23
emosionallığından, şagirdlərin tarixin faktları mənimsəməsindən, fikri fəallığın
faydalılığından, əvvəllər mənimsənilmiş biliklərin aktuallaşdırılmasından
asılıdır. Məktəbli təlim prosesində passiv dinləyici və tamaşaçı deyil, prosesin
fəal iştirakçısı olduqda onların tədris fəaliyyətinin faydalılığı geniş surətdə artır.
Ətraf aləmin digər proseslərinin insan tərəfindən dərk edilməsi kimi, tarixin
də məktəblilər tərəfindən mənimsənilməsi idrak nəzəriyyəsinin ümumi qanunları
üzrə gedir. Bununla belə şagirdlər tərəfindən təlim materialının dərk edilməsi
prosesinin öz müһüm spesifik xüsusiyyətləri vardır. Ümumi idrak qanunları
müxtəlif elmlərin, məsələn, riyaziyyatın və tarixin öyrənilməsi müxtəlif şəkildə
meydana çıxır; onlardan һər birinin dərk edilməsinin öz spesifikası vardır. Yaşlı
adamların dərrakəsi ilə müqayisədə uşaq dərrakəsinin öz xüsusiyyətləri vardır,
həm də uşaqlar nə qədər kiçik olsa, bu xüsusiyyətlər daha artıq hiss olunur.
Nəһayət, şagirdlər tərəfindən tarixin dərk edilməsi, elmi idrakdan fərqli olaraq,
artıq elmin nail olduğu biliklərin və elm tərəfindən işlənib һazırlanmış
metodların mənimsənilməsindən ibarətdir.
Məzmun – təlim prosesinin məcburi komponentidir; Bundan kənarda
məktəblinin tədris fəaliyyəti ola bilməz. Tarixin məktəb kursunun materialı
olduqca müxtəlifdir. Şagirdlər faktları və nəticələri, obrazları və terminləri və s.
müxtəlif şəkildə qavrayır, fikirləşirlər. Material şagirdlərin tərbiyəsinə də, onlar
da təfəkkürün, fantaziyanın, müşahidəçiliyin inkişafına da müxtəlif şəkildə təsir
edir.
Məktəblilərin tədris fəaliyyətinə təlim prosesinin təşkilatçısı və rəhbəri olan
müəllim başçılıq edir. Məktəbli hətta müəllimin tapşırıqlarını və məsləhətlərini
müstəqil surətdə yerinə yetirdikdə də şagirdlərin təlim prosesinə müəllimin
rəhbərliyi həyata keçirilir: şagirdləri müstəqil surətdə işləməyə öyrətmək
müəllimin başlıca vəzifələrindən biridir. Şagirdlərin tədris fəaliyyətinə, xüsusilə
şagirdlərin müstəqil işinin təşkilinə rəhbərlik etməkdə təlim vəsaitlərinin
metodik quruluşu müəllimə kömək edir.
Eyni bir tarixi materialın, məsələn, hekayənin, söhbətin, sənəd oxunuşunun,
şəklin nümayiş etdirilməsinin müxtəlif şərh priyomları şagirdlərdə müxtəlif
24
tədris fəaliyyəti oyadır və müvafiq surətdə müxtəlif pedaqoji nəticələrə aparıb
çıxarır.
Təlim üsullarının şagirdlərin təfəkkür və müstəqilliyi üçün stimul yaratması
xüsusilə vacibdir. Məsələn, şagirdlərin yunan əsatirləri ilə tanış olması
priyomlarından asılı olaraq, bu tanışlıq əyləncəli nağılların oxunmasından ibarət
ola bilər və yaxud Yunanıstan tarixinin dərk edilməsi üçün istifadə oluna bilər.
Materialın başa düşülməsi onun şərh edilməsi priyomlarından çox asılıdır;
müəllim təlim materialını şifahi izah edərkən əyanilikdən istifadə etdikdə daha
yaxşı mənimsənilir. Bu və ya digər təlim metodunun təsirliliyi öyrənilən
materialdan (obrazlar, faktlar, ümumiləşdirici nəticələr və s.) təlimin
məqsədlərindən, şagirdlərin hazırlıq dərəcəsindən (inkişafından, maraqlarından,
bacarıqlarından və s.) asılıdır.
Tarix təliminin komponentlərini əks etdirən sxem:
Tarixin təlimi metodikasının tədqiqat metodları. Tarix elminin
öyrənilməsi məsələləri onun pedaqoji elmlər, sistemində tutduğu yerindən və
onun tərkibindən irəli gəlir. Şagirdlərdə tarixi təfəkkürün inkişafı məsələləri,
onlarda idrak müstəqilliyinin inkişafı müəyyən metod və vasitələrin tətbiqini
tələb edir.
Tarix kursunda cəmiyyətin istehsal, sosial-siyasi və mənəvi təcrübəsi
yığcam şəkildə verilmişdir. Tədris metodikasının aktual məsələlərindən biri də
orta məktəb tarix kursunun ideya siyasi potensialının üzə çıxarılması, tarix
dərslərində tərbiyə işinin daha səmərəli qurulması yollarının və vasitələrinin
müəyyən edilməsidir.
Tarix təliminin komponentləri
Təlimin
məqsədləri
Təlimin
məzmunu
Təlimin
üsulları
Tarix təliminin
təhsil tərbiyə
nəticələri
25
Əsas məsələlərdən biri də tarixin tədrisi zamanı vacib tərbiyə, təhsil və
inkişaf məqsədlərinin müvəffəqiyyətli həlli üçün metodiki şəraitin seçilməsidir.
Tarixin tədrisi metodikası yeni materialın qavranılması və şagirdlərdə mövcud
olan biliklərin ən yüksək səviyyədə istifadə olunması üçün yollar axtarır və
buradan da biliklərin aktuallaşdırılması, kurslar və fənlərarası əlaqələrin təmin
olunması problemi ortaya çıxır.
Metodika məktəb təcrübəsinin öyrənilməsi əsasında qurulur, bu təcrübədən
ümumiləşdirmə üçün material, irəli sürülmüş hipotezlərin yoxlanılması və
aprobasiyası üçün yollar tapır.
Metodiki tədqiqatlar 2 əsas yolla aparılır:
Müşahidə və eksperiment yolu ilə
Birinci halda tədqiqatçı öyrətmə prosesinə müdaxilə etmədən tarix tədris
praktikasından nəaliyyətlər və çatışmazlıqlar haqqında bilik əldə edir. Tədris
praktikasının analizi aşağıdakıları özündə birləşdirir:
1) Pedaqoji mətbuatda işıqlandırılmış təcrübənin öyrənilməsi;
2) Özündə tədrisin nəticələrini əks etdirən sənədlərin öyrənilməsi:
(müəllimlərin mühazirə və məlumatlarının, şagirdlərin yazılı işlərinin dərs
müzakirələrinin protokollarının, anket və s.);
3) Dərs prosesinin bilavasitə müşahidəsi (dərslərdə təlim, tərbiyə və
məzmun məqsədlərin qiymətləndirilməsi və s.).
Tarixin tədrisinin pedaqoji praktikasının analizi metodiki tədqiqat üçün
material verir. Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi xüsusi əhəmiyyət kəsb
edir.
İkinci halda eksperiment təcrübə ondan ibarətdir ki, eksperiment aparan
məqsədəuyğun və bilərəkdən tədris prosesinə müdaxilə edir və qarşıya
qoyulmuş tədqiqat obyektinə uyğun olaraq tədris prosesini dəyişdirir, onun
məzmununa, vasitələrinə və təlim metodlarına yeni elementlər əlavə edir.
Tədris prosesinin hər hansı komponentini dəyişdirərkən onun ümumi
qanunauyğunluqlarına riayət etmək lazımdır.
Eksperimentin növləri: