Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 4,04 Kb.
Pdf görüntüsü
səhifə41/48
tarix05.02.2018
ölçüsü4,04 Kb.
#24604
1   ...   37   38   39   40   41   42   43   44   ...   48

 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
 
 
 
96 
Polemika UOT 82-991,1                                                                                                           Abbasqulu Nəcəfzadə – Yetərincə mütaliə etməliyik
 
 
 
 
96 
6.
 
F.İ. Çələbiyevin “Морфология дастгяха” adlı dissertasiya işində (12, s. 427) 
IV  fəslin  “Zərbi  muğam  dəstgahların  komponenti  kimi”  başlıqlı  VI 
yarımfəslində haqqında söz açdığımız zərbli muğam tərtib olunmuş cədvəldə 
belə təqdim edilir: “Kəsmə şikəstə” (“Bakı şikəstəsi”, “Qədeşi şikəstə”).  
7.
 
Filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd 1992-ci ildə yazdığı 
hekayəsində “Bakı şikəstəsi”nin adını çəkir (8, s. 14).  
8.
 
Nəcəfzadə  A.İ.  “Azərbaycan  idiofonlu  çalğı  alətləri”  monoqrafiyasında  (13, 
s. 57) oxuyuruq: Zərbli muğam kimi çalınan şikəstələr bəzən öz adında Azər-
baycandakı  bir  sıra  ərazilərin  toponimlərini  əks  etdirirlər:  “Qarabağ  şikəstə-
si”, “Şirvan şikəstəsi”, “Bakı şikəstəsi” (bu, kəsik-kəsik çalındığından sonrakı 
mərhələlərdə “Kəsmə şikəstə” adlandırılıb), “Sarıtorpaq şikəstəsi” və s.).  
9.
 
M.B.Quliyev, A.İ.Nəcəfzadənin AMK-nın tar, kamança, qanun və balaban ix-
tisası  üzrə  bakalavr  hazırlığı  üçün  “Konsertmeyster  sinfi”  fənninin  proq-
ramında “Bakı şikəstəsi”nin adı çəkilir (14, s. 18).  
10.
 
A.İ.Nəcəfzadə,  E.İ.Cabbarovun  tərtib  etdiyi  AMK-nın  bakalavr  təhsili  üzrə 
balaban aləti üçün “İxtisas-muğam” fənninin proqramında “Bakı şikəstəsi”nin 
adı qeyd edilir (15, s. 22).  
11.
 
A.İ.Nəcəfzadənin  “Virtuoz  qaboyçu”  məqaləsində  virtuoz  qaboyçalan, 
“Şöhrət” ordenli, xalq artisti Kamil Cəlilovun repertuarında yer alan “Kəsmə 
şikəstəsi” zərbli muğamın “Bakı şikəstəsi” olduğu bildirilir (16, s. 37).  
12.
 
M.B.Quliyev, A.İ.Nəcəfzadənin hazırladığı AMK-nın tar, kamança, qanun və 
balaban  ixtisası  üzrə  bakalavr  hazırlığı  üçün  “Müşayiət  sinfi”  fənninin 
proqramında  “Kəsmə  şikəstə”nin  bir  zamanlar  “Bakı  şikəstəsi”  adlandığı 
yazılıb (17, s. 26).  
13.
 
A.İ.Nəcəfzadənin  “Bir  daha  zərbli  muğamlar  haqqında”  məqaləsində  “Bakı 
şikəstəsi”nin adı çəkilir (2, s. 385-406).  
14.
 
Azərbaycan mətbuatında tanınan, filologiya üzrə elmlər doktoru, Bakı Qızlar 
Universitetinin  professoru Almaz  Həsənqızı  ABŞ-da  uzun  müddət  mühacir 
ömrü yaşayan soydaşımız Əziz Özərin “Türkiyədə Azərbaycan türkü və oyun 
havaları” adlı məqaləsi haqqında məlumat verib, burada  “Bakı  şikəstəsi”nin 
adı çəkilir (18 s. 227).  
15.
 
A.İ.Nəcəfzadənin  “Etnoorqanologiya”  musiqi  təmayüllü  ali  məktəblər  üçün 
dərsliyində  haqqında  danışdığımız  zərbli  muğamın  ilkin  adının  “Bakı 
şikəstəsi” olduğu bildirilir (19, s. 277). 
 
Gördüyünüz  kimi,  bir  sıra  mötəbər  mənbələrdə  “Kəsmə  şikəstə”yə  “Bakı 
şikəstəsi”  də  deyildiyi  təsdiqini  tapır.  Mən  də  20  ilə  yaxın  bütün  yazılarımda, 
aparıcısı  olduğum  teleproqramlarda,  müxtəlif  telekanallardakı  çıxışlarımda  “Kəsmə 
şikəstə”dən  söz  düşəndə  ona,  həm  də  “Bakı  şikəstəsi”  deyildiyini  bildirmişəm.  60 
ildən  artıq  bir  dövrdə  KİV-də  “Bakı  şikəstəsi”dən  söz  açılıb.  R.Musazadə  isə,  bu 
haqda  2015-ci  ildə  xəbər  tutub  və  bu  il  münasibət  bildirib.  Deməli,  Rafiq  müəllim, 
dövrü mətbuatı  yetərincə izləmir. O, yazır: Şikəstə aşıq  yaradıcılığının məhsuludur. 
Bakıda aşıq olubmu ki, “Bakı şikəstəsi” də olsun?  
İddialara
 
cavabı Aşıqlar Birliyinin sədri, filologiya üzrə elmlər doktoru, professor 
Məhərrəm  Qasımlının  sözləri  ilə  başlamaq  istərdik:  “Bakıda  müxtəlif  illərdə  xeyli 


 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
Polemika UOT 82-991,1                                                                                                            Abbasqulu Nəcəfzadə – Yetərincə mütaliə etməliyik
 
 
 
 
 
97 
sayda aşıq fəaliyyət göstərib. Ötən əsrin 30-cu illərində “Koroğlu” dastanının bir çox 
qolları məhz Bakı aşıqlarının dilindən qələmə alınıb”. 
M.Qasımlının  verdiyi  bu  “ipucu”  ilə  həmin  mövzuda  kiçik  tədqiqata  başladıq. 
Artıq  məlimdur  ki,  harada  oğuz  yaşayıbsa,  orada  ozan-aşıq  sənəti  olub,  qopuz-saz 
çalınıb və bu ənənə dövrümüzdə də davam etdirilir. Abşeron da qədim oğuz yurdu-
dur, bu yerlərdə həmişə saza, sözə yüksək qiymət verilib. R.Musazadə “Bakıda hansı 
aşıq olub?”soruşur və sonra özü Masazırlı Aşıq Həsəni təqdim edir (1, s. 20). 1935-
ci ildəməşhur türkoloq və ədəbiyyatşünas alimSalman Mümtaz (1884-1941) da nəşr 
etdirdiyi“El şairləri” kitabındaonun haqqında məlumat verib (21, s. 6)Bundan əlavə 
ədəbiyyatşünas  Əhliman  Axundov  (1903-1977)  “XIX  əsrdə  yetişmiş  görkəmli 
aşıqlar”  adlı  məqaləsində  Aşıq  Həsənin  yaradıcılığından  bəhs  edir  (21,  s.  6), 
həmçinin akademik Feyzulla Qasımzadə (1898-1976) “XIX əsr Azərbaycan ədəbiy-
yatı tarixi” əsərində Aşıq Həsəndən söz açır (21, s. 6). 
Başqa  abşeronlu  aşıqlardan  biri  də  XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  söz, 
saz sərrafı kimi tanınan, Bakıda yaşayıb-yaradan Aşıq Talıbdır. Onun haqqında Əli-
hüseyn Dağlı (1898-1981) “Ozan Qaravəli” adlı əsərinin III hissəsinin “İzahat” baş-
lıqlı məqaləsində məlumat verir (22). Həmin əsərin V hissəsində isə, o, Bakıda daha 
çox sazın cürə növündən istifadə edildiyini bildirir (23).  
M.Qasımlı  söyləyir  ki,  tanınmış  qarmonçalan  Kor  Əhəd  (Əhəd  Fərzəli  oğlu 
Əliyev,  1893-1942)  toylarda  həm  də  gözəl  saz  çalırmış,  şirin  avazla  aşıq  havalarını 
oxuyarmış.  Onun  sazın  virtuoz  ifaçısı  olduğunu  tarixçi,  musiqi  tədqiqatçısı  Firudin 
Şuşinski (1925-1997) də əsərlərində yazır (24, s. 389). 
Bülbüləli Aşıq Cavad  haqqında  Əhliman  Axundov  bilgi  verib  (21,  s.  6).  Aşıq 
Cavad XIX əsrin 40-cı illərində, 70 yaşında vəfat edib.   
MaştağalıAşıq Cahangirin dilindən “Koroğlu və Aypara” dastanı  1936-cı  ildə 
qələmə alınıb və Nizami adına Ədəbiyyat İnstitutunun arxivində 497 nömrəli qovluq-
da  saxlanır  (25,  s.  392).  ZabratlıAşıq  Əliş  Səmədoğlunun  dilindən  “Koroğlu  və 
Bəylər”  dastanı  1937-ci  ildə  qələmə  alınıb  və  Nizami  adına  Ədəbiyyat  İnstitutunun 
arxivində  721  nömrəli  qovluqda  saxlanır  (25,  s.  392).  Bakılı  Bəşir  Əsədoğlunun 
dilindən  “Koroğlu  və  Xonxar”  dastanı  1936-cı  ildə  qələmə  alınıb  və  Nizami  adına 
Ədəbiyyat İnstitutunun arxivində 721 nömrəli qovluqda saxlanır (25, s. 392). Bakılı 
Əli  Yoldaşoğlunun dilindən “Koroğluynan Ədil  paşa” dastanı 1938-ci  ildə qələmə 
alınıb  və  Nizami  adına  Ədəbiyyat  İnstitutunun  arxivində  721  nömrəli  qovluqda 
saxlanır (25, s. 393).  Qobulu Məliksoltan Əhmədoğlunun dilindən “Koroğluynan 
Nigarın  nağılı”  dastanı  1938-ci  ildə  qələmə  alınıb  və  Nizami  adına  Ədəbiyyat 
İnstitutunun  arxivində  510  nömrəli  qovluqda  saxlanır  (25,  s.  393).  Əhmədli  kənd 
sakini Hüseynulla İbrahimoğlunun dilindən “Məsum” dastanı 1955-ci ildə qələmə 
alınıb (25, s. 394). Bakılı Muxtar Əlioğlunun dilindən “Təhmuraz” dastanı 1938-ci 
ildə  qələmə  alınıb  (25,  s.  395).  Bakılı  Hümbət  Əlioğlunun  dilindən  “Tahir  və 
Zöhrə” dastanı 1955-ci ildə qələmə alınıb (25, s. 395).  
Fikrimizcə,  Bakıda  bütün  dövrlərdə  aşıq  sənətini  təbliğ  edən,  yaşadan  aşıqlar 
olub.  Sadəcə  Abşeronda  yaşamış  aşıqların  yaradıcılığı  ayrıca  araşdırılmayıb.  Bu 
mövzu ətrafında dərindən elmi tədqiqat işi aparılsa, Abşeronda xeyli aşığın fəaliyyət 
göstərdiyi bəlli olacaq.  


Yüklə 4,04 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə