Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   57   58   59   60   61   62   63   64   65

KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
 
158 
ƏDƏBİYYAT 
1. Murquzov M.İ., Abdullayev S.Q., Abdurazaqov R.R., Əliyev N.A. Fizika 9. Dərslik. Bakı, Bakınəşr, 
2009. 
2.  Murquzov  M.İ.,  Mehrabov  A.O.,  Abdullayev  S.Q.,  Abdurazaqov  R.R.,  Əliyev  N.A.  və  başqaları. 
Ümumtəhsil məktəblərinin VII-IX sinifləri üçün fizika və astronomiya proqramları. Bakı, Nigar-M nəşriyyatı, 2002. 
3.  Верещагин  Н.К.,  Шень  А.  Лекции  по  математической  логике  и  теории  алгоритмов.  Часть  1. 
Начала теории множеств. М.: МЦНМО, 1999. 
4.  Верещагин  Н.К.,  Шень  А.  Лекции  по  математической  логике  и  теории  алгоритмов.  Часть  2. 
Начала теории множеств. М.: МЦНМО, 2000. 
 
 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
  159 
PROQRAMLAŞDIRMA DİLLƏRİ VƏ MÜƏLLİM HAZIRLANMASINDA 
TƏTBİQLƏRİ 
 
Dos. Dr. Arif Altın 
Hacettepe Universiteti Pedaqoji Fakültəsi 
 
 
Prof. Dr. Petek Aşkar 
Hacettepe Universiteti Pedaqoji Fakültəsi 
 
XÜLASƏ 
Proqramlaşdırma  dilləri,  istifadəçilərin  proqramlaşdırma  bacarığına  sahib  olmadan,  öz 
mövzularını səslər, görünüşlər, qrafiklər və yazılar ilə təmsil edəcək şəkildə hazırlayıb təşkil edərək bir 
proqrama  çevirə  bilmə  imkanı təmin  etməkdədir.  Yeni  bacarıqlar  olaraq da təyin  edə  biləcəyimiz  bu 
bacarıqlar,  kompüter  və  təlim  texnologiyaları  hissələrində  müəllim  yetişdirmə  müddətində 
işlənməkdədir.  Bu  işdə,  proqramlaşdırma  dillərinin  ümumi  quruluşu  və  multimedia  hazırlama 
müddətində  proqramlaşdırma  dilləri  mövzusu  üzərində  dayanılacaq;  Hacettepe  universiteti  BÖTE 
bölməsində tətbiq prosesi veriləcəkdir. 
 
1. GİRİŞ 
Texnologiya bir anlayış kimi cihazlardan kənar başqa mənalar da ehtiva etməkdədir. 
Burada, kompyuter və texnologiya arasında bir fr qoymadan, texnologiya anlayışının quruluşu 
və  əhatəsi  çərçivəsindən  baxıldığında,  texnologiya  anlayışını  hər  şeydən  əvvəl  bir 
dünyagörüşü olaraq qavraya  bilərik. Texnoloji düşünmə, texnologiya  investisiyası, texnoloji 
həyat tərzi kimi bəzi ifadələrlə təyin etməyə çalışdığımız texnologiya, fərdlərin almış olduğu 
qərarlara ya da etmiş olduğu fəaliyyətlərə dəstək verməkdədir. Bu dünyagörüşü ilə, hər fərd 
texnologiya ilə həyatını qurmaqda və istiqamətləndirməkdədir. 
Həyatların  qurulması  müddətində  fərdlərin  inkişafına  dəstək  olacaq  ən  əhəmiyyətli 
anlayışlardan  biri  də  savadlılıq  anlayışıdır.  Anlamaq,  istifadə  etmək,  uyğun  olmaq  kimi 
fəaliyyətləri əhatə edən vərdişlər, texnologiyaya fərqli bir dünyagörüşü qazandırmaqdadır. Bu 
dünyagörüşündən baxıldığında, fərdlərin texnologiyadan anlamaları, texnologiya məhsullarını 
istifadə etmələri və texnologiyaya uyğun olmaları deyildiyində nəzərdə tutulan şey çox vaxt 
fərdlərin texnologiya vərdişlərinin olub olmamaları ilə birbaşa əlaqədardır. 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
 
160 
Virdişin  tərifi,  cəmiyyəti  meydana  gətirən  fərdlərin  ortaq  qatqıları  ilə  davamlı 
yenilənməkdə  və  mənalandırılmaqdadır.  Hər  yeni  mənalandırılan  tərif  isə  mövcud  şərait, 
istifadə edilən vasitə və/və ya istənilən məqsədə istiqamətlənmiş dəyişə biləcəyini və müxtəlif 
savadlılığın  ola  biləcəyi  düşüncəsini  əks  etdirər  (Kompyuter  savadlılığı,  media  savadlılığı, 
məlumat savadlılığı, vizual savadlılıq kimi). Bütün bunları e-savadlılıq olaraq xarakterizə edə 
bilərik  (Altın,  2003).  E-savadlılığın  bir  xüsusiyyəti  artıq  tək  bir  savadlılıq  anlayışının 
qalmadığı,  dəyişən  ictimai  və  texnoloji  dəyişmələr  içində  çoxlu  savadlılıqlara  ehtiyac 
olduğuna  işarə  etməsidir.  Çoxlu  savadlılıqlarla,  səslər,  görünüşlər,  qrafiklər  və  yazılar  ilə 
təmsil  edilən  məlumatın  işlənə  bilməsindən  söhbət  gedir.  (Kellner,  2001).  Bu  vəziyyətdə, 
müəllim yetişdirmə müddətində çoxmühitlilik hazırlama bacarıqlarının inkişaf etdirilməsi ilə 
müəllim  namizədlərinin  çoxlu  savadlılıq  anlayışı  ilə  tanış  edilməsi  və  başqa  sözlə  sabahın 
böyüklərini  cəmiyyətə  hazırlamada  müəllim  namizədlərinin  öz  savadlılıqlarını 
formalaşdırmalarına dəstək olunması lazımlıdır. 
Bu  yöndə  atılan  addımlardan  biri  də  Kompyuter  və  Təlim  Texnologiyaları  Təhsili 
bölməsində  açılan  savadlılıq  dərsləridir.  İnternet  və  kompyuter  mühitində  yazarlılıq  dilləri 
şəklində  müəllim  namizədlərinə  təqdim  edilən  bu  dərslərin  məzmununda  İnternet  və 
kompyuter mühitində öyrədici  məzmunun uyğun  yazıçılıq dilləri  ilə  hazırlanması  və  inkişaf 
etdirilməsi  üçün  lazımlı  alqoritm  və  anlayışlar  ilə  bunların  istiqamətində  mikro  səviyyədə 
təlim  məqsədli  bir  proqram  inkişaf  etdirmə  üçün  lazımlı  məlumat  və  bacarıqlarının 
qazandırılması hədəflənmişdir. 
Bir  sonrakı  bölmədə  çoxmühitlilik  hazırlama  müddəti  və  yazıçılıq  proqramlarının 
ümumi quruluşu üzərində dayanılaraq, təlim prosesnə istifadə imkanları nəzərə alınacaqdır. 
2.  MULTİMEDİA  HAZIRLAMA  VƏ  YAZIÇILIQ  PROQRAMLARININ 
İSTIFADƏ EDİLMƏSİ 
Yazıçılıq  proqramları,  digər  proqramlaşdırma  dillərində  olan  bəzi  xüsusiyyətləri  də 
daşımasına baxmayaraq, özlərinəxas və yazıçılıq dilləri olaraq adlandıra biləcəyimiz bir sıra 
xüsusiyyətləri  daşıyarlar.  Bu  dillərin  köməyi  ilə  təhsil  müddətinin  işləyiş  müddətinin  təyin 
oluna  biləcəyi kimi, qrafik  interfeys dəstəyi  ilə çoxmühitliliyin  hazırlanmasında əhəmiyyətli 
asanlıqlar  təmin  edərlər.  Multimedia  hazırlama  mühiti  olaraq  da  görə  biləcəyimiz  bu 
proqramlar,  kompleks  qrafik,  səs,  animasiya  və  film  kimi  elementlərin  bir  arada  istifadə 
edilməsinə imkan təmin edərlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə