməyə imkan verərək və onun bir-biri ilə qarşılıqlı münasibətdə olan elementləri arasında mövcud münasibətləri tapmağa kömək edərək beynəlxalq sistemin fəaliyyətinin qanunauyğunluqlarını müəyyən edir. Ədəbiyyatda sistemli yanaşmanın əsasında beynəlxalq münasibətlər və beynəlxalq siyasət arasında fərq göstərilir: əgər beynəlxalq münasibətlərin tərkib elementləri iştirakçılardan və onların “potensialını” təşkil edən faktorlardan ibarətdirsə, beynəlxalq siyasətin tərkib elementlərini yalnız aktorlar təşkil edir.

Sistemli yanaşmanın mahiyyətini dərk etmək üçün onun ədəbiyyatda geniş istifadə edilən və konkret təcəssümləri olan sistem nəzəriyyəsi və sistem təhlili anlayışlarından fərqini göstərmək məqsədəuyğundur. Sistem nəzəriyyəsi sistemin və onun elementlərinin quruluşu, təsviri və izahı ilə məşğul olur, sistem ilə mühitin qarşılıqlı əlaqəsini müəyyən edir, sistemdaxili proseslərin təsiri altında sistemin dəyişməsini və/və ya dağılmasını tədqiq edir. Sistem təhlili isə tədqiq olunan obyekti nizama salaraq praktiki metodikalar, üsullar məcmusu kimi daha konkret məsələləri həll edir.

Raymon Aron sistemli yanaşmanın əsasında beynəlxalq münasibətlərin tədqiq olunmasının üç səviyyəsini müəyyən edir: dövlətlərarası sistemin səviyyəsi, dövlətin səviyyəsi və onun qüdrətinin (potensialının) səviyyəsi. Ceyms Rozenay isə beynəlxalq münasibətlərin təhlilinin altı səviyyədən ibarət olan başqa bir sxemini təqdim edir:

1. fərdlər – siyasətin “yaradıcıları” və onların xarakteristikası;

2. fərdlərin tutduqları vəzifələr və icra etdikləri rollar;

3. fərdlərin fəaliyyət göstərdikləri hakimiyyətin strukturu;

4. fərdlərin yaşadıqları və idarə etdikləri cəmiyyət;

5. milli dövlət və beynəlxalq münasibətlərin digər iştirakçıları arasında münasibətlər sistemi;

6. dünya sistemi. B.Rasset və H.Starrın fikrincə, bu və ya digər təhlilin səviyyəsinin seçilməsi tədqiqatçının subyektiv istəyi ilə deyil, faktların mövcudluğu və nəzəri yanaşma ilə müəyyən edilir. Buna görə də sistemli yanaşma metodunun tətbiq edilməsi zamanı bir neçə müxtəlif səviyyəni tapıb müəyyən etmək lazımdır. Müxtəlif səviyyələrdə təqdim olunan izahlar bir-birini tamamlayaraq obyekt haqqında biliyimizi dərinləşdirməlidir.

Sistemli yanaşma bir proqnoz metodu kimi tədqiq olunan obyekti sistem şəklində qələmə verərək onun tərkib elementlərini müəyyən edir və bu elementlərin bir-birinə, xüsusilə sistemə təsirini göstərir. Bu metodun səmərəliliyi tədqiq olunan obyektin bir sistem kimi təqdim olunması, onun bütün elementlərinin sadalanması və onların hər birinin sistemə təsirinin nəzərə alınması ilə müəyyən edilir. Əgər bunlardan birinə əməl olunmasa (məsələn, dövlətin xarici siyasətinə təsir edən faktorlar müəyyən edilərkən dini faktorun təsiri nəzərə alınmır), bu metodun irəli sürdüyü proqnoz dəqiq olmayacaqdır. Sistemli yanaşma beynəlxalq münasibətlərdə baş verən dəyişiklikləri nəzərə almaqla kifayətlənmir. O, beynəlxalq sistemin inkişafı iləbağlı bu dəyişikliklərin səbəblərini aşkar etməyə imkan yaradır. O, dövlətlərin fəaliyyətinə təsir edən faktorları müəyyən edir.


Yüklə 41,54 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə