Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   57   58   59   60   61   62   63   64   65

KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
 
166 
ƏDƏBİYYAT 
1.
 
http://www.w3.org/TR/ATAG20/ 
2.
 
http://bote.hacettepe.edu.tr 
3.
 
Altun, A. (2003). Elektronik okuryazarlik. Milli Egitim Dergisi158, pp. 1-9. 
4.
 
Aşkar,  P.  &  Dönmez,  O.  (2004).  Eğitim  yazılımı  geliştirme  öz-yeterlik  algısı  ölçeği.  Eğitim 
Bilimleri ve Uygulama6(3), 259-274. 
5.
 
Baer,  L.H.  &  O'Neal,  A.F.  (1998).  Very  large  scale  production  of  CBI  for  military  training
Technology in Training and Education conference paper and proceedings, Biloxi, Miss.. 
6.
 
Kellner,  D.  (2001).  New  Technologies/New  Literacies:  Reconstructing  Education  for  the  new 
millennium. International Journal of Technology and Design Education11, 67-81. 
7.
 
McCorduck,  P.  (1994).  How  we  knew,  how  we  know,  how  we  will  know.  In  C.  L.  Selfe  &  S. 
Hilligoss (Eds.), Literacy and computers: The complications of teaching and learning with technology (pp. 245-
259). New York: Modern Language Association of America. 
8.
 
Nardi,  B.  A.  &  O'Day,  V.  L.  (1999).  Information  ecologies:  Using  technology  with  heart.  13 
Temmuz 2000 de http://calterra.com/infoecologies/ adresinden alınmıştır. 
9.
 
O'Neal,  A.F.,  &  Jennings,  J.  (1989).  Automatic  lesson  generation:  productivity  and  instructional 
rigor, Defence Systems International: The Annual Review of Air Systems, Sterling Publishing Group, London. 
10.
 
O'Neal, A.F. & Owens, D. L. (1997). Design Requirements for Computer-Based Learning Systems 
for Aviation, in Designing Instruction for Human Factors Training in Aviation, G. J. Hunt (Ed.). Avebury Press, 
Aldershot Hants, U.K. 
 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
  167 
TƏLİM PROSESİNDƏ NEYRON ŞƏBƏKƏLƏRİN ROLU 
 
M.M. Tahirov 
Təhsil Texnologiyaları Mərkəzi 
 
Hal-hazırda  müstəqil  nəzəriyyə  kimi  tanınan  “Ölçmə  nəzəriyyəsi”  iqtisadi  ölçmə  
nəzəriyyəsinin  əsas  vasitəsi  (aləti)  olmaqla  qeyri-ədədi  təbiətli  obyektlərin  statistikasına  aid 
edilir. 
İnsanlar  həyat  və  təsərrüfat  fəaliyyətlərində  rastlaşdıqları  ədədlər  üzərində  hər  hansı 
cəbri və ya hesab əməlinin aparılmasında zərurilik hiss etmirlər, yəni onlara ədədlər üzərində 
belə  əməlləri  aparmaq  vacib  olmur.  Belə  hallar  xüsusən  istehsal  edilən  məhsulun  hansının 
keyfiyyətcə qiymətləndirilməsi zamanı daha çox müşahidə edilir. Belə ki, məhsulun hansının 
daha  yüksək  keyfiyyətli  olmasının  ifadəsi,  adsız  ədədlər  vasitəsilə  deyil,  ədədi  göstəricilər 
şəklində verilir. 
Çox  zaman  keyfiyyət  müfəttişlərindən  (ekspertlərdən)  ekspertiza  edilən  obyektləri 
nizamlamaq  (ranjirovka),  başqa  sözlə,  ekspertiza  edilən  obyektləri  ekspertizanın 
təşkilatçılarını  maraqlandıran  xarakteristikaların  intensivliklərinin  artma  və  ya  azalması 
qaydasına  görə  düzmələri  tələb  edilir.  Müxtəlif  obyektlərdə  xarakteristika  qiymətlərinin  bu 
cür  nizamlı  sırada  nömrəsinin  (yəni  ekspertiza  obyektinin)  ranq  adlandırılması  şərtləşilir. 
Statistikada  belə  sıra  variasiya  sırası  adlandırılır.  Ranqlar  formal  olaraq  1,  2,  3,  …  kimi 
ədədlərlə  ifadə  olunurlar,  lakin  bu  ədədlər  üzərində  hesab  əməllərinin  aparılması  nəzərdə 
tutulmur. Belə yanaşmanın düzgün olması şagird biliyinin qiymətləndirilməsində daha əyani 
görünür.  Belə  ki,  “əla  qiyməti”,  “qeyri-kafi”  və  “kafi”  kimi  iki  qiymətin  cəmi  kimi  təsvir 
(qəbul) etmək düzgün hesab edilmir.  
Buradan,  bu  növ  keyfiyyət  göstəricilərinin  təhlili  üçün  adi  hesabdan  fərqli,  konkret 
hesablama  metodlarının  emal,  öyrənilmə  və  tətbiq  edilmə  üçün  əsas  (baza)  yaradan 
nəzəriyyənin  qurulmasına  ehtiyac  olduğu  görünür.  Belə  nəzəriyyənin  «Ölçmə  nəzəriyyəsi» 
adlandırılması məqsədə uyğun hesab edilmişdir. Müasir dövrdə «Ölçmə nəzəriyyəsi» termini 
bir çox elm  sahələrinin təqdim edilməsi üçün istifadə olunur. Məsələn, fiziki kəmiyyətlərin 
ölçülməsi  haqda  elm  olan  klassik  “Metrologiya”;  “Alqoritmik  ölçmə  nəzəriyyəsi”  və  s.  bu 
terminin modifikasiyasından ibarətdir.  
“Ölçmə  nəzəriyyəsi”  inkişafının  ilkin  mərhələsi  “Psixofiziki  ölçmə  nəzəriyyəsi”nin 
tərkib  hissəsi  kimi  təşəkkül  tapmışdır.  Ölçmə  nəzəriyyəsinin  ümumelmi  nəzəriyyə  kimi 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
 
168 
inkişafı XX əsrin ikinci yarısından başlanmışdır. Belə ki, XX əsrin birinci yarısında tanınmış 
Amerika  psixoloqu  S.S.Stivens  çap  etdirdiyi  bütün  əsərlərində  əsas  diqqətini  ölçmə 
şkalalarına yönəltmişdir. XX əsrin 50-ci illərində amerikada çap edilmiş «Psixoloji elmlərin 
ensiklopediyası»  çox  cildliklərin  biri  «Psixoloji  ölçmələr»  adlandırılmışdır.  Bu  əsərdə 
tərtibatçılar  «Ölçmə  nəzəriyyəsi»nin  tətbiq  dairəsini  psixofizikadan  psixologiyaya  qədər 
genişləndirmişlər. Bu əsərdə yerləşdirilmiş «Ölçmə nəzəriyyəsinin əsasları» adlı məqalədə hər 
hansı tətbiq sahəsi  nəzərdə tutulmamış,  yalnız abstrak-riyazi  səviyyə gözlənilmişdir. Burada 
«empirik  sistemlərin  qomomorfizmlərin  ədədi  münasibətlərlə  ifadəsinə»  əsas  istinad 
edilmişdir. Bu isə riyazi mürəkkəblik dərəcəsinə görə Stivensin şərhindən ciddi fərqlənmişdir.  
Keçmiş SSRİ-də ölçmə nəzəriyyəsinə dair ilk elmi məqalələr XX əsrin 60-cı illərində 
çap  edilməyə  başlanmışdır.  Həmin  məqalələrdə  tədqiqat  (ekspertiza)  obyektlərinin 
qiymətləndirilməsi  zamanı  tədqiqatçıların  (ekspertlərin)  təqdim  etdikləri  dəyərləndirmə 
ballarının  bir  qayda  olaraq  tərtib  şkalasında  ölçüldükləri  göstərilmişdir.  XX  əsrin  70-ci 
illərindən  başlayaraq  ölçmə  nəzəriyyəsinin  tətbiq  sahələrinin  genişlənməsi  müşahidə  edilir. 
Belə  ki,  bu  nəzəriyyənin:  şagirdlərin  biliklərinin  keyfiyyətcə  ölçülməsi  kimi  tanınmış 
pedaqoji  kvallinetriya;  sistemli  təhlil;  ekspert  qiymətləndirilməsi;  məhsulların  keyfiyyət 
göstəricilərinin ifadəsi; sosioloji tədqiqatlar; və s. kimi praktik təcrübə aparılan sahələrə tətbiq 
olunmağa başlanmışdır [1]. 
Ölçmə  nəzəriyyəsinin  sonrakı  inkişaf  mərhələsində  bu  nəzəriyyənin  birinci  əsas 
problemi olan konkret məlumatların ölçülmə şkalasının müəyyən edilməsilə yanaşı, qurulmuş 
şkalanın  ixtiyari  çevirməyə  məruz  qalması  zamanı  məlumatların  dəyişməz  qalan  təhlili 
alqoritminin  qurulmasından  ibarət  ikinci  əsas  problemi  həll  etmək  lazım  gəlmişdir.  Burada 
qurulmuş şkalanın hər hansı çevirməyə məruz qaldıqda dəyişməməsi onun həmin çevirməyə 
nəzərən invariant qalması kimi başa düşülür. 
Qeyd edək ki, bəzi elm sahələrində ixtisasçılar «ölçmə» termininin istifadə edilməsinə 
etiraz  etmişlər.  Məsələn,  metrologiyada  keyfiyyət  əlamətlərinin  ifadəsində  bu  termindən 
istifadəyə  qəti  etiraz  edilmişdir.  Lakin  XX  əsrin  sonlarına  yaxın  dövrlərdə  «Ölçmə 
nəzəriyyəsi»  müstəqil  ümumelmi  nəzəriyyə  kimi  təşəkkül  tapdıqdan  sonra,  bu  elmin 
terminologiyası  işlənib-hazırlanmış  və  elmin  müxtəlif  sahələrində  tətbiq  olunmağa 
başlanmışdır. 
Uyğunlaşan (Alışan) ölçmə modellərinin qurulma üsulları içərisində neyron şəbəkələri 
xüsusi yer tutur [2]. Burada əsas diqqət məlumatların uyğunlaşma alqoritmlərinin tərtibatına 
deyil,  əksər  hallarda  virtual  uyğunlaşan  strukturun  qurulmasına  yetirilir.  Virtuallıq  termini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə