Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə3/221
tarix20.09.2017
ölçüsü5,21 Mb.
#1118
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   221

 

 



 

Tarixin  təlimi  metodikasının  predmetinə  -  orta  məktəbdə  tarix 

təliminin metodları, vasitələri, yolları və üsulları daxildir. 

Orta  məktəbdə  tarixin  təlimi  çətin,  çoxsahəli  və  ziddiyyətli  pedaqoji 

sahədir. Bu tarixin tədrisi prosesində meydana çıxan qanun, qanunauyğunluqlar, 

şagirdlərin  təhsili,  tərbiyəsi  və  inkişafı  arasındakı  əlaqələri  öyrənməklə  ortaya 

çıxır.  Metodika  şagirdlərin  öyrənmə  şəraitini  araşdırır.  Təhsilin  məqsədi  isə 

təlimin  məzmununu  müəyyən  edir.  Təhsilin  məqsədinə  və  məzmununa  uyğun 

olaraq  təlimin  səmərəli  yolu  müəyyən  edilir.  Təlimin  səmərəliliyi  seçilmiş 

metod və məzmunla müəyyən olunur. 



Elmin  predmeti  dedikdə,  onun  öz  obyektindən  ayırd  etdiyi,  seçdiyi 

cəhətlərə  hansı  baxımdan,  hansı  nəzəri  və  ya  praktik  aspektlərdən 

yanaĢması nəzərdə tutulur. 

Metodika  təlim  prosesində  tədris  fənni  olaraq  tarixə  tətbiq  edilən  və  buna 

əsasən də o, təlim proseslərinin komponentləri arasındakı qanunauyğun əlaqə və 

münasibətləri  daha  konkret  şəkildə  aşkara  çıxaran,  bunun  əsasında  da  təhsilin 

məqsədini,  məzmununu,  bilik  və  bacarıqların  formalaşdırılmasına  olan 

tələbatları müəyyən edir. 



Beləliklə  tarixin  təlimi  metodikasına    tarixin  təlimi  metodikasının 

qanunauyğunluqlarından istifadə etmək məqsədi ilə fənnin təlimi prosesini 

öyrənən pedaqogika elminin bir sahəsi kimi tərif vermək olar. 

Metodika  tarixin  təlimi  prosesinin  komponentləri  arasındakı  çoxcəhətli 

əlaqələri  tədqiq  edir;  məsələn,  təlimin  məqsədləri  (nəzərdə  tutulan  nəticələr)  – 

təlimin  məzmunu  (materialın  seçilməsi)  –  tədris  (müəllimin  fəaliyyəti  və  dərs 

vəsaitlərinin  metodiki  quruluşu)  –  məktəblinin  tədris  fəaliyyəti  (qavrayış, 

təfəkkürü,  yadda  saxlaması)  –  təlimin  həqiqi  nəticələri  (məktəblinin  təhsili, 

tərbiyəsi  və  inkişafı)  arasındakı  əlaqələri  tədqiq  edir.  Metodikadakı  tədqiqat 

obyektiv  surətdə  mövcud  olan  əlaqələrin  aşkara  çıxarılmasını,  tarixin  təlimi 

prosesinin  təkmilləşdirilməsindən  ötrü  onların  nəzəri  izahını  və  praktiki 

tətbiqinin  təyin  edilməsini  nəzərdə  tutur.  Metodika  aĢağıdakı  əsas  praktiki 



suallara  elmi  cəhətdən  əsaslandırılmıĢ  cavablar  verməlidir:  nə  üçün 


 

 

10 



 

öyrətməli  (təlimin  məqsədi)?;  nəyi  öyrətməli  (təlimin  məzmunu)?;  necə 

öyrətməli?;  yəni  məktəblinin  tədris  fəaliyyətini  necə  təĢkil  etməli  və  ona 

necə  rəhbərlik  etməli  (tədrisin  metod  və  priyomları  və  dərs  vəsaitləri)?; 

tarix  müəllimlərini  necə  hazırlamaları  (təhsilin  məzmunu  və  təlimin 

metodikası);  Axırıncı  sual  tarix  tədrisinin  məktəb  prosesinin  öyrənilməsindən 

qismən  kənara  çıxır.  Bu  suala  elmi  cəhətdən  əsaslanırılmış  cavab  məktəbdə 

tarixin təliminin və ali məktəblərdə müəllim kadrlarının hazırlanması əsnasında 

verilə bilər; bu kitabda biz həmin məsələni nəzərdən keçiməyəcəyik. 



Məqsəd  dedikdə  -  baĢlıca  səylərin  yönəldiyi  nəticəyə  çatmaq  istəyi, 

yaxud hər hansı fəaliyyətin son nəticəsinin təsəvvürə gətirilməsidir. 

Tarix  təlimi  məqsədlərinin  işlənib  hazırlanmasında  dörd  əsas  tələb  nəzərə 

alınmalıdır: 

1. Əvvəla, məqsədlər yetiĢməkdə olan nəsillərin təhsili, mənəvi tərbiyəsi 

və inkiĢafı nöqteyi-nəzərindən çox mühüm olmalıdır. Vətənpərvərlik və elmi 

dünyagörüşünün  təşəkkülü,  şagirdlərin  təfəkkürünün,  idrak  fəallığının, 

müstəqilliyinin və maraqlarının inkişafı. 

İkincisi,  məqsədlər  məktəb  tarix  kursunun  məzmunundan  irəli  gəlməlidir. 

Tarixin təlimi qarşısında həmin kursun məzmununa cavab verməyən məqsədlər 

qoymaq  nəinki  faydasızdır,  həm  də  zərərlidir,  çünki  bu  təlimin  başlıca 

məsələlərinin həllinə mane ola bilər. 

Üçüncüsü,  məqsəd  şagirdlərin  gücünə  müvafiq  olmalıdır.  Şagirdlərin 

gücünə müvafiqlik o deməkdir ki, məktəblilər irəli sürülən məqsədlərə nail ola 

bilər, həm də bu nailiyyət onların zehni inkişafını təmin edər. Tələbat müəyyən 

edilərkən  təkcə  şagirdlərin  idrak  qabiliyyəti  və  tarixin  təliminə  ayrılmış  vaxt 

nəzərdə  tutulmur,  həm  də  metodikanın  inkişaf  səviyyəsi  və  dərs  prosesinin 

vəsaitlərlə  təchiz  edilməsi  nəzərdə  tutulur.  Hazırda  respublika  məktəblərinin 

ixtiyarında  tarixə  dair  müxtəlif,  rəngarəng  təlim  vəsaitləri  vardır,  metodika 

təlimin olduqca təsirli, faydalı priyomlarını işləyib hazırlamışdır, müəllimin elmi 

və  metodiki  hazırlığı  artmışdır.  Hal-hazırda  respublika  məktəblərində  təlimin 

nəticələrinə  daha  çox  tələblər  irəli  sürülə  bilər.  Metodikanın  və  təlim 



 

 

11 



 

avadanlığının  daha  da  inkişaf  etməsi  şagirdlərin  inkişaf  səviyyəsi  və 

müəllimlərin  hazırlığının  artması  ilə  əlaqədar  olaraq  tarixin  təliminə  olan 

konkret tələblər daha da artıb. 

Dördüncüsü,  müxtəlif  inkişafa  və  qabiliyyətə  malik  olan  məktəblilərin 

təliminin konkret məqsədlərini fərdiləşdirmək lazımdır. Dərslərdə fərdiləşdirmə 

geridə  qalan  məktəblilərin  təfəkkür  və  nitqinin  inkişafına  intensiv  surətdə 

istiqamət  verməkdə  və  tarixə  xüsusi  maraq  göstərən  istedadlı  məktəblilərin 

tələbatını  təmin  etməkdə  özünü  göstərə  bilər.  Tarixə  dair  sinifdənkənar  iş 

təlimin fərdiləşdirilməsi üçün daha geniş imkanlar açır. 



Tarixin  ayrı-ayrı  kurslarının  tədrisi  məktəbin  təhsil-tərbiyə  iĢinin  bir 

hissəsidir:  əvvəla,  bütövlükdə  məktəbdə  tarix  tədrisinin  ardıcıl  tələblərindən 

biridir.  Buna  görə  də  tarixin  ayrı-ayrı  kurslarının  təlimi  məqsədlərinə  onun 

məktəbdə  tarix  təhsilində  tutduğu  yer  və  müvafiq  siniflərin  digər  tədris  fənləri 

ilə onun əlaqələri nöqteyi-nəzərindən baxılır. 

Tarixin  təlimi  coğrafiyanın,  ədəbiyyatın,  riyaziyyatın,  təbiətşünaslığın, 

təsviri  incəsənətin  təlimi  ilə  əlaqədardır.  Fənlərarası  əlaqələr  aşağıdakılardan 

ibarətdir: a) digər fənlərin tədrisində qazanılmış biliklərə, bacarığa və vərdişlərə 

istinad edilməsindən; b) şagirdlərin təfəkkür və nitqinin bütün tədris fənləri üçün 

ümumi olan inkişafından. Məsələn, ana dili və ədəbiyyata dair aparılan analoji 

işi  nəzərə  almadan  şagirdlərdə  bacarığın  inkişafına  dair  plan  tərtib  etmək 

vəzifəsini qarşıya qoymaq olmaz. Şagirdlərin VI sinfə gələrkən gətirdikləri tarixi 

təsəvvürlər  və  anlayışlar  VII  və  VIII  siniflərdə  tarixin  tədrisi  prosesində  onlar 

üçün  dayaq  olur  və  daha  da  inkişaf  edir.  Ona  görə  də  məqsədləri  konkret 

müəyyən edərkən şagirdlərin digər tədris fənlərinin təlimi zamanı nə kimi bilik 

və bacarıqlar qazandıqlarını hökmən aydınlaşdırmaq lazımdır. 

Tarixin təlimi nəinki təkcə özü zəngin biliklər verir və məktəblilərin tarixi 

təfəkkürünü inkişaf etdirir, həm də şagirdlərin digər fənlərin təlimindən, kitab və 

qəzet  oxumasından,  kinoya,  teatra  və  sairə  gedişindən  əldə  etdikləri  bilikləri 

sistemləşdirir və ümumiləşdirir, bunlarda işıqlandırılan faktlara və münasibətini 

hazırlamaqda və bildirməkdə məktəblilərə kömək edir. 




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   221




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə