Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti


XIV FƏSİL. Subregional inteqrasiya qurumları



Yüklə 0,78 Mb.
səhifə18/20
tarix24.12.2023
ölçüsü0,78 Mb.
#159298
1   ...   12   13   14   15   16   17   18   19   20
Drs vsaiti.MP.

XIV FƏSİL. Subregional inteqrasiya qurumları


  1. Mərkəzi Amerika Ümumi Bazarı (The Central American Common Market, CACM) 1960-61.

  2. CARİCOM subregional inteqrasiya birliyi.1973

Karib Azad ticarət assosiasiyanın varişi. 1968.

  1. GUAM subregional inteqrasiya qurumu kimi. 1997

4. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı.1992.

1) Mərkəzi Amerika Ümumi Bazarının yaradılması haq­qın­da müqavilə 1960-cı il 13 dekabrda Manaqua (Nikaraqua) kon­fransında baş tutmuşdur. Bu quruma Qvatemala, Honduras, Ni­karaqua və Salvador daxildir. Müqavilə 1961-ci ildə ra­ti­fi­ka­siya olub və fəaliyyətə başlamışdır. 1963-cü ildə mü­qa­vi­lə­yə Kosta-Rika da qoşulur. 2002-ci ildə Panama buraya daxil olur. CACM-da hazırda 6 üzv dövləti əməkdaşliq edir və ərazisi 422 min km2 dir. Əhalisinin sayı isə 38 mln nəfərdir. CACM iştirakçı öl­kə­lə­rə geniş səlahiyyətlər verilir. Subregionun ümumi daxili prob­lem­ləri mövcuddur.


Bunlar: dar çərçivəli bazarın mövcudluğu və adambaşına düşən gə­li­rin az olması. Əlaqələndirmə mexanizminin və maliyyə sər­ma­yələri üçün mənbəyin olmaması. Xarici inkişaf faktorlarının tə­siri. Zakin iqtisadi sosial ümimi mühitinin yaranması bu sub­regional inteqrasiya birliyinin formalaşmasına zəmin ya­rat­mışdır.
CACM subregional inteqrasiya birliyi bir neçə mərhələdən keç­mişdir.
Birinci mərhələ – 1960-cı ildən 1970-ci ilə qədər olan dövr əla­­qələndirmə və uyğunlaşdırma dövrü olmuşdur. 1965-ci ildə va­hid gömrük tarifi qəbul edildi. Mərkəzi Amerika döv­lət­lə­rinin qarşılıqlı əmtəə mübadiləsində mal dövriyyəsinin yüksə­lişi baş vermişdir. 1974-cü ildə CACM daxilində əmtəə dövriy­yəsi 525 mln dollar civarını təşkil edirdi. Daxili subregioanl döv­riy­yə­sində əmtəə sturkturu formalaşdırılmışdır. Təsərrüfat sa­hə­si­nin yaxşılaşdırılması və ticarət məhsulları əhəmiyyətli də­rə­cədə artmışdır. Qeyri-kənd təsərrüfatı sahələrinin əmələ gəl­mə­si bu dövrə aiddir. Bu illərdə ABŞ-dan birbaşa bu ölkələrə in­ves­ti­si­ya­ların həcmi artmışdır. Məsələn, 1960-cı ildə bu rə­qəm 37 mln, 1972-ci idlə isə 750 mln dollar olmuşdur. Birgə fəa­liyyət göstərən şirkətlərin formalaşması prosesi baş­lan­mış­dır. İkinci mərhələ 1970-ci ildən 1980-ci ilə qədər davam et­miş­dir.
Bu mərhələ öz çətinlikləri ilə yadda qalıb. Ticarət və ödəniş ba­zarının zəifləməsi, ümumi artım templərinin azalması xarici in­vestisiyalara olan tələblərin artmasına səbəb olmuşdur.
Üçüncü mərhələ 1990-cı ildən başlamış və bu günə qədər da­vam etməkdədir. 1990-cı illərin əvvəlində Mərkəzi Amerika Ümu­mi Bazarı (CACM) əsasında Mərkəzi Amerika inteqrasiya sis­temi yarandı. Bu sistem daha möhkəm əlaqələndirmə və bağ­lı­lıq məqsədlərinə malik idi. Bu inteqrasiya qurumuna Pa­na­ma da da­xil oldu. Mərkəzi Amerika Ümumi bazarı sub­re­gi­o­nal iq­ti­sa­di inteqrasiyanın mahiyyəti açıq regionalizm prin­si­pinə əsas­lan­mışdır. Yeni təşkilatın strukturunda dövlətüstü nəzarət və əla­qələndirmə orqanları təsis olunmuşdur. Makro iq­ti­sadi sta­bil­lik əldə edilmişdir.
2) Karib hövzəsində yerləşən CARİCOM inteqrasiya birliyi 1968-ci ildə yaranan Karib azad ticarət assosiasiyasının varisi ol­­muşdur. Bu ticari təsərrufat qurumunun məqsədi əmtəə və məh­sullara olan daxili regional gömrük rüsumlarının ləğvi ol­muş­dur.
CARİCOM (Caribbian Community and Common Marker) Çaq­naramas sazişi əsasında 1973-cü ildə yaradılıb. CARİCOM-un yaradılması barədə razılaşmanı Barbados, Qa­ya­na, Yamayka, Trinititad və Tobaqa ölkələri imzaladıqdan son­­ra bu quruma Karib hövzəsinin başqa ölkələri də qoşuldu.
2005-ci ilə qədər onun tərkibinə 15 ada dövləti daxil ol­muş­dur. 15 tam hüquqlu iştirakçı dövlət bu inteqrasiya qurumunda əməkdaşlıq edir. Bunlar: Antiqua və Barbuda (1974), Baham adaları (1974), Barbados (1973), Beliz (1974), Haiti (1988), Qayana (1973), Qranada (1974), Dominikan (1974), Monserrat (1974), Sent-Vinsent və Trinititad (1974), Sent-Kits və Nevis (1974), Sent-Kits və Lyusiya (1974), Trinititad və Tabaqa (1973), Yamayka (1973) və Surinam (1995) dövlətləridir.
İqtisadi potensialı çox olmasa da, CARİCOM daha daya­nıq­lı in­teqrasiya qurumudur. CARİCOM dövlətləri üçün xarici borc­­ların olması xarakterik xüsusiyyətlərdən biridir. Bu vəziyyət ittifaq döv­­lət­lərin iqtisadiyyatına, 2001–2002-ci illərdə ABŞ iqti­sa­diy­ya­tı­nın tənəzzülü təsir göstərmişdir. Lakin 2007-ci ildən Latın Ame­rikası və Karib hövzəsi ölkələrində iqtisadi dirçəliş baş­la­mış­dır.
Karib dövlətlər birliyinin əsas məqsədiləri aşağıdakılardır:
Malların, xidmətlərin, kapitalların və işçi qüvvəsinin azad hə­rəkəti əsasında vahid bazarı formalaşdırmaq. Tərəfdaş döv­lətlərlərin xarici siyasətlərinin əlaqələndirilməsi və koor­di­na­siyası və bunun əsasında CARİCOM dövlətlərinin nüfuzunu möh­kəmləndirmək. Bir çox sahələrdə: təhsil, səhiyyə, mə­də­niy­yət, kommunikasiya, sənaye, turizm, meterologiya, təbii fə­la­kətlərə qarşı mübarizə kimi istiqamətlərdə əməkdaşlıq et­mək­.
