Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   57   58   59   60   61   62   63   64   65

KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
  161 
Yazıçılıq  proqramlarında  istifadə  edilən  qrafik  interfeys  dəstəyi  multimedia 
tətbiqlərinin  çoxalaraq  yayılmasına  səbəb  olmuşdur.  Qrafik  interfeys  dəstəyi  ilə,  ekran 
üzərindəki  hər  obyekti  görərək  və  dəyişdirə  bilərək  yerləşdirə  bilmək,  yazarlara  sürət  və 
asanlıq  təmin  etmişdir.  Bu  mühitlərdə,  hər  ekran  görünüşü  tək  bir  səhifə  şəklində 
hazırlanaraq,  səhifələr  arası  keçid  körpü  adını  verdiyimiz  əlaqələrlə  reallaşmaqdadır. 
Körpülər, mətin, şəkil və ya ekran üzərindəki hər hansı bir qrafik obyekt üzərinə əlavə oluna 
bilər və istifadəçinin bu körpüyə maous ilə basması ilə əlaqəsi yazıçısı tərəfində qurulan digər 
ekrana  keçə  bilməsi  təmin  edilər.  Yazıçılıq  proqramlarında  bu  cür  körpülərin  meydana 
gətirilməsi  də,  yenə  qrafik  ekran  üzərində,  asanca  edilə  bilər.  Mənalı  şəkildə  körpülər 
vasitəçiliyi ilə bir araya gətirilən səhifələr bütünü də bir multimedia paketini meydana gətirər. 
Yazıçılıq  vasitələrində  istifadə  edilən  interfeyslərdə,  bir  sıra  obyekt  palitraları  olur. 
Bunlar  vasitəsi  ilə  uyğun  obyektlər  (həndəsi  şəkillər,  mətin  qutuları,  şəkil  və  animasiyalar 
kimi)  səhifə  üzərinə  əlavə  oluna  bilməkdədir.  Bundan  başqa,  ekran  üzərində  hər  hansı  bir 
obyekt  üzərinə  digər  ekranlara  keçid  təmin  edəcək  körpülərin  əlavə  olunması  (məsəslən, 
keçidin necə olacağı və keçid əsnasında nə ediləcəyi, müəyyən bir zamana nizamlanacaqmı, 
animasiya  və  ya  səsmi  çalcaq  kimi)  mövzusunda  əmrlər  də  yenə  vizual  interfeys  vasitəsilə 
edilə bilməkdədir. 
Yazıçılıq  dilləri  tətbiqləri  inkişaf  edən  texnologiyalarla  birlikdə  bir  sıra  dəyişikliklər 
göstərmişdir. Əvvəllər məhdud sayda təqdim edilən palitra və şablonların sayı artmış, fərdi iş 
müddətini  dəstəkləyən  verilənlər  bazası  tətbiqləri  ilə  zənginləşdirilmişlər.  Şübhəsiz,  bu 
müddətdəki  ən  nəzərəşarpan  inkişaf  İnternetin  meydana  gəlməsi  və  veb  tətbiqlərinin 
yayılması ilə müşahidə edilmişdir. Əvvəllər, saxladığı multimedia fayllarının olduqca çox yer 
tutduğu  üçün  CD  üzərində  təqdim  edilən  proqramlar,  daha  az  yer  tutacaq  şəkildə  hazırlana 
bilməkdə  və  İnternet  üzərindən  də  təqdim  oluna  biləcək  hala  gəlməkdədir.  Beləcə,  bir 
platformada  hazırlanan  və  yazılan  proqramlar,  CD  və  ya  İnternet  üzərindən  istifadəçilərə 
çatdırıla  biləcək  hala  gəlmişdir.  Bu  mühitlər  üçün  istifadə  edilən  ən  məşhur  yazıçılıq 
proqramları  arasında  Macromedia  Flash©  və  Macromedia  Authorware  proqramları  sayıla 
bilər. 
İnkişaf edən texnologiyalarla birlikdə yazıçılıq mühitlərinin əhatəsinin də dəyişdiyini 
görməkdəyik.  Yazıçılıq  vasitələri  olaraq  adlandıra  biləcəyimiz  bu  proqramların  bəzi  texniki 
standartları  yerinə  yetirməsi  mövzusunda  işlər  görən  ATAG  (Authoring  Tool  Accessibility 
Group), yazıçılıq vasitələrinin tərifi bu şəkildə genişlətmişdir: Proqram vasitəsi, başqalarının 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
 
162 
istifadəsinə təqdim etmək üçün  yazarların  hazırladıqları  veb  məzmununu  meydana gətirmək 
və  təşkil  etmək  məqsədiylə  istifadə  etdikləri  hər  növ  proqram  ya  da  proqramlardır  (ATAG, 
2008). Bu tərif daxilində, aşağıdakı bütün komponentlər yazıçılıq mühiti olaraq görülə bilər: 

 
Məzmun rəhbərlik sistemləri 

 
Veb saytı rəhbərliyi 

 
WYSIWYG redaktorları, hər növ mətn redaktorları 

 
Veb məzmunu (məsələn, genişlənməsi html olan) meydana gətirən hər növ vasitə 

 
Bloqlar, vikilr, veb məzmunu meydana gətirən bütün e-poçt vasitələri 

 
Multimedia dəstəkli yazıçılıq vasitələri 

 
Script meydana gətirmə vasitələri 

 
və s. 
Bir  çox proqramlaşdırma  firmaları, sahədə  hiss  edilən  bu ehtiyaca cavab  verəcək öz 
yazıçılıq  vasitələrini  inkişaf  etdirməkdədir.  Multimedia  dəstəkli  yazıçılıq  vasitələrindən 
bəziləri və veb ünvanları aşağıda təqdim edilmişdir. 
Firma Adı 
Proqram 
Platforma 
Veb ünvanı 
Click2learn 
Toolbook 
Mac/ 
Windows 
http://www.toolbook.com 
Sunburst 
Technology 
Hyperstudio 
Mac/Windo
ws 
http://www.hyperstudio.com 
Macromedia 
Authorware 
Mac/Windo

http://www.macromedia.com/software/authorware

Director 
http://www.macromedia.com/software/director/ 
Flash 
http://www.macromedia.com/software/flash/ 
Aframe 
A Frame 
Windows 
http://www.aframe.com.au/ 
InfoChannel 
Designer 3 
SCALA 
Windows 
http://www.scala.com/ 
Create 
Together 
Bytesoft 
learning 
Windows 
http://www.bytesoflearning.com/CTProduct/CRE
ATETogether.html 
Lesson 
Builder 
Softchalk Co. 
Windows 
http://www.softchalk.com/ 
Ezedia MX 
Safari Networks 
Windows/ 
Mac 
http://www.ezedia.com/ 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
  163 
Bu  sahədə  istifadə  edilən  proqram  mühitləri  ad  olaraq  fərqlilik  göstərsə  də,  ümumi 
mənada  funksiyaları  baxımından  tək  bir  məqsədə  yönəlməkdədir:  Müəllim  və  şagirdlərə, 
ətraflı bir proqramlaşdırma biliyi tələb etmədən də, öz məlumatlarını hazırlaya biləcəkləri və 
köçürə biləcəkləri bir mühit təqdim etmək. 
3. 
MÜƏLLİM 
VƏ 
MÜƏLLİM 
KADRLARI 
ÜÇÜN 
YAZIÇILIQ 
PROQRAMLARI 
Multimedia  yazıçılıq  proqramlarının  istifadəçilər  üçün  bir  çox  faydaları  vardır.  Bu 
bölmədə bu xüsusiyyətlər üzərində dayanılacaq. 
3.1.  İstehlakdan  istehsala  keçiş:  Təhsil  mühitlərində  istifadə  edilən  hər  material 
tədricən  köhnəlməkdə  və  müəllim  və  şagirdlər  üçün  adiləşməkdədir.  Yazıçılıq  dilləri 
tətbiqləri  ilə  həm  müəllimlər,  həm  də  şagirdlər  öz  məhsuldarlıqlarını  artırma  istiqamətdə 
uyğun vasitə seçimi etmiş olacaqlar. 
3.2.  Öyrənmə-Öyrətmə  səmərəliliyi  artıracaq:  Öyrənmə  mühitlərində  istifadə  edilən 
materialların  kimin  tərəfindən  hazırlandığı  olduqca  əhəmiyyətlidir.  Yazıçılıq  vasitələri 
köməyi ilə müəllimlər öz materiallarını öz təqdim edmə strategiyalarına uyğun şəkildə inkişaf 
etdirə bilərlər. Bundan başqa, ixtisas müəllimləri arasında qurulacaq əməkdaşlıqla hazırlanan 
materialların  paylaşmasına  imkan  təmin  edilə  bilər.  Beləliklə,  yazıçılıq  dilləri  üzərində  bir 
araya  gələn  bir  müəllimlər  birliyi  də  yaradıla  bilər.  Bu  da,  müəllimlərin  peşə  inkişaflarına 
şərait yaradacaqdır. 
Oxşar  şəkildə,  öyrənmə  müddətində  şagirdlərə  də  bu  bacarıqların  qazandırılması 
mümkündür.  Şagirdlərdən,  öz  öyrənmə  müddətlərini  əks  etdirəcək  multimedia  dəstəkli 
materiallar  hazırlamaları  tələb  edilə  bilər.  Beləliklə,  öyrənmə-öyrətmə  fəaliyyətləri  növlərə 
artaraq prosesin səsmərəliliyi təmin edilə bilər. 
3.3.  Portfolyo  (müddət)  qiymətləndirmə:  Öyrənmənin  qiymətləndirilməsində  yeni 
yanaşmalardan  bir  dənəsi  də  portfolyo  qiymətləndirməsidir.  Şagirdlərin  müəyyən  iş 
mövzularını  əhatə  edən  və  tək  mühitdə  edilən  nəticəyə  istiqamətli  imtahanların  yanında, 
şagirdlərin  öyrənmə  prosesindəki  inkişaf  müddətinin  də  qiymətləndirilməyə  alınması  təklif 
edilməkdədir.  Bu  mövzuda,  şagirdlərin  öz  inkişaflarını  əks  etdirə  biləcəkləri  məzmunları 
yazıçılıq  vasitələri  istifadə  edərək  hazırlamaları  çətin  olmayacaq.  Bu  baxımdan,  yazıçılıq 
vasitələri portfolyo qiymətləndirmə mövzusunda alternativ təqdim edəcək: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə