Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə5/221
tarix20.09.2017
ölçüsü5,21 Mb.
#1118
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   221

 

 

15 



 

qavranılması, tarixi prosesdə xalq kütlələrinin  və görkəmli xadimlərin rolunun 

öz yaşlarına uyğun mənimsədilməsi

4)  Şagirdlərin  tarixə  dair  biliklərini  tətbiq  etmək  bacarığına  yiyələnmələri, 

yeni tarix materialını öyrənərkən, ictimai işlərdə, həyatda bu biliklərdən istifadə 

etmələri,  keçmiş  dövrün  və  müasir  həyatın  hadisələrindən  baş  çıxarmağı 

formalaşdırmaqla onların inkişafına nail olmaq; 

5)  tarix  materialı  üzərində  müstəqil  işləmək  bacarığının  və  vərdişlərinin, 

mətnlə (dərslik, tarixi sənəd, elmi-bədii kitab, qəzet mətnləri işləmək), xəritə və 

şəkillər  üzərində  işləmək  bacarığı,  plan,  konspekt,  tezis  tutmaq,  mühazirəni 

yazmaq,  tarix  materialını  əlaqəli  və  əsaslı  surətdə  şərh  etmək,  ictimai-tarixi 

mövzüda məlumatlar vermək, məruzələr etmək bacarıqlarını formalaşdırmaq və 

s. 

Tarixin  tədrisi  təhsil  vəzifələri  ilə  yanaşı,  tərbiyəvi  vəzifələri  də  həyata 



keçirir, bunların ən mühümləri aşağıdakılardır:  

1.  Ermənistanla  müharibə  şəraitində  olduğumuza  görə  tarixin  tədrisində 

şagirdlərdə  hərbi  vətənpərvərliyi  formalaşdırmaqla  torpaqlarımızı  hər  an 

işğaldan azad etməyə hazır olmağı tərbiyə etmək; 

2.  Şagirdləri  vətənə,  xalqa,  sədaqətlə  xidmət  etməyi,  əxlaq  qaydalarına 

hörmət, hüquq qaydalarına riayət ruhunda tərbiyə etmək

3.  Tarix  təhsilinin  tərbiyəedicilik  imkanlarından  istifadə  etməklə 

şagirdlərdə  yüksək  mənəvi  keyfiyyətlərin  və  dərin  elmi  dünyagörüşün 

formalaşmasına nail olmaq; 

4.  İctimai  həyat  hadisələrinə  obyektiv  münasibət,  tarixi  prosesi  dialektik 

inkişafda görmək, siyasi hadisələrə analitik təhlil baxımından yanaşmağı tərbiyə 

etmək, estetik tərbiyəsini inkişaf etdirmək

5.  Tarixi  təliminin  təhsil,  tərbiyə  və  inkişafetdirici  məqsədlərinə  uyğun 

olaraq  şagird  şəxsiyyətinin  hərtərəfli  inkişafına  nail  olmaq  vəzifələrini  yerinə 

yetirmək. 

 



 

 

16 



 

§  2.  Tarixin  təlimi  metodikasının  mənbələri,  pedaqoji-psixoloji  və 

baĢqa  elmlərlə  əlaqəsi.  Tarix  təlimi  metodikasının  komponentləri  və 

tədqiqat metodları 

Digər  elmlər  kimi  tarixin  tədrisi  metodikasının  da  mənbələri  var. 

Məlum olduğu kimi, tarixin tədrisi metodikası ən çox qida aldığı sahələr – tarix, 

pedaqogika  və  psixologiyadır.  Əlbəttə,  digər  elmlərdən  də  faydalanan  tarixin 

tədrisi  metodikası  çoxsahəli  mənbələrdən  istifadə  etdiyinə  görə  daim  dəyişir, 

yeniləşir və təkmilləşir. 



 

 

17 



 

Tarixin təlimi metodikasının mənbələrini aĢağıdakı sxemdə belə 

ümumiləĢdirmiĢik: 

Tarixin təlimi metodikasının mənbələri 

 

          



Qabaqcıl tarix müəllimlərinin iş 

təcrübəsi 

       Təhsil alanların 

   yaradıcılıq məhsulları 

  Xarici ölkə (bütün dünya

pedoqoqlarının 

faydalı,mütərəqqi  pedoqoji   

fikirləri 

   Şərq xalqlarının,türk 

dünyasının yazılı və şifahi sənət 

abidələri,  

Şərq və Qərb mütəfəkkirlərinin 

pedoqoji fikirləri 

 

Azərbaycanın klassik və müasir 



yazıçı və şairləri-       nin əsərləri 

Tarix 


  Azərbaycan dövlətinin və 

 hökümətinin təhsilə,təlimə 

 və tərbiyəyə dair qərarları 

       Heydər Əliyev irsi 

  Azərbaycan şifahi xalq yaradıcılığı 

nümunələri   (xalq pedoqogikası 



materialları)  

 Klassik  və  müasir  pedoqoqların 

fikirləri, onların əsərləri 

   Qabaqcıl təlim,tərbiyə 

müəssisələrinin təcrübəsi 

Azərbaycan Republikasının     

          Təhsil Qanunu 

  Qurani-Kərim, Məhəmməd 

Peyğəmbərin,böyük 

övliyaların,Həzrəti Əlinin  

            kəlamları 

Etnoqrafiya 

Diyarşünaslıq 

Gigiyena 

Məntiq 

Əxlaq 


İncəsənət 

Fəlsəfə 


İqtisadiyyat 

Coğrafiya 

Ədəbiyyat 

Pedaqogika 

Psixologiya 

Pedaqoji sənədlər 

Dilçilik 

Sosiologiya 

Politologiya 

   Tarixin           

    tədrisi 

metodikası  

   elminin  

  mənbələri 

Arxeologiya 

Antropologiya 

Hüquq 



 

 

18 



 

 

Tarixin təlimi metodikasının baĢqa elmlərlə əlaqəsi 

Tarixin  təlimi  metodikası  elmi  –  metodiki  tədqiqat  məsələlərinin  həllinə 

ümumi yanaşmaqdır. Tarixin təlimi prosesinin öyrənilməsi yaxın elmlərə istinad 

edir və hər şeydən əvvəl tarixə, pedaqogikaya və psixologiyaya söykənir. 

Orta  məktəblərdə  tarixin  tədrisinin  forma,  metod  və  təhcizatı  yollarının 

öyrənilməsi  tarix  elminin  öyrənilməsindən  fərqlidir.  Lakin  istifadə  olunan  

―tədqiqat metodları‖ yuxarı siniflərdə tarixin tədrisində imkan verir ki, şagirdləri 

alimlərin  laboratoriyasına  cəlb  etmək  mümkün  olsun.  Şagirdlər  müəllimlərin 

rəhbərliyi  altında  bu  qanun  və  hadisələrin  baş  vermə  səbəblərini  dərk  etsinlər. 

Əgər tarix elminin inkişafı, tarixə bir tədris fənni kimi təsir edirsə pedaqoji elm 

isə tarixi biliklərin həcm və obstraksiya səviyyəsini müəyyən edir. Ona görə də 

tarix  elminin  tədrisində  müvəffəqiyyətə  nail  olmaq  üçün  aparılan  metodiki 

tədqiqatlarda,  problemlərin  həllində  Nəyi  və  necə  öyrətməli?  məsələsinin 

həllində  və  tədris  praktikasında  pedaqogikanın  nailiyyətini  nəzərə  almaq 

lazımdır.  Tarixin  təlimi  metodikası  psixologiya  ilə  sıx  bağlıdır.  Psixologiya 

kursundan  məlumdur  ki,  şagirdlərin  idrak  fəallığının  təşkili  məqsədi  ilə  üçün 

müəllim adətən başlanğıc kimi konkret faktlardan istifadə edir, onları xırdalayır, 

hər  hansı  bir  məsələnin  izahında  bu  xırdaçılıqdan  istifadə  edir.  Bu  induktiv 

metoddur.  Bununla  yanaşı,  müasir  psixologiya  təsdiq  edir  ki,  şagirdlər  çox 

məlumatı təkcə məktəbdən deyil, kənar informasiya mənbələrindən də alırlar və 

bununla  da  başa  düşmək,  qavramaq  qabiliyyətinə  məktəbdən  kənarda  nail 

olurlar. Deməli, idrak fəaliyyətinin təşkili deduktiv metodla da gedə bilər. Yəni 

şagirdlər  əvvəlcə  nəzəri  məlumatla  tanış  olurlar,  sonra  isə  konkret  faktları 

öyrənirlər. Şagirdlər yuxarı siniflərə qalxdıqca deduktiv metod daha çox səmərə 

verir.  Psixoloji  tədqiqatlara  istinad  edərək  orta  məktəb  üçün  tarix  tədrisi 

proqramlarında struktur dəyişiklikləri edilmişdir. Bununla yanaşı psixologiyanın 

verdiyi  məlumatlar  şagirdlərin  (hissiyyat  və)  düşüncə  qabiliyyətinin  inkişaf 

etməsini tələb edir. 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   221




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə