Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə9/221
tarix20.09.2017
ölçüsü5,21 Mb.
#1118
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   221

 

 

29 



 

II BÖLMƏ. TAM ORTA TARİX TƏHSİLİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ. 

TARİXİN TƏLİMİ METODİKASI ELMİNİN İNKIŞAFI 

 

Bu  gün  məktəbə  gedən  uşaqlar  Azərbaycanın 

vətəndaşı  –  yüksək  mənada  vətəndaş,  yüksək 

biliyə  malik  olan  vətəndaş,  yüksək  əxlaqa 

malik  olan  vətəndaş,  dövlətçiliyə  sadiq  olan 

vətəndaş, vətənpərvər olan vətəndaş olmalıdır. 

 Heydər Əliyev 

§ 1. Tam orta təhsildə tarix təhsilinin inkiĢafı 

SSRİ-nin  mövcudluğu  dövründə  tarix  dərslikləri,  dərs  vəsaitləri  elmi-

pedaqoji  ədəbiyyatlar  1917-ci  ilin  Oktyabr  çevrilişinin  nəticələrini  özündə  əks 

etdirmişdir.  II  Dünya  müharibəsindən  sonra  isə  ideoloji  sahədə  yeni  istiqamət 

götürülmüşdür  bu  istiqamətin  əsasında  sosializm  quruculuğunun  üstünlüklərini 

təlim və tərbiyə prosesində təbliğ etmək dururdu. 

40-cı  illərdə  SSRİ  də  yeni  tarix  dərslikləri  buraxıldı.  Bütün  dərsliklər  ağ-

qara illüstrasiyalarla, tarixi xəritələrlə təchiz edilmişdir. Amma, onlarda suallar, 

tapşırıqlar  və  sənədlər  yox  idi.  Onlar  hələ  də  şagirdlərin  müstəqil  işinin 

təşkilində  müəllimə  az  kömək  edirdilər.  Dərsliklər  faktlarla,  adlarla,  tarixlərlə 

dolu  idi.  Buna  baxmayaraq  bu  dərsliklər  müəllimin  işini  müəyyən  dərəcədə 

yüngülləşdirdi.  30-40-cı  illərdə  ölkədə  sistematik  tarix  kursunun  tədrisi 

istiqamətində  xeyli  irəliləyiş  baş  vermişdi.  Tarixin  tədrisi  təcrübəsində  çoxlu 

metodik  material toplandı. Mətbuatda o vaxtın təlim metodikasına dair mühüm 

problemləri  əks  etdirən  çoxlu  məqalə  və  monoqrafiyalar  nəşr  edildi.  II  dünya 

müharibəsinin başlanması ilə bu istiqamətdə aparılan işlər dayandı. Müharibənin 

sonuna yaxın Pedaqoji Elmlər Akademiyası yaradıldı. Onun tərkibində «Təlimin 

Metodları  və  Məzmunu  İnstitutu»  yaradıldı.  Məhz  bundan  sonra  xüsusi 

metodikalar inkişaf etdi. 

50-ci  illərin  sonunda  təhsildə  baş  verən  müsbət  dəyişikliklərə  (daha 

keyiyyətli  dərsliklərin,  metodik  vəsaitlərin  hazırlanması,  10  illik  təhsil 

sisteminin  tətbiq  edilməsi)  baxmayaraq  mövcud  çatışmazlıqlar  yenə  də 

qalmaqda idi. 



 

 

30 



 

1965/66-cı  tədris  ilində  icbari  orta  təhsilə  keçid  başlandı.  O,  dövrdə 

şagirdlərin  tarix  hazırlığında  mühüm  yeri  konkret  problem  ətrafında  bilikləri 

möhkəmlədən  fakültativ  kurslar  tuturdu.  Bu  illərdə  buraxılan  dərsliklər 

şagirdlərə  bilik  verməklə  yanaşı  həm  də  onların  müstəqil  düşüncə  və  idrak 

fəaliyyətini  inkişaf  etdirirdi.  Dərsliklərdə  mətnlərlə  bərabər  həm  də  sənədlər, 

sxemlər, cədvəllər, illüstrasiyalar və müxtəlif məlumat materialları verilirdi. 

İcbari orta təhsilin tətbiq edilməsi ilə tarixin təlimi metodikası qarşısında da 

yeni  problemlər  qoyuldu.  Və  bu  məsələlərin  həllində  tarix  elmi  başqa  elmlərlə 

sıx  əlaqədə  olmalı  idi.  Təlimin  keyfiyyətinin  yüksəldilməsi  və  tarixin  tədrisi 

metodikasının işlənib hazırlanması tədris prosesini didaktik materiallarla təchiz 

etməyə  imkan  verdi.  Tədris  şəkilləri  dəsti,  applikasiyalar,  kontur  xəritələr, 

cədvəllər və  sxemlər  fonoxrestomatiyalar  və  s. Orta ümumtəhsil  məktəblərində 

kabinet təhsil sistemi hərtərəfli tətbiq olunmağa başlandı. 

Bununla yanaşı, tarixin tədrisi təcrübəsini öyrənərkən, şagirdlərin təlim və 

tərbiyəsində bir sıra problemin olduğu üzə çıxdı. Tarixin təlimi metodiksının ən 

təxirəsalınmaz  məsələlərindən  biri  şagirdlərin  böyük  əksəriyyətində  nəzərə 

çarpan  qavranmış  biliklərlə  bu  bilikləri  tətbiq  etmək  bacarığı  arasındakı  fərqin 

aradan qaldırılmasıdır. 

Bəzi  ədəbiyyatlarda  qeyd  edilirdi  ki,  güya  Azərbaycanda  Oktyabr 

çevrilişinə  qədər  təhsil  sistemi  olmayıb.  Bu  tamamilə  yanlış  bir  fikirdir. 

Azərbaycan  bu  vaxta  qədər  dünya  mədəniyyətinə  çoxsaylı  alimlər  bəxş  edib. 

Belə  yüksək  mədəni  nailiyyətlər  əldə  etmiş  xalqın  çox  qədim  maarifçilik 

ənənələri var idi. 

Azərbaycanda  Oktyabr  çevrilişindən  əvvəl  neft  sənayesinin  inkişafı  ilə 

əlaqədar həyatın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də bir inkişaf 

müşahidə  edilirdi.  Yeni  məktəblər,  gimnaziya  və  litseylər  açılmışdır.  Sənaye 

burjuaziyası  öz  ehtiyaclarını  ödəmək  üçün  azərbaycanlı  gəncləri  təhsil  almaq 

üçün  dünyanın  inkişaf  etmiş  ölkələrinə  göndərirdilər.  Milli  burjuaziya  ölkədə 

elmin, mədəniyyətin və maarifin inkişafına kömək edirdi. 




 

 

31 



 

Xaricdə  təhsillə  yanaşı  (ayrı-ayrı  sahibkarlar  öz  təşəbbüsləri  ilə 

göndərirdilər)  digər  iki  yolda  var  idi.  Bunlardan  biri  dini  məktəblər 

(mollaxanalar  və  mədrəsələr),  ikincisi,  çar  hökumətinin  təşkil  etdiyi  qəza 

məktəbləri  idi.  Dini  məktəblərdə  uşaqlara  ibtidai  savad  verilir,  onlara  əsasən 

quranı  oxumaq  öyrədilirdi.  Belə  tipli  məktəblərdə  tarixə  aid  az  məlumat 

verilirdi. 

Çar  hökumətinin  təşkil  etdiyi  qəza  məktəblərində  isə  tarix  fənni  Rusiya 

maarif  nazirliyinin  təsdiq  etdiyi  proqramlar  əsasında  tədris  edilirdi.  Məlum 

olduğu  kimi,  bu  proqramlar  din  xadimlərinin,  çarların,  imperatorların  və  s. 

həyatından,  hökmranlığından  bəhs  edirdi.  1869-cu  ildə  qəbul  edilmiş  tarix 

proqramları 1917-ci ilə kimi qüvvədə olmuşdur. 

Rusiya  imperiyasının  tərkibində  yaşayan  xalqların  tarixinin,  o  cümlədən 

Azərbaycan  xalqının  tarixinin  öyrənilməsinə  çar  hökuməti  tərəfindən  fikir 

verilmirdi. 

Lakin yerlərdə müəllimlər az da olsa ölkəşünaslıq materiallarından istifadə 

edirdilər. Belə ki, 1880-cı ildən başlayaraq Qafqaz təlim dairəsi tərəfindən nəşr 

edilməyə  başlayan,  «Qafqaz  tayfa  və  mahallarının  təsviri  üçün  materiallar 

məcmuəsi»  ətrafında  toplanan  qabaqcıl  müəllimlər  Qafqaz  xalqlarının  tarixi, 

mədəniyyəti, etnoqrafiyası, ölkənin təbiəti, təsərrüfatı və s. haqqında  zəngin və 

qiymətli  materiallar  toplayaraq,  onları  ümumiləşdirib  həmin  məcmüədə 

işıqlandırırdılar.  Bu,  qiymətli  materiallardan  müasir  tədqiqatçılar  yeri  gəldikcə 

indi də istifadə edirlər. 

Müsavat  hakimiyyəti  illərində  Azərbaycan  məktəblərində  əsasən  Osmanlı 

imperiyası tarixi tədris edilirdi. Bu dövrdə məktəblərdə islamçılıq və türkçülük 

məfkurəsi  aşılanırdı.  «Tarixi-Ənbiya»,  «Qrun  vüsata»,  «Qrun  cədid»  və  s.  bu 

kimi kitablar öyrənilirdi. 

1920-ci  ilin  aprel  işğalından  sonra  Azərbaycanda  Sovet  hakimiyyəti 

quruldu. 

Bu  dövrdə  Azərbaycan  hökumətinin  qaşısında  duran  başlıca  məsələlərdən 

biri yeni, sovet məktəbi qurmaq idi. 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   221




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə