Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 4,04 Kb.
Pdf görüntüsü
səhifə42/48
tarix05.02.2018
ölçüsü4,04 Kb.
#24604
1   ...   38   39   40   41   42   43   44   45   ...   48

 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
 
 
 
98 
Polemika UOT 82-991,1                                                                                                           Abbasqulu Nəcəfzadə – Yetərincə mütaliə etməliyik
 
 
 
 
98 
Musazadə Rafiq yazır ki, əlində heç bir sübut-dəlil olmadan A.Nəcəfzadə “Kəs-
mə şikəstə”ni “Bakı şikəstəsi” adlandırır. Hələ bu azmış kimi, həmin zərbli muğama 
Abşeronda  “Qədeşi  şikəstə”  də  deyildiyini  yazır  (1,  s.  20).  “Qədeşi  şikəstə” 
deyiminin olması haqqında fikirləri bizə əməkdar artist, Kurmanqazı adına Alma-ata 
Milli  Konservatoriyasının  fəxri  professoru  Valeh  Rəhimov  söyləyib,  başqaları 
(Vamiq Məmmədəliyev, Faiq Çələbiyev və b.) bu fikri təsdiqləyib. Akademik Vasim 
Məmmədəliyev,  qardaşı  əməkdar  artist,  ADMİU-nun  professoru  Vamiq  Məmməd-
əliyev,  sənətşünaslıq  üzrə  elmlər  doktoru,  A.İ.Gertsen  adına  Rusiya  Dövlət 
Universitetinin  professoru  Faiq  Çələbiyev,  B.Mansurovun  yadigarları  –  bəstəkar, 
xalq  artisti  Eldar  Mansurov,  əməkdar  artist  Elxan  Mansurov  və  bir  çox  başqa 
sənətkarlar da bildirirlər ki, “Kəsmə şikəstə”yə bəzən el arasında “Bakı şikəstəsi” də 
deyiblər.  İlk  dəfə  “Bakı  şikəstəsi”ni  40  il  bundan  əvvəl  Aşıq  Məhəmmədin  (1927-
2009)  dilindən  eşitmişik.  O,  deyirdi  ki,  yaxın  keçmişdə  Bakı,  Şuşa  və  Şamaxıda 
muğam məclisləri fəaliyyət göstərirdi. Hər bölgənin də özünəməxsus şikəstəsi vardı: 
“Bakı  şikəstəsi”,  “Qarabağ  şikəstəsi”  və  “Şirvan  şikəstəsi”.  Bu  məclislər  arasında 
müsabiqələr  keçirilir,  qaliblər  mükafatlandırılırdı.  Məclisin  harada  keçirilməsindən 
asılı olmayaraq hər üç şikəstə mənsub olduğu müvafiq bölgənin ifaçıları tərəfindən 
“himn” kimi səsləndirilirdi.  
Ustad tarzən, müəllimlər müəllimi  Elxan Müzəffərov, tanınmış  kamança  ifaçısı, 
əməkdar incəsənət  xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın  professoru 
Arif  Əsədullayev  də  “Bakı  şikəstəsi”  fikrinin  səhih  olduğunu  söyləyirlər.  Bilindiyi 
kimi,  hər  iki  sənətkar  Azərbaycan  muğamlarının  fundamental  bilicisi  Nəriman 
Əliyevin  “əlindən  su  içmiş”,  muğamlarımızla  bağlı  bilgiləri  ixtisas  müəllimləri  ilə 
yanaşı,  ondan  da  əxz  etmişlər.  Muğam  sənəti  musiqi  təmayüllü  məktəblərdə  tərtib 
edilmiş  proqramlar  əsasında  tədris  olunur.  Burada  müəllimlər  göstərilən  şöbə  və 
guşələri  tələbələrə  öyrədirlər.  Xoşbəxt  o  ifaçıdır  ki,  Seyid  Şuşinski  (1889-1965), 
Nəriman  Əliyev  (1930-1998),  Hacıbaba  Hüseynov  (1919-1993)  kimi  ustad 
xanəndələri  müşayiət  etmiş,  onların  muğamatla  bağlı  dərsdənkənar  söhbətlərini 
eşitmiş, ifalarını canlı dinləmişlər.  
R.Musazadə məqaləsinin sonunda etiraf edir ki, həqiqətən, Bakı camaatı “Kəsmə 
şikəstə”ni çox sevir və həvəslə qulaq asır. Onlar qadın toylarında bu zərbli muğama 
“Bakı şikəstəsi” də deyiblər (1, s. 26).  
Professor  Musazadə,  məqalənizdə  Ə.Məmmədov  “muğama  bu  cür  münasibət 
göstərmək  günahdır”  dediyini  yazırsınız.  Əlibaba  müəllim  isə  bununla  bağlı  bizə 
söylədi: “Günah nədir? Mən belə bir ifadə işlətməmişəm. Amma demişəm ki, “Bakı 
şikəstəsi” haqqında eşitməmişəm”.  
Ə.Məmmədov  bizimlə  söhbət  zamanı  qarmonçalan  Teyyub  Dəmirovun  (1908-
1970) məclislərin birində çox gözəl oxuduğu “Kəsmə şikəstə”dən də danışdı: “Bu ifa 
Fatma  Mehrəliyevanın  oxusuna  çox  bənzəyirdi.  Bəlli  oldu  ki,  qubalı  qızı  Fatma 
xanım həmin zərbli muğamı bakılı T.Dəmirovdan öyrənibmiş”.      
Professor Canəli Əkbərovun adından isə yazırsınız: “Muğam sənətində yararlı bir 
işi olmayanlar indi nə demək istəyirlər? Nə qədər gec deyil, öz səhvlərini mətbuatda 
etiraf  etsinlər”.  Canəli  müəllimlə  əlaqə  saxladıq,  Musazadənin  onun  adından 
yazdığını  diqqətinə  çatdırdıq.  O,  bildirdi  ki:  R.Musazadəyə  yalnız  “Bakı  şikəstəsi” 
haqqında  heç  nə  eşitmədiyimi  söyləmişəm.  Qalanlarını  isə  o,  özündən  uydurub. 


 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
Polemika UOT 82-991,1                                                                                                            Abbasqulu Nəcəfzadə – Yetərincə mütaliə etməliyik
 
 
 
 
 
99 
Təəssüf  ki,  həmin  təhqiramiz  ifadələr  jurnalda  yer  alıb.  Nə  vaxtdan  faktları  ortaya 
qoymaq, həqiqəti üzə çıxarmaq, səhih bir faktı ortaya qoymaq, tədqiqata cəlb etmək 
“səhv” bir addım, “günah”  sayılır? Yaxud məni “muğam sənətində yararlı bir işi ol-
mayan” adlandıran şəxs bununla nə demək istəyir? Bir də axı, bu fikirlərin kökündə 
Mansurovlar  məktəbi  durur.  Onlar  da  həmin  fikri  xalq  yaddaşına  əsaslanıb 
söyləmişlər. Belə çıxır ki, bütün “səhvlər” sənətkar babalarımızın imiş?! Çox təəssüf, 
Bakı (Abşeron) musiqi məclisinin yükünü uzun müddət, bir neçə nəsil olaraq çiyinlə-
rində  daşıyan  Mansurovlar  tərəfindən  deyilən,  yeni  nəslə  çatdırılan  həmin  zərbli 
muğamın gerçək adına niyə şübhə ilə yanaşılır.  
Bəlkə də problemlə bağlı bu məqalədə təqdim olunan arqument və faktları oxu-
duqdan  sonra  professor  Musazadə  özü  mətbuatda  səhvini  etiraf  edəcək.  Burada 
mötəbər  yazılı  mənbələr  (Əlihüseyn  Dağlı,  Əziz  Özər,  Məmmədsaleh  İsmayılov, 
Ramiz Zöhrabov, Faiq Çələbiyev və b.) dil açıb, həqiqəti söyləyir. “Bakı  şikəstəsi” 
ilə bağlı mətbuatda yazı veriləndə (1954-cü il) mən heç anadan olmamışdım. 
R.Musazadə  mənim  dilimdən  yazır  ki,  guya,  Ağasəlim  Abdullayev  də  həmin 
zərbli  muğama  “Bakı  şikəstəsi”  deyib.  O  da  etiraz  edir  ki,  belə  adda  zərbli  muğam 
yoxdur.  Əvvəla,  xalq  artisti,  professor  Ağasəlim  Abdullayevin  adı  heç  bir  mə-
qaləmdə  deyilən  fikirlə  bağlı  çəkilməyib.  Əgər  belə  bir  fakt  varsa,  həmin  mənbəni 
göstərin.  Ağasəlim  Abdullayev  ensiklopedik  biliyə  malik,  ustad  tarzən  Elxan 
Müzəffərovdan  muğam  dərsi  aldığından,  bu  barədə  məlumatlı  olduğunu  ehtimal 
edirdik.Necə  ki,  Bəhram  Mansurovun  tələbələri  bu  fikirdə  yekdildir.  Bir  də  axı, 
A.Abdullayev hələ 2010-cu ildə əməkdar artist Elşad Cabbarovla (1942-2016) birgə 
tərtib  etdiyimiz  AMK-nın  bakalavrtəhsili  üzrə  balaban  aləti  üçün  “İxtisas-muğam” 
fənninin  proqramına  müsbət  rəy  verib.  Həmin  proqramda  “Bakı  şikəstəsi”  ilə  bağlı 
məqamlar var (15, s. 22). Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə dokroru, pro-
fessor Malik Quliyevlə bahəm ərsəyə gətirdiyimiz AMK-nın tar, kamança, qanun və 
balaban  ixtisası  üzrə  bakalavr  hazırlığı  üçün  “Konsertmeyster  sinfi”  fənninin  proq-
ramının A.Abdullayev redaktoru olub (14, s. 18). Burada da “Bakı şikəstəsi”ndən söz 
açdığımızdan,  şübhəsiz,  bir  redaktor  kimi  Ağasəlim  Abdullayev  bu  məsələdən  xə-
bərdar idi. Onda Ağasəlim müəllim hansı məntiqlə deyir ki, “Bakı şikəstəsi” adında 
zərbli muğam yoxdur?  
Nəhayət, Musazadə bizdən “ultimatum” xarakterli bir xahiş də edir ki, “Abşeron 
kəndləri  adından  danışmayın”.  Mən  azərbaycanlı  tədqiqatçıyam,  dünyanın  müxtəlif 
ölkələrində (Misir, İraq, İran, Türkiyə, Meksika, Hollandiya, İtaliya, İsrayıl, Yaponi-
ya,  İsveç,  Belçika,  Almaniya,  Yunanıstan,İngiltərə,  ABŞ,  keçmiş  SSRİ-nin  bütün 
respublikalarında  və  s.)  festival,  konfrans  və  simpoziumlarda  musiqi  mədəniyyəti-
mizi  həm  təcrübi,  həm  də  nəzəri  baxımdan  nəinki  Abşeronun,  ümumilikdə  xalqı-
mızın musiqi mədəniyyətini təmsil edib, incəsənətimizin təbliği ilə məşğul olmuşam. 
Azərbaycan, azərbaycançılıq, türkçülük adına elmi dairələrdə və beynəlxalq məclis-
lərdə bir alim və vətəndaş kimi biliyimi əsirgəməmişəm. Elmi polemikalarda musiqi 
mədəniyyətimizin  qoruyucusu  kimi  xalqımın,  obamın  adından  danışmağı  da  mənə 
kimsə qadağan edə bilməz.    
Xalq artisti Baba Mahmudoğlu (1940-2006) “Dastan” folklor ansamblı ilə “Kəs-
mə şikəstə”ni məşq edərkən söyləyirdi: “Bu şikəstənin əsl adı “Bakı şikəstəsi” olub. 
Sonradan ifaçıların dilində Bakı sözü “kəsmə” ilə əvəzlənib və elmi ədəbiyyata da bu 


Yüklə 4,04 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə