Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   57   58   59   60   61   62   63   64   65

KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
  169 
«neyron  şəbəkəsinin»  xüsusiləşmiş  kompüter  proqramı  olduğunu,  «neyronların»  isə  yalnız 
insanların kompüterlə ünsiyyəti zamanı istifadə edilən vasitə olma mənasını ifadə etmək üçün 
istifadə edilir.  
Modelin  əsasını  sadə  baza  elementləri  təşkil  edir.  Onlar  arasında  əlaqənin,  rabitənin 
olması  mühüm  şərtdir  və  belə  təsvir  mühəndis  və  iqtisadçılara  onların  yaxşı  tanış  olduqları 
blok-sxemi  xatırladır.  Neyronların  hər  biri  verilmiş  vəziyyətlər  çoxluğunun  yalnız  bir 
vəziyyətində ola bildiyi, hər neyronun yalnız şəbəkə üzrə öz yaxın qonşusundan impuls ala, 
vəziyyətini  dəyişə  və  özünün  də  impuls  göndərə,  yaya  bildiyi  şərtləşilir.  Belə  təsvir 
neyronların  vəziyyətlər  çoxluğunun  dəyişən  olmasını  ifadə  edir.  Bu  isə  iqtisadi  ölçmə 
hesablamalarının aparılmasına müvafiqdir. 
Adətən neyronların əsasən iki-üç saydaşı birləşərək lay, təbəqə əmələ gətirirlər. Onlar 
arasında giriş və çıxış layları fərqləndirilir. Hər hansı  məsələnin həllindən əvvəl tənzimləmə, 
nizamlanma aparılır. Belə ki, əvvəlcə neyronlar arasında həll ediləcək məsələyə uyğun rabitə, 
əlaqə  yaradılır.  Bundan  sonra  təlim  aparılır,  yəni  neyronlar  şəbəkəsindən  elementləri  üçün 
hesablama  nəticələri  artıq  məlum  olan  “öyrədən  seçmələrə”  baxılır  (nəzərdən  keçirilir). 
Bundan  sonra  son  mərhələdə,  şəbəkə  parametrlərinin  şəbəkənin  çıxışında  alına  biləcək 
göstəricilərin nəzərdə tutulmuş kəmiyyət göstəricilərinə maksimal uyğunluğunu təmin edəcək 
modifikasiya həyata keçirilir. 
Qeyd  edək  ki,  neyron  şəbəkələri  digər  uyğunlaşan  iqtisadi  metrik  sistemlərlə 
müqayisədə  üstünlük  təşkil  etməsə  də  onlar  qavrayış  üçün  daha  sadə  sistemlər  hesab 
olunurlar. 
Məlumat üçün bildirək ki, təsvir edilən neyron şəbəkələri və «adi» reqressiv tənliklər 
sistemi modelləri arasında aralıq mövqe tutan modellərdən də istifadə edilir. Belə modellərdə 
iqtisadi  amillərin  əlaqələndirilməsində  istifadə  edilən  universal  metodla  yanaşı  blok-
sxemlərdən istifadə olunur. 
Nəzarətçilik zamanı qərarın qəbul edilməsində riyazi-kompüter təminatı üçün «Qeyri-
səlistlik nəzəriyyəsi»nin metodlarından istifadəyə geniş yer verilir. Bu elmi istiqamətin banisi 
Lütfizadədir.  O,  qeyri-səlist  çoxluqlar  nəzəriyyəsini  (insanın  iştirak  etdiyi  sistemlərin) 
humanistik  sistem  adlandırılan  sistemlərin  təhlili  və  modelləşdirilməsi  məqsədilə  istifadə 
etmişdir.  Onun  tədqiqatlarında  insan  təfəkkürü  elementlərinin  ədədlərdən  ibarət  olmadığı 
qəbul  edilmişdir.  Burada  «mənsubluqdan»,  «qeyri-mənsubluğa»  keçidin  sıçrayışvari  deyil, 
kəsilməz icra edilən hər hansı qeyri-səlist çoxluğun və ya obyektlər sinfinin elementlərindən 
ibarət olduğu şərtləşilir. 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
 
170 
Nəzarətçilik  sahəsində  çalışan  ixtisasçı  yüksək  statistik  texnologiyalara  və  iqtisadi 
ölçmə  nəzəriyyəsinə  dair  məlumatların  təhlilini  təmin  edəcək  çox  saylı  intellektual  alətlərə 
(vasitələrə) malik olmalıdır. 
Bildirək ki, psixoloji testlərin aparılması nəticəsində alınan məlumatların tezlik təhlili 
Abelson [3] tərəfindən aparılmışdır. 
 
ƏDƏBİYYAT 
1.  Суппес  П.,  Зинес  Дж.  Основы  теории  измерений  //  Психологические  измерения.-M.:  Mир, 
1967.-с.9-110. 
2. Орлов А.И. Устойчивость в социально-экономических моделях.-M.: Наука, 1979.-296 с. 
3.  Abelson.  Spectral  analysis  and  the  study  of  indicidual  differences.  Ph.  D.  Thesis,  Princeton 
University. 1953. 
 


KONFRANS VƏ SƏRGİLƏR 
 
Təhsildə İKT 
  171 
3-CÜ AZƏRBAYCAN BEYNƏLXALQ "TƏHSİL VƏ KARYERA" SƏRGİSİ 
 
10-12  sentyabr  tarixlərində  Heydər  Əliyev  adına  İdman  və  Konsert  Kompleksində 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə 3-cü Azərbaycan Beynəlxalq "Təhsil 
və Karyera" Sərgisi keçirildi. Həmçinin sərgiyə dəstək Azərbaycan Respublikası Gənclər və 
İdman Nazirliyi və Ticarət və Sənaye Palatası tərəfindən verilir. "Iteca Caspian LLC" şirkəti 
və onun tərəfdaşı "ITE Croup PLC" şirkəti sərginin təşkilatçıları qismində çıxış etdilər. 
Bu  il  sərgi  öz  meydançasında  dünyanın  12  ölkəsindən  53  təşkilatı/şirkəti  bir  araya 
gətirdi;  bu  isə  ötən  ilki  iştirakçıların  sayından  25%  daha  çoxdur.  Ümumilikdə  ekspozisiya 
sahəsi 30% artmışdır. Bu il çoxlu sayda yerli təşkilatların sərgidə iştirak etməsi də sevindirici 
bir  haldır  -  onlar ümumilikdə  iştirakçıların 50%-ni təşkil  edirlər. Belə ki,  sözügedən sərgidə 
Azərbaycan təhsil sistemini xüsusi olaraq Azərbaycan Dövlət Dillər Universiteti, Azərbaycan 
Dövlət  İqtisadi  Universiteti,  "Azərbaycan"  Universiteti,  Azərbaycan  Diplomatiya 
Akademiyası və digərləri nümayiş etdirdilər. Bu ilin debütantları kimi ölkənin kənd təsərrüfatı 
sektorunda  mütəxəssislər  hazırlayan  yeganə  təhsil  müəssisəsi  -  Azərbaycan  Dövlət  Aqrar 
Universiteti (Gəncə), habelə Bakı Peşəkar Liseyi çıxış  etdilər. Sərgidə ilk dəfə olaraq, qeyri-
hökumət  gənclər  təşkilatları  və  birlikləri  də  çıxış  etdiər.  Onların  çıxışını  Azərbaycan 
Respublikası Gənclər və İdman Nazirliyi təşkil etdi. 
Sərgi orta və ali təhsil, xaricdə təcrübə və iş, ixtisasın artırılması üzrə dil kursları və 
treninqlər, işəgötürmə, təhsil ədəbiyyatı və təhsil sahəsində informasiya texnologiyaları kimi 
bölmələri  təqdim  etdi.  "Təhsil  və  Karyera  2009"  sərgisinin  ekspozisiyasına  yeni  sektorlar 
əlavə olundu. İlk dəfə olaraq, sərgidə orta məktəb müəssisələri üçün məktəb forması, eləcə də 
orta  məktəbə  hazırlıq  proqramları  və  testlər  təqdim  edən  "məktəbəqədər  təhsil"  sektoru 
nümayiş  etdirildi.  "Xaricdə  təhsil"  sektoru  əvvəlki  sərginin  tendensiyasını  davam  etdirərək 
İsveçrə,  Böyük  Britaniya,  Almaniya,  Türkiyə,  İtaliya,  Rusiya,  Çexiya,  Macarıstan  və  digər 
ölkələrdən  olan  Avropa  təhsil  müəssisələrini  geniş  şəkildə  təqdim  etdi.  Belarus  Təhsil 
Nazirliyi  öz  stendində  Belarusun  dörd  Dövlət  Universitetlərinin  ekspozisiyasını  nümayiş 
etdirdi. 
Bu  ilki  sərginin  fərqli  məqamlarından  biri  də  "karyera"  sektorunun  geniş 
ekspozisiyasının  olmasıdır.  Bu  ekspozisiyaya  xaricdə  ali  təhsil  müəssisələrini  bitirmiş 
gənclərin  işlə  təmin  olunması  proqramlarını  təqdim  edən  Böyük  Britaniya  təşkilatları,  ABŞ 
Ali  Biznes  Məktəbi  və  digər  təşkilatlarda  iştirak  etdi.  İlk  dəfə  olaraq,  "Təhsil  və  Karyera" 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə