Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 4,04 Kb.
Pdf görüntüsü
səhifə43/48
tarix05.02.2018
ölçüsü4,04 Kb.
#24604
1   ...   40   41   42   43   44   45   46   47   48

 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
 
 
 
100 
Polemika UOT 82-991,1                                                                                                           Abbasqulu Nəcəfzadə – Yetərincə mütaliə etməliyik
 
 
 
 
100 
şəkildə  düşüb”.  Mən  10  il  (1979-1989)  həmin  ansamblın  musiqi  rəhbəri  olmuşam. 
B.Mahmudoğlu oxuyacağı hər hansı musiqi haqqında öncə bizə, ansamblın üzvlərinə 
ətraflı  məlumat  verirdi.  Sonra  həmin  melodiyanı  məşq  edib  lentə  alırdıq.  “Kəsmə 
şikəstə”ni də Azərbaycan radiosunun fondu üçün belə ifa etmişik.    
Göründüyü  kimi,  Musazadə  Rafiqin  “cəfəng”  adlandırdığı  bu  fikri  uydur-
mamışıq.  Adını  çəkdiyim  hörmətli  sənətkarlarımız  həmin  zərbli  muğamın  ilkin 
adının “Bakı şikəstəsi” olduğunu bildirirlər. “Qədeş” sözünə də kinayə ilə yanaşmaq 
lazım deyil. Kökü “qardaş” olub, əzizlənmə mənasındadır. Bu söz, abşeronluların, o 
cümlədən xızılıların çox işlətdiyi və sevdiyi bir ifadədir. Hətta bəzi ailələrdə uşaqlar 
atalarına da qədeş deyə müraciət edirlər.  
“Qədeş” sözü haqqında dilçi, filoloq və ensiklopediyaçı, türkçülüyün bayraqdarı, 
dahi Mahmud ibn əl-Hüseyn ibn Məhəmməd əl-Kaşğari (1008-1095) “Divani-lüğat-
it-Türk” (“Türk dillərinin qamusu”) əsərində bilgi verir (29, I c., s. 151-1, 405-7, II 
c., s. 132-9, III c. 146-11, 159-18). M.Kaşğari “Divani-lüğat-it-Türk” əsərini ərəbcə 
yazıb.  Əsəri  məşhur  ictimai-siyasi  xadim,  alim  və  şərqşünas,  Türk  Dil  Qurumunun 
banilərindən  biri  Bəsim  Atalay  (1882-1965)  türk  dilinə  tərcümə  edib.  Azərbaycan 
dilinə isə həmin əsəri filologiya üzrə elmlər doktoru, professor Ramiz Əskər tərcümə 
etmişdir.  
Muğamların terminologiyası ilə bağlı uzun illər araşdırmalar aparıb, muğam bili-
cilərindən  öyrənərək  əlyazma  halında  bir  əsər  hazırlamışam.  Bura  hətta  məhəlli  de-
yimləri  də  daxil  etmişəm.  “Qədeşi  şikəstə”,  “Fatma  şikəstə”  də  belə  ifadələrdəndir. 
Musazadə  yazır:  “İndi  kim  zəmanət  verə  bilər  ki,  belə  bir  elmi  kitabda  nəşr  olunan 
məqalədəki məlumatlar əsasında 30-40 ildən sonra meydana gələn diletant alimlərin 
dilində “Kəsmə şikəstə” “Lotu şikəstəsi” kimi adlanmayacaq? Dönə-dönə  hər  yerdə 
söyləmişik ki, yolda, maşında, çay süfrəsi arxasında əldə etdiyiniz hər cür məlumat-
ları  elmə gətirməyin!” (1, s. 20). Elmi  ədəbiyyatda “diletanat  alim” ifadəsi  yoxdur. 
Lüğətlərdə  bildirilir  ki,  diletant  fransız  sözüdür,  “xüsusi  hazırlığı,  sistematik  biliyi 
olmadan hər hansı bir elm və ya sənətlə məşğul olan adam; həvəskar” deməkdir.  
Hələ  62  il  bundan  əvvəl,  1954-cü  ildə  Əziz  Özər  “Türkiyədə  Azərbaycan  türkü 
və oyun havaları” adlı əsərində“Bakı şikəstəsi”ndən bəhs edir (3, s. 28).  
Qeyd  etdiyimiz  kimi,  Faiq  Çələbiyev  də  indi  “Kəsmə  şikəstə”  adlanan  zərbli 
muğamı  elmi  dəlillərlə  bir  vaxtlar  “Bakı  şikəstəsi”  (“Qədeşi  şikəstə”)  olduğunu 
sübuta  yetirib.  O,  bu  fikirləri  söyləyərkən  ustadları  Mirzə  Mənsur  və  Bəhram 
Mansurovlara  istinad  edir.  F.Çələbiyev  hətta  Məmmədsaleh  İsmayılovun  (1912-
1994)  bu  barədə  çıxışının  lent  yazılarını  şəxsi  arxivində  saxladığını  söyləyir.  “Bakı 
şikəstəsi”  (eləcə  də  “Qədeşi  şikəstə”)  zərbli  muğamının  adını  F.Çələbiyev  elmi 
dairələrdə aprobasiyadan keçmiş dissertasiya işində çəkir (12, s. 427).  
R.Musazadənin  “Qədeşi  şikəstə”  ilə  eyniləşdirdiyi  “Lotu  şikəstəsi”  ifadəsi  isə 
çox gülünc və uğursuz alınıb. Yerli əhali bəzən ailənin ağsaqqalına da “qədeş” deyə 
müraciət edir. Kimsə, kriminal aləmə, yəni “cinayətkar dünyası”na aid edilən “lotu” 
ifadəsini ailədə işlətmir...  
“Kəsmə şikəstəsi”nin ilkin adının “Bakı şikəstəsi” olduğunu təsdiqləyən faktların 
ən mühümü etnoqrafik, xalqın yaddaşından süzülüb gələn mənbələrdir. Onlardan da 
Aşıq  Məhəmmədin,  Vamiq  Məmmədəliyevin,  Möhlət  Müslümovun,  Faiq  Çələ-
biyevin,  Valeh  Rəhimovun,  Vüqar  Əhmədin,  Elxan  Müzəffərovun  dediklərinə 


 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
Polemika UOT 82-991,1                                                                                                            Abbasqulu Nəcəfzadə – Yetərincə mütaliə etməliyik
 
 
 
 
 
101 
əsaslanırıq. Xalq artisti, professor Möhlət Müslümovun fikirləri: “Bu zərbli muğam 
bakılıların  ana  laylasıdır  və  onun  ritmi,  poetik  mətni  və  melodiyası  Abşeron 
camaatının ümumi ruhuna uyğun yaradılıb”.  
Dünya  şöhrətli  xanəndə,  xalq  artisti,  professor  Alim  Qasımov,  xalq  artisti, 
professor Zamiq Əliyev, əməkdar artist, dosent Mirnazim Əsədullayev də haqqında 
söhbət açdığımız zərbli muğamın əsl adının “Bakı şikəstəsi” olduğunu təsdiqləyirlər. 
Alim  müəllim  belə  dedi  ki:  “eşitdiyimə  görə  bu  zərbli  muğama  “Bakı  şikəstəsi” 
deyiblər.  Amma  qulaq  günahkarı  da  ola  bilərəm”.  Zamiq  müəllimdən  isə  “Kəsmə 
şikəstə”  haqqında  nə  deyə  bilərsiniz?  –  soruşduqda,  o,  fikirləşmədən  dedi: 
“Təxminən  20  il  bundan  əvvəl  Vahid  Poeziya  Evində  “Kəsmə  şikəstə”yə  sənət 
möhürünü vurmuş Fatma Mehrəliyevaya həsr olunmuş televerilişə dəvət edilmişdim. 
Orada vurğulandı ki, əvvəllər bu zərbli muğamın adı “Bakı şikəstəsi” olub. Çəkilişdə 
ölkəmizin  bir  çox  tanınmış  ziyalıları  iştirak  edirdi:  qəzəlxan  Həkim  Qəni  (1918-
2008),  virtuoz  kamança  çalan  –  Habil  Əliyev  (1927-2015),  dünya  şöhrətli  opera 
müğənnisi  Lütfiyar  İmanov  (1928-2008),  müğənni  –  Məmməd  Salmanov  (1930-
2000),  şair  –  Həmid  Abbas  (1935-1999),  professor  Vaqif  Arzumanlı  (1947-2014), 
xanəndələr  –  Sara  Qədimova  (1922-2005),  Yaqub  Məmmədov  (1930-2002),  Tələt 
Qasımov  (1933-2013),  İslam  Rzayev  (1934-2008),  Əlibaba  Məmmədov,  Arif 
Babayev,  virtuoz  tarzən  Ramiz  Quliyev,  Hacı  Şahin  Verdiyev,  “Xalq”  qəzetinin 
əməkdaşları – Rafiq Salmanov, İlham Abbasov və başqaları”.  
“Sarıtorpaq  şikəstəsi”  bugünkü  ifaçılıq  sənətində  “Kəsmə  şikəstə”dən  fərqlənir, 
onları eyniləşdirmək olmaz. Doğrudur, ustad tarzən Mirzə Fərəc Rzayev (1847-1927) 
“Kəsmə  şikəstə”yə  “Sarıtorpaq  şikəstəsi”  deyildiyini  yazıb  (26,  s.  53).  Amma  Faiq 
Çələbiyev də əsərində Şamaxıda, Şəkidə və Abşeronda Sarıtorpaq adlı məhəllələrin 
olduğunu  bildirir.  A.Əsədullayev  deyir:  “Abşeron  bağlarının  qızılı  rəngdə  olan 
torpağına Sarıtorpaq deyiblər. Bu mənada “Sarıtorpaq şikəstəsi” zərbli muğamın adı 
Bakıya aid edilə bilər”.  
AMK-nın  baş  müəllimi,  ustad  tarzən  Sabir  Ələkbərov  Hacıbaba  Hüseynova 
istinadən “Kəsmə şikəstə”nin “Sarıtorpaq şikəstəsi”nə çox  yaxın olduğunu deyir (1, 
s. 21). Amma H.Hüseynovun uzun illər qulluğunda duran, onun bir oğul kimi qayğı-
sına  qalan  Mirnazim  Əsədullayev  söyləyir:  “Hacıbaba  müəllim  Bəhram  müəllimlə 
bir  məclisdə  olanda  bizə  dedi  ki,  “Kəsmə  şikəstə”,  “Sarıtorpaq  şikəstəsi”,  “Bakı  şi-
kəstəsi”  müxtəlif  cür  adlansa  da,  mahiyyətcə  eyni  muğamlardır.  Amma  Şamaxı  və 
Şəkidə ifa olunan “Sarıtorpaq şikəstəsi” fərqlidir”.  
Sadaladığımız  bu  qədər  faktın  qarşısında  Musazadə  Rafiq  “Kəsmə  şikəstə”nin 
gerçək adının “Bakı şikəstəsi” olduğunu cəfəngiyat adlandırırsa, deməyə söz qalmır. 
Bu məqaləni “Naşı yazılmış bir məqaləyə cavab” da adlandırmaq olardı. 
 Bir də professora xatırlatmaq istəyirik ki, “Bakı şikəstəsi” ilə bağlı bilgiləri sizin 
düşündüyünüz  kimi,  “yolda,  maşında,  çay  süfrəsi  arxasında”  əldə  etməmişik.  Bu 
fikirləri  akademik,  sənətşünas,  pedaqogika  və  filologiya  sahəsində  çalışan  alimlərin 
dilindən qələmə almışıq.  
“Dilqəmi”nin  not  nümunəsi  verilir,  qəbul  edilmiş  qaydalara  görə,  əsəri 
notlaşdıranın  adı  yazılmalıdır.  R.Musazadə  üç  müəllifi  olan  mənbənin  həm-
müəlliflərindən birinin adını göstərməli idi. “Badamı şikəstə”nin də not nümunəsində 
yazıya  alanın  adı  verilmir.  R.Musazadə  “Kəsmə  şikəstə”nin  not  nümunəsində  isə 


Yüklə 4,04 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə