27
Korporativ idarəetmə şirkətlərin istiqamətləndirilməsi və nəzarəti işində struktur
və prosesləri əhatə edən münasibətlər sistemidir. Bu struktur və proseslər rəhbərlik,
müşahidə şurası, nəzarət paketi və azlıq təşkil edən səhm sahibləri, digər maraqlı
tərəflər arasında münasibətləri tənzimləyir.
Korporativ idarəetmənin yaxşı təşkili rəqabət qabiliyyətini artırır, kapital
bazarlarına korporativ çıxışı asanlaşdırır və, beləliklə, maliyyə bazarlarının inkişafına
kömək edir və iqitisadi inkişafa təkan verir. Korporativ idarəetmənin təşkili
metodlarının təkmilləşdirilməsi şirkətin idarəetmə strukturu daxilində qərarların
qəbulu prosesini yaxşılaşdıra bilər, bu isə maliyyə və biznes əməliyyatlarının
effektivliyini artırmalıdır. Yaxşı təşkil edilmiş korporativ idarəetmə həmçinin hesabat
sisteminin təkmilləşdirilməsinə və nəticədə şirkətin məsul işçiləri tərəfindən aldatma
və ya qanuna riayət etməmə halları ilə bağlı riskin azaldılmasına kömək edir. Effektiv
idarəetmə sistemi tətbiq edilən qanun və müddəaların yerinə yetirilməsinin təmin
edilməsinə kömək etməli və gələcəkdə şirkətlərə baha başa gələn qanunvericilikdən
uzaq olmağa kömək edəcəkdir. Bu, həmçinin, şirkətlərin ölkə daxilində və beynəlxalq
aləmdə daha yaxşı reputasiya qazanmalarına imkan verməlidir.
BMK korporativ idarəetməni investisiya prosesinin bütün mərhələlərinə
inteqrasiya edən çoxsahəli maliyyə təşkilatları arasında liderdir. İnvestisiyaların
təşkili, investisiya imkanlarının qiymətləndirilməsi və müşahidə şurası üzvlərinin
təyini işində uzunmüddətli praktiki təcrübə BMK-ya korporativ idarəetmə
prinsiplərinin həyata keçirilməsinə imkan verir. Müştəri şirkətlərin korporativ
idarəetmə təcrübəsi üzərində diqqətin cəmləndirilməsi BMK-ya müştəri şirkətləri
üçün mənfəət qazandırmağa, investisiya risklərinin azaldılmasına, reputasiyalarına
xələl gətirəcək risklərin aradan qaldırılmasına və əməliyyat aparıdığı ölkələrdə
kapital bazarlarının inkişafına yardım imkanı verilir.
28
II FƏSİL. Korporativ münasibətlər sisteminin inkişafının müasir
tendesiyaları
2.1. Korporativ münasibətlər sisteminin hazırlanmasının əsas şərtləri.
Yeni formalaşmış bazar iqtisadiyyatı ölkələri üçün korporativ idarəetmənin
təkmilləşdirilməsi bir sıra mühüm ictimai siyasət məqsədlərinə xidmət göstərə bilər.
Yaxşı korporativ idarəetmə yeni formalaşan bazarın maliyyə böhranlarına
həssaslığını azaldır, əmlak hüquqlarını gücləndirilir, əməliyyat məsrəflərini və kapital
qiymətlərini azaldır və kapital bazarının inkişafına gətirir. Zəif korporativ idarəetmə
çərçivələri investorların inamını azadlır və kənardan investisiyaların daxil olmasına
mənfi təsir göstərə bilər. Həmçinin, pensiya fondları tərəfindən kapital bazarlarına
daha çox investisiya qoyulmasını nəzərə alaraq, yaxşı korporativ idarəetmə pensiya
əmanətlərinin saxlanması üçün xüsusi əhəmiyyət kəsb edir. Son bir neçə il ərzində,
korporativ idarəetmənin əhəmiyyəti elmi tədqiqatların artması ilə vurğulanıb.
Tədqiqatlar yaxşı korporativ idarəetmə təcrübəsinin şirkətlərdə əlavə iqtisadi dəyərin
(ƏİD) əhəmiyyətli dərəcədə artması, məhsuldarlığın artması və ölkələrdə sistemli
maliyyə problemlərlə bağlı riskin azalması ilə nəticələnməsini göstərmişdir.
Korporativ idarəetmə sistemi şirkətin idarə edilməsi və ona nəzarət üçün
nəzərdə tutulmuş struktur və proseslərdən ibarət olub, əsas məqsədi şirkətlərdə
ədaləti, şəffaflığı və qarşılıqlı cavabdehliyi təşviq etməklə davamlı inkişafa nail
olmaqdır. Korporativ idarəetmə sisteminin inkişafının müasir tendensiyalarına
aşağıdakıları daxil edə bilərik:
Müstəqil direktorlardan (Nyu-York birjasının yeni tələblərinə əsasən
direktorların yarıdan çoxu müstəqil olmalıdır) ibarət Direktorlar Şurasının
yaradılması zəruriliyi.
Direktorlar Şurasının üzvlərinə münasibətdə müstəqillik kriteriyalarının
sərtləşdirilməsi.
Top-menecerlərin mükafatlandırılması haqqında informasiyanın nəşr edilməsi.
Yeni texnologiya və kommunikabelli texnologiyaların aktiv tətbiqi.
29
Korporativ idarəetmənin mükəmməlləşdirilməsi üzrə xidmətlər bazarının
inkişafı.
Səhmdarların fəaliyyətinin aktivləşdirilməsi, həmkarlar ittifaqlarının cəlb
edilməsi.
Korporativ hesabatlılığın hormonizasiyası (Avropada 2005-ci ilin sonunda
bütün korporasiyalar unifikasiya edilmiş standartlar əsasında hesabat təqdim
etməli idilər).
Effektiv korporativ idarəetmə sistemi daha yaxşı nəzarət və strateji
planlaşdırma, əməliyyat risklərinin və məhkəmə çəkişmələrinin azalması deməkdir.
Bu sistemin tətbiqi şirkətlərdə şəffaflığı təmin etməklə şirkətlərin beynəlxalq
nüfuzunu artırır, investisiyaların cəlb olunmasını asanlaşdırır, cəlb olunan kapital
üzrə xərcləri azaldır. Bununla belə, korporativ idarəetmə sadəcə prosedur və
qaydalardan ibarət deyil. Bu, idarəetməyə fərqli baxışdır: "öz maraqlarını digərlərinin
maraqlarında görmək bacarığıdır".
Son illər dünya iqtisadiyyatında korporativ idarəetmənin əhəmiyyəti davamlı
olaraq artır. Xüsusilə, inkişaf etmiş qərb ölkələrində baş vermiş irimiqyaslı böhran
şirkətləri bu sahəyə diqqət ayırmağa sövq etmişdir. Əvvəllər investorlar şirkətlərin
rəqabətqabiliyyətliyini,
maliyyə
vəziyyətini
daha
çox
diqqət
mərkəzində
saxlayırdılarsa, hazırda korporativ idarəetmə indeksi daha aktual məsələyə
çevrilmişdir və ona görə də investisiya cəlb etməyə çalışan şirkətlər ilk öncə
korporativ
idarəetmə
sistemlərini
təkmilləşdirməyə
çalışmalıdırlar.
Dünya
iqtisadiyyatına sürətlə inteqrasiya edən ölkələrdə yerli şirkətlərin beynəlxalq
miqyasda rəqabətqabiliyyətliyini artırmaq, idxalatçı ölkədən ixracatçı ölkəyə
çevrilmək, ölkənin investisiya cəlbediciliyini artırmaq istiqamətində aparılan dövlət
siyasətini daha səmərəli təşkil etmək məqsədilə korporativ idarəetmə institutları
yaradılır.
İqtisadi İnkişaf Nazirliyi ölkədə fəaliyyət göstərən təsərrüfat subyektləri üçün
müasir korporativ idarəetmə sistemi modelinin hazırlanması və tətbiqi ilə bağlı
aidiyyatı dövlət orqanları ilə birlikdə müvafiq tədbirlər görür və dövlət aktivlərinin
Dostları ilə paylaş: |