1989-cu ildə CARİCOM dövlətləri tərəfindən (The CARİCOM Single Market Trand Anse and Economy, CME) dek­larasiya imzalanmışdır. 1989-cu ildə ilk dəfə olaraq ümu­mi bazarın formalaşması və vahid iqtisadi məkanın yaradılması haq­­qında qarşısına məqsəd qoyulmuşdur. Bunun əsasında CARİCOM ümumi bazarında elementlərin təşəkkülü və mak­ro­­iqtisadi siyasətin formalaşması nəzərdə tutulmuşdur. Realizə edi­lən əmtəə xidmətlərinin münasib standartlarının mü­əy­yən­ləş­mə­si regiondaxili ticarətdə bütün maneələrin ləğvi yolu ilə mal və xid­mətlərin azad hərəkətini təmin etməlidir. Ümumi bazar döv­lət­lərinin şirkətləri üçün başqa iştirakçı ölkələrin ərazisində məh­­du­diy­yətlərin ləğvi və biznesin aparılması üçün müəs­si­sə­lə­rin ya­ra­dılması və maneələri aradan qaldırmaq nəzərdə tu­tul­muş­dur. Öl­kələr ilə xarici əlaqələrdə tarifin və xarici ticarətdə vahid qar­şılıqlı siyasət aparılması, ümumi valyuta təminatı ak­kpe­di­ta­siya standartlarına qəbul edilməsi, təhsil, səhiyyə, sosial tə­mi­nat sisteminin tətbiq edilməsi və əlaqələndirmə, kapital və iş­çi qüvvəsinin sərbəst hərəkəti kimi məsələlərin həll edilməsi və­zifələri yerinə yetirilməlidir.
CARİCOM İttifaqının sturukturu 1973-cü ildə yaradılıb və 1997-ci ildə bu sahədə islahatlar keçirilmişdir. 2000-ci ildə isə CARİCOM-da inteqrasiya prosesləri sürətlənmişdir. Birliyin ali orqanı dövlət və hökumət başçılarından ibarət kon­fe­de­ra­si­ya­dır və ildə bir dəfə görüş təyin edilir. Burada təşkilatın əsas fəa­liyyət prinsipləri cari məsələləri və istiqamətləri müəyyən etmək, mü­­bahisələri həll etmək. Qərarlar yekdil şəkildə beynəlxalq müqavilələri birlikdə qəbul edir. Hər bir dövlət veto hüququna ma­likdir. Konfederasiyadan başqa, Büro və Mərkəzi bank sədr­lə­rinin komitəsi də təsis edilib.
CARİCOMun – nazirlər şurası iqtisadi əməkdaşlığın inkişafına və maliyyə-təsərrufat məsələlərinin həllinə cavabdehlik daşıyır. Dörd istiqamətdə şura fəaliyyət göstərir. Maliyyələşmə və plan­laşdırma, beynəlxalq və ittifaq məsələləri üzrə, ticarət və iq­tisadi əməkdaşlıq, hüquqi və sosial inkişaf sahələrinə aid işini tə­min edir. CARİCOM-un katibliyi Qayanın Corctaun şə­hə­rin­də yerləşir. Bu qurum konfrans və müşavirələr keçirilməsi ilə əla­qədar təşkilati işin aparılması ilə yanaşı, qəbul edilən qə­rar­ların icrasına nəzarət edir, ittifaq orqanlarının tapşırırqlarını ye­rinə yetirir, inteqrasiya problemləri üzrə tədqiqatlar aparır.
CARİCOM təşkilatının özündə müxtəlif subregional şöbələr fəa­liyyət göstərir. CARİCOM çərçivəsində Karib ümumi ba­za­rı mövcuddur. Karib ümumi bazarında Barbados, Trinitidad və Tabaqa, Qayana, Yamayka və Antiqua iştirakçı ölkələri üçün Ka­rib ümumi bazarında heç bir ticari məhdudiyyət yoxdur. Qeyd etdiyimiz bu ölkələr üçüncü dövlətə qarşı əmtəələrinə va­hid gömrük tarifi tətbiq edirlər.
Şərqi Karib ümumi bazarı 1968-ci ildə yaradılmışdır– (OECS). Birlik ümumi valyuta və mər­kə­zi bankın yaradılması inteqrasiya formasinı müəyyənləşdirir. Şərqi Karib Dövlətlərinin As­so­siasiyası. Bu Assossasiya özündə 25 dövlət və 12 asılı ərazi bir­ləşdirir. Bu quruma həmçinin Karib ümumi bazarının döv­lət­ləri də daxildir. 2006-cı ildə altı Karib birliyi dövlətləri (Ba­r­ba­dos, Beliz, Qayana, Yamayka, Surinam və Trinitidat və Ta­ba­qo) arasında Karib regionunda ümumi bazarın yaradılması haq­qın­da müqavilə imzalanmışdır.
CARCOM gömrük ittifaqı bu ərazidə ticarətin libe­ral­laş­ma­sı­na imkan yaratmışdır. 1991-ci ildə bazarın qorunması məq­sə­dilə vahid xarici tarif sistemi tətbiq edilmişdir. Bu, CARİCOM-un bu sistemi da­xili bazarının mühafizəsi üçün atılan bir addım idi. CARİCOM subregional fəaliyyəti əhatə edən geniş inteq­ra­siya kom­pleks strukturudur. Tərəfdaş dövlətlərin prioritet fəa­liy­yət­lə­rinin əsas istiqamətləri turizm, ticarət və nəqliyyat sa­hə­lə­ri­dir. Əsas müsbət nəticələr kənd təsərrüfatı sənayesi, süd, ət və ba­lıq məh­sullarının istehsalı, ərzaq proq­ramının reallaşması sa­hə­lə­rin­də əldə edilir. 2004-cü ildən CARİCOM dövlətləri va­hid in­formasiya və kommunikasiya texnologiyalarının inkişafı sa­­hə­­sində birgə fəaliyyət göstərməsi haqqında razılıq əl­də et­miş­lər (İnformation and Communication technologies for Develop­ment).
2005-ci il iyunun 13-də Karib dövlətləri, Kuba və Do­mi­ni­kan Respublikası Venesuela ilə neft yanacaq alyansının (Pet­ro­caribe) yaradılması haqqında müqavilə imzaladı. Neft faktorı əmək­daşlıq və inteqrasiya istiqamətində xüsusi rol oynayır. CARİCOM-da bir çox həll edilməli problemlər mövcuddur. Bun­­lar:

  • İxracat bazasının darlığı və nomenklatura eksportunun məh­dudluğu bu ticarət sahəsinin təkminləşdirilməsinə zərurət ya­radır. Bu ölkələrin təsərrüfat həyatının başqa bir ümumi cəhəti aqrar sahəsinin inkişafı ilə bağlıdır və yüksək dərəcədə idxal əmtəələrdən asılılığı nəzərə çarpır.

  • Daxili maliyyə resurslarının çatışmazlığı və xarici in­ves­ti­siyalara ehtiyac olduğu ciddi şəkildə özünü büruzə ve­rir.

  • İştirakçı dövlətlərin regionun aparıcı dövlətlərinin iq­ti­sa­di ticari siyasətindən asılılığı müşahidə olunur.

CARİCOM inteqrasiya qurumu milli dövlətlərin rəqabət ba­­carıqlarını artırmağın əsas yolunu ticari-iqtisadi birliyin möh­kəmləndirilməsində və genişləndirilməsində görür. CARİCOM-un əsasında Karib Dövlətləri Assosiasiyası yaran­mış­dır (Association of Caribbean States ACS). Bu assosiasiya özün­də 25 dövləti cəmləşdirir.
3) GUAM – Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna pre­zidentlərinin 10 oktyabr 1997-ci ildə, Strasburqda birgə kom­munike imzalaması ilə bu dörd dövlətin birliyi kimi fəa­liy­yətə başlamışdır. Kömmunikedə prezidentlər suverenlik, ərazi bü­tövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn ali­liyi və insan hüquqlarına hörmət prinsipləri əsasında Av­ro­pa­da sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dörd­tərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vur­ğulamışlar.
7 iyun 2001-ci ildə Yaltada təşkil olunmuş GUAM-ın ilk zir­və toplantısı onun beynəlxalq subregional struktur kimi for­ma­laşması və institusionallaşmasında böyük rol oynamışdır. Döv­lət başçılari tərəfindən imzalanmış GUAM-ın "Yalta Xar­ti­ya­sı" iştirakçı dövlətlər arasında əməkdaşlığın məqsədlərini, prin­siplərini və istiqamətlərini müəyyənləşdirmişdir.
22 may 2005-ci il tarixində GUAM-ın Kişinyovda ke­çi­ril­miş zirvə toplantısı üzv-dövlətlərin demokratik cəmiyyət, Av­ro­paya inteqrasiya, iqtisadi inkişaf, regionda sabitlik və təh­lü­kə­sizlik məsələlərinə dair vahid baxışlarını nümayiş et­dir­miş­dir. Dövlət başçıları GUAM əsasında beynəlxalq təşkilatın ya­ra­dılması zərurətinə dair birgə mövqedən çıxış etmişlər və bu­nun­la əlaqədar GUAM Xarici İşlər Nazirlər Şurası müvafiq qə­rar vermişdir.
Dövlət başçılarının bu qərarı 22-23 may 2006-cı il tarixində GUAM-ın Kiyev Zirvə Toplantısı zamanı həyata keçmişdir. Belə ki, 1997-ci ildən mövcud olmuş birlik əsasında De­mok­ra­ti­ya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM təsis olun­muş­dur. Kiyev Zirvə Toplantısında prezidentlər GUAM-ın Ni­zam­naməsini qəbul etmişlər. Nizamnaməyə görə demokratik də­yərlərin bərqərar olması, davamlı inkişafın təminatı, bey­nəl­xalq və regional təhlükəsizliyin gücləndirilməsi, Avropaya in­teq­rasiya, üzv-dövlətlərin iqtisadi, humanitar və sosial sa­hə­lərdə əməkdaşlığının genişləndirilməsi təşkilatın başlıca məq­səd­lərini təşkil edir.
GUAM dövlət başçıları tərəfindən Kiyev Zirvə Top­lantısında qəbul olunmuş “Demokratiya və İqtisadi İnkişaf naminə təşkilat – GUAM-ın yaradılması haqqında Kiyev Bə­yan­naməsi”ndə aşağıdakı vəzifələr qeyd olunmuşdur:

  • Demokratiyanın möhkəmləndirilməsi, əsas insan hü­quq­la­rı və azadlıqlarının qorunması, dövlətlərin iqtisadi in­ki­şa­fının və təhlükəsizliyinin və sabitliyin təmin olunması;

  • GUAM dövlətlərinin davamlı inkişafı məqsədilə, di­na­mik iqtisadi artım, sosial ahənglilik və ətraf mühitin mü­ha­fizəsi vasitəsilə qarşılıqlı əlaqələrin gücləndirilməsi;

  • Bu dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və azad­lı­ğını dağıdan, tam miqyaslı demokratik islahatların həyata ke­çirilməsini və regionun iqtisadi inkişafını çətinləşdirən, Av­ropaya inteqrasiyaya mənfi təsir göstərən və bütün dün­ya birliyinə çağırış törədən həll olunmamış mü­na­qi­şə­lərin nizamlanması məqsədilə fəal əməkdaşlıq et­di­ril­mə­si;

  • Beynəlxalq terrorizm, ekstremizm, aqressiv separatizm və həmçinin onlarla bağlı olan digər mənfi hallarla mü­barizə sahəsində əməkdaşlığın gücləndirilməsi;

  • İqtisadiyyat, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın də­rinləşdirilməsi və Azad Ticarət Zonası haqqında Sa­zi­şin həyata keçirilməsi;

  • Enerji təhlükəsizliyi sahəsində səylərin fəallaşdırılması;

  • GUAM dövlətlərinin beynəlxalq tranzit potensialından is­tifadə olunması və s.

GUAM dövlətlərinin əməkdaşlığının praktiki təzahürü ki­mi Virtual Mərkəz və Dövlətlərarası İnformasiya-təhlil Sis­temi layihəsi və Ticarətə, Nəqliyyata Yardım la­yihəsi proqramları həyata keçirilməkdədir. TNY GUAM döv­lətləri arasında ticarət və nəqliyyat sahəsində əlaqələrin ge­niş­ləndirilməsi və intensivləşdirilməsi məqsədini daşıyırsa, VM/DİTS məlumat mübadiləsi və digər operativ xarakterli təd­birləri həyata keçirmək vasitəsilə ticarət və nəqliyyatın in­ki­şa­fına, onun effektiv və təhlükəsiz fəaliyyət göstərməsinə təminat ve­rir. Hər iki layihə GUAM-ABŞ Çərçivə Proqramının əsas ele­mentləri hesab olunaraq bir-birini tamamlayır və onların pa­ralel şəkildə həyata keçirilməsini nəzərdə tutur. VM/DİTS la­yihəsi çərçivəsində GUAM dövlətində Milli İnformasiya-təhlil Mər­kəzi və İşçi qruplar yaradılmış və hüquq-mühafizə or­qan­la­rının müvafiq ekspertləri bu istiqamətdə ilkin məlumat mü­ba­di­ləsi aparırlar. TNY layihəsinin həyata keçirilməsi məqsədilə hər bir GUAM dövləti milli planları əsasında dördtərəfli əmək­daşlıqlarını davam etdirirlər. Həmçinin, qeyd olunmalıdır ki, GUAM dövlət başçıları Kiyev Zirvə Toplantısı zamanı Azad Ti­carət Zonası haqqında Sazişin həyata keçirilməsinin baş­lan­ma­sını elan etmişlər və buna dair müvafiq işlər görülməkdədir.
Kiyev Zirvə Toplantısında qəbul olunmuş “Demokratiya və İq­tisadi İnkişaf naminə Təşkilat-GUAM dövlət başçılarının mü­naqişələrin nizamlanması üzrə Birgə Bəyannaməsi”ndə aşa­ğı­dakı əsas məqamlar qeyd olunmuşdur:

  • GUAM dövlətlərinin ərazilərindəki münaqişələrin həlli yalnız suverenliyin qorunması, ərazi bütövlüyü və bu dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmamazlığı əsasında həyata keçirilə bilər və bu GUAM çərçivəsində əməkdaşlığın əsas prioritetlərindən hesab edilir;

  • Dövlətlərin ərazisi hərbi işğal obyekti ola bilməz;

  • Separatizm və dezinteqrasiya perspektivsizdir. Güc tət­bi­qi, etnik təmizləmə təcrübəsi və ərazi işğalı universal və Avropa dəyərlərinə, sülh, demokratiya, sabitlik və re­gio­nal əməkdaşlıq prinsiplərinə ziddir;

  • Nəzarət olunmayan ərazilərin məxsus olduqları döv­lət­lə­rə reinteqrasiyası, məcburi köçkünlərin daimi yaşayış yer­lərinə qayıtmaları və müxtəlif etnik qruparın döv­lət­lə­rin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh şəraitində birgə yaşamaları, vətəndaş cəmiyyətinin in­kişafı, bu ərazilərdə dağıdılmış infrastrukturun bərpa edil­məsi və həmçinin kommunikasiyaların bütün tərəf­lə­rin faydası üçün istifadə edilməsi yolu ilə GUAM döv­lət­lə­rinin ərazilərindəki münaqişələrin həllində bu döv­lət­lərin və beynəlxalq ictimaiyyətin səylərinin bir­ləş­di­ril­mə­si;

  • Əhalinin geri qayıtması və etnik icmaların sülh şəraitində bir­­gə yaşamaları məqsədilə münaqişə zonalarının de­mi­litarizasiyası və bu zonalarda BMT və ATƏT çoxmillətli sülh­məramlı qüvvələrinin yerləşdirilməsi köməyi ilə təh­lü­kəsizliyin təmin olunması;

  • GUAM Xarici İşlər Nazirləri Şurasının bu Bəyanatın müddəalarının həyata keçirilməsi məqsədilə konkret tədbirlərin hazırlaması.

GUAM dövlətləri ərazilərində mövcud olan münaqişələrin həlli məqsədilə bir sıra tədbirlər görülməkdədir. Belə ki, BMT və BMT sistemi təşkilatlarında birgə mövqedən çıxış edərək məqsədyönlü şəkildə iş aparmaq üçün GUAM dövlətləri ara­sında razılaşma əldə olunmuş, GUAM dövlətlərinin beynəlxalq təş­kilatlar nəzdindəki daimi nümayəndəliklərinin fəaliyyət plan­ları qəbul olunmuşdur. Bu istiqamətdə aparılan işlərin nə­ti­cəsi kimi “GUAM ərazisində uzanmış münaqişələr və onların bey­nəlxalq sülhə, təhlükəsizlik və inkişafa təsiri” adlanan 42 bənd BMT 61-ci sessiyasının gündəliyinə daxil edilmişdir. 5 de­kabr 2007-ci il tarixində bu bənd altında eyni adlı qətnamə la­yihəsi baxılması üçün BMT Baş Assambleyasında rəsmi ya­yıl­mışdır. Azərbaycanın sədrliyi 19 iyul 2007-ci ildə “GUAM: qi­tələri birləşdirərək” şüarı altında keçirilmiş Bakı Zirvə Top­lan­tısı Təşkilatın inkişafının uzunmüddətli prioritetlərini mü­əy­yən etmiş, onu instutusional cəhətdən möhkəmləndirmiş və tə­rəf­daş ölkələrlə “GUAM” formasında əməkdaşlığın üs­tün­lük­lə­rini nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Sədrlik proq­ramında əksini tapmış bu strateji istiqamətlər təşkilatın 2007-2008-ci illər üçün fəaliyyət istiqamətlərinin əsasını təşkil et­mişlər. Azərbaycanın sədrliyi ilə üzv dövlətlərin və Ka­tib­li­yin əla­qələndirilmiş səyləri nəticəsində GUAM-ın beynəlxalq möv­qeyinin möhkəmlənməsi və təşkilatın keyfiyyətcə yeni in­ki­şafı ilə yadda qalmışdır.
Bakı Zirvə Toplantısının əsas ideyasını təşkil edən regionda ümu­mi inteqrasiya və təhlükəsizlik məkanının yaradılması ide­yası olmuşdur. Diqqət GUAM-ın regional əhəmiyyətinin möh­kəm­ləndirilməsinə və ona beynəlxalq dəstəyin güc­lən­di­ril­mə­sinə, üzv-dövlətlərin ümumi maraqlarının konsolidasiyasına və Təşkilat daxilində əməkdaşlıq sisteminin inkişaf etdirilməsinə yö­nəlmişdir.
Bakı Zirvə Toplantısında GUAM Dövlət Başçıları Şurası təş­kilat çərçivəsində sahələr üzrə əsas əməkdaşlıq isti­qa­mət­lə­rini müəyyənləşdirən GUAM-ın sahəvi əməkdaşlığının inkişafı stra­tegiyasını qəbul etmişlər.
Bu səpkidə Bakı Zirvə Toplantısından sonra keçirilmiş 27 sent­yabr 2007-ci il tarixli Nyu-Yorkda GUAM Xarici İşlər Na­zir­ləri Şurasının (XİNŞ) iclasını, GUAM-ABŞ və GUAM-Pol­şa görüşlərini, 10 oktyabr 2007-ci il tarixli GUAM + for­ma­tın­da Vilnüsdə GUAM-ın on illiyinə həsr olunmuş Zirvə Top­lan­tı­sını, 30 oktyabr 2007-ci il tarixli Vaşinqtonda GUAM-ABŞ gö­rüşünü, 29 noyabr tarixli Madriddə GUAM XİNŞ-in növbəti ic­lasını, 4-5 dekabr 2008-ci il tarixli Tokioda GUAM-Ya­po­niya görüşünü, “GUAM ərazisində uzadılmış münaqişələr və on­ların beynəxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı qət­namə layihəsinin BMT Baş Assambleyasında yayılmasını, GUAM-Aİ əlaqələrinin gücləndirilməsi üçün “GUAM-ın Aİ-də dostları qrupu”u formatında GUAM və Aİ dövlətlərinin xa­ri­ci işlər nazirliklərinin ekspertləri səviyyəsində görüşü, 19 mart 2008-ci il tarixli GUAM-Avropa Şurası görüşünü, 15-16 ap­rel 2008-ci il tarixli GUAM dövlətlərinin ərazisində mü­na­qi­şə­lərin həllinin prinsipial əsasları, 29-30 aprel 2008-ci tarixli “GUAM-tranzit” və 29-30 may 2008-ci il tarixli Bakıda “GUAM-ın inkişaf strategiyası” beynəlxalq konfranslarını və di­gər tədbirləri göstərmək olar.
4) 25 iyun 1992-ci ildə İstanbulda Albaniya, Azərbaycan, Bol­qarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Ru­mı­niya, Rusiya, Türkiyə, Ukraynanın dövlət və hökumət baş­çı­ları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bə­yannaməsinin (sonradan İstanbul Bəyannaməsi kimi istinad edi­lir) imzalanması ilə bu inteqrasiya qurumu yaranmışdır. Istan­bul Bəyannaməsi ilə bərabər 25 iyun 1992-ci il tarixində 11 ölkə başçıları tərəfindən Bosfor Bəyanatı da imzalanmışdır. Bu Bəyanat İstanbul Bəyannaməsinin və Qara Dəniz Əmək­daş­lı­ğı təşəbbüsünün vacibliyini ümumi cizgilərdə qeyd edir. 5 iyun 1998-ci ildə Yalta şəhərində iştirakçı dövlət və hökumət baş­çıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təş­ki­la­tı­nın Nizamnaməsinin imzalanması və sənədin 1999-cu ildə qüv­və­yə minməsi ilə, əməkdaşlıq müxanizmi təşkilat statusu al­mış­dır. Təşkilatın Nizamnaməsinə uyğun olaraq, üzv dövlətlər aşa­ğıda göstərilən sahələrdə əməkdaşlıq edirlər:

  • Ticarət və iqtisadi inkişaf

  • Bank işi və maliyyə

  • Kommunikasiya, informasiya

  • Enerji

  • Nəqliyyat, kənd təsərrüfatı və aqrar sənaye

  • Səhiyyə və farmaseptika

  • Ətraf mühitin qorunması

  • Turizm

  • Elm və texnika

  • Gömrük və digər sərhəd orqanları ilə əməkdaşlıq

  • Mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz döv­riy­yəsi, silah və radioaktiv materialların dövriyyəsi, terror ak­t­ları və qeyri-qanuni miqrasiya ilə mübarizə isti­qa­mət­lə­rində əlaqələr.

Təşkilatda müşahidəçilər: Misir Ərəb Respublikası, Al­ma­ni­ya Federativ Respublikası, İsrail, Polşa Respublikası, Tunis Res­publikası, İtaliya Respublikası, Avstriya Respublikası, Slo­vak Respublikası, Fransa Respublikası olmuşdur.
Üzv ölkələrin fəaliyyətlərinin koordinasiyası, QDİƏT-in Daimi Beynəlxalq Katibliyi tərəfindən həyata keçrilir. Ka­ti­b­lik İstanbul şəhərində yerləşir, vəzifəsi QDİƏT-in işinin təş­ki­lati cəhətdən təmin edilməsidir. Baş Katib vəzifəsi 3 illik müd­dət üçün nəzərdə tutulur.
Təşkilatın ali orqanı – Xarici İşlər Nazirləri Şurasıdır. Şura, təş­kilatın əsas qərar qəbul edən orqanıdır. Şuranın iclasları 6 ay­da bir dəfədən az olmayaraq, əməkdaşlığın nəticələrinin təh­li­li və yeni vəzifələrin müəyyənləşdirilməsi məqsədilə keçrilir. Hər üzv ölkə 6 ay müddətində təşkilata sədrlik edir və sədrlik müd­dətinin sonunda XİNŞ-in İclasını keçirir. Şuranın sə­la­hiy­yət­lərinə aid olan məsələlər bunlardır:

  • Reqlamentlərin təsdiq edilməsi və dəyişdirilməsi

  • Təşkilatın icraedici strukturunun yaradılması

  • QDİƏT çərçivəsində köməkçi orqanların yaradılması, on­­lara səlahiyyətlərin verilməsi, onların mandatının də­yiş­­dirilməsi və ya ləğvi

  • Müşahidəçilərin üzvlüyü və statusua münasibətdə qə­rar­la­rın qəbul edilməsi.

QDİƏT-in Parlament Assambleyası üzv ölkələrin milli par­la­mentlərinin təmsil olunduğu qurumdur. Parlament As­sam­bleyası 1993-cü ildə təşkilatın əhatə etdiyi regionda siyasi sta­bil­liyin möhkəmləndirilməsi məqsədilə yaradılmışdır. As­sam­bleya 70 üzvdən ibarətdir. Hər ölkədən gələn nümayəndə he­yə­ti­nin sayı, ölkənin əhalisinin sayına proporsionaldır.
QDİƏT çərçivəsində vacib orqanlardan biri də, QDİƏT üzv öl­kələrinin Xarici İşlər Nazirliklərini təmsil edən yüksək və­zi­fəli şəxslər komitəsidir. Komitənin vəzifələrinə Köməkçi or­qan­ların fəaliyyətlərini nəzərdən keçirmək, Şuranın qərarlarının və tövsiyələrinin həyata keçirilməsini dəyərləndirmək daxildir. Ko­mitə, QDİƏT-in illik büdcəsini Şuranın təsdiqinə təqdim edir. QDİƏT-in fəaliyyəti əsasən aşağıdakı İşçi Qruplar vasitəsi ilə həyata keçrilir:

  • Təşkilati məsələlər üzrə İşçi Qrupu

  • Ticarət və iqtisadi İnkişaf üzrə İşçi Qrupu

  • Bank və Maliyyə məsələləri üzrə İşçi Qrupu

  • Nəqliyyat üzrə İşçi Qrupu

  • Fövqəladə hallar üzrə İşçi Qrupu

  • Elm və Texnologiya məsələləri üzrə İşçi Qrupu

  • Turizm sahəsində əməkdaşlıq üzrə İşçi Qrupu

  • Səhiyyə və Əczaçılıq üzrə İşçi Qrupu

  • Cinayətkarlığa qarşı mübarizədə Əməkdaşlıq üzrə İşçi Qrupu və s.

Sahibkarlıq məsələləri ilə məşğul olan İşgüzar Şura 1992-ci ildə təsis edilmişdir və beynəlxalq qeyri-hökumət, qeyri-kom­mer­siya təşkilatıdır. Tərkibi QDİƏT üzvlərinin işgüzar dai­rə­lə­ri­nin nümayəndələrindən ibarətdir. İşgüzar Şuranın əsas məq­səd­ləri: Qara dəniz regionunun işgüzar adamları ilə əlaqələrin qu­rulması, QDİƏT orqanlarında regionun sahibkarlarının ma­raq­larının təmsil olunması, özəl biznesin inkişafına yardım edən qanunvericilik təşəbbüslərinin işlənib hazırlanması, mə­lu­mat və məşvərətçi dəstəyin təmin edilməsi, konfrans və se­mi­nar­ların təşkil olunması və tərəfdaşların axtarışında yar­dım göstərilmişdir.
Şura öz işini aşağıdakı istiqamətlərdə qurur:

  • Konkret layihələrin işlənib hazırlanması və həyata ke­ç­ril­məsi

  • Birbaşa əlaqələrin və informasiya mübadiləsinin təmin edil­məsi

  • QDİƏT sturukturlarında, işgüzar dairələrin maraqların təm­­sil olunması

  • Konfrans, seminar və sərgilərin təşkil edilməsi

  • Regionda maraqlı tədbirlərə işgüzar insanların cəlb edilməsi.

İşgüzar Şuranın ali orqanı Direktorlar Şurasıdır. Şura Qara Dəniz Ticarət və İnkişaf Bakı ilə birgə yerli və beynəlxalq investorlara praktiki yardım edir. 1998-ci ildə Yaltada qəbul edilmiş sənəddən sonra, İşgüzar Şura QDİƏT-in ayrılmaz tər­ki­binə çevrildi və QDİƏT-in digər qurumlarının işini müşahidə et­mək hüququ əldə etmişdir.
QDİƏT ölkələri, milli enerji sistemlərinin vahid Qara dəniz dai­­rəsində birləşdirilməsi, regional nəqliyyat dəhlizlərinin va­hid dünya nəqliyyat sisteminə inteqrasiyası və inkişafı və s. mə­­sələlər üzrə birgə layihələr üzərində çalışırlar. QDİƏT və Avropa İttifaqı arasında əlaqələr genişlənir.

XV FƏSİL. Beynəlxalq və regional inteqrasiya


proqramları və layihələri




  1. Yüklə 0,78 Mb.

    Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə